KOMPUTER TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
125
qarşılayır və öyrənməyə maraq artır. Çünki bu zaman təlim konkret-
induktiv yolla həyata keçirilir ki, bu da şagirdlərin daha yaxşı
mənimsəmələrinə şərait yaradır.
Standart olmayan çalışmaların həll edilməsi eyni zamanda şagirdi
standart çalışmalar həllinə daha yaxşı hazırlayır. Çünki standart olmayan
çalışmalr bir neçə standart çalışmaya bölünərək həll olunur. Bu zaman
şagird idrak prosesinin əksər mərhələlərindən keçdiyindən onun təfəkkürü
əsaslı şəkildə fəallaşır.
Kiçikyaşlı məktəblilər riyazi oyunlara, tapmacalara, düşündürücü
çalışmalara, kompüter oyunlarına böyük maraq göstərirlər. Çünki uşaq
psixologiyası əyləncəli məsələlərə daha çox meyl edir. Standart olmayan
və əyləncəli məsələlər düşündürücü xarakter daşımaqla. Şagirdlərdə təlimə,
riyazi materialı öyrənməyə emosional münasibət yaradır. əyləncəli və qeyri
– standart məsələlərin metodik priyom kimi tətbiqi o zaman səmərəli olur
ki, onlar dərsin didaktik məqsədinə bilavasitə xidmət etsin, düşündürücü
xarakter daşımaqla şaigrdlərdə həvəs, işgüzarlıq, öz qüvvəsinə inam
yaratsın. V.A.Suxomlinskinin qeyd etdiyi kimi, məktəbin başlıca vəzifəsi
şagirddə öz təlim əməyinin müvəffəqiyyətinə sevic hissi tərbiyə etməkdən,
təlimi onlara sevinc gətirən prosesə çevirməkdən ibarətdir.
Qeyri-standart və əyləncəli məsələlərin həlli, kompüter oyunları
şagirdlərdə standart məsələlərin həll üsullarının ümumi
qanunauyğunluqlarını aşılamağa kömək edir. Nəticədə şagirdlərdə əldə
etdikləri bilikləri ümumiləşdirmək qabiliyyətini inkişaf etdirir.
İbtidai siniflərdə məsələ həlli Ⅰ sinifdən öyrədilir. Ⅲ-Ⅳsiniflərdə isə
daha çox yer verilir. Metodik ədəbiyyatda həll üsuluna görə məsələlər
standart və qeyri-standart olur. Standart olmayan məsələlər standart
məsələlərin bir hissəsini təşkil edir. Standart məsələlərin həllində
xassələrdən, qaydalardan, düsturlardan və mürəkkəb olmayan
mühakimələrdən istifadə edildiyi halda, qeyri-standart məsələlərin həllində,
bəzi deduktiv yanaşmadan, situasiyaların modelləşdirilməsində
axtarıcılıqdan, yaradıcı mühakimə tələb olunur. Ona görə də standart
olmayan məsələlər standart məsələlərlə sıx əlaqədar olaraq öyrədilir. Bu
cür məsələlərin öyrədilməsi ilə şagirdlər öyrəndiklərini bir daha
mənimsəyir və yadda saxlayırlar. Məhz məsələ həlli prosesində şagirdlərdə
idrak fəallığı inkişaf edir, müqayisə etmə, ümumiləşdirmə aparmaq,
mücərrədləşmə, konkretləşdirmə, nəticə çıxartma qabiliyyətləri formalaşır.
KOMPUTER TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
126
Metodik ədəbiyyatları araşdırarkən məsələləri bir neçə yerə ayırmaq
olar:
1)sadə və mürəkkəb;
2)düşündürücü;
3)evristik inkişafetdirici məsələlər.
Burada düşündürücü və inkişafetdirici məsələləri standart olmayan
məsələlərə misal göstərə bilərik. İbtidai siniflərdə həll olunan məsələlər
həyatla əlaqələndirilməlidir. Ona görə də maraqlı və düşündürücü
məsələlər həyatdan götürülməlidir. Qeyri-standart məsələlərin həllində
şagirdlər ciddi çətinliklərlə rastlaşırlar. Bu çətinlikləri aradan qaldırmaq
üçün həll olunan məsələləri əyaniləşdirmək lazımdır. Belə olduqda qarşıya
çıxan çətinlik şagirdlər tərəfindən dəf olunur. Burada müəllimin məsələdə
təsvir olunan situasiya haqqında daha ətraflı izahı zəruridir.
İndiyə qədər ibtidai siniflərdə qeyri-standart məsələlərdən əsasən ev
tapşırıqlarında, riyaziyyat gecələrində, sinifdən xaric işlərdə təklif edilirdi.
Hal-hazırda bu cür məsələlərdən kurrikulum tələblərinə uyğun olaraq artıq
riyaziyyat dərsliklərində də öz əksini tapıb.
Standart və qeyri-standart məsələlər arasında bir neçə fərqli cəhətlər
mövcuddur. Bunlar aşağıdakılardır:
Standart məsələlərin vahid həll üsulu var, qeyri-standart məsələlərdə
bu yoxdur.
Qeyri-standart məsələlər tədqiqatçılıq, axtarıcılıq, müxtəlif həll
üsullarından istifadəni tələb edir.
Dərs üçün standart olmayan və ya düşündürücü məsələlər seçərkən
uzun və yorucu hesablamaları olan, şagirdin yaş və bilik səviyyəsinə
uyğun olmayan məsələlərdən qaçmaq, sadədən mürəkkəbə, asandan çətinə
prinsipini gözləmək lazımdır. Əks halda şagirdlərdə öz qüvvələrinə
inamsızlıq və fənnə marağı sönə bilər. Riyaiyyat fənninin effektivliyinin
artırılması, məsələlərin düzgün seçilməsi və onların tədris olunan
materialla əlaqələndirilməsindən çox aslıdır. Təlimə maraq o zaman artır
ki, məsələ həllinin axtarılmasında və ya məsələnin həllində şagirdlərə
maksimum sərbəstlik verilsin. Şagirdlərə səhv yolla axıra qədər getməyə
və səhvini başa düşüb əvvələ qayıdaraq düzgün üsulu axtarıb tapmağa
imkan yaradılmalıdır. Qeyri-standart və əyləncəli məsələlərin həllinin
müəyyən üsullarını, ümumi yanaşmalarını dərk etməkdə şagirdə müntəzəm
olaraq kömək göstərmək lazımdır.
Dostları ilə paylaş: |