Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə194/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   191   192   193   194   195   196   197   198   199

Бизнесин тяшкили вя идаря едилмяси 

448 


Xarici dövlətlər və firmalar Xüsusi  qtisadi Zonalarda kapital qoyaraq 

həmin  ölkənin  təbii  və  əmək  resurslarından  istifadə  etməklə,  çoxlu  gəlir 

götürsələr də, Xüsusi  qtisadi Zonalar təşkil olunan ölkələr özləri də bundan 

fayda götürürlər. 

Xüsusi iqtisadi zonaların yaradılması təkcə həmin ölkənin deyil, bütün 

dünya iqtisadiyyatının inkişafına müsbət təsir göstərir. Buna görə də Xüsusi 

qtisadi  Zonaların  yaradılmasını  bazar  iqtisadi  sistemi  ilə  inkişaf  edən 

demokratik dövlətlər hərtərəfli müdafiə edirlər. 

Dünya  alimlərindən  Y.M.Kopilov,  L.O.Svensson,  Ç.M.Abbasov, 

Ə

.Q.Əlirzayev,  R.T.Həsənov,  Ə.Məmmədov,  Ə.X.Nuriyev.,  Z.Ə.Səməd-



zadə və başqalarının əsərlərində iqtisadi zonaların mahiyyəti, fəaliyyət prin-

sipləri və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır.  

Qeyd  etmək  lazımdır  ki,  Xüsusi  qtisadi  Zonaların  nəzəri  əsasları  və 

onların yaradılmasının zəruriliyi ingilis alimləri P.Hall və S.Nouv, Amerika 

alimi  C.Butter  tərəfindən  verilmişdir.  Onların  fikrincə,  əgər  iqtisadi  tənəz-

zülün  qarşısını  dövlət  ala  bilmirsə,  onda  iqtisadiyyatın  idarəetmə  vasitələri 

artıq  öz  təsirini  itirmişdir.  Buna  görə  də  sahibkarlar  üçün  əlverişli  şəraitin 

yaradılması, vergi güzəştlərinin verilməsi zəruridir.  

V. qnatov və V.Butova görə X Z – məhdudlaşdırılmış ərazidir, burada 

yerli  və  xarici  biznesmenlər  üçün  güzəşti  iqtisadi  şərait  vardır  ki,  bu  da 

xarici  ticarət,  ümumiqtisadi,  sosial,  elmi-texniki  və  elmi-texnoloji  işlərin 

yerinə  yetirilməsinə  imkan  verir.  Bundan  əlavə,  sərbəst  zonaların  Beynəl-

xalq  nkişaf  Assosiasiyası  (MAPSEZ)  müəyyənləşdirmişdir  ki,  xüsusi  zo-

nalar  iqtisadi-təsərrüfat  qurumudur  və  maliyyə-təsərrüfat  fəaliyyəti  üçün 

açıqdır.  X Z-in  yaranmasının  tarixi  zəruriliyi    əsasən  aşağıdakı  amillərlə 

şə

rtlənir: 



-  Ticarət  dövriyyəsinin  genişləndirilməsi,  ticarət  tərəfdaşlarının 

maraqlarının təmin edilməsi; 

-  Sərhəd  və  gömrük  maneələrinin  aradan  qaldırılması,  bürokratik 

nəzarət və dövlət orqanlarının müdaxilələrinin məhdudlaşdırılması; 

-  nvestisiya  qoyuluşunun  stimullaşdırılması,  kapitalın  rentabellik 

səviyyəsinin yüksəldilməsi; 

-  Prioritet  sahə  kimi  ixrac  yönümlü  istehsalın  stimullaşdırılması  və 

xarici ticarət tərəfdaşlarının maraqlarının qorunması; 

-  stehlak  bazarında  daha  çox  tələbat  olan  malların  istehsalının 

artırılması; 

-  Məşğulluğun  artırılması,  yeni  iş  yerlərinin  açılması,  ixtisaslı 

kadrların hazırlanması. 

Xüsusi  ticarət  və  sahibkarlıq  kimi  fəaliyyət  növlərini  əhatə  edən  Xü-

susi  qtisadi Zona  anlayışı iqtisadi fəaliyyətin dərin seqmentləşməsi aspek-

tində  tarixi  zərurətdən  yaranmışdır.  Dünya  təcrübəsi  göstərir  ki,  Xüsusi 

qtisadi  Zona  konkret  olaraq  müəyyən  problemlərin  həllinə  xidmət  edir. 




