14
Təcrübədən sonra maddələrin qalığını yenidən içərisində təmiz maddə olan
qaba tökməməli.
Pis iyli, uçucu, zəhərli və oddan qorxulu maddələrlə edilən təcrübələr mütləq
sorucu şkafda aparılmalıdır.
Ələ turşu tökülsə həmin yeri dərhal çoxlu su (yaxşı olar ki, isti su ilə), sonra
2%-li soda məhlulu ilə yuyub vazelin sürtüb tənziflə bağlamalı. Gözə turşu
töküldükdə onu təmiz və 2%-li soda məhlulu ilə yuyub yaxşıca qurulamalı, ağrını
kəsmək üçün 1-2 damcı gənəgərçək yağı tökməli.
Qələvi ilə yanıq baş verərsə, həmin yeri əvvəl isti su ilə, sonra 2%-li sirkə və
ya borat turşusu məhlulu ilə yaxşıca yuyub, bor vazelini, yaxud 5%-li kalium-
permanqanat məhlulu sürtməli və tənziflə bağlamalı. Gözə qələvi düşdükdə onu 1%-li
borat turşusu məhlulu ilə yumalı və 1-2 damcı gənəgərçək yağı tökməli.
Dəri (əl, üz) fosforla yandıqda, yanan yeri 1%-li mis kuporosu məhlulu ilə
yumalı.
Qazla zəhərləndikdə zərərçəkəni təmiz havaya çıxarmalı, ona ammonyak
məhlulu iylətməli.
Müxtəlif maddələrlə zəhərləndikdə aşağıdakı zərərsizləşdiricilərdən istifadə
etməli: turşularla zəhərləndikdə - maqnezium-oksid, əhəng suyu, un-su qarışığı
(horra); qələvilərlə zəhərləndikdə - 1%-li sirkə, yaxud limon turşusu məhlulu;
zəhərləyici maddə məlum olmadıqda universal zərərsizləşdirici olaraq 2 hissə ağac
kömürü ilə 1 hissə maqnezium-oksidin qarışığından istifadə etməli.
Qaz və spirt lampaları, habelə elektrik qızdırıcıları ilə işləyərkən, aşağıdakı
qaydalara riayət edilməlidir:
Qaz lampasını yandırmaq üçün yanar kibrit çöpü lampanın ağzına tutulmalı
və yavaşca qaz kranı açılmalıdır.
15
Əgər iş zamanı alovun ritmi pozularsa, təcili olaraq qazın kranını bağlamalı,
qaz lampası soyuduqdan sonra onun hava verən tənzimləyicisini bağlamalı və qaz
lampası yenidən yandırılmalıdır.
Əgər qaz lampasının alovu sarıdırsa, bu o deməkdir ki, lampaya lazımi
miqdarda hava daxil olmur. Bu halda hava verən tənzimləyicini açmaq lazımdır ki,
alov parlaq olsun;
İş qurtardıqdan sonra qaz kranının bağlı olub-olmaması yoxlanılmalıdır;
Əgər qaz iyi hiss olunarsa, onda kibriti yandırmaq qəti qadağandır;
Spirt lampasından istifadə edərkən, onu başqa spirt lampası ilə yandırmaq
olmaz, çünki spirt dağıla bilər və yanğın baş verər.
Spirt lampasının alovunu söndürmək üçün onu qapağı ilə örtmək lazımdır.
Elektrik qızdırıcılarını şəbəkəyə qoşmazdan əvvəl qızdırıcının elektrik
məftillərinin xarab olub-olmamasını yoxlamaq lazımdır.
İş qurtardıqdan sonra elektrik qızdırıcısını mütləq şəbəkədən ayırmaq
lazımdır.
Elektriklə zədələndikdə kontaktı quru ağac və ya rezin əlcəklə ayırmalı: dörd
saat ərzində süni tənəffüsdən istifadə etməli, oksigen verməli; zərərçəkənin üstünü
örtüklə örtməli və hər tərəfinə isitqac qoymalı.
1.2. Məktəb kimya kabinetinin təşkili, təchizi
Bu fəsli öyrənənlər,
BİLİR:
kimya kabinetinə qoyulan tələbləri;
kimyadan tədris avadanlıqları sistemini;
müəllim və şagirdlərin iş yerlərinin təchiz edilməsini;
16
kimya kabinetində iş zamanı təhlükəsizlik texnikası qaydalarını və əməyin
mühafizəsi məsələlərini;
reaktivlərin saxlanma qaydaları və şərtlərini;
kimyəvi eksperiment tullantılarının məhv edilməsi üzrə təlimatları;
kabinet rəhbərinin və laborantın vəzifələrini;
BACARIR:
yaralanma, yanma və zəhərlənmə zamanı ilkin yardım göstərməyi;
texniki təhlükəsizlik üzrə ilkin və ardıcıl təlimatlandırma aparmağı;
“Orta ümumtəhsil məktəbləri üçün tədris-əyani vəsaitlərin, tədris avadanlığı
və reaktivlərin siyahısı”na əsasən məktəb kimya kabinetinin attestasiyasını aparmağı;
işçi məhlulların və xüsusi reaktivlərin hazırlanmasını.
Yoxlama suallar.
1.
Kimya kabinetinin daimi görünüşünü təsvir edin.
2.
Bəzi maddələrin düzgün saxlanmaması nəticəsində kabinetdə tüstülənmə
müşahidə edilir. Bunlar hansı maddələrdir?
3.
Bir-birinə uyğun gəlməyən bir qrup maddələrin bir dolabda yerləşdirilməsi
alışmaya səbəb olur. Buna səbəb olan hansı maddələrdir?
4.
Zəhərli maddələr harda saxlanmalıdır?
5.
Tez alışan maddələr harda və necə saxlanmalıdır?
6.
Kimya laboratoriyasında işləyərkən şagird hansı zədələnmələrə məruz qala
bilər? Bu zaman göstərilən ilkin tibbi yardım nədən ibarətdir və kabinetdə hansı ilkin
yardım vasitələri olmalıdır?
7.
Kabinetdə yanğına qarşı hansı təhlükəsizlik vasitələri olmalıdır?
Əsas tədris avadanlıqlarının növləri.
Kolleksiyalar; reaktiv və materiallar; modellər (atom, molekul, kristal qəfəs,
zavod qurğuları və s.); nümayiş eksperimenti üçün cihazlar, hissə və bağlar, qab və
ləvazimatlar; laborator təcrübələri və praktiki işlər üçün dəstlər (reaktiv, qab, vəsait,
Dostları ilə paylaş: |