Azərbaycan Respublikası Təhsil Nazirliyi
Tərbiyə m əsələləri
EKOLOJİ MƏDƏNİYYƏTİN
FORMALAŞDIRILMASININ MÜTƏRƏQQİ
ƏNƏNƏLƏRİ
Rauf Sultanov,
biologiya üzrə elmlər doktoru,
professor
Açar sözlər: ekologiya, məktəb ekologiyası, ekoloji durum, ekoloji qanunlar, ekoloji
problemlər, ekoloji mühit, təbii mühit, ekoşüur, insan-cəmiyyət-təbiət, ekoloji eksperiment,
tədqiqat eksperimenti, doğma diyar, ekoloji tədqiqat, ekoloji mədəniyyət, təbii resurslar,
təbiəti mühafizə, ekoloji təhsil.
Ключевые слова: экология, школьная экология, экологическая ситуация, эколо
гические законы, экологические проблемы, экологическая среда, природная среда,
экосознание, человек-общество-природа, экологический эксперимент, исследователь
ский эксперимент, родной край, экологическое исследование, экологическая культура,
природные ресурсы, охрана природы, экологическое образование.
Key words: ecology, school ecology, ecological situation, ecological laws, ecologi
cal
problems, ecological environment, environment, ecoconsciousness, human-society-
nature, ecological experiment, research experiment, native land, ecological research, eco
logical culture, natural resources, protection nature, ecological education.
"Ekologiya" yunan sözü olub, yurd
(məkan) haqda təlim deməkdir. Ekoloji
tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin
mühüm tərkib hissəsidir. O, gənc nəsli eko
loji biliklərlə silahlandırmağa, ekoloji
mədəniyyəti
formalaşdırmağa
yönələn
tədbirlər sistemidir.
Ekoloji tərbiyənin əsasını təbiətin
mühafizəsi, onu sevmək işi təşkil edir. İnsan
təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə
insanı bəsləyir, yaşadır, fiziki və mənəvi
qüvvələrini inkişaf etdirir, ona həyat verir.
Lakin çox təəssüf ki, bəzən insan özü
təbiəti, ekoloji mühiti korlayır; udduğu
havanı, içdiyi suyu, məhsulunu yediyi torpa
ğı yararsız edir. Bu yolla insanlıq öz-özünü
məhvə aparır, özü üçün dəhşətli fəlakətlər,
xəstəliklər yaradır.
Ekoloji təhsil prioritet olmalıdır, o,
təsərrüfat fəaliyyətinin bütün sahələrini
qabaqlamalıdır. Təhsilin səviyyəsindən və
həyatda tutduğu mövqedən asılı olmayaraq
hamı ekoloji biliklərə malik olmalıdır.
Respublikamızın Konstitusiyasının
II fəslinin 78-ci maddələrində ekoloji duru
mu qorumaq və ətraf mühitin mühafizəsinin
hər bir vətəndaşın borcu olduğu göstərilir.
Ekoloji tərbiyə işində müxtəlif yol
lardan, forma və metodlardan istifadə edilir.
Ekoloji tərbiyə hələ kiçik yaşlardan, ailə və
uşaq bağçasından başlanmalıdır. Erkən yaş
lardan uşaqlarda təbiət hadisələrinə düzgün
baxışlar yaratmaq, onlara təbiəti, canlıları
sevdirmək, uşaq qəlbində xeyirxahlıq his
sləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna
diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan
və quşlara qarşı laqeydlik, hətta qəddarlıq,
rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə
40
qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeyd
likdən, ətraf aləmə qeyri-həssas münasi
bətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq
hisslərinin kütləşməsindən başlanır.
Ümumtəlısıl məktəblərinin vəzifəsi
şagirdləri yalnız ekologiya sahəsində müəy
yən həcmdə biliklərlə formalaşdırmaqdan
ibarət deyildir. Onlarda elmi təhlil vərdişi
əldə etmək, cəmiyyət və təbiətin qarşılıqlı
təsirini, təbiətə öz köməyinin əhəmiyyətini
dərk etmək vərdişlərini aşılayır.
Azərbaycan Respublikasında ekoloji
vəziyyətin yaxşılaşdırılmasına dair Kom
pleks Tədbirlər planında cəmiyyətin ekoloji
maarifləndirilməsi əsas vəzifələrdən biri
kimi göstərilir. Bu cür keyfiyyətlərin forma
laşdırılması müstəqil axtarış-tədqiqat prose
sində şagirdlərdə müstəsna əhəmiyyət kəsb
edir. Ekoloji tədqiqat fəaliyyəti - problemli
təhsilin vəzifələrindən birinə çevrilir.
Məktəblilərdə ekoloji tərbiyənin for
malaşdırılması, şagirdlərdə doğma diyarın
ekoloji problemlərinə, yaşadığı yerin ekoloji
vəziyyətinin öyrənilməsinə, elmi eksperi
mentlərə fəal, vicdanlı münasibətin yaran
masına kömək edir. Tədris prosesi çərçivə
sində ekoloji tədqiqat işləri məktəblilərin
praktiki fəaliyyətində ən kütləvi və perspek
tivli formalardan biri kimi çıxış etməlidir.
Təhsil və tərbiyə sistemində ekoloji
təhsil və tərbiyə özünəməxsus yerə malikdir.
Ekoloji maariflənmənin köməyilə və ekoloji
tərbiyə üzrə işlərlə əhatə olunmaq nəticə
sində təhsilalanlar ətraf aləmin mühafizə
sinə, gözəlləşdirilməsinə, yaşıllıqların artı
rılmasına qayğı ilə yanaşır. Vətənimizin
maddi və mənəvi sərvətlərinə görə iftixar və
qürur hissləri keçirir. Hər bir şagird respub
likamızın florası və faunası ilə tanış olmalı,
ətraf mühitin çirklənməsinə yol verməməli,
ağacların, quşların və heyvanların qırılması
ilə mübarizə aparmalı və həmin işə qrup yol
daşlarını, başqa insanları da cəlb etməli
dirlər.
Elmi-texniki tərəqqinin sürətlə inki
şaf etdiyi müasir şəraitdə ekologiyanın,
təbiətin mühafizəsi, onun sərvətlərindən
qənaətlə və səmərəli istifadə olunmaları
məsələləri müstəqil Azərbaycan Respublika
sının qəbul etdiyi bir sıra rəsmi sənədlərdə
öz əksini tapmışdır.
Təbiətin ayrılmaz tərkib hissəsi olan
insan onsuz yaşaya bilməz. Onun bütün
fəaliyyəti təbiətlə bağlıdır və təbiətə müna
sibəti həmişə əxlaqi-mənəvi səciyyə daşıyır.
Böyüməkdə olan nəslin təbiətə yeni
təfəkkür tərzində
münasibəti,
ekoloji
mədəniyyəti onları həm mənəvi normalara
riayət etməyə, həm də başqa adamların diq
qətini bu aktual problemin həllinə yönəl
məyə vadar edir.
Ekoloji tərbiyə ekoloji şüurun və
mədəniyyətin formalaşdırılması, məktəblilə
rin təbiətə qayğı göstərməsi və onu mühafizə
etməsi üzrə fəaliyyətinin təşkili üzrə
müəllimin məqsədəuyğun ardıcıl və planlı
işidir.
Ekoloji mədəniyyət təkcə təbiətə
müəyyən baxışlar, onun sisteminin işlənib
hazırlanması demək deyildir. O, həm də
konkret insan fəaliyyəti ilə əlaqədardır.
Şagirdlərin təbiətin mühafizəsinə aid kon
kret fəaliyyət vərdişlərinin formalaşması
böyük ekoloji tərbiyə məzmununa malikdir.
Şagirdin müəyyən fəaliyyətində şəxsiyyətin
iştirakı nəzəri bilik, praktik vərdiş və mənəvi
sistem arasındakı ziddiyyətləri qaldırmağa
imkan verir.
Göründüyü kimi, ekoloji mədəniy
yətin əsasını şagirdlərdə təbiətə, onun ehti
yatlarından istifadəyə durğun münasibətin
aşılanması təşkil edir. Ekoloji biliklərin
şagirdlərdə formalaşdırılması prosesində,
“Azərbaycan məktəbi” 2017/2
41
Azerbaycan Respublikası Təhsil Nazirliyi
onlar yaşadığı ərazinin ekoloji problemlərini
və eyni zamanda, bəşəriyyəti qlobal səviy
yədə narahat edən ekoloji problemləri, onla
rın həlli yollarını bilməlidir.
Ekoloji problemlər kompleks xarak
ter daşıyır və buna görə də onların
öyrənilməsi fənlərarası əlaqələrin imkanla
rından optimal istifadə edildikdə səmərəli
nəticələr verir. Bunun üçün təbiətşünaslıq
biliklərinin, bacarıq və vərdişlərinin ayrı-
ayrı fənlər və fənlər qrupu arasında diferen-
siallaşması, bölünməsi vacibdir. Həmçinin
fəndaxili bilik və vərdişlərin ardıcıl inkişaf
etdirilməsinə çalışmaq lazımdır. Tədris
prosesində ekoloji biliklərin mərhələlər üzrə
inteqrasiya edilməsinə çalışmaq lazımdır.
Mədəniyyətin formalaşdırılmasında
pedaqoji prosesin imkanlarından faydalana
raq, şagirdlərin ekoloji dünyagörüşünü artır
maq lazımdır. M üasir ekoloji şəraitin
mahiyyətini şagirdlərə çatdırmaq üçün təhsil
prosesində yalnız metodik vəsaitlərdən
istifadə edilməlidir.
Şagirdlər respublikamızda metodik,
elmi və kütləvi mətbuat səhifələrində ekolo
giya, ekoloji mədəniyyət, ekoloji tərbiyə
məsələlərinə dair çap olunmuş materiallar
dan istifadə etməlidir. Bunları toplamaq,
təfəkkür süzgəcindən keçirmək, ardıcıllıqla
sistemləşdirib şagirdlərə çatdırmaq lazımdır.
Bunun üçün ilk növbədə müəllimlər özləri
ekoloji maariflənmə ilə əhatə olunmalı və
ekoloji mədəniyyətə yiyələnməlidirlər.
Şagirdlərdə ekoloji mədəniyyətin
formalaşmasına imkan verən pedaqoji vasi
tələrdən istifadə edilməlidir. Pedaqoji vasi
tələrə təlim-tərbiyə prosesinin təşkili forma
ları, əyani vasitə və metodları, məzmun
cəhətləri və s. daxildir.
Yerli şəraitdən asılı olaraq təbiəti
mühafizə işinin m üxtəlif formalarından
istifadə olunur: məktəb meşəçiliyi, gənc
təbiətçi dəmək və klubları, məktəb qoruqla
rı, meyvə bağları, şagird istehsalat briqada
ları, ekologiya üzrə olimpiada və viktorina
lar, məktəb ekologiya cəmiyyəti, ekologiya
ayları, ekologiya reydləri və s. belə maraqlı
formalardandır. M əktəblərdə və yaşayış
yerlərində yaşıllıq iməcliklərinin keçiril
məsi, mavi və yaşıl keşikçi dəstələrinin yara
dılması, ilk çiçək bayramlarının, meşə və
quş günlərinin, təbiət dostları və gənc bağ
banların müsabiqələrinin təşkili kimi tədbir
ləri məktəblərdə ənənə şəklinə salmaq
lazımdır.
Biliklərin davranışda əks olunmasını
göstərən təlim şəraitinin yaradılması son
dərəcə mühüm vəzifədir. Bu zaman ekoloji
tərbiyənin zəruriliyi, cəmiyyət qarşısında
duran problemlər ekoloji təhsilin fasiləsizli
yini irəli sürmüşdür.
Ailədə və uşaq bağçasında aparılan
ekoloji tərbiyə işləri məktəbdə daha da inki
şaf etdirilir və sistemli şəkil alır. Təlim pro
sesi ekoloji tərbiyənin çox mühüm yoludur.
Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və
tərbiyə üçün böyük imkanlar vardır. İbtidai
siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf
aləmlə tanışlıq dərslərində təbiət və onun
mühafizəsi haqqında ilkin təsəvvürlərə
yiyələnir, onlarda təbiətə məhəbbət, onu
qorumağın vacibliyi fikri aşılanır.
Müəllim şəxsiyyətinin şagirdlərdə
ekoloji mədəniyyətin formalaşmasına təsiri
böyükdür. Müəllim şəxsiyyətinin ekoloji
mədəniyyətinin formalaşmasının özünəməx
sus yeri, psixoloji, sosioloji və s. xüsusiy
yətləri vardır. İnsanın ümumi mədəniy
yətinin formalaşmasının göstəriciləri olan
qazanılmış biliklərin əqidəyə çevrilməsi ilə
bağlı informatik-idraki vəzifələr mövcuddur.
Onlardan biri, əldə olunmuş yeni bilikləri
42
“Azərbaycan məktəbi” 2017/2
qiymətləndirmək və mənimsəmək vəzifəsi
dir. İnsanın sosial yaradıcılıq xəttini
müəyyən edən idraki fəallıq vəzifələri, dav
ranış və fəaliyyətin emosional normalarını
təmin edən ünsiyyət vasitələri yalnız müəl
lim peşəsində inteqrasiya olunur, öz əksini
tapır.
Təbiətin qorunmasına əsaslanan
təfəkkür sisteminin formalaşdırılması üçün
cəmiyyətin bütün üzvlərinin psixologiyasın
da ətraf mühitdə vəziyyətin başa düşülməsi
və təbiətin mühafizə edilməsinə, qorunması
na münasibətdə müsbət dəyişiklik olmalıdır.
Bunun qarşısını almaq üçün kiçik
yaşlardan uşaqları təbiətə qayğılı münasibət
ruhunda tərbiyə etmək, ekoloji şüuru və
mədəniyyəti formalaşdırmaq lazımdır. Hər
bir insan - şəxsiyyət və vətəndaş kimi öz
yurdunun, bəşər övladı kimi isə dünyanın
ekoloji vəziyyəti və tarazlığı üçün mə
suliyyət hiss etməli, onun pozulması halları
na barışmazlıq göstərməlidir. Bu, dünyanın
hər bir sakininin insanlıq borcudur.
Müəllim şəxsiyyəti, cəmiyyətin sağ
lam, mütərəqqi mədəniyyətinin formalaşma
sı barədə söylənmiş fikirlər bu gün də öz
aktuallığını saxlamaqdadır.
Rəyçi: prof. Ə.Hiiseynov
İstifadə edilmiş ədəbiyyat
1. Əliyeva R., Mustafayev Q. “Eko
logiya” dərs vəsaiti. Bakı, 2004.
2. Göyçaylı Ş., Mikayılov N. və baş-
qalan. Ə traf mühiti mühafizə və təbii ehti
yatlardan səmərəli istifadə. Bakı: Hərbi,
1996.
3.
Sadıqov F., Əliyeva E., Abbasov
M. Ekoloji tərbiyənin etnopedaqoji əsasları.
BakrNurlan, 2007.
Р.Султанов
Прогрессивные традиции формирова
ния экологической культуры
Резюме
Молодое поколение, подрастаю
щее в образовательных учреждениях в
связи с образом жизни в первую очередь
должно овладеть необходимыми экологи
ческими знаниями. Экологическое обра
зование приоритетное, независимо от
специальности, уровня образования и
занимаемого в жизни положения экологи
ческими знаниями необходимо обладать
всем. Поэтому планирование преподава
ния предмета «Школьная экология»
имеет большое значение в защите приро
ды и здоровья человека.
R.Sultanov
Traditions of ecological awarenesses
Summary
The young generation growing in
educational institutions in connection with a
way o f life first o f all should seize necessary
ecological knowledge. Ecological education
is priority, irrespective o f specialty, an edu
cation level and situation occupied in life by
ecological knowledge is necessary to pos
sess everything. Therefore planning o f teac
hing o f a subject “School ecology” is of
great importance in protection o f the nature
and health o f the person.
43
Dostları ilə paylaş: |