Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə83/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   89

323
 
 
ğorta  haqqında  hələ  1992-ci    ildə  nümunəvi  əsasnamə 
təsdiq edilmiş, qaydalar hazırlanmış və 1994-cü ildə bir 
sıra regionlarda eksperiment aparılmışdır.  
Ekoloji sığortanın başlıca mahiyyəti ondan ibarət-
dir ki, əsas prinsipə daxildir; üçüncü şəxslərin ziyanının 
maksimum qarşısının alınması; sığorta olunanın iqtisadi 
marağının, şəxsi ehtiyatların qorunub saxlanmasının ki-
mi təmin edilməsi və gələcəkdə fəaliyyət göstərməsinə; 
sığorta  edənin  sığorta  kompensasiyasını  minimuma  en-
dirilməsi, yaranmış maliyyə ehtiyatlarını təbiəti mühafi-
zə tədbirlərinə yönəltmək prinsipinə riayət olunması. 
Sığorta kompaniyası sığortanın könüllü növü üzrə, 
qəfildən,  qeyri-qəsd  və  gözlənilmədən  çirklənmə  nəti-
cəsində  üçüncü  şəxslərə  dəyəcək  ziyandan  mülki  (əm-
lak) mühafizənin sığortasını təmin edir. Sığortanın ob-
yekti  mülki    məsuliyyətin  riskidir.  Həmin  risk  fiziki 
və  hüquqi  şəxslər  tərəfindən  mülki  qanunvericilik  nor-
malarına    müvafiq  olaraq  sığorta  olunana  elan  edilən 
əmlak iddiasıdır. 
Ekoloji sığorta sisteminin əsas göstəriciləri aşa-
ğıdakılardır: 
-
 
sığorta riski; 
-
 
sığorta məbləği; 
-
 
sığorta haqqı; 
-
 
sığorta tarifləri. 
Ekoloji risk sığorta hadisəsinin və ya itkisinin baş-
vermə ehtimalı ilə əlaqədardır. Sığorta riski qəzalar haq-
qında  məlumatlar  kütləsi  əsasında  ehtimal  nəzəriyyəsi 
vasitəsilə  müəyyən  edilir.  Sığorta  hadisəsi  qəzalar  nəti-
cəsində  ətraf  mühitə  (atmosferə)  qəfil,  qəsdən  olmayan 


324
 
 
zərərli atılmaları,  yer səthinin  çirklənməsi,  su obyektlə-
rinə  çirkabın  axıdılması  sayəsində  baş  verən  neqativ 
haldır. Sığorta hadisələrinin və zərərli  maddələrin siya-
hısı  hər  bir  konkret  hal  üçün  sığorta  müqaviləsi  bağla-
nanda  göstərilir.  Sığorta  ödəmələri  tarif  məzənnələrinə 
əsasən sığorta olunan tərəfdən müəssisənin illik dövriy-
yəsinin ölçülərinə müvafiq olaraq faizlə ödənilir. 
Sığorta  hadisəsi  özündə  aşağıdakıları  cəmləşdi-
rir: 
-
 
əmlakın  zədələnməsi  və  ya  məhv  olması  nəticə-
sində ziyanın kompensə (ödəniş) edilməsini; 
-
 
ətraf  mühitdə  həyatın  pisləşməsi  ilə  əlaqədar  zi-
yanları; 
-
 
çirklənmiş  ərazinin  təmizlənməsinə  və  onun  ya-
ralı hala salınmasına çəkilən xərcləri
-
 
sığorta hadisəsi nəticəsində zərər dəymiş şəxslərin 
həyatını və əmlakını xilas etmək üçün zəruri xərcləri; 
-
 
ilkin araşdırmalar, məhkəmə prosesinin aparılma-
sı ilə əlaqədar xərcləri və s. 
Ekoloji  sığorta  üçün  müəyyən  edilən  sığorta  qiy-
məti müəssisənin illik dövriyyə ölçüsü kimi qəbul edilir. 
Sığorta  ödəmələri  illik  dövriyyəni  tarif  stavkasına  vur-
maqla hesablanır. Tarif stavkaları təsərrüfat (sənaye) sa-
həsində  asılı  olaraq  diferensiyalaşdırılır.  Onlar  həm  də 
sahə  daxilində  istehsalat  prosesindəki  riskin  dərəcəsin-
dən və preventiv tədbirlərin  yerinə  yetirilməsindən asılı 
olaraq diferensiyalaşdırılır. 
Tarifin qiyməti aşağıdakı struktura malikdir: 
-
 
sığorta  əvəzini  ödəmək  üçün  ehtiyat  fonduna 
ayırmalar; 
-
 
sığorta  hadisələrinin  qarşısını  almaq üçün  maliy-


325
 
 
yə fonduna ayırmalar; 
-
 
sığorta olunanın xərclərinin əvəzini ödəmələr
-
 
sığorta olunanın normativ gəliri. 
Sığorta  kompaniyası  zərərçəkənlərə  aşağıdakı 
növlərdə sığorta əvəzi ödəyir: 
-
 
əmlakın zədələnməsi və məhvinə görə dəymiş zi-
yanın kompensasiyasını; 
-
 
həyat  şəraitinin  və  ətraf  mühitin  pisləşməsi  ilə 
əlaqədar zərərin (ziyanın) ödənilməsini; 
-
 
çirklənmiş ərazinin təmizlənmə xərclərini
-
 
zərər çəkmiş insanların həyatını və əmlakını xilas et-
mək üçün çəkilən xərcləri; 
-
 
məhkəmə prosesinin aparılması ilə əlaqədar xərcləri. 
Sığorta kompensasiyasının ödənilməsi  sığorta təş-
kilatının  ilkin  kapitalla  təyin  edilən  gücündən  sığorta 
edilənlərin  sayından,  müvafiq  ödəmələrin  cəmindən  və 
s.-dən birbaşa asılıdır. 
Sığorta heç vaxt çirklənmənin bütün növlərini əha-
tə  etmir  və  yalnız  əvvəldən  gözlənilməyən  və  təsadüfi 
çirklənmələrdən dəymiş riskin ziyanı sığorta edilir. Bəzi 
kompaniyalar  təklif  edirlər  ki,  ətraf  mühitin  pisləşməsi 
də  sığorta  edilsin.  Sığorta  edilənlər  hesab  edir  ki,  çirk-
lənmə ilə əlaqədar bütün hadisələrin 80%-i sığorta edilə 
bilər. 
Sığorta  müqaviləsi  aşağıdakı  əsas  bölmələri 
özündə əks etdirir: 
-
 
müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri; 
-
 
illik dövriyyənin (pulla ifadəsində) həcmi; 
-
 
müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat; 
-
 
istehsalat  prosesinin  xarakteri,  xammalın,  mate-
rialların  və  istehsal  edilən  məhsulun  növləri  haqqında 


326
 
 
məlumat; 
-
 
ətraf təbii mühit haqqında  məlumat (əhalinin sa-
yı, sıxlığı, istifadə edilən sahələrin xarakteri, torpaq, ye-
rüstü və yeraltı sular); 
-
 
əsas  atılmalar  (axıntılar)  və  tullantılar,  ətraf  mü-
hitin vəziyyətinə nəzarət metodları; 
-
 
atılmaların (axıntıların) risk dərəcəsi, onların ləğ-
vi üzrə tədbirlər və s. 
Müqavilələr adətən bir ilə bağlanır və müəssisənin 
arzusu  ilə  uzadıla  bilər.  Fasiləsiz  olaraq  2  və  daha  çox 
ilə  müqavilə  bağlanarkən  güzəştli  (10-30%)  imtiyazlar 
nəzərdə tutulur. 
Ekoloji  məsuliyyətin  sığorta  prosesi  sığorta  kom-
paniyasının  iştirakı  olmadan  da,  sənaye  kompaniyaları-
nın qarşılıqlı sığortalanma yolu ilə də həyata keçirilə bi-
lər.  Onlar  birləşmiş  fondlar  yarada  bilər,  yaxud  şəxsi 
(məxsusi) ehtiyat fondları formalaşdıra bilər. 
Bütövlükdə  ekoloji  sığorta  ekoloji  menecment 
üçün çox cazibədardır və özündə iqtisadi-ekoloji maraq-
ları  birləşdirir.  Onun  geniş  tətbiq  edilməsinə  aşağıdakı-
lar mane olur: 
1)
 
tamamlanmış  normativ-hüquqi  bazanın  olma-
ması; 
2)
 
müəssisələrin  ağır  iqtisadi  vəziyyəti,  sığorta 
haqlarının ödənilməməsi; 
3)
 
ekoloji  risklərə  görə  yüksək  tarif  stavkalarının 
olması, avadanlıqların köhnəlməsi üzündən sığorta hadi-
sələrinin ehtimalının böyük olması. 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə