Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə74/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   89

287
 
 
-
 
ətraf mühitdən səmərəli istifadə üçün pul vəsaiti-
nin toplanmasına şərait  yaradır və təbiəti  mühafizə təd-
birlərinin maliyyələşdirilməsi mənbəyi yaradır. 
Təbii  ehtiyatlardan  istifadəyə  görə  ödəmələrin 
formalaşması aşağıdakılardan ibarətdir: 
1)
 
ödəmənin növü; 
2)
 
ayrı-ayrı ödəmələrin ölçüsünün təyini üsulları; 
3)
 
ödəmələrin təyin edilməsi, alınması və istifadəsi. 
Ehtiyatlardan  istifadəyə  görə  ödəmələr  aşağıdakı 
prinsiplərə əsaslanır: 
-
 
yaxşı (əla) ehtiyat üçün ödəmənin qiyməti yüksək 
olmalıdır; 
-
 
ödəmənin qiyməti lazımi səviyyədə olmalıdır ki, 
resurs tutumunu azalda bilsin, ya da bu ehtiyatı (sərvəti) 
əvəz etməyə imkan yaratsın; 
-
 
ödəmənin  ölçüsü  bazarın  rəqabətini  (məzənnəsi-
ni, tələb və təklifi) nəzərə almalıdır; 
-
 
istifadə  olunmayan  təbii  ehtiyatların  potensial 
qiyməti olmalıdır, hesablamalarda nəzərə alınmalıdır və 
zaman keçdikcə düzəlişlər edilməlidir; 
-
 
ödəmələrin  ağırlığının  (yükünün)  istifadəçilərin 
üzərinə düşməsinin qarşısının alınması təmin edilməlidir. 
 
3. Təbii ehtiyatlardan istifadəyə görə ödəniş 
 
Təbii  ehtiyatlara  görə  ödəmələrin  təyin  edilməsi-
nin  konkret  prinsipləri  ola  bilər.  Xərclər  üsulu,  nəticə 
(renta)  üsulu  və  yenidən  bərpa.  Xərclər  üsulu  sənaye 
müəssisələrinin  su  götürməyə  görə  ödəmələrini  təyin 
edərkən istifadə edilir. Bu zaman hasilat, mənimsəmə və 


288
 
 
istifadəyə  çəkilən  xərclər  nəzərə  alınmalıdır.  Yüksək 
keyfiyyətli  ehtiyatın  istehsal  prosesinə  cəlb  edilməsi  az 
xərc tələb edir, onun dəyəri az olur. Lakin istehlak qiy-
məti  yüksək  olur. Bu ətraf mühitdən səmərəli istifadəni 
stimullaşdırmır.  
Nəticə (yekun) üsulunda əsasən yalnız gəlir gətirən 
sərvətlərə  qiymət  verilir.  Lakin,  zaman  keçdikcə,  qiy-
mətə  malik  olmayan  resurs  (sərvət),  qiymətli  sərvətə 
çevrilə  bilər və  deməli, həmin sərvət  potensial qiymətə 
malik ola bilər. 
Bir sıra ehtiyatlar dinamikliyinə görə, ödəmə təyin 
etmək məsələsində mürəkkəbdir. Məsələn, bioehtiyatlar 
və su bir çox halda əhali yaşayan ərazinin yerləşməsi və 
inzibati-ərazi bölgüləri ilə uyğunlaşmır. 
Ümumiyyətlə,  təbii  ehtiyatlara  görə  ödəmələr 
özündə aşağıdakıları əks etdirir: 
1)
 
təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə
2)
 
təbii  ehtiyatların  mühafizəsi  və  artırılması  üçün 
ödəmə. 
Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə, 
mülkiyyətin realizasiya forması kimi mütləq, həm də di-
ferensial rentanın alınması deməkdir. Bir halda ki, nəti-
cələr  müəssisənin  fəaliyyətindən  asılı  deyil,  deməli  on-
lar alınmalıdır. Ödəmələrin mütləq qiyməti ya müsabiqə 
yolu ilə müəyyən edilə bilər, ya da bank faizinin səviy-
yəsi ilə bağlana bilər.  
Təbii ehtiyatların artırılması və mühafizəsinə gö-
rə  ödəmə  cəlb  edilmiş  təbii  ehtiyatların  bərpasına  çəki-
lən xərclərdir. 
Təbii  ehtiyatlardan  istifadəyə  görə  ödəmələrin 
növləri aşağıdakılardan ibarətdir: 


289
 
 
-
 
yerin  təkindəki  ehtiyatların  istifadəyə  görə  ödə-
mələr; 
-
 
mineral-xammal  bazasının  artırılmasına  görə  öd-
mələr; 
-
 
meşə gəliri (meşədən istifadəyə görə); 
-
 
sənaye müəssisələrinin su götürməsinə görə ödə-
mələr; 
-
 
torpaqdan istifadəyə görə torpaq vergisi; 
-
 
heyvanların ovlanmasına (icazəyə) görə ödəmə; 
-
 
təbiətdən  istifadəyə  görə  lisenziya  verilməsinə 
görə ödəniş. 
Yerin təkindən istifadə edilərkən aşağıdakı ödəmə 
növləri həyata keçirilir: 
-
 
müsabiqədə  iştiraka  görə  yığım  və  lisenziya  al-
mağa görə rüsum
-
 
mineral-xammal bazanın bərpası üçün tutulma. 
Yerin  təkindən  istifadəyə  görə  bəzən  aşağıdakı 
ödəmələr də vardır: 
-
 
faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı-
na görə ödəmələr
-
 
faydalı qazıntıların hasilatına görə ödəmələr; 
-
 
yerin  təkindən  başqa  məqsədlər  üçün  istifadəyə 
görə ödəmələr. 
Ödəmələrin formaları birdəfəlik və hasilatdan son-
ra  müntəzəm  olur.  Bu  ödəmələrin  son  (yekun)  ölçüləri 
Yerin  təkindən  istifadə  üçün  lisenziya  ilə  tənzimlənir. 
Mineral-xammal  bazasının  artırılması  üçün  ödəmələr 
satılmış  məhsulun  qiymətindən  pay  (faiz)  kimi  tutulur. 
Yerin  təki  üçün  ödəmələr  müxtəlif  ölkələrdə  müxtəlif 
səviyyəli olmaqla büdcələrə daxil olur. Yer təkinin isti-


290
 
 
fadəsinin  növündən  asılı  olaraq  vəsaitin  mərkəzləşdiril-
məsi  və  ya  büdcələr  arasında  paylanması  müvafiq  qay-
dalarla müəyyən edilir. Rusiyada geniş yayılmış faydalı 
qazıntılara  (qum,  gil,  çınqıl,  çaqıl,  qumca,  gilcə  və  s.) 
görə 100 % yeraltı ödəmə (Yerin təkindən istifadə hüqu-
quna  görə  ödəmə)  yerli  büdcələrə  daxil  olur.  Geniş  ya-
yılmayan faydalı qazıntıların hasilatı zamanı ödəmələrin 
paylanması  aşağıdakı  kimi olur –  yerli büdcəyə - 50 %, 
regional (vilayət) büdcəyə - 25%, federal büdcəyə - 25%. 
Azərbaycanda  hələlik  bütün  ödəmələr  mərkəzi  büdcəyə 
daxil edilir. 
Meşədən istifadəyə görə ödəmələr sistemi: 
-
 
meşə gəliri; 
-
 
icarə haqqı. 
Oduncağın  birdəfəlik  köküstü  satışında  tələb  və 
təklif  nəzərə  alına  və  müvafiq  olaraq  müsabiqə  aparıla 
bilər.  
a) Torpaqdan istifadəyə görə ödəniş
Torpağa görə ödəmələrin forması aşağıdakı kimidir: 
-
 
torpaq vergisi; 
-
 
icarə haqqı; 
-
 
torpağın normativ qiyməti. 
Torpaq  vergisi  kənd  təsərrüfatı,  şəhər,  şəhərətrafı, 
meşə  torpaqları,  faydalı  qazıntılar  olan  torpaqlar  və  di-
gər  kateqoriyalı  torpaqlar  üçün  müəyyən  edilmişdir. 
Torpaq vergisinə torpaq mülkiyyətçiləri, torpaq sahiblə-
ri  və  torpaqdan  istifadə  edənlər  məruz  qalırlar.  Torpaq 
vergisinin  ölçüləri  sabit  ödəmələr  halında  torpaq  sahəsi 
vahidinə  onun  keyfiyyəti  və  məqsədi  nəzərə  alınmaqla 
təyin edilir və bir il ərzində fəaliyyət göstərir. Qeyri-kənd 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə