AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ
Dünya Kompyuter və elektronika sənayesi haqqında
ARAYIŞ
Hazırladı:
Sənaye şöbəsinin Sənaye siyasəti sektorunun
böyük məsləhətçisi Ceyhun Həsənov
Bakı – 2015
2
1.Əsas göstəricilər
Ümumi istehsal: 2013-cü ildə dünya kompyuter və elektron avadanlıq sənayesi
bazarının həcmi 587 milyard ABŞ dolları təşkil etmişdir.
Əsas istehsalçılar: Dünyanın ən iri kompyuter və elektron avadanlıqları istehsal edən
ölkələr – Çin, ABŞ, Cənubi Koreya, Yaponiya, Almaniya, Finlandiya və Sinqapur.
Əsas istehsalçı şirkətlər: Acer, Asus, Apple, HTC, Lenovo, Motorola, Dell, HP, LG,
Amazon, Samsung, Sony, Sharp və Toshiba kimi şirkətləri göstərmək olar.
Komputer istehsalı: 2014-cü ildə dünya üzrə fərdi kompyuterlərin istehsalı 308,3
milyon ədəd olmuşdur. 2013-cu illə müqayisədə 2,1 faiz azalıb.
Komputer satışı: 2014-cü ildə
dünya miqyasında kompyuter və noutbuk satışı
0,8 faiz
azalaraq 201 mlrd ABŞ Dolları həcmində olmuşdur.
Mobil telefonların ümumi satışı: 2013-cü illə müqayisədə 3,9 faiz artaraq 1,88 milyard
ədəd olmuşdur.
Smartfonların satışı: 2014-də dünyada 1283,5 milyon smartfon satılıb. Bu 2013-cü ilə
nisbətən 29,6% çoxdur. 2014-cü ildə “Samsung” 317,2 milyon telefon satışı ilə 1-ci yeri,
Apple 192,7 milyon ədəd «iPhone» satışı ilə 2-ci yeri, "Microsoft/Nokia” korporasiyası
isə 185,7 milyon satılmış qurğu ilə üçüncü yeri tutub.
Elektron və elektron avadanlıqların tullantıları: Ötən il dünyada elektron və elektron
avadanlığı tullantısı 42,0 mln ton olub.
İlk kompyuterin yaranma tarixi: 1946-cı ildə ABŞ-ın Pensilvaniya ştatında ENIAC
adlı universal kompyuter Con Mokli və Presper Ekkertin rəhbərliyi altında yaradılmışdır.
Məhz həmin tarix kompyuterlərin yaranma tarixi hesab olunur.
3
2. Kompyuter və elektronika sənayesi haqqında ümumi anlayış
Elektronika – elektron və ya başqa yüklü zərrəciklərlə işləyən elektrik qurğularının
tətbiqini öyrədən elmdir. Elektronikada sistemlər iki hissəyə bölünür: analoq və rəqəmli
sistemlər.
Elektronikanın bazasında düzəldilmiş texnikaya da elektronika deyilir. Burada
elektronik hissələrin yaradılması, modelləşdirilməsi və tətbiqi araşdırılır. Elektron
element kimi təkcə televiziya borusu yox, həm də müxtəlif yarımötürücülərdən və
metallardan hazırlanmış tranzistorlar da tətbiq olunurlar.
Elektronikanın əsas sahələrindən biri sabit siqnal axını və onların emalı ilə məşğul
olan analoq texnikasıdır. Bundan əlavə diskret halları emal edən rəqəmli texnika, ayrı-
ayrı elektronik elementlərin bir inteqrasiya olunmuş idarə dövriyyələrində tətbiqi, enerji
çevriciləri, simsiz yüksək tezlikli ötürmələr də elektronikanın tərkib hissələridir.
Elektronika bu gün yarımötürücülərdən başlayaraq kvant elektronikasından tutmuş
nano elektronikaya qədər böyük bir sahəni əhatə edir. Kompyuterin qəlibindən sonra,
informasiya texnologiyalarının daimi inkişafı və getdikcə genişlənməkdə olan
avtomatlaşdırma elektronikanın əhəmiyyətini daha da artırmışdır.
Müasir dövrdə elektron avadanlıqlar insan həyatının ən mühüm hissələrindən
birinə çevrilmişdir. Hansı fəaliyyət növünün olmasından asılı olmayaraq, biz gündəlik
4
məişətimizdə bəzi növ elektron avadanlıqlardan istifadə etmək məcburiyyətindəyik.
Texnoloji irəliləyişlər müntəzəm əsaslarla yaradılmış olan yeni texnologiyalar və
elektron məhsullara gətirib çıxartdı.
Kompyuter və elektron avadanlıqlar sənayesi tərəfindən kompyuterlər,
kompyuterə aid hissələr, kommunikasiya avadanlıqları, ev elektronika avadanlıqları,
eləcə də kommersiya və hərbi məqsədlərlə istifadə olunan ləvazimatlar istehsal edilir.
Bu sənaye sahəsi aşağıdakı sənaye qruplarına bölünür:
1. Kompyuterin və periferiya qurğularının istehsalı;
2. Kommunikasiya avadanlıqlarının istehsalı;
3. Audio və video ləvazimatlarının istehsalı;
4. Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı;
5. Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı;
6. Maqnetik və optik media istehsalı və təkrar istehsalı.
Kompyuterlərin yaranmasından yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu
müddət ərzində onlar çox böyük sürətlə inkişaf etmişdir. Bu inkişaf yolu kompyuterlərin
istehsalında, həcmində və funksionallığında özünü açıq şəkildə büruzə verir.
Kompyuterlər, yalnız hesablama əməliyyatı aparmağa qadir olan, istehsalı və istismarı
böyük xərc tələb edən böyük həcmli cihazlardan, kütləvi istehsal edilən, çox funksiyalı
və maya dəyəri az olan, kiçik ölçülü cihazlara çevrilmişdir. Kompyuterlərin sürəti, böyük
həcmli informasiyaları qəbul etmək, saxlamaq və emal etmək qabiliyyəti kəskin sürətdə
yüksəlmişdir.
İstifadəçi kompyuterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq başlanğıc,
informasiyalar, səhvsiz alqoritm və səmərəli proqram təminatına malik olmalıdır. Belə
proqramların yaradılması isə kompyuter texnikasının arxitekturasını və funksional
imkanlarını, alqoritmik dilləri bilməyi və proqramlaşdırma vərdişinə malik olmağı tələb
edir.
Kompyuter nədir:
Kompyuter, istifadəçidən aldığı məlumatlarla məntiqi hesablamalar aparan,
hesablamaların nəticəsini saxlaya bilən, saxladığı məlumatlarla istənilən vaxt yenidən
işlənə bilinən bir elektron maşındır.