Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
35 

 
 Ümumi  inkişafı,  meyli  və  maraqları  nəzərə  alınmaqla  bütün 
şagirdlərə əlverişli təlim şəraitinin yaradılması; 

 
 Tələbəyönümlülük, təklifyönümlülük; 

 
 Nəticəyönümlülük; 

 
 Şagirdyönümlülük; 

 
 İnteqrativlik. 
Nəticəyönümlü  təlimdə  öyrənməyi  öyrətmək  müəllimin  əsas  vəzifəsi 
olur.  Əsas  məqsəd  nəyi  öyrətməkdən  daha  çox  necə  öyrətməkdəşagird  və 
müəllimin  fəaliyyətinə  əsaslanır.  Şagirdlərə  mənbəyi  tapmaq,  seçmək, 
fərqləndirmək,  müşahidə  aparmaq,  müqayisə  etmək,  qurmaq,  tətbiq  və  tərtib 
etmək kimi bacarıqlar aşılanır. Tədrisdə yeni yanaşmalar, fəal təlim metodları, 
texnika və texnologiyalar tətbiq edilir. 
Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  –  Milli 
Kurikulumdaümumi  təhsilin  səviyyələri  üzrə  təlim  nəticələri  və  məzmun 
standartları;  ümumi  təhsilin  hər  bir  səviyyəsində  tədris  olunan  fənlər;  ümumi 
təhsilin  səviyyələri  üzrə  həftəlik  dərs  və  dərsdən  kənar  məşğələ  saatlarının 
miqdarı;  ümumi  təhsil  sistemində  pedaqoji  prosesin  təşkili;  təlim 
nailiyyətlərinin  (nəticələrinin)  qiymətləndirilməsi  və  monitorinqini  əhatə 
olunur. 
Kurikulum  təhsil  vəzifələrini  və  son  məqsədlərini,  məqsədlərə  nail 
olmağın  yolları,  vasitələri  və  fəaliyyət  üsullarını,  fəaliyyətin  effektivliyini 
tənzimləyən metod və vasitələri müəyyənləşdirir;Təklif və tələbəyönümlü təhsil 
dedikdə təhsil prosesinin cəmiyyətin inkişaf tələblərinə, elmi-texniki tərəqqinin 
sürətinə və inkişaf istiqamətlərinə uyğunlaşdırılması kimi başa düşülür.Təhsilin 
iqtisadi  təkamülə  uyğunlaşdırılması,  təhsil  sisteminin  cəmiyyətin  iqtisadi 
tələbatına  uyğunlaşdırılması,  təhsil  sistemində  demokratik  amilin  nəzərə 
alınması prinsipləri əsas götürülür. 
Şagirdyönümlü  təlimə  gəldikdə  yeni  təlim  sistemi  ilə  müəllimin  əsas 
vəzifəsi şagirdlərin müxtəlif mənbələrdən əldə etdikləri bilikləri və qazandıqları 
təcrübənin  təhlilinə,  obyekt  və  hadisələri  bir-birindən  fərqləndirməsinə, 
cəmiyyət  və  özü  üçün  önəmliləri,  daha  faydalılarını  ayırd  etməsinə  şərait 
yaratmaqdan ibarət olmalıdır. 
Milli kurikulumda təhsilin məzmununda bir sıra dəyişikliklər edilmişdir. 
Orada orta təhsilin hər bir şagirdin icbari şəkildə yiyələnməli olduğu minimum 
hazırlıq  və  şagirdin  meyl,  marağına  uyğun  seçdiyi  fənlər  üzrə  hazırlıq 
səviyyələri  qabaqcadan  müəyyənləşdirilmişdir.Potensial  istedada  malik  olan 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
36 
uşaqların  üzə  çıxarılması  və  onların  qabiliyyətlərinin  inkişaf  etdirilməsi  üçün 
şərait yaradılması nəzərdə tutulmuşdur. 
Şagirdlərin  sosial-mənəvi  inkişafı  üçün  qayğı  göstərilməsi  məqsədi  ilə 
yeni xüsusi proqramların işlənməsi, sinifdənkənar vaxtlarda həyata keçirilməsi 
əsas götürülmüşdür. Təlim prosesində bir sıra faydalı təşkilati dəyişikliklərin də 
aparılması  önə  çəkilmişdir.Bütün  bu  dəyişikliklər  təlimin  şəxsiyyətə 
yönəldilməsini və şagirdin inkişafına istiqamətlənməsini təmin etməlidir.  
Milli  kurikulumda  ümumi  təhsilə  və  ümumi  təhsilli  şəxsə  verilən 
tələblər  belə  səciyyələnir:  “Ümummi  təhsil  –  insanın,  ailənin,  cəmiyyətin  və 
dövlətin  marağına,  milli  və  ümumbəşəri  dəyərlərə,  dünyəvilik,  sistemlilik, 
varislik,  inteqrativlik,  demokratiklik  prinsiplərinə  əsaslanan,  nəzəri  və  təcrübi 
fəaliyyət  vasitəsilə  şəxsiyyətin  formalaşmasına,  onun  intellektual,  sosial  və 
fiziki inkişafına, təhsilini davam etdirməsinə, əmək fəaliyyətinə başlaması üçün 
zəmin  yaradılmasına  yönəlmiş  məqsədəuyğun  proses  olub  şagirdlərin  yaş, 
fizioloji, psixoloji, fərdi xüsusiyyətləri və psinsipal imkanları nəzərə alınmaqla, 
sürətlə  dəyişən  dünyada  gedən  prosesləri,  problemləri  və  inkişaf 
tendensiyalarını  başa  düşmək  və  qiymətləndirmək,  zəruri  bilik,  bacarıq  və 
vərdişlər əldə etmək, öyrəndiklərini tətbiq etmək, sərbəst surətdə əlavə biliklər 
almaq  bacarıqlarını,  bazar  münasibətləri  şəraitində  cəmiyyətin  məhsuldar 
üzvünə çevrilə bilmələrini, şəxsiyyətin azad inkişafını təmin edir. 
Ümumi orta təhsilli şəxs – ana dilini dərindən bilən, vətəninin tarixi və 
mədəniyyəti haqda ətraflı məlumatlara malik olan, incəsənəti, ədəbiyyatı, elmi 
nailiyyətləri,  insan  əməyini,  vətəndaşların  hüquq  və  azadlıqlarını 
dəyərləndirməyi bacaran, demokratik prinsiplərə hörmətlə yanaşan, dövlətçiliyə 
və  dövlət  mənafeyinə  sadiqlik  nümayiş  etdirən,  müasir  texnika  və 
kommunikasiya vasitələrindən səriştəli istifadə edən, insanlara, təbiətə, əxlaqi-
mənəvi dəyərlərə dözümlü, həssas və ədalətli münasibət bəsləyən, təhsillənməyi 
və  məlumatlanmağı  bacaran,  bazar  iqtisadiyyatı  şəraitində  həyatda  müstəqil 
yaşayıb  fəaliyyət  göstərmək,  inkişaf  etmək,  müstəqil  mövqeli  olmaq 
keyfiyyətlərinə  yiyələnən, cəmiyyətin tələbatına uyğun zəruri  bilik, bacarıq  və 
vərdişlər  qazanan,  ana  dili  ilə  yanaşı,  xarici  dillərdən  birində  və  ya  bir 
neçəsində ünsiyyət saxlamağı bacaran şəxsdir. 
Milli kurikulumda biologiya fənn kurikulumunun konkret məzmunu və 
təlim  nəticələri  əsaslandırılmışdır.  Göstərilmişdir  ki,  şagirdlərdə  canlı  aləmin 
yaranması, quruluşu, funksiyaları, təsnif edilməsi, yayılma qanunauyğunluqları, 
inkişafı  və  mühafizəsi,  onların  bir-birilə  və  cansız  aləmlə  qarşılıqlı  əlaqəsi, 
maddi  aləmin  vəhdət  təşkil  etməsi  barədə  ümumi  təsəvvürlər  formalaşdırılır, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə