4
GİRİŞ
ARDNŞ üçün yüksək ixtisaslı fəhlə kadrlarının hazırlanmasını, malik olduqları
peşələr üzrə ustalıqlarının artırılmasını, təlim – tədrisin beynəlxalq standartların tələbləri
səviyyəsində qurulmasının təşkil edilməsini, həmçinin Xəzər hövzəsində fəaliyyət göstərən
dənizçilərə və dəniz neftçilərinə beynəlxalq dəniz konvensiyalarının (DHDNÇ – 78
Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq dənizçilərin və İMO – nun A 791
qətnaməsinə əsasən) tələblərinə uyğun təlimlərin keçirilməsi və təkmilləşdirilməsini həyata
keçirən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin
kollektivi, Azərbaycanda texniki – peşə
təhsilinin yenidən qurulması, onun keyfiyyətcə yeni mərhələyə qaldırılması istiqamətində öz
töhvələrini verməkdə davam edir.
Beynəlxalq Standartlara uyğun inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki,
cəmiyyətin demokratik inkişafının əsas şərtlərindən biri də dövrün tələblərinə cavab
verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər sisteminin
yaradılmasıdır. Ümummilli Liderimiz H.Əliyevin sadiq davamçısı, cənab İlham Əliyevin
qeyd etdiyi kimi, “Ən yaxşı inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o ölkələrin
inkişafında aparıcı rol oynayan təkcə neft – qaz deyil, bilikdir və elmi – texniki tərəqqidir”
Bu gün ARDNŞ – in strukturu kimi fəaliyyət göstərən Təlim, Tədris və
Sertifikatlaşdırma İdarəsi öz fəaliyyətində bu meyarı əsas götürərək neft – qaz sənayesi üzrə
yeni fəhlə kadrlarının hazırlanması, ixtisaslarının artırılması, yenidən hazırlanması və 2-ci
peşəyə yiyələnməsi işini müvəffəqiyyətlə həyata keçirir. Hazırda İdarənin strukturunda
fəaliyyət göstərən Təlim Mərkəzlərində işləyən mütəxəssislərin böyük əksəriyyəti neft – qaz
sənayesi sahəsində öz sözünü demiş şəxslərdir ki, onların elmi potensialının, nəzəri
biliklərinin və təcrübələrinin gələcək nəsillərə çatdırılması üçün bu “Tədris vəsaitləri”nin
hazırlanmasına böyük ehtiyac duyulur. Məhz bu məqsədlə TTSİ rəisinin əmri ilə yaradılmış
xüsusi komissiya müvfiq mütəxəssisləri cəlb etməklə, yeni fəhlə kadrlarının hazırlanması
prosesini yüksək keyfiyyətlə həyata keçirmək, şagirdlərin və dərs deyən bütün
mütəxəssislərin lazımi tədris vəsaitləri ilə təmin olunmasına nail olmaq üçün bu tədris
vəsaitlərinin hazırlanmasına nail olmuşdur.
“Kompüter Texnikasının Əsasları” fənni üzrə Fəhlə kadrlarının hazırlanması
prosesində istifadə etmək üçün tərtib olunan bu tədris vəsaiti Fəhlə Kadrlarının Hazırlanması
üçün tərtib edilmiş “Tədris proqramına” uyğun olaraq yazılmışdır. Tədris vəsaitində Fəhlə
hazırlığı prosesində nəzəri biliklərin öyrədilməsi və praktiki təlim zamanı kursun predmeti
və obyektləri, mahiyyəti və vəzifələri, tətbiq sahələri və istifadə qaydalarının öyrədilməsi ilə
yanaşı, digər vacib məsələlərə də aydınlıq gətirilmişdir.
Tarixən informasiyanın ifadə edilməsi və yadda saxlanılması tələbatı nitqin, yazının
və təsviri incəsənətin yaranmasına səbəb olmuşdur. Sonralar informasiyanın saxlanılması və
mübadiləsi tələbatı kitab çapının və poçtun yaradılmasına gətirib çıxarmış, teleqraf, telefon,
radio və televiziyanın yaranması böyük mətn informasiya selinin və təsvirinin işıq sürəti ilə
ötürülməsinə imkan vermişdir. Lakin bu informasiyanın məqsədyönlü işlənməsi kompüter
texnologiyası yaranana qədər yalnız insan tərəfindən yerinə yetirilirdi.
Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək, elmi-texniki, iqtisadi
tərəqqinin, ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə çevirilmişdir. Kompüter
texnikasının tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən dəyişdirilməsinə, əmək
məhsuldarlığının artmasına, insanların əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olur.
Kompüter texnologiyası həmçinin qlobal informasiya mühitinin yaradılmasında,
5
informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik bazarının yaradılmasında və
inkişafında, təhsil sisteminin təkmilləşməsində, beynəlxalq, milli və regional səviyyədə
informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və
ümumi mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır.
Mütəxəssislərin fikrincə, informatika, eləcə də informasiya texnologiyaları elmi
inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlib, gündəlik həyata daxil
olub. İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti,
informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video
konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder, host, çat,
meynfreym, LAN, WAN, XML, HTTP və s. kimi anlayışlar bu qəbildəndir.
Müasir dövrdə kompüter texnologiyaları müstəqil və yeni elm sahəsi kimi formalaşır.
Kompüter qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri,
intellektual korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual
sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər kompüter texnologiyaları elminin
perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləri sayılır.
Dərslik eyni adlı fənnin “Tədris Proqramına” uyğun yazılmışdır. Dərslikdə kompüter
və telekommunikasiya texnikası, kompüterin yaranma tarixi, arxitekturu, texniki təminatı,
proqram təminatı, “Əməliyyat Sistemləri”, “MS Office 2007” paketi, kompüter şəbəkələri,
kompüter şəbəkəsində informasiya mübadiləsi və s. mövzular şərh olunmuşdur. Dərslik
həddən artıq oxunaqlı olub, sadə dildə yazılmış, şərh olunan mövzularda çoxsaylı misallar,
şəkillər, qrafik
və cədvəllər verilmişdir
“Kompüter Texnikasının Əsasları” tədris vəsaiti, latın qrafikası
ilə Azərbaycan dilində
nəşr olunan ilk kitablardandır. Bu tədris vəsaitindən Təlim Mərkəzlərinin şagirdləri ilə
yanaşı, ixtisasartırma kurslarına göndərilmiş mühəndis və texniki işçilər,
həmçinin Ali və orta
ixtisas təhsili müəssisələrinin tələbələri də istifadə edə bilərlər.