Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə193/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   189   190   191   192   193   194   195   196   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

445 


maliyyələşmə  mənbələrinin,  habelə  dividendlərin  ödəmə  formalarının  (pul 

və ya səhmlərlə) seçilməsi başa düşülməlidir. 

Dividend  modellərini  iki  qrupa  ayırmaq  olar:  dividend  siyasətinin 

özünün modelləşdirilməsi (o, hansı amillərdən asılıdır) və dividend siyasə-

tinin  şirkətin  dəyərinə  təsirinin  modelləşdirilməsi.  Birinci  kateqoriyaya 

Lintner modeli, ikinciyə  isə Qordrn, Miller-Modilyani və Miller Roka mo-

delləri aiddir. 

C.Lintnerə  görə  korporasiyada  məqsədli  dividend  səviyyəsi  mövcud-

dur. Onun fikrincə, bu aşağıdakı amillərdən asılıdır: 

-  cari mənfəət; 

-  sahənin perspektivləri və gözlənilən mənfəət; 

-  investisiya proqramı və onun üçün vəsaitlərə tələbat; 

-  dövriyyə kapitalına tələbat; 

-  şirkətin  səhmdarları  üçün  səhmin  qiymətinin  stabillik  kəmiyyətinin 

menecerlər tərəfindən subyektiv qiymətləndirilməsi (müvafiq olaraq stabil-

liyə görə səhmin qiymətinə bazar əlavəsi); 

-  şirkətin  maliyyə  gücü,  kapital  bazarlarına  daxil  olmağın  müm-

künlüyü; 

-  borc  vəsaitlərinin  və  yeni  səhm  buraxılışının  istifadəsi  üzrə  şirkətin 

siyasəti. 

Səhmin gəlirliliyi investorlar tərəfindən alınan dividendlərdən və alqı-

satqı  qiymətləri  arasındakı  məzənnə  fərqindən  yaranır.  Əgər  dividendlər 

güclü olaraq tərəddüd  edirlərsə, onda məcmu  gəlirliliyin dəyişməz qalması 

üçün  məzənnə  fərqi  də  dəyişməlidir.  Beləliklə,  dividendlər  azaldılarkən 

investorlar səhmlərin alış qiymətinin aşağı salınması hesabına məzənnə gəli-

rinin  artırılmasını  tələb  edəcəklər.  Bu  isə  cari  kotirovkaların  aşağı  düş-

məsinə gətirib çıxaracaqdır. 

Dividendlərin  artırılması  halında  isə  əksinə.  Nəticədə  dəyişkən  divi-

dendlərlə səhmin qiyməti dəyişməz dividendlərlə səhmin qiymətinə nisbətən 

daha çox tərəddüd edəcəkdir. Riski sevməyən investorlar qiymətləri daha az 

tərəddüd  edən  səhmlərə  üstünlük  verir  və  onlara  görə  daha  yüksək  qiymət 

ödəməyə hazırdırlar. 

Azərbaycanda    səhmdar    cəmiyyətlərin    dividend    siyasətinin  qurul-

masının  ən  geniş  yayılmış  üsulu  «qalıq  prinsipi»  sayılır.  Bu  prinsip  üzrə 

ödəmə  cəmiyyətin  sosial  və  investisiya  proqramlarının  maliyyələşdirilməsi 

təmin edildikdən sonra həyata keçirilir. 

Qiymətli kağızlar bazarı inkişaf etmiş qərb ölkələrində dividend kimi 

illik  mənfəətin  daimi  faizinin  bölgüsü  prinsipindən,  inflyasiya  ilə  əlaqədar 

adi  səhmlərin  üzərinə  sabit  və  ya  bir  qədər  artan  gəlirin  hesablanması 

metodundan istifadə olunur. 

Azərbaycanın səhmdar cəmiyyətləri dividend siyasətinə çox az diqqət 

verirlər.  Onların  fəaliyyətində  belə  bir  sadə  qaydaya  riayət  etmək  əsas 




Бизнесин тяшкили вя идаря едилмяси 

446 


götürülür:  minimum  dividend  ödəmək  və  ya  onları  ümumiyyətlə  heç 

ödəməmək. 

Normal  şəraitlərdə  dividendlərin  aşağı  salınması  şirkətlərin  bazar 

mövqelərini sarsıdır, səhmdarlarda, kreditor və investorlarda onun nüfuzunu 

gözdən  salır.  Xarici  şirkətlərin  çoxu  mütləq  kəmiyyətcə  sabit  dividendlər 

ödəməyə  çalışırlar  ki,  bunlarda  da  mənfəət  tərəddüdləri  əks  olunmur.  Bir 

sıra  şirkətlər  bir  səhmə  görə  sabit,  təsbit  olunmuş  mənfəət  faizi  ödəyirlər. 

Belə  ki,  Amerika  şirkətlərindən  biri  aşağıdakı  dividend  siyasətini  yeridir. 

«Dollar  şirkət  üçün,  dollar  səhmdarlar  üçün».  Digər  səhmdar  şirkətlər  isə 

rüblük aşağı səviyyəli dividend ödəməyə üstünlük verir və ilin sonunda əldə 

olunan mənfəətin real səviyyəsindən dividendə əlavələr edirlər. 

Qərb  şirkətləri  üçün  rüblük  dividendin  ödənişi  ən  çox  yayılmış  bir 

təcrübədir.  Beləliklə,  xarici  şirkətlərin  dividend  siyasəti  sabit  və  yüksək 

dividend ödənişlərinə yönəldilmiş və son nəticədə səhmlərin bazar dəyərlə-

rinin  yüksəldilməsinə  istiqamətlənmişdir.  Yalnız  belə  bir  siyasət  Azərbay-

can  şirkətlərinə  səhmdarların  inamının  qazanılmasına  səbəb  ola  bilər  və 

beynəlxalq fond bazarlarına müdaxilə etməyə imkan verər. 

 



Бизнесин тяшкили вя идаря едилмяси 

447 


XXX FƏS L. XÜSUS   QTISAD  ZONALARIN  

YARADILMASI VƏ  DARƏ ED LMƏS  

 

30.1. Xüsusi iqtisadi zonaların yaradılmasının zəruriliyi 

 

Məlumdur  ki,  XX  əsrin  ikinci  yarısından  başlayaraq  dünyada  Xüsusi 

qtisadi  Zonaların (X Z) inkişafı  geniş vüsət  almağa başlamışdır.  Bu bazar 

iqtisadiyyatının  intensiv  inkişaf  istiqamətlərindən  biri  kimi  özünü  büruzə 

vermişdir.  X Z  xarici  kapitalın  cəlb  edilməsinə  əlverişli  zəmin  yaradır  və 

dünya bazarları ilə çox sıx əlaqədə fəaliyyət göstərir. 

qtisadi  inkişaf  səviyyəsindən  asılı  olmayaraq  xarici  dövlətlər  X Z-in 

yaradılmasına  və  sürətlə  inkişaf  etdirilməsinə  xüsusi  diqqət  yetirirlər.  Hər 

bir  dövlət  bu  və  ya  digər  zonanın  milli  iqtisadiyyatda  rolunu  və  başqa 

amillərini nəzərə alaraq  müəyyən məhdud ərazini xüsusi iqtisadi zona elan 

edir. Eyni zamanda, bu ərazidə iqtisadi fəaliyyət göstərmək istəyən xarici və 

milli  sahibkarlar  üçün  müxtəlif  güzəştlər  müəyyən  olunur.  Məqsəd  bu 

ə

razidə  yeni  müəssisələr  tikdirməyə,  köhnələrini  isə  ən  müasir  texnika  və 



texnologiya əsasında yenidən qurmağa sövq etməkdir. Belə stimul xarici ka-

pitalın Xüsusi  qtisadi Zonaya axınına səbəb olur. Bu, elmi-texniki tərəqqini 

və bunun əsasında əmək məhsuldarlığını yüksəltməyə təkan verir.  

Xüsusi  qtisadi  Zonalar  –  öz  mahiyyətinə  görə  xarici  iqtisadi  əlaqə-

lərin inkişafı əsasında formalaşmış ərazi-təsərrüfat kompleksidir. Belə təsər-

rüfat kompleksləri qarşısında qoyulan məqsədlərə çatmaq üçün ilk növbədə 

zonadakı  iqtisadi  ehtiyatları  aşkara  çıxarıb  səfərbər  etmək,  qısa  müddət 

ə

rzində  zəruri  istehsal  və  sosial  infrastruktur  yaratmaq,  zonaya  kapital, 



yüksək  ixtisaslı  işçi  qüvvəsi  və  mütərəqqi  texnologiyaların  gətirilməsinə 

ə

lverişli mühit yaratmaq çox vacibdir. 



Zonanın  qarşısında  qoyulmuş  vəzifələrin  onun  daxili  imkanlarına  – 

təbii,  iqtisadi,  demoqrafik,  texniki  və  intellektual  potensialına  müvafiqliyi, 

yaradılacaq  X Z-lərin  gələcək  effektliyinin  təmin  olunmasının  ilkin  şərt-

ləridir. 

Xüsusi  qtisadi Zonalar bir qayda olaraq, əlverişli nəqliyyat – coğrafi 

mövqeyə  malik  olan  regionlarda,  ərazilərdə  təşkil  edilir.  Onlar  xarici 

kapitalın  və  texnologiyanın  ölkəyə  cəlb  olunmasında  mühüm  rol  oynayır. 

Bu baxımdan, Azərbaycan Respublikasında Xüsusi  qtisadi Zonaların yara-

dılması və buraya xarici kapitalın cəlb edilməsi çox əlverişlidir. Azərbaycan 

zəngin  xammala,  əmək  ehtiyatına  malikdir.  Lakin  ölkədə  müharibə  şəraiti 

bu prosesin inkişafına əngəl törədən amillərdəndir. Müstəqil inkişaf yoluna 

qədəm  qoymuş  gənc  milli  dövlətlərdə  xammalın  və  iş  qüvvəsinin  öz 

ölkələrinə  nisbətən  ucuz  olması  Xüsusi  qtisadi  Zonalarda  kapital  qoyan 

dövlət və firmalara yüksək mənfəət götürməyə imkan verir. 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə