Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

24 



 

Azərbaycan SSR-in bayraqları 

 

 



1920-ci  il  aprelin  28-də  Bakıda  Sovet  hakimiyyəti  quruldu  və 

Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan SSR) elan olundu. 

Sovet  bayraqşünaslarının  fikrincə,  ilk  dövrlərdə  inqilabi  al  bayraqlarla 

yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz 

və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. Məsələn, 1921-ci 

ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu. 

Lakin  Sovet  hakimiyyətinin  ilk  illərində  Azərbaycan  özünün  dövlət 

atributlarını 

Sovet 

Rusiyasının 



atributlarına 

uyğunlaşdırmaq 

məcburiyyətində qalmışdı.

 

1921-ci ilin may ayında RSFSR-in Konstitusiyasına uyğunlaşdırılmış şəkildə Sovet Azərbaycanının ilk 



Konstitusiyası (Əsas Qanun) qəbul edilmişdi.. 104-cü maddədə dövlət bayrağının təsviri verilirdi: " Azərbaycan 

İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarətdir, onun sol küncündə, 

bayraq  sapı  tərəfdə  yaşıl  fon  üzərində  qızılı  "AİŞC"  və  ya  "Azərbaycan 

İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdir. " 

Yuxarıda  verilən  təsvir  RSFSR-in  1918-ci  il  Konstitusiyasında 

verilmiş RSFSR bayrağının təsvirini eyniliklə təkrar edirdi. 

Fərqli  cəhət  bundan  ibarət  idi  ki, 

RSFSR bayrağında yazılı sahə qırmızı idi, 

Azərbaycan  SSR-in  bayrağında  isə  yaşıl 

verilmişdi, respublikaların adlarının abreviaturaları da həmin qaydada seçilirdi. 

1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb 

əlifbası  idi,  odur  ki,  "AİŞC.”  abreviaturası  da  ərəb  əlifbası  ilə  türk  dilində 

verilmişdi. 

1922-ci  ilin  dekabrın  30-da  SSRİ-ni  tərkibinə  daxil  olduqdan  sonra  öz  müstəqilliyini  de  fakto  itirən 

Azərbaycan  SSR  MİK  (Mərkəzi  İcraiyyə  Komitəsi)  yeni  latın  qrafikalı 

əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə 

eyni  hüquqa  malik  olması  barədə  dekret  qəbul  etdi.  Bu  amil  bayrağın 

təsvirinə  də  öz  təsirini  göstərmiş  oldu,  yəni  "A.S.S.R"  abreviaturası  həm 

latın, həm ərəb əlifbası ilə verildi.  

1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış 

üçüncü  sessiyası  Azərbaycan  SSR  Konstitusiyasının  (Əsas  Qanun)  yeni 

redaksiyasını  qəbul  etdi.  Azərbaycan  SSR  Sovetlər  Qurultayı  1925-ci  il 

martın  14-də  onu  təsdiq  etdi.  Konstitusiyanın  (Əsas  Qanun)  yeni  redaksiyasının  104-cü  maddəsində  dövlət 

bayrağı aşağıdakı qaydada təsvir edilirdi: 

"AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq 

sapı tərəfdə radiusu bayraq eninin 

1

/

6



-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş 

ucları  sağ  tərəfə  yönəlmiş  qızıl  aypara  və  qızılı  xətlə  haşiyələnmiş  qırmızı  beşguşəli  ulduz  yerləşdirilib; 

ayparanın diametri bayraq eninin 

1

/



10

-nə bərabərdir, oraq və çəkicdən sağda 

yeni və əski türk əlifbası ilə "A.İ.Ş.C" yazısı verilib. 

20-ci illərin axırında rus dilindəki"социалистическая" sözü əvvəlki 

tək  "ictimai"  kimi  deyil,  "sosialist"  kimi  tərcümə  edilməyə  başlanıldı. 

Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. 

Azərbaycan SSR MİK-nin 1929-cu il 1 yanvar tarixli qərarı ilə latın 

əlifbasına  keçid  başa  çatdı,  ona  uyğun 

olaraq  Konstitusiyanın  (Əsas  Qanun) 

104-cü  maddəsindən  "və  əski"  sözləri  çıxarıldı.  1930-cu  ildən  başlayaraq 

Azərbaycan  SSR-in  bayrağı  üzərində  "ASSR"  abreviaturası  yalnız  latın 

əlifbası  ilə  verilməyə  başladı.  Bu  qayda  VII  Ümumazərbaycan  Sovetlər 

Qurultayının  1931-ci  il  fevralın  14-də  qəbul  etdiyi  Azərbaycan  SSR-in 

Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasında təsbit edildi.  

1937-ci  il  Konstitusiyasının  152-ci  maddəsində  isə  dövlət  bayrağının  təsviri  belə  ifadə  edilmişdi: 

“Azərbaycan  Sovet  Sosialist  Respublikasının  dövlət  bayrağı,  sol  bucağında,  bayraq  ağacı  yanında  yuxarıda 




Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

25 



qızılla  oraq  və  çəkic  çəkilmiş  və  üstündə  Azərbaycan  dilində  "Az  SSR"  sözləri  yazılmış  qırmızı  qumaşdan 

ibarətdir.” 

1939-cu  il  11  iyul  tarixdə  qəbul  edilmiş  "Azərbaycan  əlifbasının  latın 

əlifbasından  rus  əlifbasına  keçməsi"  haqqında  Azərbaycan  SSR-in  Qanununa 

uyğun  olaraq  1940-cı  il  yanvarın  1-dən 

Azərbaycan  əlifbası  latın  əlifbasından  rus 

əlifbasına  keçirildi.  Azərbaycan  SSR  Ali 

Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart 

tarixli  fərmanı  ilə  Azərbaycan  SSR  Dövlət  bayrağı  üzərində  "Az.  SSR" 

abreviaturası yeni əlifba ilə təsvir edildi. 

Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  1952-ci  il  7  oktyabr 

tarixli  Fərmanı  ilə  Azərbaycan  SSR  xalq  rəssamı,  əməkdar  incəsənət  xadimi,  Azərbaycan  Dövlət  İncəsənət 

Muzeyinin direktoru K.M. Kazımzadənin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu 

və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının 

(Əsas Qanun) 152-ci maddəsinə daxil edildi:  

"Azərbaycan  Sovet  Sosialist  Respublikasının  Dövlət  bayrağı  iki 

üfüqi  yerləşən  rəngli  zolaqlardan  ibarətdir:  qırmızı  rəngli  üst  zolaq 

bayrağın  eninin  ¾-nə  bərabər  ölçüdədir,  göy  rəngli  alt  zolaq  bayrağın 

eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq 

sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş 

qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir.  

1956-cı  il  may  ayının  5-də  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət 

Heyətinin  Fərmanı  ilə  "Azərbaycan  Sovet  Sosialist  Respublikasının 

Dövlət  bayrağı  haqqında  Əsasnamə"  təsdiq  edildi.  Burada  bayraq 

üzərində  oraq,  çəkic  və  ulduzun  mövqelərini  təkrarlayan  və  onların 

dəqiqləşdirilmiş  təsvirləri  aşağıdakı  kimi  verilirdi:  "...Oraq  və  çəkic 

tərəfi  bayraq  eninin  ¼-nə  bərabər  olan  kvadratın  içərisinə 

yerləşdirilir. Orağın şiş ucluğu kvadratın üst tərəfinin ortasına düşür, 

orağın və çəkicin dəstəkləri kvadratın alt künclərinə dirənir. Çəkicin 

dəstəyi  ilə  bir  yerdə  uzunluğu  kvadratın  diaqonalının  uzunluğunun 

¾-ni  təşkil  edir.  Beşguşəli  ulduz  kvadratın  yuxarı  tərəfinə  bitişik 

diametri bayraq eninin 

1

/

8



-nə bərabər olan çevrəyə yerləşdirilir. Ulduzu, orağı və çəkici ortadan bölən şaquli ox 

bayraq sapından bayraq eninin 

1

/

3



-i qədər məsafədə yerləşir.  

Bayrağın yuxarı kənarından ulduzun mərkəzinə qədər məsafə bayraq eninin 

1

/

8



-i qədərdir..."  

Bu  dəyişikliklərin  nəticəsində  oraq  və  çəkic  təsvirlərinin  ölçüsü  SSRİ  Dövlət  bayrağı  üzərindəki 

təsvirlərlə  uyğunlaşdırılmış,  yəni  kiçildilmişdir,  1952-1956-cı  illərdəkinə  nisbətən  bayrağın  sapından  bir  az 

uzaqlaşdırıldı. 

Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  1981-ci  il  16  mart 

tarixli  fərmanı  ilə  təsdiq  olunmuş  "Azərbaycan  SSR  Dövlət  bayrağı 

haqqında  Əsasnamə"nin  yeni  redaksiyasında  Azərbaycan  SSR  Dövlət 

bayrağının təsviri 1956-cı ildəki təsviri ilə müqayisədə dəyişilməz qalmış, 

lakin  bayraq  haqqında  Əsasnaməyə  əlavədə  Azərbaycan  SSR  Dövlət 

bayrağının  əks  tərəfinin  rəsmi  təsdiq  olunmuşdu,  buradan  oraq,  çəkic  və 

ulduz  təsvirləri  çıxarılmışdı.  SSRİ,  müttəfiq  və  muxtar  respublikalar  üçün  bu  qayda  həmin  dövrdə  təsbit 

olunmuşdu.  

5 fevral 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanunu ilə Azərbaycan 

Respublikasının Dövlət bayrağının yeni təsviri təsdiq edilmişdir. 



 

Mətnin hazırlanmasında http://www.vexillographia.ru/azerbaij/index.htm saytında  

yerləşdirilən materiallardan istifadə edilmişdir. 

 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə