Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   89

21
 
 
kını idarə edən iqtisadi qanunları öyrənən bir elmdir. Si-
yasi iqtisad elmi iqtisadi prosesləri bütün xalq təsərrüfa-
tı miqyasında öyrənərkən ictimai istehsalın müəyyən sa-
həsinin tədqiqi ilə məhdudlaşmır. 
ƏMİ  konkret  sahə  iqtisadiyyat  elmi  kimi  xalq  tə-
sərrüfatının  bir  sahəsini,  yəni  təbiətdə  ictimai  münasi-
bətləri öyrənir. Təbiətdə baş verən ictimai-iqtisadi hadi-
sələr  ətraf  mühitin  iqtisadiyyatı  elmi  tərəfindən  təcrid 
olunmuş  halda  deyil,  cəmiyyətin  və  konkret  sahələrin 
inkişaf  qanunları  və  qanunauyğunluqları  ilə  əlaqəli  for-
mada  dərk  edilməklə  ümumiləşdirilir  və  bu  sahədə  cə-
miyyətin  qarşısında  duran  konkret  vəzifələr  müəyyən-
ləşdirilir.  Ümumiyyətlə,  qeyd  edildiyi  kimi,  ƏMİ  elmi-
nin predmeti obyektiv iqtisadi qanunların təbiətdə konk-
ret  fəaliyyətini  və  təsir  mexanizmini,  onun  inkişafının 
spesifik  xüsusiyyətlərini  və  qanunauyğunluqlarını  öyrə-
nir. Bu o deməkdir ki, təbiət və cəmiyyətdəki hadisə və 
prosesləri  ümumiləşdirir,  cəmiyyətin  qarşısında  duran 
başlıca vəzifələrin istiqamətlərini müəyyən edir. 
Ətraf mühitin iqtisadiyyatı elmi bir çox elmlər ilə 
əlaqədardır. Bu elmlər içərisində o özünəməxsus yer tu-
tur. Belə ki, siyasi iqtisad ətraf mühitin iqtisadiyyatı el-
minin  nəzəri  metodoloji  əsasını  təşkil  edir.  Ətraf  mühi-
tin  iqtisadiyyatının  ayrı-ayrı  cəhətlərini  öyrənən  iqtisad 
elmlərinin nəzəri metodoloji əsasını isə ətraf mühitin iq-
tisadiyyatı elmi işləyib hazırlayır. Başqa sözlə, ətraf mü-
hitin iqtisadiyyatı elmi, siyasi iqtisad ilə təbiətdən istifa-
dənin iqtisadiyyatının  ayrı-ayrı cəhətlərini öyrənən iqti-
sad  elmlərinin  inteqrasiyasını  təmin  edərək,  onları  üzvi 
şəkildə əlaqələndirir. 
 


22
 
 
4. “Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi 
problemləri 
 
Təbiətin  böyük  fəlsəfi  mahiyyəti  vardır.  O,  insan 
zəkasından  və  başqa  heç  bir  canlı  varlıqdan  asılı  olma-
yan,  öz-özünü  tənzim  edən  ədəbi  və  sonsuz  mövcud 
olan  obyektiv  varlıqdır.  Təbiət  təbii-tarixi  proseslər  və 
qanunauyğunluqlar  əsasında  yaranmış  və  inkişaf  etmiş-
dir.  Təbiət  əvvəllər  cəmiyyətsiz  mövcud  olmuşdur.  Tə-
biətin özündən kənar heç bir ilkin yaradıcısı yoxdur. O, 
öz-özünə yaranmış və inkişaf etmişdir. 
İnsan da bəşəriyyətin, təbiətin bir hissəsidir, onun 
ən  ali  məhsuludur.  Cəmiyyət  təbiətsiz  yaşaya  bilməz, 
çünki, təbiət insana hər şey – qida, su, geyim, enerji, mi-
neral  sərvətlər,  tikinti  materialları,  sağlamlıq,  istirahət 
və s. verir. İnsan cəmiyyətinin varlığı təbii ehtiyatlardan 
və təbiətin vəziyyətindən asılıdır. 
Keçmişdə  insanlar  təbiətdən  çox  asılı  idilər,  onlar 
təbiətin  korlanmasını,  çirklənməsini,  təbii  sərvətlərin  və 
ya ehtiyatların azalmasını, tükənməsini fikirləşirdilər. La-
kin, indi xüsusilə XX əsrin ikinci yarısında təbii ehtiyat-
ların  istifadəsi  yüksək  dərəcəyə  çatmış,  ətraf  mühit  çox 
çirklənmiş,  bir  çox  sərvətlərin  tükənməsi  və  yox  olması 
(məsələn, bəzi əlvan metallar) təhlükəsi yaranmışdır. 
Təbiət cəmiyyət üçün istehlak, elmi, sağlamlaşdırı-
cı tərbiyəvi, estetik, əxlaqi və psixoloji əhəmiyyətə ma-
likdir.  Təbiətin  istehlak  əhəmiyyətini  sübut  etmək  üçün 
çoxlu faktlar gətirməyə o qədər də ehtiyac yoxdur. Mə-
lumdur  ki,  təbiət  və  əmək  maddi  nemətlər  istehsalının 
əsasını təşkil edir. Belə bir faktı yadda saxlamaq lazım-


23
 
 
dır ki, insanın istifadə etdiyi hər bir məhsul mütləq təbii 
xammaldan  və  təbii  şeylərdən  alınır.  Bunların  mənbəyi 
isə təbiətdir. 
Təbiətin  elmi  əhəmiyyətinə  gəldikdə  qeyd  etmək 
lazımdır ki, həyatın inkişaf qanunauyğunluqları, müxtə-
lif  proseslərin  və  təbii  hadisələrin  dərk  olunması,  təbii 
obyektlərin  müşahidəsi,  öyrənilməsi,  təhlili  və  sintezi 
nəticəsində mümkündür. 
Təbiətşünaslıq elmlərinin əhəmiyyəti tarixi təbiətin 
qanun  və  qanunauyğunluqlarının  bütövlükdə  dərk  edil-
məsini  öyrənməkdən  ibarətdir.  Təbiətin  öyrənilməsi  in-
sanların  həyat  tərzinin  yaxşılaşdırılmasına,  təbiətdə  tut-
duğu  mövqeyinin  düzgün  təhlilinə  onun  fəaliyyətinin 
daha  da  səmərələşdirilməsi  yollarının  aşkara  çıxarılma-
sına imkan verir. 
İnsanla təbiətin qarşılıqlı münasibətinin təhlili icti-
mai elm sahələrinin, ilk növbədə fəlsəfə elmlərinin inki-
şafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyek-
tiv  qiymətləndirilməsinin  elmi  əsasını  dialektik  inkişaf 
fəlsəfəsi təşkil edir. 
İnsanın işlətdiyi məhsullar təbii sərvətlərdən alınır. 
İctimai  istehsalın  gələcək  inkişafını  təmin  etmək  üçün 
bütün  sərvətləri  qorumaq,  eyni  təbii  ehtiyat  mənbələri 
və ya onları əvəz edən maddələr tapmaq lazımdır. 
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İn-
san  təbiəti  öyrənərkən  obyektiv  qanunlara  əsaslanır  o, 
bu  qanunlara  əsasən  təbii  qüvvələrin  və  proseslərin  hə-
rəkəti ilə sərvətlərdən istifadə edir və cəmiyyətin istifa-
dəsinə verir. 
Təbiət insan orqanizminə sağlamlaşdırıcı təsir gös-


24
 
 
tərir. Məsələn, insan özünü meşəliklərdə, parklarda, bağ-
larda,  dəniz  sahillərində  şəhərdəkinə  nisbətən  yaxşı  hiss 
edir, çünki, həmin  yerlərin havası  şəhər  havasına  nisbə-
tən  daha  təmizdir,  azonla,  yüngül  oksigen  ionları  ilə,  fi-
tonsidlərlə zəngindir. Dağ ərazilərinin və dəniz sahilləri-
nin sağlam iqlimi, təmiz suyu və digər əlverişli xassələri 
insan orqanizmi üçün  çox əhəmiyyətlidir. Deməli, təbiət 
sağlamlıq mənbəyidir. 
Təbiətin  tərbiyəvi  əhəmiyyəti  onun  insana  yaxşı 
mənəvi təsir göstərməsindədir. Təbiətlə ünsiyyət uşaqla-
rın hərtərəfli inkişafına kömək edir. Uşağa düzgün tərbi-
yə  verildikdə  o  təbiəti  sevir  və  getdikcə  təbiətə  məhəb-
bət  hissi  öz  Vətəninə  məhəbbət  hissinə  çevrilir.  Təbiət 
bədii  yaradıcılığa  imkan  verir.  Təbiət  mənzərələrinin 
təsviri  böyük  bəstəkarların,  rəssamların  və  yazıçıların 
əsərlərində xüsusi yer tutmuşdur. 
Təbiət poeziyanın, ədəbiyyatın və s. inkişafına bö-
yük təsir göstərmişdir. Təsadüfi deyildir ki, ən yaxşı sə-
nət  əsərlərində  təbiət  tərənnüm  olunur.  Təbiət  və  onun 
gözəlliyi insanda yüksək müsbət emosiyalar, könül xoş-
luğu  yaradır.  Ulu  babalarımız  təbiətə,  onun  ayrı-ayrı 
varlıqlarına  (torpağa,  suya,  oda,  bəzi  heyvanlara  və  s.) 
səcdə etmişlər. Odu, suyu təhqir etmək, bəzi heyvan və 
quşları  (pişik,  qaranquş  və  s.)  vurmaq  günah  sayılırdı, 
qaranquşun,  sağsağanın  oxuması  şad  xəbərin  müjdəsi 
kimi qiymətləndirilirdi. 
Təbiət  –  insan  şüurundan  asılı  olmayaraq    zaman 
və  məkan  daxilində  mövcud  olan  sonsuz  bir  varlıqdır. 
Təbiət  bir  tərəfdən  insanın  yaşamasını  təmin  edən  bir 
vasitə,  digər  tərəfdən  onun  fəaliyyətini  təmin  etmək 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə