Mübariz Yusifov
alınmış kənizini bol cehizlə kəniz sahibinə qaytarır, beşinci
məzlumun mal-mülkünü özünə qaytarır və üstəlik ona təqaüd
təyin edir. Altıncı məzlumun əlindən alınmış torpağı ikiqat
özünə qaytarılır, yeddinci məzlum isə dünya malında gözü
olmayan bir zahid imiş, şahın xain vəziri onu bəddua
qorxusundan zindana salıbmış. Güya zindanda o adam artıq
bəddua edə bilməzmiş. Əksinə azadlıqda bəddua bir idisə
zindan həyatında daha artıq olardı. Şah ona ənam verdikdə isə
zahid azadlığı daha üstün tutduğu üçün bəxşişləri götürmür.
Şah zahidə -
«Vəzirin nəyi var, daş-qaş, mülki-mal
Götür, zahid baba, sənin olsun al!»-deyir
Zahid isə qəbul etmir:
Verilən şeylərdən üz döndərərək
Zahid dövrə vurdu, misali-fələk
Sonra: - Bu nəqdlərdən azadam, dedi.
O yaxşı vermişdi, yaxşı istədi.
Çalğısız başladı birdən o rəqsə
Getdi, görünmədi artıq heç kəsə
Y G. 2004, 283.
Nizaminin öz dövründə görmək istədiyi və Azərbaycan
məkanına şamil etdiyi şəxsiyyət azadlığı, eləcə də ictimai fi
kir və düşüncə azadlığı bütövlükdə cəmiyyət azadlığının
bərqərar olunmasına xidmət edən ideyal an n təcəssümü idi.
5. Cəmiyyət azadlığı
Cəmiyyət azadlığı Nizami yaradıcılığında olduqca
mühüm bir yer tutur. Nizami öz cəmiyyətini, övladı olduğu
Azərbaycan məkanını azad, müstəqil, sərbəst ədalətin
70
Nizamidə azərbaycançıltq
bərqərar olunduğu bir məkan kimi görmək istəyirdi. Bu
cəmiyyətdə haqq və ədalət öz yerində olmalı idi. Haqq və
ədalət insan cəmiyyətinə bəxş olunan Allah lütfüdür: Nisa (4)
3; 58, 65, 105, 135; Maidə (5), 8, 42; Əraf (7), 159; 181; Nəhl
(16), 76, 90; Ənbiya (21) 47; Əhzab (33), 5; Şura (42) 15;
Hədid (57), 25; Mumtəhinə (60), 8; Hücurat (49) 10.
Nizami cəmiyyət azadlığını necə görmək istəyirdi?
Nizaminin azad cəmiyyəti xəyali deyildi. Onun fikir və
düşüncələrinin məhsulu idi. Onun cəmiyyətində yaşayan
insanlann arzusu, istəyi və məsləki idi. Bu cəmiyyətdə
bolluq, ədalət bərqərar olunmalı idi. Burada bolluq və
fıravvnlıq yaradılmalı idi. Bu ölkədə insanların maddi və
mənəvi ehtiyaclarının təmin edilməsinə şərait yaradılmalı idi.
Bunlar mümkündürmü, yoxsa xəyallara çevrilib şirin yuxular
kimi əlçatmaz idi? Əlbəttə ki, mümkün idi. Nizami dahi idi və
dahiyanə düşünürdü. O öz dahiyanə düşüncəsi ilə onu dərk
edirdi ki, Azərbaycan yeraltı və yerüstü sərtvətlərlə zəngin bir
ölkədir. Bu ölkədə yeraltı və yerüstü sərvətlər mövcud olduğu
kimi zəngin intellektli, ağıllı insanlar da çoxdur. Belə bir
potensialı olan ölkənin cəmiyyəti yaxşı yaşamağa layiqdir. Bu
ölkədəki insanlann öz ağılı və idrakı ilə, torpağın yetirdiyi
dahilərin qüdrəti
ilə
cəmiyyətdə
azadlığın,
ədalətin,
fıravanlığın baş verməsi təkcə utopiya deyil, xəyal deyil,
əsrarəngiz röya deyil, həm də həqiqətdir. Nizami inanırdı ki,
nə zamansa bu baş verəcək. Ona görə təsadüfi demirdi ki,
ilahi qüdrət yanında zaman ölçüsü yoxdur. Min il də bir gün
kimidir. Yəni bu gün baş tutmayan iş on ildən sonra da, min
ildən sonra da baş tuta bilər. Başqa mənada, əgər Allah
yanında zaman ölçüsü yoxdursa xoşbəxt cəmiyyət bu gün
mövcud deyilsə sabah onun baş tutacağına ümidlə baxmaq
lazımdır. Zaman ölçüsünün nisbi olduğunu İəskəndərin
dilindən aşağıdakı kimi mülahizə edir:
Dünyanı görmədən torpağa girən
Birgünlük körpəyə bənzəyirəm mən
Dünyanı başabaş gəzmişəm özüm
Mübariz Yusifov
Hələ ki dünyadan doymayıb gözüm
Otuz altı deyil, lap otuz min il
Yaşasam cavabım bu olardı, bil!
İ, II 2004, 191.
Nizami özü də öz dilindən zaman nisbiliyini belə i f a d ə
edir:
Fələyin zərləri əyri atması
Dünyanın oyuna xələl qatması
Altmışa çatdırdı yaşımı mənim
Düşməmiş qüvvədən ancaq bədənim.
Sanıram yenə də on yaşmdayam
Hələ də divlərin savaşındayam.
İ, II, 2004,218.
Dünyada əziyyət çəkib boy atdın
Elə ki, səksənə, doxsana çatdın
Ordan da yetirdin özünü yüzə
Ölüsən, diri də görünsən gözə
İstər bir gün yaşa, istərsə yüz il
Bu nurlu eyvandan köçəcəksən, bil!
X-Ş, 2004, 54-55.
Nizaminin düşündüyü zaman nisbiliyi həqiqətdir v ə
«Qurani-Kərim»də də bu barədə müfəssəl ayələr vardır.
«Quran» ayələrində Allahın zamanının yetişəcəyinin xəyal
yox, haqq olduğu göstərilir: «Yer özünə məxsus şiddətlə
lərzəyə gəlib titrəyəcəyi zaman (1); Yer öz yükünü çıxarıb
atacağı zaman (2); İnsan «Buna (bu yerə) nə olub?» deyəcəyi
zaman (3); Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir (4);
Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (5) (Əl-Zilzal
(Zəlzələ) surəsi (99).
72
Nizamidə azərbaycançılıq
Bu ayələrin cəmiyyət həyatına şamil oluna biləcəyi
mənasını belə başa düşmək olar: «Yer üzündə haqsızlığın,
ədadlətsizliyin bir sonu var. Yerin haqsızlığı, ədalətsizliyi öz
üzərindən atacağı bir zaman həqiqətdir və geci-tezi
gələcəkdir. Bunu Allah özü vəhy etmişsə, Allah üçün zaman
ölçüsü yoxdur. Bu ölçü insan üçündür. Allah bu günü insanın
zaman anlayışında bu gün də edə bilər, sabah da, min ildən
sonra da. O zaman ki, ona məqam yetişə». Nizami də belə bir
haqq olan zamanı nəzərdə tutur. O bir dahiyanəliklə bu fikrə
gəlir ki, zülm, ədalətsizlik onun yaşadığı dövrdə Azərbaycan
məkanında tüğyan etsə də zaman öz sözünü deyəcək, Allahın
ədaləti və Nizaminin arzulan onun məkanında bərqərar
olacaqdır. Ordur ki, Nizami cəmiyyət azadlığı barəsində
düşünəndə sabahkı günə inamla baxır. Zülmün yox olacağını
və ədalətli, azad cəmiyyətin bünövrəsinin ən əvvəl başqa
yerdə yox, məhz Azərbaycan məkanında baş tütacağım bədii
bir dillə canlandırır. Nizami deyir ki, Allahın ədalətinin sonu
yoxdur, o daimidir və əbədidir. İnsanlann içərisində özünü
«seçilmiş» kimi göstərməyə cəhd edən bir təbəqənin
cəmiyyətə qarşı istismar alətinə yönəldiyi zülmün isə davamı
yoxdur. Allahın ədaləti zalımın zülmünün fövqündədir.
Ədalət işığında zülmətin varlığının başa çatacağı həqiqət
olduğu kimi, zalımın zülmü də öz ömrünü başa çatdıracaqdır.
Nizaminin əsərlərində zalımın zülmünün sonunun başa
çatacağına və haqqın yetişəcəyinə inam ayrı-ayrı bədii
lövhələrdə
canlandırılır.
Nizaminin
əsərlərində
zalım
kimlərdir? Əlbəttə ki, zalımı, zülmkan Nizami xalq içərisində,
cəmiyyət üzvləri arasında axtarmır. Zalımlar, ədalətsiz iş gö
rənlər o şəxslərin arasında axtarılır ki, onlar ixtiyar sahibləri
dir.
Hökmdarlardır,
şahlardır.
Nizami
zülmün
daimi
olmadığına inandığı kimi zülmkarın da öz zülmünü davam et
dirə bilməyəcəyi əqisədindədir. «Sirlər xəzinəsi»ndə deyilir:
Ürəkləri sındıran zümlkar bir şah vardı
Dirəşməkdə, höcətdə Həccacı mat qoyardı.
Aytək, güntək itigöz bir xəlifəsi vardı
73