KOMPYUTER TƏLİM TEXNOLOGİYALARI
100
127
Praktik psixoloq üçün tələb olunan İKT üzrə peşə bacarıqları
Azərbaycan Dövlət Pedaqoji Universitet
A.Ş.İskəndərova
doktorant
Xülasə
Məktəb psixoloqunun fəaliyyətinin özünəməxsus xüsusiyyətləri vardır. Burada əsas məsələ
gənc nəslin sağlam psixoloji inkişafı, təlim və tərbiyəsidir. Bunun öhdəsindən gəlmək üçün isə bir sıra
peşə bacarıqlarına, o cümlədən
İKT üzrə peşə bacarıqlarına yiyələnməlidir.
Açar sözlər: Praktik psixoloq, peşə fəaliyyəti, İKT üzrə peşə bacarıqları
Основной проблемой здесь является здоровое психологическое развитие молодых людей,
обучение и образование., приобретающих профессиональные навыки.
Ключевые слова:
Практический психолог, профессиональная деятельность,
Summary
These features are based on the functions of educational institutions in which they operate.
The main issue here is the healthy psychological development of young people, training and
education. It is to acquire vocational skills to cope with a number. Depends on his personal qualities
acquiring vocational skills.
Keywords:
Practical psychologist, , professional activities,
Müasir dövrdə cəmiyyət həyatında gedən proseslər, yeniləşmə yalnız iqtisadi, hüquqi,
ideoloji sahələrlə məhdudlaşmır, insanın düşüncə və davranış tərzinə, özünə və başqalarına
münasibətinə təsir edir. Cəmiyyətin demokratikləşdirilməsi, humanistləşdirilməsi, azad bazar
iqtisadiyyatına keçid bir tərəfdən bu sistemintələblərinə cavab verən şəxsiyyətlərin
formalaşmasını zəruri edirsə, digər tərəfdən də insanların bu prosesdə necə iştirak etməsi
onun həyata keçməsini şərtləndirir. Bu proseslər insanların şəxsiyyətinə mühüm təsir edir.
Beləki, onların gündəlik problemləri daha da mürəkkəbləşir. Buna görə də son zamanlarda
insanların praktik psixoloji xidmətə olan tələbatı atmasının müşahidə olunması təsadüfi deyil.
İnsanlara praktik psixoloji xidmət göstərən mütəxəssis praktik psixoloqdur. Praktik psixoloq-
psixologiya ixtisası üzrə ixtisas təhsilinə malik olan, psixi hadisə, proses, hal və xassələri
ölçmək, diaqnozlaşdırmaq, qiymətləndirmək, korreksiya etmək sahəsində müvafiq metodları
bilən və onları tətbiq etməyi bacaran mütəxəssisdir.
“Ayrılıqda hər bir insan–psixoloqdur”-deyərək insani “tədqiqatçı” kimi səciyyələndirən
C.Kelli göstərir ki, insan daim özünü öyrənir, fiziki və psixoloji müdafiənin yollarını axtarır.
Bu imkanları zəif inkişaf etmiş kifayət qədər insan var. Onlar təklikdə özünün mürəkkəb
psixoloji problemlərini həll edə bilmir, başqasının köməyinə, yardımına ehtiyac duyurlar.
Dosent L.Ş.Əmrahlı praktik psixolqun fəaliyyətinin bəzi məsələlərini izah edib və onlar
aşağıdakılardır:
128
Psixoloq öz fəaliyyətində insanların həll etməkdən ötrü psixikanın qanunauyğunluqları
ilə təbiət və cəmiyyət elmlərinin inteqrasiya yaradır.
Psixologiya elmi ilə yanaşı digər dahələrdə aparılan müasir tədqiqatlara əsaslanmaqla
cəmiyyəti insan psixologiyası ilə bağlı yeniliklərlə tanış edir, onlara obyektiv elmi
məlumatlar çatdırır.
Psixoloji problemlərə rasional yanaşmaqla onun psixofizioloji vəziyyəti haqqındakı
fərziyyələr arasında ən doğru olanı seçir, fəaliyyət məhsullarının təhlilinə əsaslanaraq
düzgün xarakterizə edir.
İnkişafda olan insanın hərtəfli şəxsiyyət kimi formalaşaraq cəmiyyətdə yer tutmasına,
yaranmış problemlərin həllində özünü istiqamətləndirməsinə və özünütənzimləməsinə
kömək edir, onu yaradıcı, inkişafetdirici fəaliyyətə yönəldir.(1)
Cəmiyyətin hər bir sahəsində praktik psixoloji xidmət mövcuddur və onun sturkturu,
fəaliyyət xüsusiyyəti özünəməxsus qaydada qurulur. Həmçinin məktəb praktik
psixoloqunun fəaliyyət sahəhəri, istiqamətləri, vəzifələri fəqli şəkildə özünü göstərir.
Burada gənc nəslin sağlam psixoloji inkişafı, təlimi və tərbiyəsidir.
Məktəb psixoloqunun peşə fəaliyyəti təhsildə praktik psixoloji xidmətin 6 əsas istiqaməti
əsasında təşkil olunur: maarifləndirmə, profilaktika, diaqnostika, korreksiya, konsultasiya
və konsiliumlar.
Müasir dövrdə Respublikamızın biri çox məktəblərində məktəb psixoloqları fəaliyyət
göstərir. Ancaq bəzi məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqları öz məqsəd və
vəzifələrini, fəaliyyət istiqamətlərini, tətbiq olunmalı metodları tam dəqiq bilmədiklərinə
görə işini düzgün qura bilmir. Ə.Ə.Əlizadəyə görə, psixoloji xidmət praktika sahəsi olsa
da, onun köklü nəzəri-metodoloji problemlər var. Psixolojixidmətin səviyyəsinin
keyfiyyətcə yüksədilməsi bilavasitə həmin problemlərin sistemli həllindən asılıdır.
“Respublikamızda psixoloji xidmət nəzəriyyəsi və təcrübəsi kontekstində önəmli uğurlar
əldə edilib. Biz bu cəhəti iftixar hissi ilə qeyd edirik, lakin, bununla belə, göstərmək
lazımdır ki, məktəb psixoloqlarının, xüsusilə psixopraflaktika, psixokorreksiya və
psixokonsultasiya sahələrindəki təcrübələri çox vaxt , təəssüf ki, dövrün tələbləri ilə
səsləşmir. Psixoloji maarifləndirmə, psixoloji konsilium, psixodiaqnostika və s. məzmunu
və sistemi də elmi-metodik ölçülərlə müəyyənləşdirməli, orjinal “məktəb psixoloqu
modeli”nin yaradılmasına xüsusi diqqət yetirilməlidir..(2)
Məktəb psixoloqu professional hazırlığı onun insan psixikası haqqında inteqrasiyalı
biliklərə malik olması ilə müəyyənləşir. Ona görə belə çoxsahəli xidmət göstərməli olan
məktəb psixoloqu bir sıra bacarıq və səriştələrə, şəxsi və ixtisas keyfiyyətlərinə malik
olmalıdır. Öz peşəkarlığını artırmaq üçün əlindən gələni etməlidir. Bu mövzuyla bağlı
Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” kitabında belə yazır: “Praktik
psixoloqun fəaliyyəti o halda səmərəli ola bilər ki, o öz iş təcrübəsi əsasında peşəkarlıq
səviyyəsini daim artırmaq qayğısına qalsın, öz həmkarları ilə müntəzəm dialoq aparsın,
elmi ədəbiyyatları daim izləməklə elmi-nəzəri hazılıq səviyyəsini yüksəltmək səylərini
artırsın”.(3)
VV.Rubsova görə psixoloq öz fəaliyyətini düzgün qura bilməsi üçün ilk əvvəl
özünütəhsilin qayğısına qalmalıdır:
129
psixologiya sahəsində keçirilən elmi-praktik konfranslar, dəyirmi masa və
diskussiyalarda, təcrübəli praktik psixoloqların seminarlarında iştirak etmək;
məktəb təcrübəsi üçün spesifik və ya qeyri spesifikpsixoloji vəziyyətin, hal və
situasiyaların yaranma səbəbləri, təzahürləri və həlli yolları ilə bağlı biliklərini
genişləndirmək;
diaqnostika və korreksiya təcrübəsini artırmaq;
kitabxana və ya korreksiya təcrübəsini artırmaq;
kitabxana və ya mağazalarda, kitab sərgilərində, təhsil yarmarkalarında olmaq,
İKT-dən istifadə etməklə yeni psixoloji ədəbiyyatlarla tanış olmaq;
yaş, inkişaf və təlim psixologiyasının müasir metodları ilə tanış olmaq;
dünyanin taninmış praktik psixoloqlarının biblioqrafiyası və iş təcrübəsi ilə tanış
olmaq;
magistratura, doktorantura pillələri üzrə ixtisas təhlini artırmaq, ixtisasartırma
kurslarından keçmək. (5)
Məktəb psixoloqu həmçinin İKT-dən, müasir məlumat vasitələri, telekommunikasiya
texnologiyalarında düzgün istifadə etməyi bacarmalıdır. Məhz bunlardan istifadə etməklə o,
öz həmkarları ilə asanlıqla əlaqə saxlaya, düzgün axtarış saitlərdən sitifadə etməklə elmi
məlumatlara yiyələnə, kompüterin funksiyalarından istifadə edərək lazım olan kitab və
jurnalları əldə edə, internetdən istifadə edərək dünyada olan elmi yeniliklərdən xəbərdar ola
bilər.
Məktəbdə psixoloji maarifləndirmənin təşkili psixoloqun ümdə vəzifələrindəndir.
Beləki, psixoloji maarifləndirmə məktəb kollektivinin psixoloji mədəniyyətin artırılmasında
mühüm rol oynayır. Psixoloji maarifləndirmə zmanı məktəbin şagird və pedaqoji kollektivi, o
cümlədən valideynlər psixologiyanın fundamental biliklərinə sahib olur, uşaq, yeniyetmə və
gənclərin psixoloji problemlərin çoxunu həll etməyin mümkünlüyü baxımdan valideynlərdə
psixoloji xidmətə maraq oyanır, məktəb rəhbərləri özlərinin idarəetmə qabiliyyətlərini inkişaf
etdirmək, idarəetmə psixologiyasını öyrənmək üçün məktəb psixoloqu ilə əməkdaşlığa maraq
göstərir, psixoloqun fəaliyyəti haqqında məlumat almış məktəb şagirdləri və valideynlər öz
problemlərini aradan qaldırmaq üçün məkətb psixoloquna müraciət etməyə səy göstərir,
pedaqoji konfiliktlərin aradan qaldırılması yolları haqqında məktəb kolektivi müəyyən
məlumat edə bilir. Bunları nəzərə alaraq deməkolar ki, psixoloji maarifləndirmə əsas fəaliyyət
istiqamətlərdən biridir. Bu işi düzgün yerinə yetirmək, kütlə qarşısında çıxış etmək üçün üçün
məktəb psixoloqu səlis, düzgün, ifadəli, təsirli, emosinal nitq qabiliyyətinə malik olmalı,
ünsiyyətcil olmaqla insanların diqqətini cəl etməyi bacarmalı, səmimi münasibət qurmaqla
onlara verdikləri biliklərin faydalılığına inandırmalı, insanları psixolji baxımdan yaxşı
tanımaqla onlara fərdi yanaşmağı bacarmalı, insanların inamını qazanmaq üçün özünə inamlı
olmalıdır.
Müəyyən psixoloji problemlərin qarşısını almaq, nəticələrini zəiflətmək üçün,
qabaqlayıcı tədbirlər görmək işi psixopraflaktika kimi psixoloji xidmətin mühüm sahəsi
məşğul olur. Bu işi həyata keçirmək üçün psixoloq ilk növbədə müşahidəçilik qabiliyyəti
olmalıdır ki, məktəbin pedoqoji kollektivi, şagird və valideynlərin psixoloji sağlamlığını
müşahidə edərək mövcud problemləri aydınlaşdıra bilsin. Bu problemlərin mahiyyətini
130
anlamaq üçün isə istifadə olunan metodlardan olan sorğuların tərtibində güclü məntiq tələb
olunur ki, bu da psixoloq üçün tələb olunan əsas şəxsiyyət keyfiyyətlərindəndir. Həmçinin
problenləri aradan qaldırmaq üçün aparılan söhbətlər, təhlillər aparmaq üçün isə düzgün
analiz aparmaq lazımdır. Bunu nəzərə alaraq psixoloq üçün vacib keyfiyyətlərdən olan analiz
etmə qabiliyyətinə hər bir məktəb psixoloq da sahib olmalıdır.
Əsa məqsədi psixikanın inkişaf səviyyəsinin, şəxsiyyətin psixoloji vəziyyətinin
öyrənilməsi yollarını müəyyənləşdirmək olan psixodiaqnostika praktik psixologiyanın insanın
psixi aləminin sabit və dəyişən vəziyyətinin ölçülməsi vasitələrdən, qaydalarından bəhs edən
sahəsidir. Praktik psixoluqun fəaliyyətinin özəyini təşkil edən psixodiaqnostika mühüm
əhəmiyyət kəsb edir. Beləki, psixodiaqnosyika işi düzgün yerinə yetirilməsə ondan sonrakı
işi-psixokonsultasiya işi də düzgün quqrul bilməz. Bu baxımdan praktik psixoloq müəyyən
diaqnoz qoymaq üçün lazım olan metodika seçməlidir ki, buna da məsuliyyətlilik, səbrlilik
kimi şəxsi keyfiyyətlər tələb olunur. Yəni düzgün metodika seçərkən tələsməmək, tez qərar
verməmək lazımdır. Digər tərəfdən məsuliyyətli şəkildə diaqnostik metodikanı həyata
keçirmək lazımdır.
Məlumdur ki, praktik psixoloq uşaqların psixi sağlamlığını, idrak proseslərini,
konitiv(dərketmə) sferasini, intellektini, şəxsiyyətini, şəxsiyyətlərarası münasibətlərini, aktiv-
iradi sferasının diaqnostikasını aparır. Belə bir mürəkkəb fəliyyətin öhdəsindən gəlmək üçün
təbii olaraq yüksək peşəkarlıq tələb edir. Psixoloq həmişə özünün peşəkarlıq səviyyəsinin
artmasına diqqət yetirməlidir ki, buda onun özünü düzgün qiymətləndirməsindən aslıdır. Öz
fəaliyyətini düzgün analiz etməyi bacarmalıdır ki, buda psixoloqun özünü təkmilləşdirmə
bacarığından aslıdır.
Müasir dövrdə baş verən mürəkkəb proseslər insaların şəxsiyyətinə, davranışına,
düşüncəsinə təsir edir ki, buda insanların praktik psixoloqa ehtiyacının artmasına səbəb olur.
Bunu nəzərə alaraq təhsildə psixoloji xidmətin təşkilində də bu problemlərin aradan
qaldırmaq üçün məktəb psixoloqu fərdi və qrup şəkildə konsultasiayalar aparmalıdır.
Psixokonsultasiya zamanı praktik psixoloq kliyentin üzləşdiyi psoxoloji çətinliklərin həlli ilə
bağlı istiqamət verir. Bu işin səmərəli olması üçün ilk növbədə psixoloq zəruri biliklərə
yiyələnməlidir ki, lazım olan terapiya növündən istifadə edə bilsin. Kliyenti özünü rahat hiss
etməsi üçün düzgün ünsiyyət qurmağı bacarmalıdır. Psixoloq klieyntin inamını, güvənini
qazanmaq üçün səmimi olmalı və fərdə uyğun münasibət qurmalıdır. Praktik psixoloq özünü
kliyentdən daha üstün, mükəmməl, ağıllı fərd kimi göstərməməlidir. Bütün bunları elemək
üçün praktik psixoloq təvazökarlıq kimi fərdi süsisyyətə malik olmalıdır.
Psixoloq tərfindən psixoloji baxımdan sağlam olan, lakin bu və ya digər çətinlikləri
üzləşmiş insanın psixoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş, psixikasında,
şəxsiyyətində və davranışındakı çatışmazlıqların aradan qaldırılması məqsədi ilə tətbiq olan
psixokorreksiya işi mürəkkən xarater daşıyır. Korreksiya psixoloqdan praktik və sosial
psixologiyanın nəzəri bilikləri mənimsəməsini tələb edir ki, bu tələbi yerinə yetrimək üçün
özünü təhsil bacarığına sahib olmalıdır. Korreksiya işini düzgün qurmaq üçün psixoloji
xidmət təcrübəsi vacibdir ki, bu da psixoloqdan əməksevərlik kimi fərdi xüsusiyyəti tələb
edir. Praktik psixoloq həmçinin insanlarla işləmək marağının, qabiliyyətinin olmasını tələb
edir ki, bu bacarıqlara sahib olmaq üçün isə nəzakətlilik, mehribanlıq kimi şəxsi
keyfiyyətlərə malik olmalıdır.
131
Psixokorreksiya situasiya yaradarkən psixoloq kliyentin öz problemlərini ortaya
qoymasında, açıqlamasında maraqlı olmasına təsir edə biləcək psixoloji mühit, əlverişli
atmosfer yaratmalıdır. Bu , problemin optimal həllinə kömək edə biləcək mühüm psixoloji
təsirlərdən biri sayılır. Otağın quruluşundan, avadanlıqların formasi, rəngi, düzülüşündən
başlayaraq psixoloqun özünün xarici görnüşünə qədər hər şeyə nəzərə alınmaqıa müvafiq
cavab verməlidir. Bütün bu tələbləri yerinə yetirmək üçün psixoloq həmçinin səliqəli olmalı,
otağın və əşyaların səliqəli olmasına fikir verməlidir.
Müxtəlif xaraekterli psixoloji problemlərin aradan qaldırılması məqsədilə
mütəxəssislər arasında aparaılan fikir mübadiləsi- müzakirələr və məsləhətləşmələr psixoloji
konsilium adlanır ki,. Bu mənada təhsil sistemində psixoloqun təşkilatçılığı və iştirakı ilə
aparılan konsiliumlar bilavasitə onun subtektlərində, təhsil prosesində, tədrissə, idarəermədə
tyaranmış problemlərin aradan qaldırılmasına yönəldilir. Bu baxımdan təhsil sistemində
işləyən praktik psixoloqların keçirdikləri psixoloji konsiliumların mövzusunu təhsil
problemləri ilə bağlı olan məsələlər təşkil edir. Bu işi yerinə yetirərkən praktik psixoloqdan
bəzi şəxsi keyfiyyətlər tələb edir. Keyfiyyətlər arasında ən mühüm isə kollektivçilik,
idarəçilik və təşkilatçılıq bacarığıdır.
Ümumiyyətlə psixoloq öz fəaliyətini düzgün və dəqiq yerinə yetirməsi üçün bir sıra şəxsi
xüsusiyyətlərə və peşə bacarıqlarına sahib olmalıdır. Praktik psixoloqun fəaliyyətini üç fərqli
cəhətinə görə dəyərləndirirlər: praktik psixoloqun şəxsi xüsusiyyətləri, peşə bilikləri, peşə
bacarıqları. Bu üç cəhət praktik psixoloqun peşəkar fəaliyyəti zamanı istifadə olunan
xüsusiyyətlərdir. Peşəkar olan psixoloqla peşəkar olmayanı ayırd edən konkret
xüsussiyyətlərin nələr olduğu dəqiq deyil. Bu mövzuda müxtəlif fikirlər mövcuddur.
Türkiyə praktik psixoloqların apardığı tədqiqatlarda məktəblərdə işləyən məktəb
psixoloqundan tələb olunan şəxsi keyfiyyət və bacarıqları müəyyən etmişlər:
1.
böyük məktəblilərə ailə təhsili verə bilmək bacarığı;
2.
Yeniyetməlik psixologiyası mövzunu ətraflı bilmək;
3.
İmtahan sistemlərini tanıtdıra biləcək informasiyaya sahib olmaq;
4.
Psixoloji xidmət göstərmək;
5.
Sinifi idarəetmə bacarığı
6.
Peşə seçimində şagirdlərə kömək etmək
7.
Peşə biliklərinə sahib olmaq
8.
İnkişafetdirci təhsil haqqında məlumatlı olmaq, rahat dərs öyrənmək müəyyən
bacarıqları öyrətmək
9.
Ünsiyyət bacarıqlarına, bədn dilindən düzgün istifadə etmə qabiliyyətinə sahib
olmaq və s. (4)
Hazırda məktəblərdə psixoloqların sayının get-gedə artması təhsil sahəsindəki
problemlərin praktik həllinə müəyyən təkan versə də, hələlək məktəblərdə psixoloji xidmətin
statusu aşağıdır. Məktəb psixoloqları uşaq şəxsiyyətinin inkişafı və tərbiyəsi nəzəriyyəsini
zənginləşdirə biləcək yeni faktlar əldə etmək, inkişafın qanunauyğunluqlarını şərtləndirən
səbəb-nəticə əlaqələrini müəyyən etmək imkanlarına malik deyillər. Ona görə də Azərbaycan
Təhsil sistemində psixoloji xidmətin milli mentalitetə, düşüncə tərzinə və eyni zamanda
mütərəqqi beynəlxalq təcrübə ilə inteqrasiyaya əsaslanan modeli yaradılmalıdır.
132
Ədəbiyyat
1.
Əmrahlı L.Ş. Məktəb psixoloqu. Metodik vəsait.Bakı., 2014, 173s.
2.
Əmrahlı L.Ş. Psixoloji xidmət. I. Kitab. Psixoloji xidmətin əsasları. Bakı., MBM, 2007, 283s.
3.
Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” Nəzəriyyə və təcrübə. 2 hissə. Dərs
vəsaiti. ADPU, Bakı, 2008., 310 s.
4.
Selim Bektaş, Oğuzhan Çelik, Namik Kemal Haspolat, Fikrət Gülaçtı. Göreve yeni atanan
psikoljik danışmanların (rehber öğretmenlerin) sahib olması gərəkən özəllik və beceriler. Okul
Psikolojik Danışman E-Bülteni. İzmir., 2014., 15-16s.
5.
Рубцов В.В. Служба практической психологии образования: современное состояние и
перспективы развития // Вопросы психологии, 2003, №6, с. 32-40.
Dostları ilə paylaş: |