Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
31 
Təşkilati  təminat
 
informasiya  sisteminin  hazırlanması  və  istismarı 
prosesində  işcilərin  texniki  vasitələrlə  və  öz  aralarında  qarşılıqlı  əlaqələrini 
nizamlayan metodlar və vasitələr toplusudur. 
Hüquqi təminat 
Hüquqi  təminat
 
dedikdə  informasiya  sisteminin  yaradılması,
 
hüquqi 
statusu və fəaliyyəti ilə bağlı hüquqi normalar toplusu başa düşülür. 
İnformasiya  sisteminin  yaradılması  mərhələlərinin  hüquqi  təminatına 
icraçı  və  sifarişci  təşkilatlar  arasında  müqavilə  münasibətləri  ilə  və  həmcinin 
müqaviledən  yayınmaların  hüquqi  tənzimlənməsi  ilə  bağlı  normativ  aktlar 
daxildir. 
İnformasiya  sisteminin  fəaliyyəti  mərhələlərinin  hüquqi  təminatı 
aşağıdakıları əhatə edir: 
- informasiya sisteminin statusu; 
- sistemin həyyətinin hüquqları, vəzifələri və məsuliyyətləri; 
- idarəetmə prosesinin ayrı-ayrı növlərinin hüquqi nizamnamələri; 
- informasiyanın hazırlanması və istifadə edilməsi qaydaları və s. 
İşin  məqsədi  ali  məktəbdə  informasiya  sisteminin  strukturu  və 
arxitekturasının  konturlarını  aidiyyəti  üzrə  tətbiq  sahələrini  göstərməkdən 
ibarətdir. 
Problemin 
aktuallığı 
informatikia 
tələimində 
kompüter 
texnologiyalarının  pedaqoji  texnologiyalarla  əlaqələndirilməsi  və  tətbilə 
müəyyən olunur. 
Problemin  nəzəri  əhəmiyyəti.  Yeni  informasiya  sistemlərinin 
anlayışları  ilə  tanış  etmək,  problemin  həlli  yolunu  əsaslandırılmasından 
ibarətdir. 
Elmi  yeniliyi  -  inforatika  təlimi  prosesində  produktiv  və  reproduktiv 
yanaşmaların  inteqrasiyasından  istifadənin  tətbiqi  yolunu  göstərməkdən 
ibarətdir. 
Praktik  əhəmiyyəti  informatika  tədrisində  operativ  praktik  üsullarla 
tanış etməkdən ibarətdir.  
 
 
 
 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ 
ƏSASLARI 
 
 
Təhsildə İKT 
32 
İstifadə olunan ədəbiyyat
1.
 
Abbasov Ə, Əlizadə M, İnformatika və kompüterləşmənin əsasları . Bakı , 2012  
2.
 
Həmidov S.S. Kompüter sistemi və texnologiyaları, Bakı, ADNA, 2010. 
3.
 
Kərimov S.Q., Həbibullayev S.B. və b. Informatika, Ali məktəb tələbələri üçün 
dərslik, Bakı, 2012. 
4.
 
Qurbanov İ, Qurbanov A, İnformatika. Bakı, 2012. 
5.
 
Mahmudov N., Nəsibov N., Informatika, Bakı, 2002. 
6.
 
Müslümov V.B. Mehdiyev M.M. İNFORMATİKA , TQDK, Bakı, 2015. 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
33 
 
Kurrikulum anlayışı və onun tətbiqində  
İKT-nin rolu 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Məmmədova Günel Əlimövsüm qızı  
ADPU-nun biologiyanın tədrisi metodikası kafedrasının müəllimi və doktorantı 
 
 
Xülasə 
 
Məqalədə  biologiyanın  tədrisində  elektron  təlim  vasitələrinin  rolu  
aydınlaşdırılmışdır. 
 
Аннотация 
В  данной  работе  исследованы  особенности  методики  применения 
электронных средств обучения в преподавании биологии    
 
Аbstract 
 
T
he article is devoted to the  teaching  method  means of the 
electronic  trainig  
technology     on the biology teaching   
                                                         
Açar sözlər: biologiyanın tədrisi , elektron təlim vasitələri 
Ключевые слова: электронныe средств обучения,   преподавании биологии.  
Key words: elektron technology training means, biology training 
 
 
Ölkəmiz  müstəqilliyə  qədəm  qoyduğu  illərdən  hər  bir  sahənin,  o 
cümlədən təhsilin də  inkişafı  sürətləndi. Təhsil  islahatları keçirilməyə  başladı. 
Təhsildə yeni yanaşmaların, standartların həyata keçirilməsinə zərurət yarandı. 
Bir 
çox 
ölkələrdə 
təcrübədən 
keçirilmiş 
kurikulum 
islahatı 
hazırlandı.Kurikulum anlayışı “səfər”, “təlimat və təlim vasitəsi”, “həyat yolu” 
kimi izah edilir. Ölkəmizdə isə kurikulum təhsil proqramı kimi tərcümə olunur.  
Kurikulum  ideyası  1918-ci  ildə  meydana  gəlməsinə  baxmayaraq,  XX 
əsrin 70-ci illərinədək öz tətbiqini tapmamışdır. 1970-ci ilin sonunda kurikulum 
ideyasına  yenidən  qayıdılmışdı.  ABŞ-da  isə  Kurikulum  Avram  Noam 
tərəfindən  təqdim  olunmiş  və  1965-ci  ildən  təhsilə  tətbiq  olunur.Kurikulum 
islahatına Finlandiya, Kanada, SŞA, Avstraliya, Novaya Zerlandiya 1990-2007-


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
34 
ci  illərdə  başladı,  Sinqapur,  Cənubi  Koreya,  Malaziya,  Çili,  Avstraliyada  isə 
kurikulum  2006-cı  illərdən  tətbiq  edildi.Sinqapurda  kurikulum  çeviklik  və 
rəngarənglik, geniş təyinatlı və hərtərəfli təhsil, az tədris etmək, çox öyrənmək, 
tədricən  fənlərin  aradan  qaldırılması,  müstəqil  tədqiqat  aparmaq,  müəllimlərə 
səlahiyyətlərin  verilməsi,  kamillik  proqramı  kimi  qəbul  edilir.Avstraliyada 
kurikuluma  əsasən dövlət tərəfindən əvvəlcə 14 bənddən  ibarət Kompetensiya 
sonra Təhsil Standartları qəbul olundu. Standartları həyata keçirmək üçün fənn 
proqramları,  dərsliklər  hazırlandı.  Bu  dövr  kurikulum  ideyasına  yenidən 
qayıdılmışdır.  Bu  dövr  kurikulum  ideyasına  müxtəlif  yanaşmalarla 
xarakterikdir.  Yanaşmalara  uyğun  kurikuluma  müxtəlif  təriflər  (30-dan  çox) 
verilmişdir.  Kurikulumun  evristik  dəyərini  daha  yaxşı  açan  təriflərdən  bir 
neçəsinə diqqət edək:  

 
Kurikulum  tədris  planı  və  proqramlarının  məzmununu  anlamağa 
imkan verən bir-birilə əlaqəli müddəalar toplusudur, kurikulum bu 
müddəaların  hissələri  (elementləri)  arasında  əlaqələri  müəyyən 
edir, onların inkişafını və qiymətləndirilməsini həyata keçirir; 

 
Kurikulum,  təhsil  sistemində  baş  verən  fəaliyyətlərin  iştirakçısı 
olan  şagirdlərin  mənimsəyəcəyi  sosial  (ictimai)  təcrübələr 
toplusudur; 

 
Kurikulum  təlim  prosesi  ilə  bağlı  bütün  fəaliyyətlərin  səmərəli 
təşkilinə,  məqsədyönlü  və  ardıcıl  həyata  keçirilməsinə  hərtərəfli 
imkan yaradan konseptual sənəddir. 
Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Milli  Kurikulumu 
konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və 
məzmun  standartlarını,  ümumi  təhsilin  hər  bir  səviyyəsində  təyin  olunan 
fənləri,  həftəlik  dərs  və  dərsdənkənar  məşğələ  saatlarının  miqdarını,  pedaqoji 
prosesin  təşkili,  təlim  nailiyyətlərinin  qiymətləndirilməsi  və  monitorinqi  üzrə 
əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir. 
Milli  Kurikulum  ictimai-siyasi,  mədəni  və  sosial  həyatın  qloballaşdığı 
və  universallaşdığı,  informasiya-kommunikasiya  texnologiyalarının  rolunun 
artdığı,  rəqabətin  gücləndiyi  müasir  dövrdə  hər  bir  şəxsin  istedad  və 
qabiliyyətinin  müstəsna  əhəmiyyət  kəsb  etdiyi  nəzərə  alınaraq,  cəmiyyətin 
inkişafının  əsas  hərəkətverici  qüvvəsi  olan  insanın  formalaşdırılmasına, 
problemlərin  həlli  və  müstəqil  qərarlar  qəbul  etməsi  üçün  onun  zəruri  təhsil 
səviyyəsinə  və  bacarıqlara  malik  olmasına  yönəlmişdir.  O,  aşağıdakı  ümumi 
prinsiplərə istinad olunmaqla hazırlanmışdır: 

 
 Milli və ümumbəşəri dəyərlərin nəzərə alınması; 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə