Бизнесин тяшкили вя идаря едилмяси
456
- vergiqoyma;
- lisenziyalaşdırma;
- vizalaşdırma;
- bank və sığorta fəaliyyəti;
- əmlak və girov münasibətləri;
- zonanın idarə edilməsi;
- Xüsusi qtisadi Zonalara məxsus digər spesifik məsələlər.
Xüsusi qtisadi Zonalara məxsus spesifik bir xüsusiyyət də idxal-ixrac
üzrə vergi və rüsumların bir qayda olaraq bu şəbəkədə nəzərdə tutulma-
masıdır. Belə məqam isə investisiyaların rentabelliyini təmin edir. nvestor
firmalara formalaşmış praktikaya uyğun olaraq 5 ildən 35 ilə qədər vergi fa-
silələrlə tətbiq olunur. Bir sıra hallarda bu mərhələ təyin olunmuş sərhədlər
bilmir və əksər halda ixrac əmtəəsinin istehsal tsikli ilə üst-üstə düşür.
Xüsusi qtisadi Zonaların səciyyəvi xüsusiyyətlərinə aşağıdakıları aid
etmək olar:
I. Müxtəlif imtiyaz və stimulların tətbiqi. O cümlədən:
- xarici ticari (idxal-ixrac rüsumlarının azaldılması və ya ləğvi, xarici
ticari əməliyyatlarının qaydalarının sadələşdirilməsi);
- fiskal-vergi stimullaşdırılması ilə bağlı güzəştlər;
- maliyyə-subsidiyaların müxtəlif formaları;
- inzibati-müəssisələrin qeydiyyat prosedurunun, vətəndaşların viza
rejiminin sadələşdirilməsi.
Xüsusi qtisadi Zonalarda mənfəət normasında güzəşt 30-35 faiz, bə-
zən orta hesabla 40 faiz nəzərdə tutulur. Burada kapital qoyuluşunun özünü-
ödəmə müddəti azalır, yəni 3-3,5 ildən çox olmur.
II. Geniş iqtisadi spektrdə müstəqil qərarvermə hüququ.
III. Lokal və nisbi sadə idarəetmə sistemi.
IV. Mərkəzi dövlət hakimiyyət strukturları tərəfindən hərtərəfli dəstək.
Xüsusi qtisadi Zonaların spesifik xüsusiyyətləri sırasında yaranış
şə
rtləri də vacibdir. Belə ki, burada Xüsusi qtisadi Zonaların yaranması
sferasında bir sıra tələblər formalaşmışdır. Bu tələblər arasında mühümlə-
rinə aşağıdakıları aid etmək olar:
- nəqliyyat və kommunikasiya imkanlarının genişliyi;
- bazarlara münasibətdə əlverişli coğrafi mövqe;
- inkişaf etmiş istehsal potensialı;
- münbit istehsal və sosial infrastruktur;
- mineral xammal resursları potensialına maliklik.
Dünya təsərrüfatında Xüsusi qtisadi Zonaların funksional cəhətlərinə
aşağıdakılar aiddir:
- iqtisadi artımın sürətlənməsi;
- beynəlxalq əmtəə dövriyyəsinin aktivləşməsi;
- investisiyaların mobilləşməsi;
Бизнесин тяшкили вя идаря едилмяси
457
- iqtisadi inteqrasiyon proseslərin dərinləşməsi.
X Z effektiv təsərrüfatçılığın diversifikasiyasında xüsusi əhəmiyyət
kəsb edir. Əmtəə çeşidinin artmasına səbəb olur. X Z-in yaranmasında
bütün bu spesifik xüsusiyyətlər bir amala xidmət edir. Bu amalın fövqündə
isə biznes fəaliyyətinin genişləndirilməsi, sahibkarlığın inkişaf missiyası
dayanır. Məlumdur ki, işgüzar münasibətləri ümumi məxrəcə gətirən təş-
kilati-hüquqi formaların məcmusu kimi biznes və onun infrastrukturu çıxış
edir. Biznes infrastrukturu kredit, gömrük sistemi, kommersiya bankları,
fond, valyuta, əmtəə, xammal və əmək birjalarında vasitəçilik təşkilatlandı-
rılması, qeyri-birja vasitəçiliyi, hərraclar, vergi sistemi, sığorta, reklam, au-
ditor, konsaltinq kompaniyaları, informasiya agentlikləri və kütləvi informa-
siya vasitələri, ticarət palataları, fondlar və digər müvafiq təsisatlarla əhatə
olunur. Mükəmməl biznes infrastrukturunun formalaşması isə Xüsusi
qtisadi Zonaların yaradılmasından kənarda qala bilməz. Beləliklə, X Z
effektivliyi daim kapital artımı təmin edən səciyyəlidir. Məhz buna görə
bazar iqtisadiyyatlı ölkələr Xüsusi qtisadi Zonalar yaratmadan dayanıqlı,
səmərəli inkişaf edə bilməzlər.
Xüsusi qtisadi Zonaların yaranması və təşəkkülü həmin zonaların
yaradıldığı ölkələrin iqtisadi siyasətinin tərkib hissəsi kimi diqqəti cəlb edir.
Burada məqsədlər müxtəlif və genişşaxəli olsalar da, bu zonaların ən vacib
prinsipləri konkret olaraq iqtisadi dirçəliş və ticarət-iqtisadi əlaqələrin
genişləndirilməsinə istiqamətlənəndirlər. Bir çox mənbələrdə X Z-in qarşı-
sında duran prinsipial məqsədləri və vəzifələri 3 sahəyə – sosial, iqtisadi və
elmi-texniki istiqamətlərə bölürlər. Fikrimizcə, X Z-in əsas vəzifələri, məq-
sədləri özündə cəmləyən cəhətləri, xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
qtisadi blok üzrə:
- nvestisiyaların cəlb edilməsi və onların fəallıqlarının artırılması
məqsədilə əlverişli investisiya mühitinin yaradılması;
- Qanunvericilik bazasının təkmilləşdirilməsi və onların icra mexaniz-
minin müəyyənləşdirilməsi və bu prosesdə milli maraqların qorunması;
- Beynəlxalq əmək bölgüsü resurslarından və üstün elementlərindən
səmərəli istifadəni təmin etməklə ixrac təyinatlı məhsulların istehsalı və
xarici ticarət dövriyyəsinin artırılması;
- Xarici ticarət dövriyyəsində qeyri-neft sektorunun payının artırıl-
ması;
- Bölgədə infrastrukturun təkmilləşdirilməsi istiqamətində vacib
işlərin görülməsi;
- Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə dövriyyə vəsaitlərinin və
büdcəyə daxilolmaların artırılması.
Sosial blok üzrə:
- Bölgənin və regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
istiqamətində prioritet layihələrin həyata keçirilməsi;
Бизнесин тяшкили вя идаря едилмяси
458
- Region əhalisinin sosial təminat problemlərinin kompleks həllini
sürətləndirmək məqsədilə işsizliyin azaldılması, yeni iş yerlərinin yara-
dılması və əhalinin aktiv hissəsinin və əməkqabiliyyətli kütləsinin məşğul-
luğunun təşkili;
- Ölkədə yoxsulluğun aradan qaldırılması üzrə aparılan tədbirlərin
effektivliyinin artırılması;
- Tüfeyliliyin, cinayətlərin azaldılması, narkomaniyaya qarşı dövlətin
gördüyü tədbirlərdə «sosial təminat» anlayışı amilinin gücləndirilməsi;
- Müasir idarəetmə texnologiyasına malik menecer və sahibkarların
yetişdirilməsi və iqtisadiyyatın inkişafında onlardan səmərəli istifadə;
- Əhalinin sağlamlığını təmin etmək üçün dünya standartlarına uyğun
gündəlik tələbat və istehlak mallarının istehsalının təşkili.
Elmi-texniki blok üzrə:
- Elmi-texniki yeniliklərə, elmi-tədqiqatlara marağın artması və
bununla əlaqədar təkliflərin reallaşdırılması;
- Ənənəvi milli iqtisadiyyat sektorlarının inkişafının sürətləndirilməsi,
modernizasiya edilməsi və bu məqsədlər üçün yeni texnologiyaların tət-
biqinin təşkili;
- Mövcud istehsal komplekslərindən, iri qurğulardan və infrastruktur
imkanlarından səmərəli istifadəsinin təmin edilməsi və onların rentabellik
səviyyələrinin yüksəldilməsi, məhsuldarlığının artırılması və s.
Qeyd etmək lazımdır ki, bu bloklar üzrə verilən vəzifə və məqsədlərin,
xüsusiyyətlərin və prinsiplərin əksəriyyəti inkişaf etməkdə olan ölkələrin
sosial-iqtisadi həyatı üçün xarakterik sayıla bilər.
Dünya təsərrüfat sistemində qloballaşma və inteqrasiya proses-
lərinin dərinləşməsi, bu təsərrüfat sisteminin formalaşdığı dövrdə ticarət-
iqtisadi əməkdaşlıq prinsiplərinin təkmilləşdirilməsi və ölkələrin iqtisadi
inkişaf istiqamətlərinin transformasiyası nəticəsində X Z-in xarakterlərində,
onların prinsip və xüsusiyyətlərində müxtəlif amillər özünü göstərməkdədir.
stehsal olunan məhsulun təyinatlı əlamətinə görə zonalar – ixrac-
istehsal zonasına, idxal-istehsal zonasına və qarışıq zonalara ayrılırlar.
Zonalar fəaliyyət əlamətinə görə – ticarət zonasına, istehsal zonasına,
beynəlxalq xidmət zonasına; elmi-texniki inkişaf zonasına və sərmayə
yardımı zonalarına ayrılırlar. Zonaya daxilolma rejiminə görə açıq zonaya
və qapalı zonaya ayrılırlar.
30.4. Biznesin inkişafında Xüsusi qtisadi zonaların rolu
Dünya ölkələrinin təcrübəsi göstərir ki, milli iqtisadiyyatın dünya iqti-
sadiyyatına səmərəli inteqrasiyası, ölkənin və onun regionlarının qarşısında
duran aktual sosial-iqtisadi problemlərin həlli üçün X Z-in yaradılması mü-
hüm rol oynaya bilər.
Dostları ilə paylaş: |