Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə77/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   89

299
 
 
Üçüncü  mərhələ,  artıq  SSRİ-nin  dağılmasından, 
iqtisadi  əlaqələrin  qırılmasından  və  MDB  ölkələrində 
inflyasiyadan sonra başladı və ödəmələrin həcmi artırıl-
dı. Məsələn, Belarusiyada 350 dəfə, Rusiya və Ukrayna-
da 250-320 dəfə, Azərbaycanda 10 dəfə artırıldı. Sonra-
lar  1997-ci  ildə  bu  artım  470  dəfə  təklif  edildi,  lakin 
ödəmələrin  minimum  əmək  haqqı  ilə  ölçülməsi  müəy-
yən çətinliklər yaratdığından məsələ təxirə salındı. 
Ödəmə (Ö) aşağıdakı düsturla müəyyən edilir: 
 
    ∑  
 
 
 
 
   
  
 
Burada, m
i
 – zərərli maddənin atılması, ton. 
B
1
 – ödəmə norması (regional əmsallarla birlikdə). 
k  –  pulun  dəyərdən  düşməsinin  (inflyasiya)  in-
deksləşdirmə əmsalı. 
Azərbaycanda  Nazirlər  Kabinetinin  təsdiq  etdiyi 
ödəmə  normativləri  (mart  1992-ci  il)  atmosferə  atılan 
maddələr üçün nəzərdə tutulmuşdur. Suya atılan maddə-
lər üçün Azərbaycan Respublikası təbiəti mühafizə üzrə 
müvafiq  səlahiyyətli  icra  hakimiyyəti  orqanları  tərəfin-
dən təsdiq edilmişdir. 
  Səyyar  mənbələrdən  (avtomobillərdən)  ətraf  mü-
hitə  atılan  çirkləndirici  maddələr  işlədilən  yanacağın 
həcminə əsasən hesablanır. Bərk tullantıların yerləşdiril-
məsinə görə ödəmələr müəyyən edilmiş limitdən, tullan-
tıların  toksiklik  dərəcəsindən,  miqdarından  və  yığılma 
yerindən  asılıdır.  Tullantıların  yerləşdirilməsinin  baza 


300
 
 
normativləri tullantının vahid kütləsinin IV sinif toksik-
lik göstəricisinə və ödəmənin indeksasiya əmsalına hasi-
li kimi təyin edilir. 
Təhlillər  göstərir  ki,  zaman  keçdikcə  ətraf  mühiti 
çirkləndirməyə görə ödəmələr həvəsləndirmə üzrə və tə-
biəti  mühafizəyə  vəsait  toplamaq  sahəsində  öz  əsas 
funksiyasını  tamamilə  yerinə  yetirə  bilmir.  Belə  ki,  on-
lar  indeksasiya  aparılmadığından  rəmzi  xarakter  alır. 
Məsələn,  1995-ci  ildə  artım  əmsalı  Rusiyada  17,  Azər-
baycanda  10  idi.  2001-ci  ilin  yanvarından  bu  əmsal  94 
müəyyən edilmişdir, Azərbaycanda isə 2005-ci ilə kimi 
manatın  indeksasiyası  aparılmadığından  həmin  əmsal 
dəyişməmişdir.  Halbuki,  manatın  qiymətdən  düşməsi 
davam  edirdi.  Bundan  başqa  ətraf  mühitin  çirklənməsi 
haqqında  məlumatlar  hər  zaman  dürüst  olmur,  belə  ki, 
Azərbaycanda hələ də dəqiq ölçmə işləri həyata keçiril-
mir.  Müəssisələrə  çirklənmənin  səviyyəsini  azaltmaq 
sərfəlidir. Lakin bunun üçün hələlik imkan yoxdur. Mo-
nitorinq  də  hələlik  kifayət  qədər  geniş  tətbiq  edilmir. 
Odur ki, əsasən  seçmə ölçmələrdən, laboratoriya sınaq-
larından  və  xüsusi  hesablama  metodlarından  (ilk  növ-
bədə balans metodu) istifadə edilir. Tullantıların (axıntı-
ların) həcminin müəssisələr tərəfindən gizlədilməsi hal-
ları  aşkar  edilərsə,  bunlar  limitdən  artıq  hesab  edilir  və 
belə halda artırıcı əmsaldan istifadə edilməsi lazım gəlir. 
Əgər limit təyin edilməyibsə, onlar limitdən artıq hesab 
edilir. 
  Hələ  indiyə  qədər  neft  və  qazçıxarma  sahəsində 
atmosferə  atılan  karbohidrogenlərin  və  digər  tullantıla-
rın miqdarı dəqiq təyin edilməmişdir. Neft tutumlarının 


301
 
 
səthindən  nə  qədər  buxarlanma  baş  verdiyi  müəyyən 
edilməmişdir.  Vaxtı  ilə  normativ  itkilərin  ətraf  mühitə 
atılmasını  gizlədirdilər,  halbuki,  bu  rəqəm  7-9%  təşkil 
edirdi. Eyni sözləri su obyektlərinə axıdılan çirkab sula-
rı haqqında da demək olar. Hazırda Azərbaycandakı 80-
dən  çox  şəhər  və  rayon  mərkəzindən  bütün  kommunal-
məişət tullantı suları tamamilə təmizlənmir. Əslində, bu 
axıntılar qəza hallarında ətraf mühitə axıdılan çirkab su-
larına bərabər tutulmalı və günahkarlara qarşı yüksəldici 
əmsal (5-10 dəfə) tətbiq edilməlidir. Halbuki, qəza vaxtı 
yaylım  axıntılar  (atılmalar)  zamanı,  ətraf  mühitə,  təsər-
rüfat obyektlərinə böyük zərər dəyir. Belə hallarda, mə-
sələn,  Rusiyada  iqtisadi  sanksiyalar  25  dəfə  artırılır. 
Azərbaycanda isə həmin rəqəm 10-a bərabərdir.                            
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


302
 
 
XIV FƏSİL.  
ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN İQTİSADİ 
TƏNZİMLƏMƏ SİSTEMLƏRİ 
 
1.
 
Ətraf  mühit  və  təbii  ehtiyatların  mühafizəsi 
fondlarının formalaşması mənbələri; 
2.
 
Dövlət ətraf mühiti mühafizə fondu; 
3.
 
Regional ətraf mühiti mühafizə fondları; 
4.
 
Müəssisələrin ətraf mühiti mühafizə fondları; 
5.
 
Təbiəti mühafizə fəaliyyətinin stimullaşdırılma-
sının iqtisadi sistemləri
6.
 
Vergi ödəmələrinin ekoloji meyarları; 
7.
 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  bank  sis-
temləri. 
 
1. Ətraf mühit və təbii ehtiyatların mühafizəsi 
fondlarının formalaşması mənbələri 
 
Ətraf  mühitdən  istifadənin  ödənişli  (pullu)  sis-
temi  ekoloji  tədbirlərin  maliyyələşdirilməsinin  əsas 
mənbəyidir.  Təbii  ehtiyatların  istifadəyə,  ətraf  mühiti 
çirkləndirməyə, tullantıların yerləşdirilməsinə görə ödə-
mələr sistemi, habelə onların tutulması və istifadəsi təbii 
ehtiyatlar üzərində mülkiyyət münasibətləri ilə müəyyən 
edilir. 
Ətraf  mühitdən  səmərəli  istifadə  tədbirlərinin 
əsas maliyyə mənbələri aşağıdakılardır: 
-
 
müəssisələrin şəxsi vəsaitləri
-
 
müxtəlif səviyyəli büdcələr; 
-
 
büdcədənkənar məqsədli fondlar - ehtiyatlar üzrə, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə