Nübar Həkimova ___________________________________
282
sovlarını qurutmazdan əvvəl onları qaynadırlar.
Xalq təbabətində sarıkökdən qankəsici, ağrı sakitləşdi-
rici, maddələr mübadiləsini tənzimləyən, yorğunluğu aradan
qaldıran, ödqovucu və s. xəstəliklərin müalicəsində istifadə
olunur.
Hazırda dünyanın 20-dən çox ölkəsində sarıkökdən
müxtəlif növ dərman preparatları hazırlanır.
Zəfəran
Zəfərandan hələ qədim zamanlardan başlanmış XX
əsrin əvvəllərinə kimi yun, ipək məmulatlarının boyadılma-
sında geniş istifadə olunmuşdur.
Hələ qədim zamanlarda el arasında zəfərandan dərman
kimi də istifadə edilirdi. İndi də təbabətdə müalicə məqsədi
kimi tətdiq olunur. Belə ki, əsəb sakitləşdirmədə, qıcolmada,
ağrıkəsmədə, ürək ağrılarında, himeopatiyada, göy öskü-
rəkdə, mədə və göz xəstəliklərində və s.-də işlədilir.
Zəfərandan hazırlanan çay ətirli olmaqla bərabər, böy-
rək və sidik kisəsi ağrılarına müsbət təsir edir. Bunun üçün
3-5 ədəd zəfəran əzilib toz halına salınır və 50-60 dərəcə
istilikdə 3-5 dəqiqə dəmlənir.
Zəfəranın dişicik tellərinin tərkibində 11,5-11,7% su,
5,85-6,21% kül, 0,4-,3% efir yağı, 3,5% boyayıcı maddələr –
krosin, pikrokrosin (o cümlədən 1,5% karotinoidler), 9,8-
10,94% azotlu maddə, 16,86-21,9% şəkər, 8,9% sellüloz və
5,1-5,3 mq % B2 vitamini və s. vardır.
Azərbaycan zəfəranı öz keyfiyyətinə görə ölkədə, eləcə
də bir sıra xarici ölkələrdə şöhrət qazanmışdır. Hazırda
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
283
zəfərandan ətriyyat və yeyinti sənayesinin bir çox sa-
hələrində, qənnadı məhsulları istehsalında, aşpazlıqla, yağ və
pendir istehsalında və s. istifadə olunur.
Qənnadı sənayesində zəfəran məhsula xoş rəng və ətir
vermək üçün işlədilir.
Azərbaycan kulinariyasında zəfəran əlavə edilməklə
50-dən çox müxtəlif xörək və 10-dan artıq müxtəlif şirniyyat
məmulatı hazırlanır. Milli xörəklərin (plov, piti, bozbaş və
s.) hazırlanmasında zəfərandan daha çox istifadə ediir. Ət və
balıq xörəklərinə zəfəranın sulu məhlulu əlavə edildikdə
həmin məhsullar xoşagələn rəng alır, dadlı, xoş ətirli olur.
Zəfəranın başqa bir əhəmiyyətli növü də vardır. Buna
gözəl zəfəran deyirlər. Bu növ zəfəranın öyrənilməsi ədviy-
yat və qida boyağı kimi böyük əhəmiyyət kəsb edə bilər.
Sumaq
Xalq təbabətində sumaq yarpaqlarından və meyvə-
lərindən çay dəmləyib qarın ağrısında, ishala və dizinteri-
yaya qarşı işlədirlər. Meyvəsindən ədviyyat kimi ən qədim
zamanlardan hazırki, dövrə qədər müxtəlif xörəklərin – ət,
piti, tikəkabab, lüləkabab, qutab və s. tərkibinə qatqı kimi
əlavə edilir. Meyvəsinin qabığı kəskin tamlı ədviyyat kimi
kulinariyada geniş istifadə olunur. Sumaqdan hazırlanan
ədviyyat iştahartırıcı, həzmyaxşılaşdırıcı xüsusiyyətlərə
malikdir.
Sumaq qan təzyiqi yuxarı olanlara dərmandır. 15-20
gün ərzində hər gün bir stəkan qaynadılmış suya bir xörək
qaşığı sumaq töküb, axşamdan səhərə qədər ağzı qapalı sax-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
284
lamaq, sonra onu yeməkdən qabaq üç dəfəyə içmək qan
təzyiqini normal hala salır.
Cirə
Cirənin toxumları ətirli və müalicəvi xüsusiyyətlərə
malikdir. Quru meyvəsinin tərkibində 2,2-6%-ə qədər efir
yağı vardır ki, bunun da 80-90%-ni anetol təşkil edir. Bun-
dan əlavə, 10%-ə qədər metil-avikol, cirə-keton, cirə alde-
hidi, pinen, kamfen, 18-28 % piyli yağ, 18% zülal, 3-5%
şəkər, furfurol, kafein və xloregen turşuları və s. maddələr
vardır. Cirə yağı şəffaf, rəngsiz, özünəməxsus ətrə və şirin-
təhər dada malikdir. Aşağı temperaturda ağ rəngli kristal
kütləyə çevrilir. Yağından əsasən ətriyyatda və kosmetikada
istifadə olunur.
Yağından naşatırlı cirə damcısı, sinə məlhəmi, gigi-
yena preparatları (diş pastaları, tozları və ətirli su) və s. ha-
zırlanmasında qatqı kimi istifadə edilir. Bundan başqa, cirə
çörək-bulka, unlu qənnadı məmulatında və müxtəlif xö-
rəklərin hazırlanmasında işlədilir. Şorabaya qoyulmuş
xiyarın, pomidorun, tutmanın tamını və keyfiyyətini yaxşı-
laşdırmaq üçün istifadə edilir. İştahı artırmaq üçün də işlə-
dilir. Bunun üçün cirə natamam üyüdülür, xörək duzu qatılıb
nahardan qabaq bir az çörəklə yeyilir. Efir yağından bronxit
və öskürəkdə bəlğəmgətirici vasitə kimi, boğaz vəzilərinin
soyuqdəyməsində, səsin kallaşmasında, zəif görmədə, həzm
olunmanın yaxşılaşdırılmasında və preparatların hazırlanma-
sında istifadə edilir. Xalq təbabətində cirə meyvəsi astmanın
qarşısını alan, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərini
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
285
müalicə edən bir dərman kimi işlədilir. Bunun üçün 15-20
qram qurudulmuş cirə bir litr suda çay kimi dəmlənir, gündə
iki dəfə, hər dəfə yarım stəkan qəbul edilir. Bundan əlavə,
cirənin razyana ilə bərabər hissədə qarışdırılıb dəmlənməsi
mədə xəstəliklərinə müsbət təsir göstərir. Meyvəsindən
hazırlanan çay ana südünün artmasına kömək edir. Cirədən
hazırlanan sulu cövhər əlləri dizinfeksiya edir və ağcaqanadı
qovur. Yağından isə lak-boya və sabunbişirmə sənayesində
istifadə olunur.
Cirə toxumundan ən çox ədviyyə kimi istifadə edilir.
Döyülmüş tozundan müxtəlif piroq içi, peçenye, qoğal, keks,
şəkərbura və s. şirniyyat növlərinin hazırlanmasında istifadə
edilir.
Limon
Bitkilərinin meyvə və qabıqlarının ədviyyat kimi müx-
təlif içkilərin hazırlanmasında, xörəklərin tərkibinə qatıl-
masında istifadə edilir və iştahartırıcı kimi süfrənin yanına
qoyulur. Meyvələrinin qabıq hissəsindən 1-2%-ə qədər xoş
iyə malik efir yağı alınır. Efir yağının tərkibində 90%-ə
qədər terpen limonen, 3-5% sitrol aldehidi və 1% gerani-
lasetat maddələri tapılmışdır ki, bunlar da limon yağının ən
qiymətli tərkib hissəsi hesab olunur. Meyvəsinin lət hissə-
sindən 8-9% limon turşusu, 100 mq %-ə qədər askorbin
turşusu, C, A, B və P vitaminləri də aşkar edilmişdir.
Sitrus bitkiləri mədə şirəsinin fəaliyyətinin artırıl-
masına, eləcə də həzm sisteminin yaxşılaşdırılmasına kö-
məklik göstərir. Sitrus bitkilərinin meyvəsindən təzə halda
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |