8
-Səhmlər, mülkiyyət haqqı verən tək qiymətli kağızdır. Nəticədə səhmlər
iqtisadiyyatda investisiya axışını təmin edərkən iki böyük üstünlük yaradır. Bunlar,
ehtiyac duyulan sərmayəni öz sərmayəsi olaraq təmin etmək və ucuz təmin etməkdir.
Həqiqətən də səhm ixracı yolu ilə əldə edilən sərmayənin vasitəçilik xərcləri yaxşı
işləyən bir səhmbazarı olduğu halda sıfıra yaxındır.
-Səhmlər sərmayə sahəsi içərisində şirkətlərə öz sərmayəsini yarada biləcəyi tək
sərmayə sahəsi vasitəsidir. Səhmdən başqa digər vasitələr xarici mənbəyə ehtiyac
yaradar.
Bazar iqtisadiyyatı şəraitində əmək bölgüsünün dərinləşməsi, özəl bölmənin
inkişafı, maliyyə-kredit sahəsinin də inkişafını və təkmilləşdirilməsini tələb edirdi ki,
bu da öz növbəsində maliyyə sektorunun bütövlükdə inkişafını şərtləndirirdi. Beləki,
yığım və investisiyanın müxtəlif şəxslər tərəfindən həyata keçirildiyi bir dövrdə
yığımların investisiyaya çevrilməsini təmin edən mexanizmin yaranması aktual
məsələyə çevrilmişdi. Maliyyə bazarı və onun tərkib elementləri bu mexanizm
vəzifəsini yerinə yetirməklə iqtisadi fəaliyyətin subyektləri arasında kapital
resurslarının effektiv şəkildə yenidən bölüşdürülməsini təmin edirdi. Maliyyə
alətlərindən istifadənin genişlənməsinin əsas səbəbi kimi sözügedən sistem üzrə yeni
borc alətlərin meydana gəlməsi kimi qiymətləndirilir ki, bunlardan biri də qiymətli
kağızlar hesab olunur. Həmçinin, bir-birindən təcrid olunmuş kapitalların
inteqrasiyası üçün təşkilatı zəminin yaranması maliyyə-kredit qurumlarının çoxsaylı
və çoxcəhətli formalarının meydana gəlməsini labüd edirdi. Bu istiqamətdə ölkə
iqtisadiyyatının maliyyə sektorunu təşkil edən qurumlar tərəfindən borc kapitalının
yaradılması istiqamətində bir sıra addımlar atılmışdır ki, bunlardan biri də qiymətli
kagızların tədavülə buraxılması yolu ilə maliyyə kapitalının formalaşmasına nail
olmaq hesab olunurdu. Maliyyə kapitalı anlayışı ilə ifadə edilən bu münasibətlərin
maddi daşıyıcıları kimi səhm və istiqrazlar eləcə də onlardan törəmə kimi digər
qiymətli kağızlar, bu qiymətli kağızların hərəkəti maliyyə kapitalının hərəkətini,
onların məcmu məzənnəsi isə maliyyə kapitalının həcmini ifadə edirdi. İqtisadi
sistemin mühüm tərkib hissəsi hesab olunan qiymətli kağızların bütün növləri
9
müvafiq xassələrə malikdirlər ki, bunlara da əsasən tədavül etmək, likvidlik, risklilik
və s. aid edilir. Məlum olduğu kimi maliyyə və pul sistemi real istehsalla müqayisə
də mənfi amillərə daha hissiyyatlıdır. Odur ki, qiymətli kağızlara investisiya
qoyuluşları daha riskli sayılır. İqtisadi sistemə xas olan əsas xarakterik xüsusiyyətlər
qiymətli kagızlar bazarı üçün də xarakterikdir. Belə ki, dəyişən sosial-siyasi şəraitə
adekvat təsirlər sözügedən bazarda da qiymətlərin dinamikasına təsir göstərir. Məhz
bu səbəbdən qiymətli kağızlar bazarında qiymətlərin dinamikasına təsir göstərən əsas
faktorlar aşağıdakı kimi qruplaşdırılır. Maliyyə təsirləri: bu təsir daha çox səhmin aid
olduğu şirkətin maliyyə idarəetmə sistemi ilə əlaqədardır. Belə ki, əgər şirkət zərərlə
üzləşərsə və ya müflisləşmək təhlükəsi ilə qarşılaşarsa, o zaman həmin şirkətə
yatırılmış investisiyalarında iflasa uğramaq ehtimalı olur. Belə ki, 2007-2008-ci illər
maliyyə böhranı nəticəsində şirkətlərin mövcud balansının pozulması nəticəsində bir
sıra şirkətlər maliyyə riskləri ilə qarşı-qarşıya qalmışdırlar ki, bu da qısa müddət
ərzində həmin şirkətlərin səhmlərinin qiymətlərinin ucuzlaşması ilə nəticələnmişdir.
Misal olaraq, Bear Stearns şirkətinin səhmlərinin qiyməti 2007-ci ilin əvvəllərində
170 ABŞ dolları olduğu halda qısa müddət ərzində həmin şirkətin səhmləri 2 ABŞ
dollar səviyyəsinə enir. Bunun səbəbini araşdıran maliyyəçilər şirkətin səhmlərinin
qısa müddət ərzində belə sürətlə düşməsinin əsas səbəbi kimi, həmin şirkətin
mühasibat sistemində mövcud olan boşluqlarla əlaqələndirdilər. Qeyd edək ki, realda
Bear Stearns şirkətinin səhmlərinin qiymətinin süni şəkildə yüksəldilməsi şirkətin
investisiya cəlbediciliyini artırmaq üçün irəli sürülmüş bir siyasət idi. Lakin bunun
arxasında heç bir iqtisadi faktor dayanmırdı. Məhz bu səbəbdən də maliyyə
sistemində baş vermiş böhran bu siyasətin qısa müddət ərzində iflasa uğramasına
səbəb oldu. İnvestorları bazarın ümumi vəziyyəti və bazarda məzənnələrin
dinamikası daha çox maraqlandırdıgı üçün onu vahid iqtisadi subyektə bənzədirlər.
Əslində bu bazar səhmlərin alqı-satqısı haqda gündəlik qərarlar qəbul edən
milyonlarla fərdlər toplusudur. Cəmiyyətimizin və iqtisadi sistemin nə dərəcədə
müasir olduğuna baxmayaraq, tələb və təklif qanunlarından kənara çıxa bilməz.
Minlərlə insan eyni səhmi almağa can atdıqda, bu tələbə çevrilir və həmin səhmin
10
qiyməti yüksəlir. Təklif məhduddursa, qiymət daha da yüksəlir. Əksinə, səhmlərin
alqı-satqısı ilə heç kəs maraqlanmırsa, qiymət aşağı düşür. Tələb və təklif bazarda
qiymətlərin dinamikasını təyin edən mühüm amillərdəndir. Bazar tələbinin
dəyişkənliyindən asılı olaraq, aldığınız səhmin qiyməti qalxa və yaxud da enə bilər.
Qiymətli kağızlar bazarında qiymətlərin səviyyəsi psixoloji faktorlara da qarşı çox
həssasdır. Səhmlərin qiymətinin aramsız aşağı düşməsi və bəzən də qalxması
investorlara bu il keçən il qazandıqlarının hansı hissəsini qazana biləcəklərini
hesablamaqda çətinlik yaradır. Ən önəmli məsələ yuxarıya doğru inkişaf və ya iflasa
uğramaq deyil. Əksinə, bazarda stabilliyin və ya fond indekslərindəki tərəddüdlərin
hansısa bir qanunauyğunluğa tabe olmasıdır. Digər bir misal, 2011-ci ilin sonu 2012-
ci ilin əvvəllərində dünya borc böhranı nəticəsində Yunanıstanın dövlət borcu elə bir
səviyyəyə yüksəlmişdir ki, bu da beynəlxalq investisiya şirkətləri tərəfindən
araşdırılaraq onun kredit reytinqini defolt səviyyəsində müəyyənləşdirmişdir. Kredit
reytinqinin dəyişməsi Yunanıstanın dövlət istiqrazlarının gəlirliklərinin çox aşağı
düşməsi ilə nəticələnmişdir ki, bu da digər tərəfdən Yunanıstana investisiya yatıran
şirkətlərin səhmlərinin dəyərinin aşağı düşməsinə səbəb olmuşdur. Yuxarıda qeyd
olunan faktorların qiymətli kağızların qiymətinə təsirini müəyyənləşdirmək üçün
müxtəlif analiz metodlarından istifadə olunur. Ən sadə analiz üsulu qrafik analiz
metodudur. Qiymət qrafiklərinin 3 əsas növü vardır. Bunlar xətti qrafiklər, parça
modeli və yapon şamları qrafikidir. Lakin, bütün qiymət qrafikləri üçün ümumi
xüsusiyyət şaquli istiqamətdə qiymət dəyişikliklərinin, üfüqi istiqamətdə isə zamanın
əks olunmasıdır.
1.2. Səhm bazarı və onun inkişaf mərhələləri
Səhm bazarı iqtisadiyyatın maliyyələşdirilməsinin dövlət büdcəsi və bank
sistemi ilə yanaşı ən mühüm üsullarındandır. Səhm bazarı bir növ dinamik inkişaf
edən istehsalların xeyrinə perspektivli və rentabelli şəkildə yenidən bölgünü təmin
edir. Şirkətin fəaliyyət prosesi dövri xarakter daşıyır və bu proses ərzində vəsaitlərin
Dostları ilə paylaş: |