Бизнесин тяшкили вя идаря едилмяси 

449 


Odur  ki,  son  vaxtlar  yaradılan  X Z-lər  ayrı-ayrılıqda  yerinə  yetirdikləri 

funksiyaları deyil, onların müxtəlif cəhətlərini özündə birləşdirir, yəni daha 

kompleks xüsusiyyət daşıyır. Məhz bunu nəzərə  alaraq  X Z-in  yaradılması 

zamanı  əsas  diqqəti  qarşıya  qoyulan  və  ona  çatmaq  üçün  fəaliyyət  isti-

qamətlərinin düzgün seçilməsinə vermək lazımdır. 

Xüsusi  qtisadi  Zonaların  yaradılmasını  şərtləndirən  məqsədlər  aşağı-

dakılar ola bilər: 

-  iqtisadi zonada, eləcə də onun hüdudlarından kənarda iş qüvvəsinin 

tam məşğulluğunu təmin etmək; 

-  ölkəyə xarici investisiyanı cəlb etmək; 

-  xarici bazarlara çıxarıla biləcək məhsul istehsal etmək; 

-  zonanın  xammal,  material  və  əmək  resurslarından,  iş  qüvvəsindən, 

mövcud istehsal potensialından daha səmərəli istifadə etmək; 

-  ofşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq; 

-  yeni  texnika  və  texnologiyanı,  həmçinin  qabaqcıl  idarəetmə  üsul-

larını zonaya gətirmək. 

Dünya  təcrübəsinə  görə  X Z  yalnız  istehlak  mallarının  müəyyən  əra-

ziyə  rüsumsuz  idxalını  deyil,  əsasən  ölkənin  müəyyən  ərazisində  iqtisa-

diyyatı qısa müddətdə inkişaf etdirə bilən istehsal sahələrinin yaradılmasına 

kömək edəcək idxalı özündə birləşdirmişdir.  

X Z-in  yaradılması  və  fəaliyyəti  sahəsində  xarici  ölkələrin  təcrübə-

sinin  öyrənilməsi  və  ümumiləşdirilməsi  kontekstində  Azərbaycan  Respub-

likasında da müvafiq zonaların  yaradılması zəruriliyini  əsaslandırmaq olar. 

Bu əsaslandırma aşağıdakı mülahizələri əhatə edir: 

- X Z-in təşkili inzibati nöqteyi-nəzərdən zəhmətli iş olduğundan on-

ların  istismarı  ilə  xüsusi  olaraq  hökumət  tərəfindən  yaradılmış  inzibati 

strukturlar, yaxud dövlət şirkətləri məşğul olmalıdırlar; 

- inkişaf etməkdə olan ölkələrin ixrac istehsal zonalarının yaradılması 

təcrübəsi,  həmin  ölkələrin  inkişafında  mühüm  rol  oynayır  və  bu  meyil 

respublikamız üçün də məqbul sayılır; 

-  X Z-in  müvəffəqiyyəti  dövlətin  dəstəyindən  və  ən  yüksək  səviyyəli 

idarəetmədən asılıdır və işdə dövlət resursları kifayətedicidir; 

-  ölkənin daxili bazarını yüksək keyfiyyətli mallar, ilk növbədə idxalı 

ə

vəz edən mallarla zənginləşdirməkdə Xüsusi  qtisadi Zonaların yaradılması 



müvəffəq nəticələr verəcəkdir.  

Xüsusi  qtisadi Zonaların yaradılmasının zəruriliyini şərtləndirən amil-

lər sırasında onun hüdudlarından kənarda işçi qüvvəsinin tam məşğulluğunu 

təmin  etmək  funksiyası  da  dayanır.  Məşğulluq  problemi  bazar  iqtisadiy-

yatında  önəm  daşıyır.  C.M.Keyns  qeyd  edirdi  ki,  yaşadığımız  iqtisadi 

cəmiyyətin daha qabarıq qüsuru tam məşğulluğun təmin edilməsi, həmçinin 

sərvətlərin və gəlirlərin kortəbii, əsassız və ədalətsiz bölgüsü ilə xarakterik 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə