Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə78/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   89

303
 
 
ekoloji, sığorta fondları, habelə özəlləşdirmə prosesində 
yaradılmış ekoloji fondlar; 
-
 
bank  kreditləri,  sponsor  vəsaitləri,  beynəlxalq 
təşkilatların maliyyə köməyi; 
-
 
ianələr və s. 
Məlumdur  ki,  müstəqilliyin  ilk  dövründə  təbiəti 
mühafizə  tədbirlərinin  büdcələrdən  maliyyələşdirilməsi 
mürəkkəb məsələlərdən birinə çevrilmişdi. Ekoloji məq-
sədlər üçün mərkəzi büdcədən demək olar ki, vəsait ay-
rılmır,  şəxsi  vəsaitlərin  isə  həcmi  çox  cüzi  idi  (0,2-
0,3%). SSRİ dövründə də, təbiəti mühafizəyə yönəldilən 
vəsaitin  həcmi  milli gəlirin həddən çox az faizini təşkil 
edirdi. Məsələn, bu rəqəm bütün ittifaq üzrə  0,8-1,2 %, 
Pribaltika  Respublikaları  üzrə  1,5-1,7  %,  Gürcüstan  və 
Ermənistan  üzrə  0,7-1,0  %,  Azərbaycan  üzrə  isə  0,3-
0,5% təşkil edirdi. Müqayisə üçün qeyd etmək lazımdır 
ki,  təbiəti  mühafizə  tədbirlərinə  hər  il  ümumi  daxili 
məhsulun 2-3 %-i qədər vəsait lazımdır. Buna baxmaya-
raq, müəssisələr bu məqsədlə ayrılan vəsaitlərdən səmə-
rəli istifadə etmirlər. Təsadüfi deyil ki, yalnız büdcədən 
maliyyələşdirilməli  olan  kommunal-məişət  tullantıları 
sularının  təmizləyici  qurğularının  tikintisi  1994-cü  ildə 
dayandırılmışdır.  Gəncədə  (gücü  150  min.kub  m/gün), 
Şirvanda (45-50 min kub m), Sumqayıtda (290 min kub 
m), Mingəçevirdə (140  min kub  m), Masallıda (10  min 
kub m), Ağdamda (10 min kub m) və s. 80-cı illərdən ti-
kilən  təmizləyici  qurğuların  da  tikintisi  dayandırılmış-
dır.  Bakıda  1972-ci  ildən  tikilən,  layihə  gücü  940  min 
kub m olan təmizləyici qurğunun  yalnız birinci növbəsi 
(600  min  kub  m  gücündə)  1990-cı  ildə  təhvil  verilmiş-


304
 
 
dir.  Əksər  şəhərlərdə,  o  cümlədən  Bakıda  kanalizasiya 
xətlərinin tam olmaması üzündən fəaliyyət göstərən 20-
dən  çox  təmizləyici  qurğu  səmərəsiz  işləyirlər.  Həm  də 
onlar artıq amortizasiya müddətlərini çoxdan keçmişlər. 
 
2. Dövlət ətraf mühiti mühafizə fondu 
 
Ətraf  mühitin  mühafizə  fondu  MDB  ölkələrinin 
öncül dövləti olan Rusiya Federasiyasında 1994-1995-ci 
illərdə  ekoloji  məqsədlər  üçün  ümumi  daxili  məhsulun 
0,15 %-i qədər, 1996-1997-ci illərdə 0,1%, 1998-ci ildə 
isə yalnız 0,07 % vəsait ayrılmışdı. Halbuki, sərvətlər və 
çirklənməyə  görə  ödəmələrin  miqdarı  büdcə  gəlirinin 
5%-dən  çoxunu  təşkil  edir.  Rusiyada  neft  çıxarılması 
hüququna görə verginin 40 %-i federal büdcəyə, 30 %-i 
regional  və  30  %-i  yerli  büdcəyə  daxil  olur.  Lakin,  hə-
min vəsaitlərdən istifadə barədə qanunvericilikdə heç nə 
deyilmir. Mineral-xammal bazasının bərpası üçün müəs-
sisələrdən realizə edilən xammalın 2-10 %-ə qədər ödə-
mə tutulur. Həmin vəsait əslində yeni faydalı qazıntı ya-
taqlarının axtarış və kəşfiyyatına,  habelə torpaqların re-
kultivasiyasına  xərclənməlidir.  Lakin,  həmin  məbləğ 
başqa məqsədlərə sərf edilir. Azərbaycanda da bu sahə-
də  problemlər  vardır.  Büdcəyə  daxilolmalar  kifayət  qə-
dər olsada büdcədən ekoloji  məqsədlər üçün tam səmə-
rəli istifadə edilmir. Elə hal olmuşdur ki, mərkəzi maliy-
yə orqanları təbiətdən səmərəli istifadə olunması məqsə-
dilə toplanmış və büdcədən kənar ekoloji fonda cəmlən-
miş,  dövlət  büdcəsinə  heç  bir  aidiyyəti  olmayan  vəsait 
1995-ci ildən dövlət büdcəsinə qatılır. 


305
 
 
Bununla  da  büdcədən  kənar  ekoloji  fondlar  haq-
qında  qüvvədə  olan  qanun  və  qaydalar  pozulur,  həmin 
vəsait isə digər məqsədlərə yönəldilir. 
Ekoloji tədbirlərin həyata keçirilməsi isə xarici və 
beynəlxalq təşkilatların və bankların ümidinə  və ixtiya-
rına buraxılmışdır. Həmin mənbələrdən ayrılan maliyyə 
vəsaitlərinin  isə  ümumi  məbləğinin  50%-i  təzədən  ma-
liyyələşdirici təşkilatın və ya hər hansı sponsorun  özünə 
qayıdır. 
Ətraf  mühitin  mühafizəsi  üzrə  fondlara  aşağı-
dakılar daxildir: 
-
 
Ətraf mühitin mühafizəsi üzrə fondlar ətraf mühi-
tin  mühafizəsində  təxirəsalınmaz  tədbirlərin,  ona  vuru-
lan zərərin  aradan qaldırılmasının və kompensasiya ve-
rilməsinin,  ətraf  mühitin  mühafizəsi  sahəsində  başqa 
tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır; 
-
 
Ətraf mühitin mühafizəsi sahəsində qanunverici-
liklə müəyyən edilmiş qaydada dövlət və ictimai fondla-
rın yaradılmasına yönəldilir; 
-
 
Ətraf  mühitin  mühafizəsi  üzrə  dövlət  fondu  tə-
biətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafi-
zəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan 
cərimələr,  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 
müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qey-
ri-qanuni  əldə  edilən  məhsulların  satışından  daxil  olan 
vəsaitlər,  könüllü  ianələr,  habelə  Azərbaycan  Respubli-
kasının  qanunvericiliyinə  zidd  olmayan  başqa  daxilol-
malar hesabına təşkil edilir. 
Azərbaycanda  1989-cu  ildə  büdcədənkənar  xüsusi 
təbiəti mühafizə fondu yaradılmış və onun formalaşması 


306
 
 
və istifadəsi haqqında qaydalar Respublika Nazirlər Ka-
bineti tərəfindən təsdiq edilmişdir. 
Həmin fond əsasən, ətraf mühiti çirkləndirməyə və 
tullantıların  yerləşdirilməsinə  görə  ödəmələr  və  cərimə, 
iddialardan gələn vəsait hesabına formalaşır. 
Rusiyada  analoji  büdcədənkənar  ekoloji  fondların 
10%-i  federal  büdcəyə,  qalan  90%-i  isə  büdcədənkənar 
fondlar  sisteminə  köçürülür  və  aşağıdakı  kimi  bölünür: 
60%-i  yerli  büdcələrə  (rayon,  şəhər),  30%-i  federasiya 
subyektləri  səviyyəsində  paylanır.  Bu  fond  vəsaitləri 
məqsədyönlü olaraq təbiəti mühafizə obyektlərinin tikin-
tisinə,  ekoloji  təmiz  texnologiyaların  tətbiqinə,  ekoloji 
təhsilin inkişafına, elmi tədqiqat işlərinə xərclənməlidir. 
 
3. Regional ətraf mühiti mühafizə fondları
 
Hazırda bir çox ölkələrdə, aparıcı maliyyə mənbə-
yi kimi ekoloji fondlar fəaliyyət göstərir. Fondlar inves-
tisiyaların  təbiəti  mühafizəyə  yönəldilməsinə  kömək 
göstərsə də, sonralar onların səmərəsi azaldı. Çünki nə-
zərdə  tutulan  ödəmələrin  məbləği  ilə  faktiki  daxil  olan 
vəsaitlərin  arasında  böyük  fərq  yarandı.  Ödəmələrin 
toplanması  Rusiyada  50-60%,  Azərbaycanda  isə  10-
30% arasında dəyişir. Ödəmələrin indeksləşdirilməsi isə 
Azərbaycanda  1992-ci  ildən  bəri,  22  il  ərzində  bir  dəfə 
də aparılmamışdır. 
Ekoloji siyasətin həyata keçirilməsində ən əsas va-
sitələrdən  biri  dövlətlərarası,  dövlət  və  regional  ekoloji 
proqramların  hazrlanması  və  realizə  edilməsidir.  Proq-
ramların  maliyyələşdirilməsi  Azərbaycanda  1980-cı  il-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə