Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə189/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   185   186   187   188   189   190   191   192   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

437 


təsdiq edilmiş, həmin proqramlar əsasında müəssisə və obyektlərin özəlləş-

dirilməsi həyata keçirilmişdir.  

Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı çərçivəsində 

orta  və  iri  müəssisələrin  kütləvi  özəlləşdirilməsi  onların  səhmdar  cəmiy-

yətlərinə  çevrilməsi  və  cəmiyyətin  səhmlərinin  çek  və  pul  hərraclarında 

satılması  yolu  ilə  həyata  keçirilir.  1997-2008-ci  illərdə  iri  və  orta  müəs-

sisələrin əsasında  yaradılmış səhmdar cəmiyyətlərin sayı 1623, nizamnamə 

kapitalının  həcmi  507,9  milyon  manat  və  onlarda  çalışanların  sayı  100,8 

min nəfər təşkil edir. Səhmdar cəmiyyətlərinin səhmlərinin satışından 67,4 

milyon manat vəsait dövlət büdcəsinə daxil olmuşdur (cədvəl 29.1). 

Təhlil    göstərir  ki,  iri  və  orta  müəssisələrin  əsasında  səhmdar  cəmiy-

yətləri  daha  çox  1997-2002-ci  illərdə  yaradılmışdır.  Sonrakı  illərdə  yeni 

yaradılan səhmdar cəmiyyətlərinin sayı getdikcə azalaraq 2007-ci ildə 43-ə 

enmişdir.  Son  illər  yaradılan  səhmdar  cəmiyyətlərinin  nizamnamə  kapita-

lının  daha  çox  hissəsi  emal  sənayesinin  payına  düşür.  Dövlət  qeydiy-

yatından  keçmiş  səhmdar  cəmiyyətlərinin  yalnız  1209  və  75  faizi  faktiki 

fəaliyyət göstərir, yəni vergi ödəyicisidir. Bunun isə başlıca səbəbi özəlləş-

dirilən dövlət müəssisələrinin bazasında  yaradılan səhmdar cəmiyyətlərinin 

köhnədən  qalmış  qarşılıqlı  borclar  üzrə  öhdəliklərinin  vaxtında  yerinə 

yetirilməməsi və zərərlə işləmələri ilə bağlıdır. 

 

Cədvəl 29.1. 

 

ri və orta müəssisələrin əsasında yaradılmış 

səhmdar cəmiyyətləri və onların əsas göstəriciləri 

Göstəricilə

llə

2000 

2001 

2002 

2003 

2004 

2005 

2006 

2007 

2008 

Cəmi 


104 

220 


97 

40 


11 

10 


22 

43 


11 

Onlarda 


çalışan 

işçilərin 

sayı, nəfər 

17871  41075  6768 

2994 

530 


620 

3120 


6250 

2015 


Nizamnamə 

kapitalının 

həcmi, 

milyon 


manat 

78,7 


361,1 

20,7 


9,3 

3,4 


5,9 

8,8 


6,8 

13,2 


SC-nin 

səhmlərinin 

satışından 

dövlət 


büdcəsinə 

daxil olan 

vəsait, min 

manat 


1750 

7860 


6536  10037  7177 

5523  15004  13558  45230 




Бизнесин тяшкили вя идаря едилмяси 

438 


Xarici  ölkələrdə  orta  və  iri  müəssisələrin  səhmdar  cəmiyyətlərinə 

çevrilməsi  prosesində  tətbiq  edilən  üç  pilləli  (tələb  –  investisiya  fondları  – 

təklif) fəaliyyət ardıcıllığı Azərbaycan Respublikasında pozulmuşdur ki,  bu 

da  bir  çox  problemlərin  yaranmasına  gətirib  çıxarmışdır.  Halbuki  1995-

1998-ci  illəri  əhatə  edən  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  I  Proq-

ramında səhmlərin satış növləri üzrə bölgüsünə görə ixtisaslaşdırılmış sahə 

və sahələrarası investisiya fondlarının yaradılması nəzərdə tutulmuşdur. La-

kin  bu  istiqamətdə  heç  bir  tədbir  görülməmiş,  əslində  həmin  səhmlərin 

hamısı çek və pul hərraclarına yönəldilmişdir. 

Mövcud səhmdar cəmiyyətlərinin 362-si və ya 22,9 faizi sənaye müəs-

sisələrinin  əsasında  yaradılmışdır.  Azərbaycanda  ümumi  sənaye  məhsu-

lunun yalnız 15,3 faizi səhmdar cəmiyyətlərində istehsal olunur. 

Qeyd  etmək  lazımdır  ki,  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  I 

Dövlət  Proqramı  çərçivəsində  982  səhmdar  cəmiyyətinin  səhmləri  38  çek 

hərracına və 55 pullu hərraca çıxarılmışdır. O zaman 1039 səhmdar cəmiy-

yətinə  qapalı  abunə  yazılışları  keçirilmiş  və  6  investisiya  müsabiqəsinin 

nəticələri  elan  olunmuşdur.  Bu  prosesdə  yalnız  176  səhmdar  cəmiyyətinin 

səhmlərinin  90  faizi  satılmış,  qalanları  isə  qismən  özəlləşdirilmişdir.  Özəl-

ləşdirilən  iri  və  orta  müəssisələrin  əksəriyyətində  istehsalın  texniki-iqtisadi 

səviyyəsi  və  menecmentin  keyfiyyəti  aşağıdır.  Belə  şəraitdə  dövlət  müəs-

sisələrinin  səhmdar  cəmiyyətlərinə  çevrilərək  kütləvi  şəkildə  ixtisaslaşdı-

rılmış  çek  və  pullu  hərracları  vasitəsilə  özəlləşdirilməsi  onların  maliyyə-

təsərrüfat fəaliyyətinə müsbət təsir göstərmir.  

Araşdırmalar göstərir ki, müəssisələrin çek və pul hərracları vasitəsilə 

özəlləşdirilməsinə  nisbətən  investisiya  müsabiqəsi  yolu  ilə  özəlləşdirilməsi 

daha  səmərəlidir.  Belə  ki,  investisiya  müsabiqəsi  vasitəsilə  özəlləşdirilmiş 

«Bakı elektroqaynaq», Bakı tütün kombinatı, «Baku Stel Sompany», «Bakı 

Mayesiz  Transformatorlar»,  «Siyəzən  Broyler»,  «Goradil  Quşçuluq», 

«Sabunçu Azot Oksigen», «Bakı Elektroştamp», «Bakı Şampan Şərabları», 

«Gəncə  Şərab  –  2»,  «Qaradağ-sement»  və  digər  müəssisələr  hazırda 

səmərəli  fəaliyyət  göstərirlər.  Bu  onunla  əlaqədardır  ki,  investisiya  müsa-

biqəsi  vasitəsilə  özəlləşdirilmiş  müəssisələrə  potensial  investorlar  lazımi 

həcmdə  sərmayə  qoymaqla  onları  müasir  texnika  və  texnologiya  əsasında 

modernləşdirir, yenidən qururlar. 

Müasir bazar iqtisadiyyatı şəraitində orta və iri dövlət müəssisələrinin 

səhmdar  cəmiyyətlərinə  çevrilməsi  zamanı  aşağıdakı  iki  əsas  şərt  nəzərə 

alınmalıdır:  

- birincisi,  biznes  fəaliyyəti  kifayət  qədər  səmərəli  olmalıdır.  Bu 

özəlləşdirilən müəssisəyə potensial investorların marağını artırır, müəssisə-

nin səhmdar cəmiyyətinə çevrilməsinin ilkin mərhələsində mülkiyyətçilərin 

mövqeyini  möhkəmləndirir  və  əlavə  investiyasının  cəlb  edilməsini  xeyli 

asanlaşdırır; 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə