10
coğrafiyasında Hicaz da var, Berlin də... Qısası, Akif bizə böyük
düşünməyi və çətin şərtlərdə təslim olmamağı öyrədəndir
1
.
M.A.Ersoyun “Asım” əsəri “Safahat” toplusunun ən önəmli kitabı
sırasında olmaqla yanaşı, Mehmet Akif Ersoyun milli-mənəvi ideal
konsepsiyasının açıqlandığı dəyərli bir əsərdir. Əsərdəki Asım obrazı
gələcək nəsillərin xilaskarı kimi təsvir olunur. Asım sanki qaranlıqda yanan
bir işıqdır, sönməkdə olan bir ocağın közərmiş odudur və məhz Asım kimi
təhsilli gənclər cəmiyyəti nurlu sabaha, işıqlı gələcəyə apara bilər.
“Asım” əsərində Asım ideal qəhrəman kimi diqqəti çəkir. Müəllif
görmək istədiyi türk gəncliyini Asımın simasında xarakterizə etməyə nail
olmuşdur. Asım əsərin ideya yükünü təcəssüm etdirən və eyni zamanda
Ersoyun ideallaşdırdığı bir obrazdır. M.A.Ersoyun canlandırdığı bu obraz
cəmiyyətin xilaskarı kimi xarakterizə olunmaqla yanaşı, müəllifin görmək
istədiyi türk gəncliyinin rəmzidir. Bu baxımdan əsərin ideya yükü və bədii
çəkisi olduqca dəyərlidir və insanları düzgün mövqedə olmağa səsləyən
qüdrətli əsərlər sırasındadır.
Dissertasiyanın I fəslinin “Mehmet Akif Ersoy poeziyasında
millətçilik və milli-mənəvi həmrəylik problemləri” adlı II yarımfəslində
şairin millətçilik düşüncələrinin inikas olunduğu əsərlər təhlilə cəlb
edilmiş, milli-mənəvi həmrəylik məsələləri araşdırılmışdır.
Görkəmli türk şairi, vətənpərvər insan Mehmet Akif Ersoy baş verən
ictimai-siyasi proseslərə biganə qalmamışdır. O dövrki türk cəmiyyətində
baş verən bütün prosesləri izləyən və şahidinə çevrilən şair bütün bunları
bədii şəkildə əks etdirməklə yanaşı, bu problemlərdən qurtuluş yolunu da
axtarırdı. Bu baxımdan onun “Tövhid yaxut fəryad”, “Seyfi baba”, “Küfə”,
“Xəstə”, “Həsir” əsərlərində yoxsulların, kimsəsizlərin acı güzəranı,
“Meyxana”, “Məhəllə çayxanası” əsərlərində isə ailə-məişət problemləri,
qadın hüquqsuzluğu, cəhalətin gətirdiyi bəlalar, və s. problemlər öz bədii
əksini tapmışdır. Eləcə də şairin “Xatirələr”, “Fateh kürsüsündə”
əsərlərində ictimai-siyasi problemlər fonunda cəmiyyətdəki nöqsanlar,
təhsilin vəziyyəti, milli-mənəvi dəyərlər kimi anlayışlara münasibət
bildirilmişdir. Şair bütün bunları gah iki şəxsin mükaliməsi şəklində nəzərə
çatdırır, gah özü ulu tanrıya müraciətlə problemləri təsvir edərək ondan
nicat yolu istəyir, gah özü bilavasitə hadisələrin iştirakçısı kimi təqdim
edilir.
1
Erdoğan R.T. T.C. Başbakanı Sayın Recep Tayyip Erdoğanın konuşmaları / Uluslararası
Mehmet Akif Ersoy Milli Birlik ve Bütünlük Sempozyumu bildiriler kitabı. İstanbul:
İstanbul Sabahattin Zaim Üniversitesi. Yayın № 3, 2011, s.26
11
M.A.Ersoyun “Küfə”, “Meyxana”, “Xəstə”, “Səlma”, “Amin alayı”,
“Dirvas”, “Körpə, yaxud haqqı qərar”, “Bayram”, “Məzarlıq”, “Qoca qarı
ilə Ömər” adlı əsərlərində uşaq qəhrəmanlar və onların problemləri
canlandırılmışdır. Onun əsərlərində müxtəlif uşaq qəhrəmanlarının parlaq
obrazı canlandırılmışdır. M.A.Ersoyun uşaq qəhrəmanlarının hamısı
yoxsuldur, məzlumdur, çarəsizdir, təhsil almaq üçün mübarizə aparandır,
çətinliklə qarşılaşandır.
Mehmet Akif Ersoy bəzi şeirlərində milləti ilə bağlı bədbinliyə qapılsa
da, sonradan özündə mənəvi güc taparaq xalqının parlaq gələcəyinə inamı
olduğunu bildirir. Onun “Şərq”, “Hüsran”, “Bülbül” və digər şeirləri bu
baxımdan çox maraqlıdır. Ersoyun bu şeirlərində ənənəvi olaraq Şərq və
Qərb qarşıdurması hökm sürür.
“Süleymaniyyə kürsüsündə” əsəri Mehmet Akifin millətçilik mövqeyi
nümayiş etdirdiyi ən dəyərli əsərlər sırasındadır. Bu əsərdə Mehmet Akif
Ersoy çox narahatdır. Azadlığın gözlənilən nəticə vermədiyini görən,
əksinə xalqın güzəranının gündən-günə pisləşdiyinin şahidi olan şair bu
şeirində narahatlığını qabarıq şəkildə büruzə vermişdir. Fatih Xocaya ithaf
olunan bu şeirdə şair öz hiss və düşüncələri ilə birlikdə bir daha
vətənpərvər olduğunu sübuta yetirmişdir. M.A.Ersoy bu əsərdə demək
istədiyi fikirləri Əbdürrəşid İbrahim Əfəndi obrazı vasitəsilə dilə
gətirmişdir. Əbdürrəşid İbrahim Əfəndi əvvəlcə müsəlman ölkələrini
gəzmiş, sonra isə Rusiya, Hindistan və Yaponiyaya səyahət etmişdir. Bu
obraz əslində böyük türk mütəfəkkiri, səyyah və ədibi, həyatda
M.A.Ersoyun dostu olan Əbdürrəşid İbrahim Əfəndi adlı şəxsin
prototipidir.
Ersoyun milli məfkurəsinin qabarıq şəkildə əks olunan əsərləri
sırasında “Fateh kürsüsündə”, “Xatirələr”, “Haqqın səsləri”, “Kölgələr”
toplularını vurğulamaq mümkündür. Bu kitabların hər birinə daxil olan şeir
nümunələrində ictimai-siyasi motivlər geniş yer almış, böyük şairin
tərəddüd və narahatlıqları öz bədii inikasını tapmışdır. M.A.Ersoyu narahat
edən mühüm məqamlardan biri Qərb dövlətlərinin təzyiqi altında Şərqin
məhkum bir vəziyyətə düçar olması və məhvə doğru sürüklənməsi
problemidir. Şair üsyankarcasına bu vəziyyətə münasibət bildirməkdən
çəkinmir və müsəlmanların birləşərək bu vəziyyətdən xilas olacağına
inamını bildirirdi.
Dissertasiyanın
“Səməd
Vurğunun
poeziyasında
milli
vətənpərvərlik mövqeyinin milli-tarixi kontekstdə dərki” adlı
II fəslinin
I fəsli “1920-50-ci illər Azərbaycan poeziyasında vətənpərvərlik
mövzusu və Səməd Vurğunun lirikası” adlanır. Bu yarımfəsildə