Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə190/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   186   187   188   189   190   191   192   193   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

439 


- ikincisi, təsisçilər müəssisənin nizamnamə kapitalında öz paylarının 

azaldılması  hesabına  əlavə  maliyyə  resurslarının  cəlb  edilməsində  maraq-

lıdırlar. Bu onların investorlarla əməkdaşlığa hazır olmalarını ifadə edir. 

Aydındır  ki,  orta  və  iri  dövlət  müəssisələri  səhmdar  cəmiyyətlərinə 

çevrildikdən  sonra  özəlləşdirilirlər.  Buna  görə  də  müəssisələrin  səhmdar 

cəmiyyətlərinə çevrilməsi zamanı texnoloji bağlılıq amili də mütləq nəzərə 

alınmalıdır. 

Dövlət  müəssisələrinin  özəlləşdirilməsi  prosesində  onların  təşkilati 

restrukturizasiyası da həyata keçirilir, yəni iri şirkətlər bölünmə və ayrılma 

formasında  yenidən  təşkil  edilirlər.  Araşdırmalar  sübut  edir  ki,  bu  üsul 

iqtisadi  cəhətdən  səmərəli  deyildir.  Fikrimizcə,  iqtisadi  səmərəliliyin  yük-

səldilməsi  baxımından  iri  şirkətlərin  restrukturizasiyası  aparıldıqdan  sonra 

onlar  tam  halında  özəlləşdirilməyə  çıxarılmasıdır.  Həmçinin  dövlət  müəs-

sisələrinin təşkilati restrukturizasiyası aparılarkən onların yenidən təşkilinin 

birləşmə formasından geniş istifadə edilməsi məqsədəuyğun olardı. 

Səhmdar cəmiyyətləri müxtəlif qiyməti kağızları tədavülə buraxmaqla 

özünün  istehsal  təsərrüfat  fəaliyyətini  maliyyələşdirmək  üçün  əlavə  pul 

vəsaitləri  cəlb  etmək  imkanına  malikdirlər.  Araşdırmalar  göstərir  ki,  səna-

yecə  inkişaf  etmiş  ölkələrdə  şirkətlər  investisiya  qoyuluşlarının  maliyyə-

ləşdirilməsi  üçün  zəruri  vəsaitlərin  60  faizini  səhmlər  və  istiqrazların  fond 

bazarında  yerləşdirilməsi  hesabına  cəlb  edilirlər.  Ona  görə  də  səhmdar 

cəmiyyətlərinin  iqtisadi  mahiyyətinin  öyrənilməsində  onların  buraxdığı 

qiymətli  kağızların  növlərinin  və  xüsusiyyətlərinin  müəyyən  edilməsi  çox 

vacibdir. 

Pul  resurslarının  cəlb  edilməsinin  səhmdar  forması  bir  çox  parametr-

lərinə  görə  kreditə  nisbətən  daha  cəlbedicidir.  Belə  ki,  səhmdar  cəmiy-

yətlərinin səhmlərini almış şəxslərin onun dəyərini geri tələb etmək hüququ 

yoxdur.  Hətta  səhmdar    cəmiyyəti    zərərlə    fəaliyyət    göstərdiyi    şəraitdə 

belə səhmdara səhmlərin dəyərini ödəmək məcburiyyətində deyil. 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əsasən  səhmdar 

cəmiyyətlərinin  səhmlərinin  kütləvi  təşkil  üsulu  ilə  yerləşdirilməsi  fond 

birjası  vasitəsilə  həyata  keçirilir.  Belə  şəraitdə  səhmlərini  yerləşdirərkən 

yerli  səhmdar  cəmiyyətləri  fond  birjasının  üzvü  olan  brokerlərin  xidmə-

tindən  istifadə  etmək  məcburiyyətində  qalırlar.  Nəzərə  alsaq  ki,  hazırda 

ölkədə  yalnız Bakı şəhərində fond birjası fəaliyyət göstərir. Deməli, səhm-

dar cəmiyyətləri respublikanın hansı regionunda yerləşməsindən asılı olma-

yaraq öz səhmlərinin satışını yalnız Bakı fond birjasında həyata keçirməlidir. 

Digər  tərəfdən,  səhmlərin  fond  birjasında  ticarətin  təşkili  üçün  səhmdar 

cəmiyyətləri  birjanın  listinqinə  daxil  olmalıdırlar  ki,  bu  da  müəyyən 

problemlərin yaranmasına səbəb ola bilər. 

Beləliklə,  səhmdar  cəmiyyətləri  buraxdıqları  səhmləri  və  istiqrazları 

qiymətli  kağızlar  bazarında  səmərəli  yerləşdirməklə  özlərinin  maliyyə-




Бизнесин тяшкили вя идаря едилмяси 

440 


təsərrüfat fəaliyyətini genişləndirmək və iqtisadi potensialını artırmaq üçün 

zəruri maliyyə vəsaitləri cəlb etmək imkanına malik olur. 

 

29.4. Səhmdar cəmiyyətinin idarəetmə sistemi 

 

Dövlət  müəssisələrinin  əlverişli  üsullarla  idarəetməyə  verilməsi 



təcrübəsi tətbiq edilmiş və uğurlu nəticələr  əldə  olunmuşdur. 2000-ci ildən 

etibarən emal sənayesinə aid olan bir çox müəssisələr birləşdirilərək onların 

bazasında  daha  iri  açıq  tipli  səhmdar  cəmiyyətləri  yaradılmışdır.  Onların 

yaradılmasında  əsas  məqsəd  qeyd  olunan  müəssisələrin  istehsal-texnoloji 

xüsusiyyətlərindən və potensial resurslarından istifadə edərək daha səmərəli 

fəaliyyət göstərən istehsal strukturunu təşkil etmək olmuşdur. Yaradılmış bu 

böyük  səhmdar  cəmiyyətlərini  əlverişli  şərtlərlə  uzunmüddətli  idarəetməyə 

verməklə xarici kapitalı cəlb etmək, texnologiyanın və avadanlıqların müa-

sirləşdirilməsi,  dünya  satış  bazarlarına  çıxış  imkanlarının  reallaşdırılması, 

müəssisələrin  istehsal  fəaliyyətini  bərpa  edərək  insanların  işlə  təminatını 

yaxşılaşdırmaq,  sosial-iqtisadi  sabitliyin  əldə  edilməsi  kimi  vacib  vəzifələr 

qarşıya  qoyulmuşdu.  Bu  səhmdar  cəmiyyətlərinin  idarəetməyə  dair  mü-

qaviləsi  təsdiq  edildikdən  sonra  müəssisənin  yenidən  qurulması,  istehsal 

fəaliyyətinin canlandırılması, yeni iş yerlərinin açılması, işçilərə keçmişdən 

yığılıb  qalmış  əmək  haqqı  borclarının  və  sosial  ödənişlərin  aparılması  və 

böyük  həcmdə  investisiyalar  qoyulması  nəticəsində  müəssisələrin  istehsal 

gücü  tədricən  bərpa  edilmiş,  istehsal  sahələri  və  texnologiya  müasir  stan-

dartlara  uyğun  yenidən  qurulmuş,  məhsul  istehsalı  bərpa  edilmiş  və  dünya 

bazarlarına satışa çıxarılmışdır.  

Tədqiqatlar  göstərir  ki,  müsabiqə  yolu  ilə  özəlləşdirilmiş  keçmiş 

dövlət  müəssisələrinin  fəaliyyətində  özəlləşdirmədən  sonra  əsaslı  dönüş 

yaranmış,  müəssisələrin  istehsal  ahəngi  bərpa  edilmiş,  zəruri  investisiyalar 

cəlb olunmuş və rəqabətqabiliyyətli istehsal-texniki və istehlak təyinatlı bir 

sıra  məhsulların  respublikamızda  istehsalına  nail  olunmuşdur.  Eyni 

zamanda,  həmin  müəssisələrdə  çalışmış  minlərlə  insanlar  iş  yerlərinə  qa-

yıtmış və yeni iş yerləri açılmışdır. Respublika iqtisadiyyatında əhəmiyyətli 

nəticələr  əldə  etmiş  «Baku  Stel  Company»,  «Bakı  Mayesiz  Transfor-

matorlar»,  «Siyəzən  Broyler»,  «Goradil  Quşçuluq»,  «Sabunçu  Azot 

Oksigen»,  «Qaradağ  Sement»,  «Bakı  Elektroştamp»,  «Bakı  Şampan 

Şə

rabları», «Gəncə Şərab-2» və digər müəssisələri məhz belələrindən hesab 



etmək olar. 

Geniş  miqyaslı  özəlləşdirmə  tədbirlərinin  həyata  keçirilməsi  pro-

sesinin  məntiqi  nəticəsi  olaraq  müəssisələrin  əmək  kollektivlərinin  üzvləri 

və digər vətəndaşlar işlədikləri müəssisələrin, habelə maraq doğuran başqa 

müəssisələrin  mülkiyyətçilərinə  və  ya  səhmdarlarına  (payçılarına)  çev-

rilmişlər.  




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə