30
Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının
dosenti, filologiya fakültəsinin dekan müavinidir.
1982-ci ildə namizədlik, 2013-cü ildə isə doktorluq dissertasiyaları müdafiə
etmişdir. Filologiya üzrə elmlər doktorudur. 14 kitabın, 100-dən artıq elmi
məqalənin müəllifidir.
Ailəlidir, üç oğlu, iki nəvəsi vardır.
Dekan müavini.
Pəri Şəmsəddin qızı Paşayeva 03
aprel 1954 – cü ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1970-ci
ildə Tovuz şəhərindəki A.S.Puşkin adına orta məktəbi bitirmişdir Həmin il ali
məktəbə sənəd versə də müsabiqədən keçə bilməmş, 1970-72- ci illərdə Tovuz
şəhərindəki Məlumat Hesablama Stansiyasında operator vəzıfəsində çalışmışdır.
1972- ci ildə ADPU-nun (V.İ.Lenin adına APİ) Filologiya fakültəsinə daxil
olmuş və 1976-cı ildə ali məktəbi bitirmişdir.
1982-ci ildən ADPU- nun pedaqoji fakültəsində baş laborant,1994-cü ildə
Azərbaycan dili və onun tədrisi metodlkası kafedrasında kabinə müdiri, 1996-cı
ildən isə həmin kafedrada müəllim vəzifələrində çalışmışdır.
1998-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kaferdrasının
dissertantı olmüş, 2004-cü ildə “ İbtidai siniflərdə fonetikanın tədrisinin elmi-
metodik əsasları” movzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə
doktoru alimlik dərəcəsi almışdır. 2006-ci ildə Azərbaycan dili və onun tədrisi
metodikası kafedrasında baş müəllim, 2011 –cü ildə isə dosent vəzifəsinə
seçılmişdir.
31
2003-2009-cu illərdə Azərbaycan Respublikasında kurikulumun tətbiqi ilə
əlaqədar müəllim hazırlığı və ixtisasartırılması ilə bağlı kurs və seminarlarda
iştirak edərək “Təlımçılərin təlimçısı” sertifikatı almışdır.
2007-2009- ci illərdə ADPU-da, Azərbaycan Slavyan və Dillər
universitetlərində müəllimlər üçün təşkil edilmiş treninqlərdə telimçi olmuşdur.
2008-2015-ci illərdə Baki şəhərinin və respublikanın müxtəlif bölgələrinin
məktəblərində kurikulumun tətbiqi ilə bağlı müəllimlər üçün təşkil olunmuş
kurslarda təlimçi kimi fəaliyyət göstərmişdir.
2011-ci ildən Filologiya fakültəsində dekan müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
Fakültə tyutoru. Aygün Səlim qızı Zamanova 1983-cü il 12
oktyabrda Sumqayıt şəhərində anadan olmuşdur. 1990-2000-ci illərdə Sumqayıt
şəhəri, 8 saylı məktəbdə orta təhsilini başa vuran A.S.Zamanova 2001-ci ildə
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və
ədəbiyyatı ixtisasına daxil olmuş və 2006-ci ildə həmin ali məktəbin bakalavr
pilləsini bitirmişdir.
2008-2010-cu
illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Azərbaycan dili və ədəbiyyatın tədrisi metodologiyası və metodikası ixtisası üzrə
magistr dərəcəsi alan A.S.Zamanova 2012-ci ildən ADPU-nun Təlim və tərbiyənin
nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası) ixtisasının
fəlsəfə doktoru proqramı üzrə doktoranturada təhsil alır.
2002-2008-ci illərdə Sumqayıt şəhəri, 8 saylı orta məktəbdə laborant
vəzifəsində çalışmışdır. A.S.Zamanova 2010-cu ilindən ADPU-nun Filologiya
fakültəsində tyutor vəzifəsində çalışır. İşlədiyi müddətdə Azərbaycan Respublikası
32
Təhsil Nazirliyinin təşkil etdiyi kompyuter kurslarında iştirak etmişdir
(26.12.2005-ci il). Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi
ADPU, 13.09.2010-13.10.2010 tarixlərdə tyutor işinin təşkili haqqında kursu
bitirmişdir. Azərbaycan,türk,rus,ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.
Fakültə tyutoru. Hümmətova Günel Saleh qızı 1986-cı il 18
iyun Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. 1993-2004-cü illərdə
Bakı şəhəri, Ağdam rayonu, 73 saylı orta məktəbi başa vuran G.S.Hümmətova,
2004-cü ildə BSU-nun Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası
bakalavr pilləsinə daxil olmuş və 2008-ci ildə ali məktəbi
fərqlənmə diplomu ilə
bitirmişdir. 2008-2010-cu illərdə AMİ-nin Azərbaycan ədəbiyyatı istiqaməti
Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsilin fərqlənmə diplomu ilə
bitirmişdir. 2012-ci ildə ADPU-nun qiyabi Azərbaycan ədəbiyyatı ixtisası üzrə
doktoranturada təhsil alır. 2010-cu ildən ADPU-nun Filologiya fakültəsində tyutor
vəzifəsində çalışır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji
Universiteti 13.09.2010 – 13.10.2010 tarixlərdə tyutor işinin təşkili haqqında 120
saat həcmində kursu bitirmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji
Universiteti 23.06.2015 – 06.07.2015-ci il tarixlərində Ali təhsil müəssisləri üçün
“Ümumi təhsil kurikulumunun əsasları” fənninin tədrisi üzrə keçirilən təlim
məşğələlərində təlim keçmişdir.
Azərbaycan, türk, rus, ingilis dillərini bilir.
Beynəlxalq və yerli konfranslarda iştirak etmişdir. Çıxışçı və iştirakçı
sertifikatı almışdır. Meqalə və tezis müəllifidir. Ailəlidir, bir övladı var.
Dostları ilə paylaş: |