182
7.
Əmək hazırlığının sistemi.
8.
Əmək hazırlığı prosesində aşılanan bacarıq və vərdişlər sistemi.
9.
Sadə əmək alətləri ilə tanışlıq.
10.
Kiçikyaşlı uşaqlarla iş zamanı onların müstəqilliyinin inkişaf etdirilməsi.
11.
Texniki və texnoloji anlayışlar.
12.
Şagirdlərin əməyə psixoloji cəhətdən hazırlanması.
13.
Əmək hazırlığında istifadə olunan prinsiplər
14.
Əmək hazırlığının metodları.
15.
Pedaqoji texnologiyaların təsnifatı.
16.
Təlim texnologiyası.
17.
Fəal/interaktiv təlim metodları.
18.
Qrafik savad elementləri.
19.
Qrafiki təsvirlər. Çertyoj. Miqyas.
20.
Kağız və kartonun növləri və xassələri.
21.
Kağız istehsalında texnoloji prosesin əsas hissələri.
22.
Kağız və kartonla iş zamanı texniki yaradıcılığı inkişaf etdirməyə imkan verən işlər.
23.
Lif və sapların xassələri
24.
Toxuculuq lifləri: təbii və kimyəvi, süni və sintetik liflər.
25.
Parçanın əmələ gəlməsi prosesi.
26.
Ağac materialları ilə işin təşkili.
27.
Gil və plastilin ilə işlərin təşkili.
28.
Azərbaycanda geniş yayılmış ağac növləri.
29.
Əmək hazırlığı məşğələlərində istifadə edilən sintetik materiallar.
30.
Modelləşdirmə və quraşdırmanın şagirdlərin inkişafında əhəmiyyəti.
31.
Hərəkətli və hərəkətsiz modellər.
32.
Predmetlərin öyrənilməsi və tədqiqi ardıcıllığı.
33.
Modelləşdirmə prosesinin mərhələləri.
34.
Azərbaycanda əsas sənaye sahələri.
35.
İstehsalatda mövcud peşələr və professioqramma.
36.
Peşələrin yeniləşməsinə təsir göstərən əsas amillər.
37.
Bitkilərin becərilməsi və onlara qulluq.
38.
Kənd təsərrüfatı əməyinin öyrədilməsində əsas vəzifə.
39.
Əmək hazırlığı metodikasının predmeti və vəzifələri.
40.
Əmək hazırlığı dərslərinin tipləri və quruluşu.
41.
Politexnik istiqamətli dərsin əsas elementləri.
42.
Politexnik istiqamətli dərsin quruluşu.
43.
Texnologiya fənni üzrə müəllimin ümumi hazırlığı.
44.
İbtidai sinif üzrə texnologiya müəlliminin professioqramı.
45.
Təlimin əməklə əlaqələndirilməsi.
46.
Əmək hazırlığı ilə başqa tədris fənləri arasında əlaqə yaradılmasının əhəmiyyəti.
47.
Şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi.
48.
Texnologiya fənni üzrə qiymətləndirmənin əsas prinsipləri.
49.
İctimai-faydalı əməyin növləri.
50.
Uşaq əməyinin məzmunlu olması üçün müəllimin üzərinə düşən vəzifələr
İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının 13 sentyabr 2017-ci il tarixli
iclasında təsdiq edilmişdir.
183
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti
«Təsdiq edirəm»:
Tədrisin təşkili və təlim texnologiyaları
üzrə prorektor:____________dos.İ.Əsgərov
“ ” 2017-ci il
Fənn sillabusu
İxtisas:050118– İbtidai sinif müəllimliyi
Fakültə: Humanitar
Kafedra: İbtidai təhsil və məktəbəqədər tərbiyə
I.Fənn haqqında məlumat:
Fənnin adı: İbtidai təhsilin pedaqogikası
(Ali təhsil pilləsinin bakalavr səviyyəsi üçün təsdiq edilmiş 050118–“İbtidai sinif
müəllimliyi”Dövlət standartları-2014.) “İbtidai təhsilin pedaqogikası” proqramı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.05.2017-ci il tarixli, 242 saylı əmri ilə
təsdiq edilmişdir.
Kodu: İPF-B04
Tədris ili: IV (2017-2018) Semestr: VII
Tədris yükü. 120 saat. Auditoriya saatı - 45 saat (30 saat mühazirə, 15 saat seminar)
Tədris forması: Əyani
AKTS üzrə kredit: 4 kredit.
II. Müəllim haqqında məlumat:
Adı, soyadı, dərəcəsi: Nağıyeva Zemfira Şüriyə qız
Kafedranın ünvanı: Lənkəran ş., H.Abdullayev k. 22
Məsləhət günləri və saatı: V gün, saat: 14
00
E-mail ünvanı:Zemfira @gmail.com
III.Tövsiyə olunan dərsliklər və dərs vəsaitləri:
1.
Abdullayev A., Abdullayeva S. İbtidai təhsilin pedaqogikası. Bakı, “Elm və təhsil”,
2016
2.
Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, Adiloğlu, 2006.
3.
Kərimov Y. Təlim metodları. Bakı , Nasir, 2009.
4.
Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı, Çaşıoğlu, 2003.
5.
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.Bakı, 2009.
6.
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə
təhsil proqramı (kurikulumu). Bakı, 2013.
184
7.
Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kuriku.).Azərbaycan
məktəbi,2011,№ 6.
IV.Fənnin təsviri və məqsədi:İbtidai təhsilin pedaqogikasında pedaqoji proses,
müəllim və şagirdlərin qarşılıqlı əlaqəsi, müasir pedaqoji konsepsiyalar, ibtidai
siniflərdə təhsilin məzmunu məsələləri izah edilir, ibtidai siniflərdə təlim prosesinin
mahiyyəti, təlimin qanunauyğunluqları və prinsipləri, təlimin üsulları və vasitələri,
təlimin təşkili formaları, müasir təlim texnologiyaları, təlim müvəffəqiyyətinə nəzarət,
şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə əlaqədar elmi-nəzəri, didaktik materiallar
çatdırılır.
V.Davamiyyətə verilən tələblər:Fənn üzrə semestr göstəricilərinə və imtahanların
nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab
edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə
akademik borcu qalır. Fənn üzrə akademik borcu qalan tələbə həmin fənni yenidən
dinləməlidir. Bu zaman tələbə həmin fəndən dərslərdə iştirak etməklə, onun
mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.Dərsdə davamiyyətə görə
verilən maksimum bal 10 baldır.Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə
bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir; semestr ərzində fənnin tədrisinə
ayrılan saatların hər buraxılan 10%- nə 1 bal çıxılır. Fənn üzrə semestr ərzində
buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş
həddən yuxarı (25 %-dən çox) olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır,
onun həmin fənn üzrə akademik borcu qalır və onun haqqında müvafiq qərar qəbul
edilir.
VI. Qiymətləndirmə:Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50
balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50
bala aşağıdakılar aiddir:10 bal seminar dərslərində fəaliyyətinə görə,10 bal dərslərə
davamiyyətə görə,10 bal tələbənin sərbəst işinə görə, 20 bal kollekvium nəticələrinə
görə.İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə, bir
qayda olaraq fənn üzrə proqram materialını əhatə edən 5 sual daxil edilir. Hər sual 10
bala qədər qiymətləndirilir.
Qiymət meyarları aşağıdakı kimidir:
- 10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun
məzmununu aça bilir.
- 8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.
- 7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri
əsaslandıra bilmir.
- 6 bal – tələbənin cavabı əsasən düzgündür.
- 5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə
yol verir.
- 3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır.
- 1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal – suala cavab yoxdur.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə,
tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı
bala əlavə olunmur.
Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar
əsasında):
Ümumi balların cəmi Qiymət (sözlə)
Hərflə
91 - 100
əla
(A)
Dostları ilə paylaş: |