METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
35
Ümumi inkişafı, meyli və maraqları nəzərə alınmaqla bütün
şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
Tələbəyönümlülük, təklifyönümlülük;
Nəticəyönümlülük;
Şagirdyönümlülük;
İnteqrativlik.
Nəticəyönümlü təlimdə öyrənməyi öyrətmək müəllimin əsas vəzifəsi
olur. Əsas məqsəd nəyi öyrətməkdən daha çox necə öyrətməkdəşagird və
müəllimin fəaliyyətinə əsaslanır. Şagirdlərə mənbəyi tapmaq, seçmək,
fərqləndirmək, müşahidə aparmaq, müqayisə etmək, qurmaq, tətbiq və tərtib
etmək kimi bacarıqlar aşılanır. Tədrisdə yeni yanaşmalar, fəal təlim metodları,
texnika və texnologiyalar tətbiq edilir.
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası – Milli
Kurikulumdaümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun
standartları; ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; ümumi
təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının
miqdarı; ümumi təhsil sistemində pedaqoji prosesin təşkili; təlim
nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqini əhatə
olunur.
Kurikulum təhsil vəzifələrini və son məqsədlərini, məqsədlərə nail
olmağın yolları, vasitələri və fəaliyyət üsullarını, fəaliyyətin effektivliyini
tənzimləyən metod və vasitələri müəyyənləşdirir;Təklif və tələbəyönümlü təhsil
dedikdə təhsil prosesinin cəmiyyətin inkişaf tələblərinə, elmi-texniki tərəqqinin
sürətinə və inkişaf istiqamətlərinə uyğunlaşdırılması kimi başa düşülür.Təhsilin
iqtisadi təkamülə uyğunlaşdırılması, təhsil sisteminin cəmiyyətin iqtisadi
tələbatına uyğunlaşdırılması, təhsil sistemində demokratik amilin nəzərə
alınması prinsipləri əsas götürülür.
Şagirdyönümlü təlimə gəldikdə yeni təlim sistemi ilə müəllimin əsas
vəzifəsi şagirdlərin müxtəlif mənbələrdən əldə etdikləri bilikləri və qazandıqları
təcrübənin təhlilinə, obyekt və hadisələri bir-birindən fərqləndirməsinə,
cəmiyyət və özü üçün önəmliləri, daha faydalılarını ayırd etməsinə şərait
yaratmaqdan ibarət olmalıdır.
Milli kurikulumda təhsilin məzmununda bir sıra dəyişikliklər edilmişdir.
Orada orta təhsilin hər bir şagirdin icbari şəkildə yiyələnməli olduğu minimum
hazırlıq və şagirdin meyl, marağına uyğun seçdiyi fənlər üzrə hazırlıq
səviyyələri qabaqcadan müəyyənləşdirilmişdir.Potensial istedada malik olan
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
36
uşaqların üzə çıxarılması və onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün
şərait yaradılması nəzərdə tutulmuşdur.
Şagirdlərin sosial-mənəvi inkişafı üçün qayğı göstərilməsi məqsədi ilə
yeni xüsusi proqramların işlənməsi, sinifdənkənar vaxtlarda həyata keçirilməsi
əsas götürülmüşdür. Təlim prosesində bir sıra faydalı təşkilati dəyişikliklərin də
aparılması önə çəkilmişdir.Bütün bu dəyişikliklər təlimin şəxsiyyətə
yönəldilməsini və şagirdin inkişafına istiqamətlənməsini təmin etməlidir.
Milli kurikulumda ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən
tələblər belə səciyyələnir: “Ümummi təhsil – insanın, ailənin, cəmiyyətin və
dövlətin marağına, milli və ümumbəşəri dəyərlərə, dünyəvilik, sistemlilik,
varislik, inteqrativlik, demokratiklik prinsiplərinə əsaslanan, nəzəri və təcrübi
fəaliyyət vasitəsilə şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial və
fiziki inkişafına, təhsilini davam etdirməsinə, əmək fəaliyyətinə başlaması üçün
zəmin yaradılmasına yönəlmiş məqsədəuyğun proses olub şagirdlərin yaş,
fizioloji, psixoloji, fərdi xüsusiyyətləri və psinsipal imkanları nəzərə alınmaqla,
sürətlə dəyişən dünyada gedən prosesləri, problemləri və inkişaf
tendensiyalarını başa düşmək və qiymətləndirmək, zəruri bilik, bacarıq və
vərdişlər əldə etmək, öyrəndiklərini tətbiq etmək, sərbəst surətdə əlavə biliklər
almaq bacarıqlarını, bazar münasibətləri şəraitində cəmiyyətin məhsuldar
üzvünə çevrilə bilmələrini, şəxsiyyətin azad inkişafını təmin edir.
Ümumi orta təhsilli şəxs – ana dilini dərindən bilən, vətəninin tarixi və
mədəniyyəti haqda ətraflı məlumatlara malik olan, incəsənəti, ədəbiyyatı, elmi
nailiyyətləri, insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını
dəyərləndirməyi bacaran, demokratik prinsiplərə hörmətlə yanaşan, dövlətçiliyə
və dövlət mənafeyinə sadiqlik nümayiş etdirən, müasir texnika və
kommunikasiya vasitələrindən səriştəli istifadə edən, insanlara, təbiətə, əxlaqi-
mənəvi dəyərlərə dözümlü, həssas və ədalətli münasibət bəsləyən, təhsillənməyi
və məlumatlanmağı bacaran, bazar iqtisadiyyatı şəraitində həyatda müstəqil
yaşayıb fəaliyyət göstərmək, inkişaf etmək, müstəqil mövqeli olmaq
keyfiyyətlərinə yiyələnən, cəmiyyətin tələbatına uyğun zəruri bilik, bacarıq və
vərdişlər qazanan, ana dili ilə yanaşı, xarici dillərdən birində və ya bir
neçəsində ünsiyyət saxlamağı bacaran şəxsdir.
Milli kurikulumda biologiya fənn kurikulumunun konkret məzmunu və
təlim nəticələri əsaslandırılmışdır. Göstərilmişdir ki, şagirdlərdə canlı aləmin
yaranması, quruluşu, funksiyaları, təsnif edilməsi, yayılma qanunauyğunluqları,
inkişafı və mühafizəsi, onların bir-birilə və cansız aləmlə qarşılıqlı əlaqəsi,
maddi aləmin vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər formalaşdırılır,
Dostları ilə paylaş: |