28
Tutqun lenta. Bu naxış məmulat gövdəsini əhatə edən tutqun zolaqlardan
ibarət olur və ən sadə naxış növüdür. Bu naxışı əmələ gətirmək üçün məmulat
xüsusi dəzgahda bərkidilir və iti fırlandırılaraq ona polad lövhəciyi toxundurulur.
Həmin lövhəciyin altında isə qızmasın deyə, daimi qum və sudan ibarət horra
verilir. Burada qum məmulatın üstünü cırmaqlayır və polad lövhəciyin eni qədər
tutqun zolaqlar əmələ gətirir.
Sadə cilalama. Bu naxışı əmələ gətirmək üçün şüşə məmulatlar fırlanan
dövrlərə sıxılır və bu, onların üzərində dağınıq girdə və ya oval oyuqlar əmələ
gətirir. Hazırda bu naxış az tətbiq edilir.
Mürəkkəb cilalama. Bu naxış üsulu mürəkkəb olmayıb, bir və ya iki cərgə
xırda oyuqlardan, novlardan, zolaqlardan, kəsiklərdən ibarətdir. Ayrı-ayrı oyuq və
kəsiklərin uyğunlaşdırılması nəticəsində çiçək, meyvə, yarpaq növündə naxış
alınır.
Almaz naxışı. Almaz naxışı müxtəlif və çox zaman şüa dəstinə, yaxud
ulduza bənzər dərin künclərdən ibarətdir. Almaz naxışı müəyyən bucaq altında
itilənmiş korund və ya karborund dövrlərin köməyi ilə əmələ gətirilir.
Almaz naxışları baha qiymətlənir, mürəkkəbliyinə görə nömrə və qruplara
bölünür. Ən mürəkkəb almaz naxışları büllur məmulatlar naxışlanır. Naxış
cilalandıqdan sonra tutqun, pardaqlandıqdan sonra isə şəffaf olur. Üfürmə şüşə
məmulatlarda almaz naxışları 1-7 nömrəyə qədər, büllur məmulatda isə 4-10
nömrəyə qədər olur. Almaz naxışın nömrəsi yüksək olduqca məmulatın da qiyməti
bahalaşır.
Enli künc. Bu, məmulatın uzunu boyu yerləşən və şəffaf olana qədər
pardaqlanan enli künclərdən ibarətdir. Bu üsulla, adətən qalın divarlı məmulat
naxışlanır. Məsələn, su, şərab stəkanı, vaza və s. Məmulat içərisində künc naxışı
olan metal formalara üfürülür, formaya salınmış məmulat əvvəlcə cilalanır, sonra
isə parlaq səth alınana qədər diqqətlə pardaqlanır. Enli künc naxışının müxtəlifliyi
künclərin qarşı-qarşıya olmasından ibarətdir. Adətən bu tipli məmulatda 8, 10, 12
və 16 künc naxışı olur.
29
Həkk. Bu naxış hazır məmulatda diametri 10 mm-dən 100 mm-ə qədər olan
mis disklərin köməyi ilə əmələ gətirilir. Həmin disklərə isə xüsusi yonucu pasta
sürtülür. Bu növ naxışlar, adətən qalır, lakin ayrı-ayrı hallarda pardaqlanır. Həkk
bəzi hallarda nəbatat motivlərinə aid edilir.
Mexaniki üsulla əmələ gətirilən naxışlar hazır məmulatın möhkəmliyinə və
termiki davamlılığına mənfi təsir edir, lakin onların estetik cəhətdən üstünlüyünü
artırır. Belə naxış məmulatın səthindəki tillərə və künclərə düşən işığı sındırır və
əks etdirir.
Kimyəvi aşındırma. Bu üsulla naxışlanma geniş yayılmış və florid
turşusunun köməyilə aparılır. Bu turşu şüşəni əritmək qabiliyyətinə malikdir. Bu
şüşə komponentinin əsasına silisium oksidinə təsir edir:
SiO
2
+ 4HF = SiF
4
+ 2H
2
O
Alınan silisium floridin az bir hissəsi uçur. Aşındırma şəffaf və tutqun olur
və bir-birindən fərqlənir.
Kimyəvi üsulla naxış əmələ gətirməyə sadə, pantoqraf və dərin aşındırma
üsulları daxildir.
Sadə aşındırma. Bu naxış məmulat üzərində maşın vasitəsilə əmələ gətirilir.
Eyni vaxtda məmulatın səthi tərkibində bitum lakı, bal, mum, kanifol olan xüsusi
mastika qatı ilə örtülür və maşının fırlanan stoluna yerləşdirilir. Nazik iynələr
mastikada naxışlar açır. Bundan sonra məmulat aşındırma vannasına doldurulur ki,
bu aşındırıcı məhlul əridici, duz və kükürd turşularının qatışığından ibarətdir.
Məmulat burada 40-60
0
C temperaturda 15-30 dəq saxlanılır. Sonra məmulat
yuyulur, turşu qalığından, daha sonra isə qaynar suya salınıb mastikadan azad
edilir. Bu naxışlar nisbətən sadə olur, çünki dəzgahda mürəkkəb naxışları asmaq
mümkün olmur.
Pantoqraf aşındırma. Bu, kiloşir aşındırmasından özünün daha mürəkkəb
naxışları əmələ gətirə bilməsi ilə fərqlənir. Burada da sadə aşındırmada olduğu
30
kimi, məmulatın üzəri mastika ilə örtülür, sonra paqtoqrafın köməyilə naxış yerləri
əmələ gətirilir və florid turşusu məhluluna salınır. Əgər vannadakı qarışıq əridici
və kükürd turşularından ibarətdirsə, şəffaf aşındırma alınır. Əridici turşunun
duzuna natrium sulfit və duz turşusu əlavə edildikdə naxış tutqun alınır.
Dərin bədii aşındırma. Dərin bədii aşındırma ilə iki və çoxqat şüşə
məmulatları bəzəndirilir. Məmulatın xarici qatı rəngli, daxili qatı rəngsiz olmalıdır.
Burada aşındırılmayan yerlərə mastika fırça ilə çəkilir. Sonra məmulatın qalan
sahəsi tədricən fırçanın köməyi ilə xlorid turşusu ilə işlənir. Nəticədə məmulatın
mastika sürtülməmiş yerləri aşınır və aşınmayan yerlər məmulatın üzərində qbarıq
naxışlar kimi qalır.
Beləliklə, əlvan qatlı şüşə məmulatın müxtəlif sahələri müxtəlif qalınlıqda
aşınır. Bu zaman müxtəlif rənglərə çalan naxışlar alınır. Dərin aşındırma naxışı
mürəkkəb kompozisiyalı olur, ən çox gül vazalarında və başqa iri məmulatlarda
tətbiq edilir.
Rəssamlıq naxışı. Bu naxışı əmələ gətirmək üçün silikat boyaqlarından –
flyusdan (bor qurğuşun birləşməsi) və ya 12%-li xlorlu qızıldan istifadə edilir.
Rəssamlıq naxışı ilə əl üsulu aeroqrafla əmələ gətirilir.
Rəsam məmulatın üzərinə naxışı fırça ilə çəkir, sonra məmulat boyağı
bərkisin deyə, temperaturu 550-580
0
C olan peçə yerləşdirilir. Bu prosesin
nəticəsində bor qurğuşun birləşməsində yumşalır və şüşə məmulatın səthi ilə
möhkəm birləşir.
Aeroqraf – sıxılmış hava ilə boyağı səpələyən cihazdır. Məmulat naxış
kəsilmiş şablonla örtülür, sonra aeroqrafla boyaq çilənir.
Basma – şəkil köçürmə üsuluna deyilir. Litoqqafiya üsulu ilə hazırlanır.
Basma altlıqdan ibarətdir ki, burada şəkil suda həll olan yapışqanla şəffaf polimer
plyonkaya bərkidilmişdir. Kağız skipidar və kanifol qarışığından ibarət mastikada
isladılır. Sonra məmulatın üzərinə yapışdırılır və kağız siyirilərək kənar edilir,
polimer plyaonka üzərindəki naxış peçdə yandırma zamanı əriyib məmulata
yapışır.
Dostları ilə paylaş: |