Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   89


1
 
 
 AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ 
BAKI BİZNES UNİVERSİTETİ 
 
 
İslam  İbrahimov 
 
 
 
 
 
ƏTRAF MÜHİTİN İQTİSADİYYATI 
 
(dərs vəsaiti) 
 
 
 
Dərs vəsaiti Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin  29 yanvar 2015- ci 
il tarixli 127 saylı əmri ilə təsdiq 
edilmişdir. 
 
 
 
 
 
 
 
Bakı – 2015 


2
 
 
Bakı Biznes Universitetinin Elmi Metodiki Şurasının iclası-
nın 26 sentyabr 2014-cü il tarixli 01 saylı protokolu ilə təsdiq edil-
mişdir. 
 
Tərtib  edən: 
i.e.d., prof.  İ.H.İbrahimov 
Əməkdar kənd təsərrüfatı 
işçisi 
 
Elmi redaktor:  
i.e.d., prof. İbad Abbasov 
 
Rəyçilər:         
 i.e.d., prof. Gəncəli Gənciyev,
 
 
 i.e.d., prof. Anar Abbasov,
 
 
 i.e.n., dos. Rahim Sadıqov
 
   
 
           
 
İbrahimov İ.H.  
Ətraf mühitin iqtisadiyyatı. Bakı, 2015, 357 səh. 
 
Dərs  vəsaiti  ətraf  mühitin  iqtisadiyyatı  elminin  mahiyyəti, 
metodları, vəzifələri, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar, eko-
logiya və iqtisadiyyatın qarşılıqlı əlaqələri, təbii sərvətlərdən istifa-
də  və  onun  səmərəliliyi,  təbii  ehtiyatların  qiymətləndirilməsi,  ətraf 
mühitin  çirklənməsindən  dəyən  ziyanın  müəyyən  edilməsi  mə-
sələləri müasir tələblər baxımından şərh edilir. Kitabda ətraf mühit 
və təbiətdən istifadədə maliyyə xərclərinin istiqamətləri, təbiəti mü-
hafizə fəaliyyətinin idarə edilməsi, ekoloji sahibkarlıq, ətraf mühitin 
idarə  edilməsinin  maliyyə  mənbələri,  ödənişləri,  iqtisadi  tən-
zimləmə  mexanizmləri,  fondların  yaradılması,  vergi,  bank,  sığorta 
sistemləri, menecment, informasiya və təhsil haqqında məsələlər öz 
əksini tapmışdır. 
Dərs vəsaiti Universitetin “Ətraf mühitin iqtisadiyyatı” fənni 
üzrə tədris proqramına uyğun tərtib edilmişdir. 
Kitabdan iqtisadi yönümlü universitetlər, elmi-tədqiqat müəs-
sisələrinin əməkdaşları, tələbə və mütəxəssislər bəhrələnə bilər. 
 


3
 
 
G İ R İ Ş 
 
Yeni  iqtisadi  münasibətlər  şəraitində  əhalinin  və 
sənayenin  tələbatının  ödənilməsində,  təbii  ehtiyatlardan 
səmərəli  istifadə  olunması  və  ətraf  mühitin  mühafizəsi 
qlobal  xarakter  daşıyır.  Dayanıqlı  sosial-iqtisadi  inkişaf 
cəmiyyətin  tələbatına  cavab  verməklə,  ətraf  mühitin  tə-
bii ehtiyat potensialının keyfiyyətinin saxlanılması, məh-
suldar qüvvələrin inkişaf səviyyəsinə uyğun gələcək nə-
sillərin  istifadəsinə  verilməsi  ətraf  mühit  və  təbii  ehti-
yatlardan  düzgün  istifadədən  asılıdır.  Ona  görə  də,  tə-
biətlə  cəmiyyətin  qarşılıqlı  əlaqəsi,  bu  əlaqələrin  təsiri-
nin  optimallaşdırılması  və  onların  həlli  yollarının  axta-
rılması  vacib  şərtlərdəndir.  Bu  ətraf  mühitdən  və  təbii 
ehtiyatlardan  səmərəli  istifadə  olunmasında  və  mühafi-
zəsində  iqtisadi  aspektlərin  araşdırılması,  ümumi  qanu-
nauyğunluqların  öyrənilməsi  qlobal  mahiyyət  daşıyır. 
Ona  görə  də,  “Ətraf  mühitin  iqtisadiyyatı”  kursu  üzrə 
təbii  ehtiyatlar  və  təbiəti  mühafizənin  iqtisadiyyatı  mə-
sələləri  təhlil  edilir:  hazırkı  şəraitə  ətraf  mühitin  və  tə-
biətdən istifadənin əsas vəzifələri, təbii ehtiyatlardan is-
tifadə  və  dayanıqlı  inkişaf;  ətraf  mühitin  mühafizəsinin 
iqtisadi  qiymətləndirilməsi;  planlaşdırılması  və  idarə 
edilməsi; təbii ehtiyatların təsnifatı, təbii ehtiyatların iq-
tisadi dəyəri; təbiətlə cəmiyyətin qarşılıqlı  əlaqələri, ər-
zaq  təminatı  problemləri;  təbiətdən  istifadənin  iqtisadi 
inkişafa  təsiri;  təbii  ehtiyatların  iqtisadi  qiymətləndiril-
məsi;  ətraf  mühitə  çirklənmədən  dəyən  sosial-iqtisadi 
ziyanın  müəyyən  olunması;  iqtisadi  ziyanın  təsnifatı, 
xərclər;  ətraf  mühit  və  təbiətdən  istifadənin  iqtisadi  sə-


4
 
 
mərəliliyi; təbiəti mühafizənin idarə edilməsi və ekoloji 
sahibkarlıq,  onun  maliyyə  mənbələri; ətraf mühit və tə-
biətdən  istifadənin  iqtisadi  tənzimlənməsi  (vergi,  sığor-
ta, bank sistemləri və s.); ekoloji biznes, menecment, in-
formasiya və təhsil sistemi; ekoloji problemlərin həllin-
də beynəlxalq əməkdaşlıq və s. məsələlər fənn kursunun 
mahiyyətini təşkil edir. 
Tədris olunan fənnin əsas vəzifəsi təbii sərvətlərdən 
səmərəli  istifadə  etməklə  cəmiyyətin  maddi  və  mənəvi 
ehtiyatlara  olan  tələbatını  ödəməklə,  təbiətlə  cəmiyyətin 
qarşılıqlı  əlaqəsini  öyrənməkdən  ibarətdir.  Kursa  dair 
mühazirələr  və  təcrübi  dərslər  təsdiq olunmuş proqrama 
uyğun həyata keçirilir. Dərs vəsaitinin IV fəsli Bakı Biz-
nes Universitetinin “Sənayenin təşkili və bələdiyyə idarəet-
məsi” kafedrasının laborantı magistr Ağakişiyeva Nuranə 
Ağamoğlan qızı tərəfindən tərtib edilmişdir. Dərs vəsaiti 
hazırlanarkən  ətraf  mühit,  təbii  ehtiyatlardan  istifadə, 
ekologiya  və  onun  iqtisadiyyatının  qarşılıqlı  əlaqələrinə, 
bu aspektlərə artan tələbat nəzərə alınmışdır. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə