Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

 
 
 
51 
Böyük yırtıqlar zamanı, həmçinin yırtıqların ölçülərindən asılı olmayaraq yaşlı, 
kök  xəstələrdə  yırtıqlara  xarakter  yerli  əlamətlərlə  (qarının  köpməsi,  qəbizlik,  əmək 
qabiliyyətinin aşağı düşməsi, qarında ağırlıq hissi, ürəkbulanma, bəzən yırtıq nahiyə-
sində  ağrılar  və  b.)  yanaşı  ümumi  əlamətlər  də  (təngnəfəslik,  taxikardiya,  boğulma 
tutmaları,  bəğəm  ifrazının  çətinləşməsi  və  s.)  müşahidə  olunmuşdur.  Əməliyyatönü 
dövrdə bu əlamətlər müvafiq ixtisaslı həkimlərin təyinatı ilə aradan qaldırılmışdır.  
Əməliyyatdan  sonrakı  və  residiv  yirtiqlar  bir  qayda  olaraq  əməliyyat  çapığı 
nahiyəsində əmələ gəlmişdir. Bu qrupda orta və böyük ölçülü yırtıqlar daha çox mü-
şahidə edilmişdir. Sərbəst yırtıqlar düzəlməyən yırtıqlarla müqayisədə 1,5 dəfə çox, 
birincili yırtıqlar zamanı isə əksinə, sərbəst yırtıqlar xeyli çox rast gəlmişdir.  
Böyük və nəhəng yırtıqlar qarın divarının ciddi deformasiyalarına, xroniki qə-
bizliyə,  sidik  və/və  ya  nəcis  ifrazının  pozğunluqlarına  səbəb  olmuşdur.  Bu  yırtıqlar 
ətrafında yerli toxumaların kobud, deformasiyaedici çapıq dəyişiklikləri, indurasiyası, 
rigidləşməsi  müəyyən  edilmişdir.  Qasıq-xayalıq  yırtıqları  ilə  xəstələr  cinsi  həyatın 
çətinlikləri ilə üzləşmişlər.  
Qasıq  kanalının  arxa  divarının  Lichtenstein  I.L.  üsulu  ilə  plastikasının 
metodikası  
Ənənəvi qasıq yırtığı plastikasında istifadə olunan 7-8 sm usunluqlu çəp dəri 
kəsiyi aparılmışdır. Kəsiyin uzunluğu fərdi, yırtığın anatomik ölçülərinə uyğun seçil-
mişdir. 
Dərialtı toxuma kəsik xətti boyunca küt üsulla aponevrozdan (ağ xəttdən) ayrı-
lmış, dupplikatura formalaşdırılması zərurəti olduqda ayrılma geniş həddlərdə aparıl-
mışdır.  Aponevroz  boylama  istiqamətdə  kəsilmiş,  yırtıq  kisəsi  tupferlə  küt  üsulla 
ətraf toxumalardan ayrılmışdır. Çəp yırtıq zamanı qasıq bağı, daxili çəp əzələnin sər-
bəst kənarı və köndələn əzələ 2-3 sm arasında daxil çəp əzələnin yatağı və qalça qa-
barıqlığına qədər küt üsulla mobilizə olunmuşdur. Düz yırtıqlar və digər lokalizasiya-
lı kiçikölçülü sərbəst yırtıqlar zamanı yırtıq kisəsi açılmadan kisə möhtəviyyatla birgə 
qarın  boşluğuna  düzəldilmişdir.  Çəp  qasıq  yırtıqları,  böyükölçülü  sərbəst  və  dü-


 
 
 
52 
zəlməyən, həmçinin çoxkameralı yırtıqlar zamanı kisə açıldıqdan sonra möhtəviyyat 
identifikasiya olunmuş, bitişmələrdən və yırtıq qapısından ayrılmaqla sərbəstləşdiril-
miş, və nəhayət qarın boşluğuna salınmışdır. Yırtıq kisəsinin boyun səviyyəsi kiçik 
yırtıqlarda liqatura ilə, orta ölçülü və böyük yırtıqlar zamanı isə kiset və ya fasiləsiz 
tikişlərlə tikilməklə bağlanmışdır. Orta və böyük yırtıqlar zamanı kisənin artıq hissəsi 
kəsilmiş,  atılmış  və  ya  köndələn  fassiya  ilə  birgə  yamaq  kimi  tikilmişdir.  Bu  halda 
çalışmaq lazımdır ki, kisənin artıq hissəsi sərbəst qalmasın. Sonra toxum ciyəsi daxili 
dəliyin  aşağı kənarına  qədər sərbəstləşdirilmişdir. Güdülün üzərindən  atravmatik iy-
nəli  sorulan  sapla  fasiləsiz  düyünlü  tikişlərlə  köndələn  fassiyanın  sərbəst  kənarları 
bir-birinə  tikilmişdir.  Bu zaman  daxili  dəliyin  çeçələ  barmağı buraxana  qədər daral-
dılması çox vacibdir. Uşaqlığın girdə bağını sərbəstləşdirməyi lüzumsuz hesab edirik. 
Sonuncu köndələn fassiyanın üzərinə qoyulmuşdur. Plastika üçün polipropilen tor və 
ya sellüloza tərkibli torun (qasıq yırtıqlarında (11X6 sm, böyük  yırtıqlarda defektin 
kənarlarından azı 2-3 sm kənarlara qədər) bir tərəfi toxum ciyəsinin yerləşməsi üçün 
göbələk şəkilində kəsilmiş (göbələyin diametrinin 1 sm olması kifayətdir) və o kön-
dələn fassiyanın üzərinə, toxum ciyəsinin arxasına qoyulmuşdur. Aşağı medial tərəf-
dən qalça qabarıqlığının, piramid əzələnin üzərinə qoyulmaqla 3/0 vikril və ya prolen 
sapla sonunculara tikilmişdir (şək. 3.1).  
 
Şək. 3.1. Protezin distal hissəsinin tikilməsi 


 
 
 
53 
Sonra  toxum  ciyəsi  trunda  ilə  yuxarı  qaldırılmış,  protezin  lateral  tərəfi  daxili 
dəliyin bayır kənarına qədər Cooper (aşağı bayır tərəfdən) və qasıq (lateral tərəfdən) 
bağlarına  tikilmişdir.  Bud  kanalının  bərkidilməsini  vacib  hesab  edirik.  Bunun  üçün 
protezin  1-1,5  sm  öçülərdə  sərbəst  saxlanılmış  aşağı  hissəsi  1-2  düyünlü  tikişlə 
Cooper  bağına  tikilmişdir.  Bu  tikişlər  bud  kanalının  gələcəkdə  genişlənməsinin  və 
bud yırtığının əmələ gəlməsinin qarşısını etibarlı surətdə alır. Sonra protezin kranial 
tərəfdəki lateral ləçəyi medial ləçəyin üzərinə qoyulmuş, bir neçə tikişlə bir-birinə elə 
tikilmişdir ki, toxum ciyəsi yeni formalaşmış daxili dəlikdə sıxılmasın (şək.3.2).  
 
Şək. 3.2. Daxili dəliyin formalaşdırılması 
Protezin medial kənarı bir neçə düyünlü tikişlə daxili çəp əzələnin sərbəst kə-
narına  tikiməklə  arxa  divarın  bərkidilməsi  sona  çatdırılmışdır.  Aponevrozun  sərbəst 
kənarları protezin və toxum ciyəsinin üstündən yan-yana və ya dupplikatura yaradıl-
maqla bir-birinə tikilmişdir. Xarici dəlik daraldılmışdır (şək. 3.3).  
Digər lokalizasiyalı yırtıqlar zamanı yırtıq qapısı kiçik ölçülü olarsa fasiləli dü-
yünlü  sorulmayan  saplarla  tikilməklə  qapadılmış,  orta  və  ya  böyük  ölçülü  defektlər 
maksimal surətdə gərilməsiz daraldılmışdır (sorulmayan sapla düyünlü tikişlərlə). Bi-
rinci halda protez sorulmayan sapla perimetr boyunca yırtıq qapısının kənarlarına ti-


 
 
 
54 
kilmişdir (sub lay). İkinci halda isə müvafiq ölçülərdə kəsilmiş protez yırtıq qapısının 
kənarlarına perimetr boyunca sorulmayan sapla fasiləli tikilmişdir. Bir çox müəlliflər 
fasiləsiz tikişlərə üstünlük verirlər [134].  
 
Şək. 3.3. Qasıq kanalının arxa divarının protezləşdirilməsi 
Digər lokalizasiyalı yırtıqlarda isə aponevrozun sərbəstləşdirilmiş parçaları ilə 
göstəriş əsasında Сапежко, Mayo və ya Греков üsulu ilə dupplikatura formalaşdırıl-
mış və ya onlar bir-birinə yan-yana tikilmişdir (dupplikatura imkanı olmadıqda).  
Birincili yırtıqlar 36 xəstədə rast gəlmişdir. Onların 22-i qasıq, 7-i göbək, 5-i 
bud, 2-i isə ağ xətt yırtığı olmuşdur. 2 xəstədə qasıq, 1 xəstədə isə bud yırtığı ikitərəf-
li olmuşdur. Əməliyyatdan sonrakı yırtıqlar 3 xəstədə çoxsaylı olmuşdur. 
 Qasıq yırtıqları ilə xəstələrdə Lichtenstein üsulu ilə, ağ xətt, əməliyyatdan son-
rakı və göbək yırtıqları zamanı Stoppa, Mayo üsulları ilə açıq gərilməsiz hernioplasti-
ka əməliyyatları yerinə yetirilmişdir. Açıq atenzionn plastika ümumən birincili və re-
sidiv qasıq yırtıqları olan xəstələrdə yerinə yetirilmişdir. Aşağıdakı klinik müşahidə-
lər bu üsulun üstünlüklərini və etibarlılığını nümayiş dolğunluqla etdirir. 
Praktikadan nümunə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə