Бизнесин тяшкили вя идаря едилмяси
445
maliyyələşmə mənbələrinin, habelə dividendlərin ödəmə formalarının (pul
və ya səhmlərlə) seçilməsi başa düşülməlidir.
Dividend modellərini iki qrupa ayırmaq olar: dividend siyasətinin
özünün modelləşdirilməsi (o, hansı amillərdən asılıdır) və dividend siyasə-
tinin şirkətin dəyərinə təsirinin modelləşdirilməsi. Birinci kateqoriyaya
Lintner modeli, ikinciyə isə Qordrn, Miller-Modilyani və Miller Roka mo-
delləri aiddir.
C.Lintnerə görə korporasiyada məqsədli dividend səviyyəsi mövcud-
dur. Onun fikrincə, bu aşağıdakı amillərdən asılıdır:
- cari mənfəət;
- sahənin perspektivləri və gözlənilən mənfəət;
- investisiya proqramı və onun üçün vəsaitlərə tələbat;
- dövriyyə kapitalına tələbat;
- şirkətin səhmdarları üçün səhmin qiymətinin stabillik kəmiyyətinin
menecerlər tərəfindən subyektiv qiymətləndirilməsi (müvafiq olaraq stabil-
liyə görə səhmin qiymətinə bazar əlavəsi);
- şirkətin maliyyə gücü, kapital bazarlarına daxil olmağın müm-
künlüyü;
- borc vəsaitlərinin və yeni səhm buraxılışının istifadəsi üzrə şirkətin
siyasəti.
Səhmin gəlirliliyi investorlar tərəfindən alınan dividendlərdən və alqı-
satqı qiymətləri arasındakı məzənnə fərqindən yaranır. Əgər dividendlər
güclü olaraq tərəddüd edirlərsə, onda məcmu gəlirliliyin dəyişməz qalması
üçün məzənnə fərqi də dəyişməlidir. Beləliklə, dividendlər azaldılarkən
investorlar səhmlərin alış qiymətinin aşağı salınması hesabına məzənnə gəli-
rinin artırılmasını tələb edəcəklər. Bu isə cari kotirovkaların aşağı düş-
məsinə gətirib çıxaracaqdır.
Dividendlərin artırılması halında isə əksinə. Nəticədə dəyişkən divi-
dendlərlə səhmin qiyməti dəyişməz dividendlərlə səhmin qiymətinə nisbətən
daha çox tərəddüd edəcəkdir. Riski sevməyən investorlar qiymətləri daha az
tərəddüd edən səhmlərə üstünlük verir və onlara görə daha yüksək qiymət
ödəməyə hazırdırlar.
Azərbaycanda səhmdar cəmiyyətlərin dividend siyasətinin qurul-
masının ən geniş yayılmış üsulu «qalıq prinsipi» sayılır. Bu prinsip üzrə
ödəmə cəmiyyətin sosial və investisiya proqramlarının maliyyələşdirilməsi
təmin edildikdən sonra həyata keçirilir.
Qiymətli kağızlar bazarı inkişaf etmiş qərb ölkələrində dividend kimi
illik mənfəətin daimi faizinin bölgüsü prinsipindən, inflyasiya ilə əlaqədar
adi səhmlərin üzərinə sabit və ya bir qədər artan gəlirin hesablanması
metodundan istifadə olunur.
Azərbaycanın səhmdar cəmiyyətləri dividend siyasətinə çox az diqqət
verirlər. Onların fəaliyyətində belə bir sadə qaydaya riayət etmək əsas
Бизнесин тяшкили вя идаря едилмяси
446
götürülür: minimum dividend ödəmək və ya onları ümumiyyətlə heç
ödəməmək.
Normal şəraitlərdə dividendlərin aşağı salınması şirkətlərin bazar
mövqelərini sarsıdır, səhmdarlarda, kreditor və investorlarda onun nüfuzunu
gözdən salır. Xarici şirkətlərin çoxu mütləq kəmiyyətcə sabit dividendlər
ödəməyə çalışırlar ki, bunlarda da mənfəət tərəddüdləri əks olunmur. Bir
sıra şirkətlər bir səhmə görə sabit, təsbit olunmuş mənfəət faizi ödəyirlər.
Belə ki, Amerika şirkətlərindən biri aşağıdakı dividend siyasətini yeridir.
«Dollar şirkət üçün, dollar səhmdarlar üçün». Digər səhmdar şirkətlər isə
rüblük aşağı səviyyəli dividend ödəməyə üstünlük verir və ilin sonunda əldə
olunan mənfəətin real səviyyəsindən dividendə əlavələr edirlər.
Qərb şirkətləri üçün rüblük dividendin ödənişi ən çox yayılmış bir
təcrübədir. Beləliklə, xarici şirkətlərin dividend siyasəti sabit və yüksək
dividend ödənişlərinə yönəldilmiş və son nəticədə səhmlərin bazar dəyərlə-
rinin yüksəldilməsinə istiqamətlənmişdir. Yalnız belə bir siyasət Azərbay-
can şirkətlərinə səhmdarların inamının qazanılmasına səbəb ola bilər və
beynəlxalq fond bazarlarına müdaxilə etməyə imkan verər.
Бизнесин тяшкили вя идаря едилмяси
447
XXX FƏ
S L. XÜSUS QTISAD ZONALARIN
YARADILMASI VƏ
DARƏ
ED LMƏ
S
30.1. Xüsusi iqtisadi zonaların yaradılmasının zə
ruriliyi
Məlumdur ki, XX əsrin ikinci yarısından başlayaraq dünyada Xüsusi
qtisadi Zonaların (X Z) inkişafı geniş vüsət almağa başlamışdır. Bu bazar
iqtisadiyyatının intensiv inkişaf istiqamətlərindən biri kimi özünü büruzə
vermişdir. X Z xarici kapitalın cəlb edilməsinə əlverişli zəmin yaradır və
dünya bazarları ilə çox sıx əlaqədə fəaliyyət göstərir.
qtisadi inkişaf səviyyəsindən asılı olmayaraq xarici dövlətlər X Z-in
yaradılmasına və sürətlə inkişaf etdirilməsinə xüsusi diqqət yetirirlər. Hər
bir dövlət bu və ya digər zonanın milli iqtisadiyyatda rolunu və başqa
amillərini nəzərə alaraq müəyyən məhdud ərazini xüsusi iqtisadi zona elan
edir. Eyni zamanda, bu ərazidə iqtisadi fəaliyyət göstərmək istəyən xarici və
milli sahibkarlar üçün müxtəlif güzəştlər müəyyən olunur. Məqsəd bu
ə
razidə yeni müəssisələr tikdirməyə, köhnələrini isə ən müasir texnika və
texnologiya əsasında yenidən qurmağa sövq etməkdir. Belə stimul xarici ka-
pitalın Xüsusi qtisadi Zonaya axınına səbəb olur. Bu, elmi-texniki tərəqqini
və bunun əsasında əmək məhsuldarlığını yüksəltməyə təkan verir.
Xüsusi qtisadi Zonalar – öz mahiyyətinə görə xarici iqtisadi əlaqə-
lərin inkişafı əsasında formalaşmış ərazi-təsərrüfat kompleksidir. Belə təsər-
rüfat kompleksləri qarşısında qoyulan məqsədlərə çatmaq üçün ilk növbədə
zonadakı iqtisadi ehtiyatları aşkara çıxarıb səfərbər etmək, qısa müddət
ə
rzində zəruri istehsal və sosial infrastruktur yaratmaq, zonaya kapital,
yüksək ixtisaslı işçi qüvvəsi və mütərəqqi texnologiyaların gətirilməsinə
ə
lverişli mühit yaratmaq çox vacibdir.
Zonanın qarşısında qoyulmuş vəzifələrin onun daxili imkanlarına –
təbii, iqtisadi, demoqrafik, texniki və intellektual potensialına müvafiqliyi,
yaradılacaq X Z-lərin gələcək effektliyinin təmin olunmasının ilkin şərt-
ləridir.
Xüsusi qtisadi Zonalar bir qayda olaraq, əlverişli nəqliyyat – coğrafi
mövqeyə malik olan regionlarda, ərazilərdə təşkil edilir. Onlar xarici
kapitalın və texnologiyanın ölkəyə cəlb olunmasında mühüm rol oynayır.
Bu baxımdan, Azərbaycan Respublikasında Xüsusi qtisadi Zonaların yara-
dılması və buraya xarici kapitalın cəlb edilməsi çox əlverişlidir. Azərbaycan
zəngin xammala, əmək ehtiyatına malikdir. Lakin ölkədə müharibə şəraiti
bu prosesin inkişafına əngəl törədən amillərdəndir. Müstəqil inkişaf yoluna
qədəm qoymuş gənc milli dövlətlərdə xammalın və iş qüvvəsinin öz
ölkələrinə nisbətən ucuz olması Xüsusi qtisadi Zonalarda kapital qoyan
dövlət və firmalara yüksək mənfəət götürməyə imkan verir.