Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə81/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   89

315
 
 
(məhsulun texnologiya və son istehlakçı ilə əlaqəsi). 
Bu sadə nəticə əhəmiyyətli məna kəsb edir. O gös-
tərir  ki,  heç  olmazsa  nəzəriyyədə  bazar  mexanizminin 
durğunluğunu  vergi  tutulmasından  əmələ  gələn  xarici 
səmərələrin  hesabına  aşmaq  olar.  Buna  baxmayaraq  bu 
təklifin  praktiki  tətbiqində  xeyli  problemlər  yaranır. 
Vergi sisteminin optimal formalaşması üçün ətraf mühi-
tin müxtəlif növ və müxtəlif ölçüdə çirklənməsi nəticə-
sində əmələ gələn ziyan və bu ziyanın qarşısının alınma-
sının bütün xərclərini bilmək lazımdır. Belə halda isteh-
salat  texnologiyaları  və  ekoloji  ziyanın  qarşısının  alın-
ması,  ətraf  mühitin  keyfiyyətinin  cəmiyyət  üzvləri  ara-
sında qiymətləndirilməsi, həmçinin təsərrüfat fəaliyyəti-
nin texniki və təbii əlaqələri, zərərli maddələrin atılması 
və ətraf mühitin çirklənməsi haqqında məlumatı tapmaq 
və  təhlil  etmək  lazımdır.  (bazar  iqtisadiyyatının  planlı 
təsərrüfatdan  üstünlüyü  ondadır  ki,  ona  bazar  iqtisadiy-
yatı yaxşı işlədiyi müddətdə bölgü haqqında qərar qəbul 
edilməsi məlumatı lazım deyil). Alınan nəticələri ekolo-
ji  siyasətin  alətlərinin  təkmilləşdirilməsində  istifadə  et-
mək lazımdır. 
Ətraf  mühitin  çirklənməsində  olan  xərclər  ekoloji 
vergi  modelinin  yenidən  qurulmasını  göstərir.  Onların 
praktikada  tətbiq  olunması  bir  sıra  məsələlərin  həlli  ilə 
bağlıdır: 
-
 
birincisi,  bütün  zərərli  maddələrin  tullantılarının 
nəzarət  sisteminin  qurulması  tələb  olunur.  Bəzi  hesaba 
alınmayan  çirkləndiricilər  verginin  azalmasına  gətirib 
çıxarır; 
-
 
ikincisi, vergi hesablamaları üçün normativ meto-
dik bazaların hazırlanması tələb olunur


316
 
 
-
 
üçüncüsü,  vergi  tarifi  elə  olmalıdır  ki,  müəssisə 
üçün tullantıları azaltmaq vəsait ödəməkdən daha sərfəli 
olsun.  Buna  yalnız  vergi  tarifinin  çirklənmə  səviyyəsi-
nin azaldılmasına çəkilən xərclərdən  artıq olduğu halda 
nail olmaq olar. 
Bunu hər müəssisə üçün etmək lazımdır, çünki on-
ların  nail  olduqları  tullantı  səviyyələri  və  onların  azal-
masına  olan  xüsusi  xərcləri  müxtəlifdir.  Bundan  başqa 
hər bir müəssisə üçün və hər növ çirklənmə  üçün  mün-
təzəm və mərhələli vergi tarifinin yenidən baxılması sis-
temi  nəzərə  alınmalıdır.  Bu  müəyyən  qanunauyğunluğa 
tabe  olan  çirkləndiricilərin  və  çirklənmənin  dinamik 
xərclərinin  spesifik  azalması  ilə  bağlı  olub,  tullantıların 
yüksək  dərəcədə  aradan  qaldırılmasında  nail  olunmuş 
xərclərin artması ilə səciyyələndirilir. 
Ekoloji  vergilər  həm  ekoloji  balanslaşdırılmış  is-
tehsalın və fəaliyyət növlərinin inkişafı üçün, həm də tə-
biət  tutumlu  fəaliyyətin  qarşısını  almaq  üçün  stimullaş-
dırıcı rolu yerinə  yetirə bilər. Burada dövlət vergi vasi-
təsilə qiymətə təsir etməklə ilkin başlanğıca təkan verir, 
bütün  qalanlarını  isə  ideyaya  görə,  bazar  mexanizmləri 
həll etməlidir. Yəni istehsalçının və istehlakçının davra-
nışı,  məhsul,  onun  ekolojilik  dərəcəsindən  asılı  olaraq 
tələblərə və təkliflərə təsir etməlidir. 
1.
 
Ümumi halda istehsalçılar üçün  vergi güzəştləri 
təbiət  qoruyucu  tədbirlərin  aparılması  və  fəaliyyət  növ-
lərinin ekolojiliyi səviyyələri nəzərə alınmaqla müəyyən 
edilməlidir.  Təbiət  qoruyucu  fəaliyyət  səmərəli  həyata 
keçirildikdə  mənfəətdən  vergi  tutulmalarını  azaltmaq 
məqsədəuyğundur.  Buna  misal  olaraq,  təbiəti  mühafizə 
məqsədilə  müəssisəyə  qoyulan  investisiyanın  miqdarı 


317
 
 
qədər  mənfəətdən  verginin  tutulmasını  ixtisar  etmək 
olar. Bəzi hallarda vergilər tutulmaya da bilərlər. Məsə-
lən, ekoloji fondların vergidən azad olması. Bu cür siya-
səti habelə müəssisələrin müxtəlif növ təkrar xammal eh-
tiyatları və tullantıların utiləşdirilməsindən alınan gəlirlər 
üçün və təbiəti mühafizə məqsədlərinə görə verilmiş Res-
publika və xarici qrantlar üçün aparmaq lazımdır; 
2.
 
Ekologiyaya  yönəldilmiş  vergilər  sistemində 
dörd:  sahə,  texnoloji,  ərazi  və  məhsul-istiqamətlərini 
ayırmaq  olar.  Öz  növbəsində  “təbiət-məhsul”  xəttinin 
sonunun  yaxınlığında  olan  emaledici,  xidmətedici  və 
infrastruktur sahələrinin inkişafını stimullaşdırmaq üçün 
onlardan  azaldılmış  vergilər  tutulmalıdır.  Azaldılmış 
vergilər ehtiyat qoruyucu və aztullantılı texnologiyalara 
tətbiq edilməlidir. Texnogen və təbiəttutumlu istehsallar 
və  texnologiyalara  yüksəldilmiş  vergilər  qoyulmalıdır. 
Vergi  güzəştləri  təbiəti  mühafizə  edən  və  ekoloji  ava-
danlıqlar,  materiallar  istehsal  edən  və  ekoloji  xidmətlər 
göstərən  (təbiəti  mühafizə  obyektləri  tikən  və  rekonst-
ruksiya  edən)  dövlət  və  özəl  təşkilatlar  və  müəssisələrə 
şamil edilməlidir
3.
 
Bütün  vergi  sisteminin  təkmilləşdirilməsi  haq-
qında söhbət gedərkən, vergidə təbii ehtiyatların payının 
əhəmiyyətli  artırılması  istiqamətini  ayırmaq  lazımdır. 
Bu  hər  şeydən  əvvəl  təbii  resursların  istifadə  edilməsi 
hüququna  görə ödəmələrə və ekoloji vergilərə aid edil-
məlidir. Bu ətraf mühitə təsirlərin daha adekvat qiymət-
ləndirilməsi,  iqtisadiyyatın  təbiət  tutumluğunun  azaldıl-
ması üçün stimul yaradır. 
Bu vergilər və ödəmə alətləri istehsalçıların həvəs-
ləndirmə  vasitələri  ilə  istehsalın  səmərəliliyinə  təsir 


318
 
 
edən və cəmiyyətin mənafeyini qoruyan düzgün ekoloji 
balanslaşdırılmış  davranışın  yaranması  üçün  vacibdir. 
Azərbaycan  Respublikasının  Qanunlarına  müvafiq  ola-
raq təbiəti  mühafizə  fəaliyyətinin  iqtisadi  mexanizmi 
aşağıdakı alətlər sistemini özündə birləşdirir: 
-
 
vergi sistemi; 
-
 
subsidiyalar və güzəştli vergilər
-
 
təbiəti mühafizə təyinatlı fondların surətli amorti-
zasiyası; 
-
 
çirkləndirməyə  görə  hüquqların  verilməsi  (lisen-
ziyalaşdırma); 
-
 
“girovqoyma-qaytarma”  prinsiplərinin  istifadə 
edilməsi; 
-
 
cərimələr; 
-
 
çirkləndirməyə  və  tullantıların  yerləşdirilməsinə 
görə ödəmələr. 
Dünya ölkələrində bu istiqamətlərin çoxunun tətbi-
qi artıq özünün ekoloji səmərəliliyini göstərmişdir. 
 
7. Ətraf mühitin mühafizəsi sahəsində bank 
sistemləri 
 
Ekoloji bankların formalaşması və inkişafı aşa-
ğıdakılara istiqamətləndirilmişdir: 
-
 
ekologiya və ekoloji bizneslə əlaqədar sahibkarlı-
ğın inkişafına; 
-
 
ekologiya  üzrə  sahə  və  kompleks  proqramların 
işlənməsi və investisiyalar yönəldilməsinə; 
-
 
qanunvericilik  daxilində  ekoloji  problemlərin 
kreditləşdirilməsinə, pul vəsaitlərinin  mərkəzləşdirilmə-
sinə, istifadəsinə


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə