Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89

13
 
 
XIX əsrin sonu XX əsrin əvvəli bütün dünyada tə-
biətin mühafizəsi hərəkatı başladı. 
XX əsrin I yarısında təbiətin mühafizəsinə dair bir 
sıra  qərarlar  qəbul  edilmişdir.  1911-ci  ildə  Yaponiya, 
Rusiya,  Kanada  və  ABŞ  arasında  dəniz  heyvanlarının 
mühafizəsi haqqında ilk beynəlxalq saziş imzalandı. La-
kin, təbiətin mühafizəsinə dair qərarlar həyata keçirilmir 
və hətta lağa qoyulurdu. 
Rusiyada  təbiətin  mühafizəsinə  dair  ilk  yazılı  fər-
manlar  XI-XII  əsrlərdə  verilmişdir.  XIII  əsrdə  knyaz 
Vladimir Volınski Belovejskaya meşəsi qoruğunun əsa-
sını qoymuşdur. XI-XVII əsrlərdə Rus dövlətinin cənub 
meşə  sərhədlərində  hərbi  əhəmiyyətli  qoruq  meşələri 
yaradılmışdı. Bu meşələrdə ağaclar düşmən gələ biləcək 
tərəfə yıxıldığı üçün atlı qoşunların keçə bilmədiyi sədd 
əmələ gəlmişdir. Mühafizə dəstəsinin əsgərlərindən baş-
qa heç kim bu meşələrə buraxılmadığından iri heyvanlar 
yaxşı qorunurdu. 
Çar fərmanlarında xəz dərili heyvanların ovlanması 
sahəsində  məhdudiyyətlər  qoyulurdu.  Çar  Aleksey  Mi-
xayloviç  hökmdarlığı  dövründə  verilmiş  fərmanlarında 
ov müddəti, ov qadağan olunan zonalar, qanunu pozan-
lara qarşı cəza tədbirləri müəyyən edilmişdir. 
I Pyotrun dövründə təbiətin mühafizəsi ümumdöv-
lət xarakteri almışdır. Çar meşələrin qorunmasına xüsusi 
diqqət  yetirirdi.  Seyrək  meşə  rayonlarından  ağaclardan 
odun kimi istifadə olunması qadağan edilmişdir. I Pyotr 
cənub  rayonlarında  meşələr  salınması  barədə  fərman 
vermişdir.  1720-ci  ildə  Həştərxanın  qubernatoru  palıd 
meşəsi  salmaq  haqqında  göstəriş  almışdır.  Moskva  və 


14
 
 
Peterburqda botanika bağı salınmışdı. I Pyotr digər təbii 
sərvətlərin  mühafizəsi,  məsələn  çay  suyunun  təmizliyi, 
amansızcasına  balıq  ovunun  qadağan  edilməsi,  balıqla-
rın kürü tökən yerlərinin mühafizəsi, torpağın qorunma-
sı  və  s.  haqqında  bir  sıra  qərarlar  vermişdir.  Rusiyada 
feodalizmin dağılması və kapitalizmin inkişafı ilə əlaqə-
dar olaraq meşələri, vəhşi heyvanları, quşları və balıqla-
rı  geniş  miqyasda,  kütləvi  surətdə  qırmağa  başladılar. 
Bir  çox  heyvan  növlərinin  (qunduz,  samur  və  s.)  sayı 
sürətlə azaldı. 
Rusiyada  alimlər  təbiətin  mühafizəsi  uğrunda  ge-
niş müqayisə aparmağa başladılar. XVIII əsrdə meşələ-
rin  qırılması  və  ovu  məhdudlaşdırılan  qanun  verildi, 
1857-ci  ildə  heyvanların  iqlimləşdirilməsi  və  quşların 
mühafizəsi ideyası irəli sürüldü. Təbiətin mühafizəsi üz-
rə ilk cəmiyyətlər yaradıldı. “Xarkov təbiət həvəskarları 
cəmiyyəti” 1913-1914-cü illərdə təbiətin mühafizəsi üz-
rə Rusiyada ilk sərgi təşkil edildi. 
Ətraf mühitin və təbii sərvətlərin qorunması müha-
ribə və sülh problemlərindən sonra bəşəriyyət qarşısında 
duran  ən  vacib  problemdir.  Çünki,  insan  yaranan  gün-
dən (1-5 mln. il) təbiətə təsir edir. Müasir dövrdə isə el-
mi-texniki  inqilab  insanın  təbiətə  təsirini  daha  da  güc-
ləndirmişdir. Təbiətdən asılılıq azalıb, təbii sərvətlərdən 
istifadə  isə  asanlaşmışdır.  Müasir  elmi-texniki  inqilab 
yaşadığımız mühitə həm də mənfi təsir edir: sular, hava 
və torpaq çirklənir, yararsız hala düşür, canlı aləm üçün 
təhlükəli  vəziyyət  yaranır.  İndi  insanlar  yerin  daha  də-
rinliklərini öyrənməyə cəhd edir, dəniz və okeanların di-
binə nüfuz edirlər, kosmosa, digər planetlərə yol açırlar. 


15
 
 
Planetimizdə isə artıq insan ayağı dəyməyən yer yoxdur. 
30-50-ci  illərdə  hökm  sürən  “təbiətdən  mərhəmət 
gözləməyin, onu özünüzə tabe edin” şüarı artıq indi in-
san cəmiyyətinə qarşı yönəlib, insan cəmiyyətindən inti-
qam alır. Elə bir dövr gəlib çatıb ki, indi hamı “ekologi-
yadan” danışır. 
Doğrudur, ətraf mühitin qorunmasına aid çoxlu qə-
rarlar  verilmişdir.  Lakin,  keçmişdə  olduğu  kimi  indi  də 
bu  qərarlar  həyatda  özünə  lazımi,  əsaslı  yol  aça  bilmə-
mişdir. Fabrik və zavodlarda, müəssisələrin layihələndi-
rilməsi  və  tikilməsində  yeni  kəşflərin  tətbiqində,  bataq-
lıqların qurudulmasında, çay kanallarının çəkilməsində, 
nəqliyyatın  inkişafında  texnoloji  proseslərdə  və  sairədə 
ekoloji  qanunauyğunluqlar  heç  də  həmişə  nəzərə  alın-
mamışdır. Məsələn, 1960-cı illərdə Gəncədə alüminium 
zavodu,  Sumqayıtda  kimya  zavod  tikilərkən  heç  kimin 
ağlına da gəlmirdi ki, bu müəssisələrin tullantıları mühi-
timizi  ölü  vəziyyətə  salacaq.  Vəziyyətin  keşiyində  dur-
malı olan təşkilatlar da bu məsələyə öz münasibətini bil-
dirməlidirlər,  sanitar  mühafizə  zonalarının  təşkilinə 
əməl  etməlidirlər.  Başımızın  üstünü  kəsən  diktatorlar, 
amirlik üsulları, şişirdilmiş planlar verən vəzifə düşkün-
ləri  partiya  adından  ancaq  hər  şeyi  tələb  etməyi  ba-
carırdılar. Bir qayda olaraq, standart şüarlar mövcud idi. 
Beşillik  planı  4  ildə,  illik  planı  vaxtından  əvvəl,  7  no-
yabra kimi yerinə yetirmək plenum və ya qurultayın şə-
rəfinə əlavə öhdəliklər götürməsi və s. kimi şüarlar illər 
uzunu  mühitimizin  korlanmasına,  təbii  sərvətlərin  tü-
kənməsinə səbəb olmuşdur. Alqışlar altında yerinə yeti-
rilən  saxta  planlar  və  sərvətə  biganə  münasibətə  səbəb 


16
 
 
olmuşdur.  Bir çox canlılar arasında qırılmış  qida zənci-
rinin  bərpası  isə  mümkün  deyildir.  Çünki,  həyatda  baş 
verən  bütün  hadisələr  bioloji  proseslərdir.  Bu  proseslər 
bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olub,  bioloji  zəncir  təşkil 
edir. Canlıların həyatı da bioloji zəncirə tabedir, burada 
əsas əlaqə zənciri onun qidası və yaşadığı mühitdir. Bu 
zəncir qırıldıqda canlının yaşaması mümkün olmur o, ya 
həyatdan silinir, ya da “Qırmızı kitab”a düşür. 
Ətraf mühitin iqtisadiyyatı elmi – təbiət və cəmiy-
yət sistemlərində ümumi qanunauyğunluqlarını öyrənir. 
Fənnin  tədqiqat  obyekti  –  təbiət-cəmiyyət  siste-
mində  baş  verən  ictimai,  iqtisadi  və  ekoloji  qanunauy-
ğunluqların vəhdətidir. 
Fənnin  predmeti  –  insanların  təsərrüfat  fəaliyyə-
tində  mühüm  əhəmiyyət  kəsb  edən  resursların  hasilatı, 
emalı  və  istehsalı  prosesində  yaranan  iqtisadi  münasi-
bətlərin məcmusudur. 
Fənnin  məqsədi – təbii sərvətlərdən səmərəli isti-
fadə  olunmaqla  istehsalın  dinamik  inkişafına    nail  ol-
maqdır. Bu məqsədə çatmaq üçün məhsuldar qüvvələrin 
təbii  sərvət  mənbələrinə  yaxınlaşdırılması;  istehsalın 
ərazi üzrə təşkilində təbii ehtiyatların potensial imkanla-
rının nəzərə alınması; təbii sərvətlərin istehsalında elmi 
proqnozlara  əsaslanmaq;  təbii  sərvətlərdən  istifadədə 
ərazinin  təbii-iqtisadi  şəraitinin  nəzərə  alınması;  təbii 
ehtiyatların  istifadəsində  müasir  texnologiyalardan  isti-
fadə olunması əsas şərtlərdən hesab olunur. 
Bu  elmin  əsas  vəzifəsi  təbiətdən  səmərəli  istifa-
də  etməklə  cəmiyyətin  maddi  və  mənəvi  ehtiyatlara 
olan  tələbatını  ödəməklə  yanaşı,  təbiətlə  cəmiyyətin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə