13
zərfinin ötürülməsi üzrə seminarının maliyyələĢdirilməsi), 2006-2008-ci illər üçün ortamüddətli
xərclər parametrləri (OMXP) və dövlət idarəçiliyi dialoquna dair Proqramatik Dövlət
Xərclərinin Ġcmalına, 2008-ci il üzə Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının
qiymətləndirilməsinə (SECO ilə birlikdə maliyyələĢdirilmə) və 2008-ci ilin Dövlət
satınalmalarının qiymətləndirilməsi icmalına dəstək olmuĢdur. 2008-ci ildə BMK tərəfindən özəl
sektorla bağlı əhəmiyyətli iĢlər görülmüĢdür ki, bunun nəticələri də hesabata daxil edilib. 2008-ci
ilin yoxsulluq səviyyəsinin qiymətləndirilməsi əsasən ÖĠM-lə paralel aparılmıĢdır və bunun
nəticələri hesabata daxil edilməyib. Son olaraq, 2009-cu ilin 21 oktyabr tarixində ölkə rəhbərliyi
ilə siyasi tövsiyələrin müzakirəsi məqsədilə Yüksək Səviyyəli Forum keçirilmiĢdir.
ÖĠM-in hazırlanması zamanı Azərbaycanı bir sıra iqtisadi missiyalar ziyarət etmiĢlər. Missiyalar
təbii ehtiyatlarla zəngin olan ölkələrdə idarəçiliyin təĢkil olunması və fiskal dayanıqlıq üzrə bir
sıra seminarlar keçirmiĢlər (əsasən hökumət və akademik auditoriyalar üçün). Hesabatın
müxtəlif
hissələri hazır olarkən missiyalar aĢkar olunmuĢ məsələlərlə bağlı dövlət rəsmiləri ilə hərtərəfli
müzakirələr aparmıĢ və seminarlar təĢkil etmiĢlər. Belə bir yanaĢma iki məsələyə xidmət
etmiĢdir: (i) qarĢı tərəfə aĢkar olunmuĢ məsələlərlə bağlı məlumatın verilməsi və (ii) qarĢı
tərəfdən ÖĠM-in qiymətləndirilməsi ilə bağlı fikirlərin və tövsiyələrin öyrənilməsi. Hesabatın
dərc olunmasından öncə yüksək rütbəli hökumət rəsmiləri ilə bir sıra görüĢlər keçirilmiĢdir.
Hesabatın dərc olunmasından sonra hökumət iĢçiləri, özəl sektor, akademik auditoriya və
vətəndaĢ cəmiyyəti ilə geniĢ müzakirələrin aparılması planlaĢdırılır.
Bu hesabat Azərbaycanın inkiĢafı ilə bağlı müzakirələri stimullaĢdırmaq üçün Dünya Bankı
tərəfindən hazırlanıb. Hesabatın hazırlanması ölkənin inkiĢafla bağlı problemlərinin gündəlik
əsasda həll olunması sahəsində çalıĢan hökumət rəsmiləri ilə sıx əməkdaĢlıq olmadığı təqdirdə
mümkün olmazdı. Beləliklə Dünya Bankının bu məsələdə rolu bir tərəfdən aparılan təhlilləri
dərinləĢdirmək və uzlaĢdırmaqdan, digər tərəfdən isə beynəlxalq təcrübədən misalları
Azərbaycan rəsmilərinin diqqətinə çatdırmaqdan ibarətdir ki, onlar gələcək inkiĢaf
perspektivlərini qiymətləndirmək imkanına malik olsunlar.