Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə185/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   181   182   183   184   185   186   187   188   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

428 


6. Məhsul alıcılarının diversifikasiyası.  

7. Firmanın valyuta səbətinin diversifikasiyası. Bu diversifikasiya növü 

firma tərəfindən xarici iqtisadi əməliyyatların həyata keçirilməsi prosesində 

müxtəlif  valyuta  növlərinin  seçilməsini  nəzərdə  tutur.  Nəticədə  firma  val-

yuta risklərini minimumlaşdırmaq imkanına malik olur.  

Maliyyə  risklərinin  neytrallaşdırılmasının  bir  sıra  qabaqlayıcı  me-

todları,  xüsusilə  kompensasiya  metodları  vardır.  Bu  metodlar,  bir  qayda 

olaraq, daha əməktutumludurlar, geniş ilkin analitik iş tələb edirlər və meto-

dun tətbiqinin effektivliyi məhz bu işlərin tamlığı və dəqiqliyindən asılıdır. 

Kompensasiya metodlarına aiddir: 

- firmanın fəaliyyətinin strateji planlaşdırılması; 

- müqavilələrdə  cərimə sanksiyaları sisteminin əks etdirilməsi hesabına 

mümkün maliyyə itkilərinin kompensasiyasının təmin edilməsi; 

-  partnyorlarla  müqavilələrdə  fövqəladə  hallar  siyahısının  ixtisar 

edilməsi; 

-  müəssisənin  dövriyyə  vəsaitlərinin  idarə  edilməsinin  təkmilləşdi-

rilməsi; 

- maliyyə bazarı haqqında əlavə informasiyanın toplanması və təhlili; 

-  xarici  mühitin  dəyişilməsi  meyillərinin  və  maliyyə  bazarı  kon-

yunkturunun proqnozlaşdırılması.  




Бизнесин тяшкили вя идаря едилмяси 

429 


XXIX FƏS L. SƏHMDAR CƏM YYƏT N N 

  DARƏ ED LMƏS  

 

29.1. Səhmdar cəmiyyəti biznesin təşkilinin  

effektiv forması kimi 

 

Müasir bazar iqtisadiyyatında biznesin təşkilinin əsas formaları korpo-



rasiya  (səhmdar  cəmiyyəti),  fərdi  firma  və  tərəfdaşlıq  sayılır.  Korporasiya 

iqtisadi  cəhətdən  daha  əhəmiyyətli  forma  olub,  tamamilə  korporasiyada 

mülkiyyət payı əldə etmiş səhmdarlarının sahibliyində yerləşir. 

Ölkə iqtisadiyyatında iri korporativ struktur sektorunun inkişafı sənaye 

kapitalının, investisiya resurslarının, elmtutumlu texnologiyaların, kompyu-

terləşdirilmiş  iş  yerlərinin  və  yüksək  ixtisaslı  kadrların  daha  da  təmərküz-

ləşməsinə gətirib çıxarır. Belə bir inkişafı rəqabətqabiliyyətli iqtisadiyyatın 

formalaşması qanunauyğunluqlarına aid etmək lazımdır. Korporativ sektora 

təkcə müasir rəqabətli iqtisadiyyatın bazisi kimi deyil, xalq təsərrüfatı sahə-

lərini böhran vəziyyətindən çıxarmağa qabil olan lokomativ kimi də baxmaq 

lazımdır. Korporativ strukturlar bir çox antiböhran və istehsalçı vəzifələrin 

formalaşmasına  təsir  göstərir,  investisiya  prosesini  fəallaşdırmağa,  struktur 

yenidənqurmanı  ölü  nöqtədən  uzaqlaşdırmağa,  elmi-texniki  potensialın 

aşağı düşməsinə, qarşılıqlı borclar probleminin həllinə kömək edir.  

Tarixən  məsuliyyətin  məhdudlaşdırılmasına  çalışmaq  sahibkar  birlik-

lərinin  təsis  olunmasını  zəruri  etdi.  Bu  isə  onların  iqtisadi  təhlükəsizliyinə 

görə zəmanət verirdi. Səhmdar cəmiyyəti belə birlik forması kimi çıxış etdi. 

Korporasiyanın  yaradılmasının  digər  səbəbi  –  təsərrüfatçılıq  şəraitinin 

mürəkkəbləşməsidir.  Sahibkarlıq  layihələrinin  çoxunun  həyata  keçirilməsi 

üçün  fərdi  kapital  kifayət  etmirdi.  Belə  layihələrin  reallaşmasını  mümkün 

etmək üçün fərdi kapitalların birləşməsinə zəruriyyət meydana çıxdı. 

Səhmdar    cəmiyyətləri    19-cu    yüzilliyin  ortalarından  böyük  gəmi, 

dəmiryolu və sənaye müəssisələrinin çox geniş tələbatının ödənilməsi üçün 

iqtisadiyyatın hərtərəfli sənayeləşdirilməsi dövründə meydana çıxmışdır.  ri 

müasir  müəssisələrin  çoxu  xüsusi  texniki  layihələrin  maliyyələşdirilməsi 

üçün səhmdar cəmiyyətlərin xidmətlərindən istifadə edir. 

qtisadi  və  hüquqi  ədəbiyyatlarda  səhmdar  cəmiyyəti  anlayışı  heç  də 

birmənalı  olaraq  şərh  edilmir.  «Korporasiya»  və  «səhmdar  cəmiyyəti» 

anlayışlarını eyniləşdirən A.V.Busıqinin fikrincə «Korporasiya (səhmdar cə-

miyyəti) – mənfəət almaq məqsədilə kapitalı birləşdirmək yolu ilə təsərrüfat 

fəaliyyətinin  birgə  aparılması  üçün  sahibkarların  və  ya  kapital  mülkiyyət-

çilərinin birlik formasıdır». Müəllif sahibkarlıq fəaliyyətinin korporativ for-

masına  məhdud  məsuliyyətli  cəmiyyəti  və  səhmdar  cəmiyyətini  aid  etmiş-

dir. 



Бизнесин тяшкили вя идаря едилмяси 

430 


Fransız alimləri S.Jamen və L.Lakurin qeyd edirlər ki, cəmiyyət kapi-

talı səhmlərə bölünən, üzvləri isə cəmiyyətə qoyduqları pay həcmində zərərə 

məsuliyyət daşıyan şirkətdir. 

M.A.Sajina  və  Q.Q.Çibrikovun  birgə  yazdıqları  kitabda  səhmdar 

cəmiyyəti səhmin buraxılışı və satışı vasitəsilə əmanətləri birləşdirmək yolu 

ilə  maliyyə  formalaşdırılan  müəssisə  kimi  şərh  edilmişdir.  V.Y.  Bakşinska 

və D. .Dedov səhmdar cəmiyyətini “nizamnamə kapitalı müəyyən miqdarda 

səhmlərə bölünmüş təsərrüfatçılıq cəmiyyəti” kimi xarakterizə edirlər. 

Bir  çox  alimlər  isə  öz  əsərlərində  səhmdar  cəmiyyətinə  kommersiya 

təşkilatı  kimi  baxırlar.  Belə  ki,  A. .Kovalyov  və  V.A.Kopilov  qeyd  edirlər 

ki,  “səhmdar  cəmiyyəti  –  cəmiyyətə  münasibətinə  görə  özünün  iştirak-

çılarına  mütləq  hüquqlar  vermiş  səhmlərlə  etibarlı  hesab  edilən,  müəyyən 

paylara  bölünmüş  nizamnamə  kapitalına  malik  kommersiya  təşkilatıdır”. 

Hüquqşünas  alim  A.Q. ontsevin  bu  barədə  söylədiyi  fikir  xüsusilə  diqqəti 

cəlb  edir:  “səhmdar  cəmiyyəti  –  nizamnamə  kapitalı  müəyyən  miqdarda 

səhmlərə  bölünmüş,  cəmiyyətə  münasibətə  görə  səhmdarların  öhdəlik 

hüquqlarını rəsmiləşdirən, mülkiyyətində, onun müstəqil balansında nəzərdə 

tutulmuş ayrıca əmlakı olan, öz adından əmlak və şəxsi əmlak hüquqlarını 

ə

ldə edən və həyata keçirə bilən kommersiya təşkilatıdır”. 



Azərbaycan  Respublikasının  Mülki  məcəlləsində  göstərilir  ki,  ni-

zamnamə  kapitalı  müəyyən  sayda  səhmlərə  bölünmüş  cəmiyyət  səhmdar 

cəmiyyəti sayılır. Qanunvericiliyə görə yalnız səhmdar cəmiyyətinin səhm-

lər  buraxmağa  hüququ  vardır.  Səhmdar  cəmiyyətinin  əmlakı  onun  səhm-

lərinin yerləşdirilməsi və maliyyə-təsərrüfat  fəaliyyəti nəticəsində, eləcə də 

qanunla  qadağan  edilməmiş  digər  mənbələr  hesabına  formalaşır.  Səhmdar 

cəmiyyətinin iştirakçıları,  yəni səhmdarlar onun  öhdəlikləri üçün  cavabdeh 

deyil,  cəmiyyətin  fəaliyyəti  ilə  bağlı  zərərə  görə  onlar  özlərinə  məxsus 

səhmlərin  dəyəri  həddində  risk  daşıyır  və  əldə  edilən  mənfəətdən  divident 

(pay) almaq hüququ qazanırlar. 

«Səhmdar cəmiyyəti haqqında» Azərbaycan Respublikasının qanunun-

da qeyd edilir ki, səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək 

məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki 

və hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. 

Səhmdar  cəmiyyəti  çoxlu  digər  təşkilatlara  nisbətən  daha  mürəkkəb 

struktura malikdir. O, bir tərəfdən, bazar iştirakçılarının kommersiya təşki-

latı  formasını  və  onların  kapitallarının  birləşməsinin  xüsusi  formasını  – 

səhmdar formasını ifadə edir. Digər tərəfdən, səhmdar cəmiyyətinin kapitalı 

bütün  digər  kommersiya  təşkilatlarının  kapitalından  fərqli  olaraq  ikili  iqti-

sadi  təbiətə    malikdir.  Belə  ki,  eyni  vaxtda  real  hərəkətdə  olan  və  mənfəət 

yaradan həqiqi kapitalı, yalnız tədavül sferasında mövcud olan və məcmusu 

ictimai  mənfəətin  yaradılması  və  artırılması  prosesində  birbaşa  iştirak 

etməyən bazar kapitalını təcəssüm etdirir. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə