324
zərərli atılmaları, yer səthinin çirklənməsi, su obyektlə-
rinə çirkabın axıdılması sayəsində baş verən neqativ
haldır. Sığorta hadisələrinin və zərərli maddələrin siya-
hısı hər bir konkret hal üçün sığorta müqaviləsi bağla-
nanda göstərilir. Sığorta ödəmələri tarif məzənnələrinə
əsasən sığorta olunan tərəfdən müəssisənin illik dövriy-
yəsinin ölçülərinə müvafiq olaraq faizlə ödənilir.
Sığorta hadisəsi özündə aşağıdakıları cəmləşdi-
rir:
-
əmlakın zədələnməsi və ya məhv olması nəticə-
sində ziyanın kompensə (ödəniş) edilməsini;
-
ətraf mühitdə həyatın pisləşməsi ilə əlaqədar zi-
yanları;
-
çirklənmiş ərazinin təmizlənməsinə və onun ya-
ralı hala salınmasına çəkilən
xərcləri;
-
sığorta hadisəsi nəticəsində zərər dəymiş şəxslərin
həyatını və əmlakını xilas etmək üçün zəruri xərcləri;
-
ilkin araşdırmalar, məhkəmə prosesinin aparılma-
sı ilə əlaqədar xərcləri və s.
Ekoloji sığorta üçün müəyyən edilən sığorta qiy-
məti müəssisənin illik dövriyyə ölçüsü kimi qəbul edilir.
Sığorta ödəmələri illik dövriyyəni tarif stavkasına vur-
maqla hesablanır. Tarif stavkaları təsərrüfat (sənaye) sa-
həsində asılı olaraq diferensiyalaşdırılır. Onlar həm də
sahə daxilində istehsalat prosesindəki riskin dərəcəsin-
dən və preventiv tədbirlərin yerinə yetirilməsindən asılı
olaraq diferensiyalaşdırılır.
Tarifin qiyməti aşağıdakı struktura malikdir:
-
sığorta əvəzini ödəmək üçün ehtiyat fonduna
ayırmalar;
-
sığorta hadisələrinin qarşısını almaq üçün maliy-
325
yə fonduna ayırmalar;
-
sığorta olunanın
xərclərinin əvəzini ödəmələr;
-
sığorta olunanın normativ gəliri.
Sığorta kompaniyası zərərçəkənlərə aşağıdakı
növlərdə sığorta əvəzi ödəyir:
-
əmlakın zədələnməsi və məhvinə görə dəymiş zi-
yanın kompensasiyasını;
-
həyat şəraitinin və ətraf mühitin pisləşməsi ilə
əlaqədar zərərin (ziyanın) ödənilməsini;
-
çirklənmiş ərazinin
təmizlənmə xərclərini;
-
zərər çəkmiş insanların həyatını və əmlakını xilas et-
mək üçün çəkilən xərcləri;
-
məhkəmə prosesinin aparılması ilə əlaqədar xərcləri.
Sığorta kompensasiyasının ödənilməsi sığorta təş-
kilatının ilkin kapitalla təyin edilən gücündən sığorta
edilənlərin sayından, müvafiq ödəmələrin cəmindən və
s.-dən birbaşa asılıdır.
Sığorta heç vaxt çirklənmənin bütün növlərini əha-
tə etmir və yalnız əvvəldən gözlənilməyən və təsadüfi
çirklənmələrdən dəymiş riskin ziyanı sığorta edilir. Bəzi
kompaniyalar təklif edirlər ki, ətraf mühitin pisləşməsi
də sığorta edilsin. Sığorta edilənlər hesab edir ki, çirk-
lənmə ilə əlaqədar bütün hadisələrin 80%-i sığorta edilə
bilər.
Sığorta müqaviləsi aşağıdakı əsas bölmələri
özündə əks etdirir:
-
müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri;
-
illik dövriyyənin (pulla ifadəsində) həcmi;
-
müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat;
-
istehsalat prosesinin xarakteri, xammalın, mate-
rialların və istehsal edilən məhsulun növləri haqqında