Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə73/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   89

283
 
 
əlavə xammal almaq üçün çəkilən xərclərdir
C
H
 – yeni yatağın xammalının hasilatı və işlənmə-
sinə (emalına) çəkilən xərclərdir
E  –  təbiəti  mühafizə  sferasına  çəkilən  xərclərdir. 
Həmin xərclər özündə aşağıdakıları birləşdirir: 
 
E = Y+ C

 
Burada,  Y  –  iqtisadi  ziyanın  qarşısının  alınması 
xərcləri, 
C
x
 –  yeni  yatağın açılması və  istismarı zamanı tə-
biəti mühafizəyə çəkilən xərclərdir. 
Bəzi  xarici  ölkələrdə  yaşıl  biznesin  iş  təcrübəsi 
göstərir  ki, bir çox  firmalar  ətraf mühitin  çirklənməsi-
nin azaldılması hesabına yüksək gəlir əldə edirlər. Kom-
paniyalar ətraf mühitin çirklənməsini azaltmaq (tullantı-
ların  utilizasiyası)  üzrə  müxtəlif  layihələr  hazırlayırlar. 
Ətraf  mühitin  qorunması  kapital  qoyuluşunun  etibarlı 
mənbəyinə  çevrilir.  Ekobiznesin  müsbət  təcrübəsi  mət-
buatda geniş işıqlandırılır. Ekoloji  biznes firmanın eko-
loji imicini artırır, biliklərin  yayılmasına kömək edir və 
ekoloji təfəkkürün formalaşmasına təsir göstərir. 
 
 
 
 
 
 
 
 
 


284
 
 
XIII FƏSİL.  
TƏBİƏTİ MÜHAFİZƏ FƏALİYYƏTİNİN İDARƏ 
EDİLMƏSİNİN MALİYYƏ MƏNBƏLƏRİ 
 
1.
 
Təbiəti  mühafizə  fəaliyyətinin  maddi  stimullaş-
dırılması; 
2.
 
Təbii ehtiyatlardan istifadənin ödənişliliyi,
 
ətraf 
mühitin mühafizəsinin maliyyələşdirilməsi mənbələri; 
3.
 
Təbii ehtiyatlardan istifadəyə görə ödəniş
a)
 
torpaqdan istifadəyə görə ödəniş; 
b)
 
su obyektlərindən istifadəyə görə ödəniş və s. 
4.
 
Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr 
və əsas prinsiplər. 
a)
 
ətraf mühiti çirkləndirməyə görə ödəmələr; 
b)
 
çirklənməyə görə ödəmə prinsipləri. 
 
1. Təbiəti mühafizə fəaliyyətinin maddi 
stimullaşdırılması 
 
Təbiəti mühafizə fəaliyyətində ən əməli əhəmiyyət 
kəsb  edən  həvəsləndirici  (stimullaşdırıcı)  amil  dövlətin 
vergi siyasəti olmalıdır. Bu siyasət həm pozitiv, həm də 
neqativ  həvəsləndirməni  özündə  əks  etdirir.  Bu  qanun-
vericilikdə həm güzəştli vergilərdə və vergi ödəməkdən 
azadetmədə, habelə ekoloji təhlükəli məhsul üçün xüsu-
si vergilərin tətbiqində öz əksini tapır. 
Təbiəti mühafizə üzrə bəzi büdcə təşkilat və idarə-
lərinin əmlakı vergidən azad edilir (dövlət qoruqları, tə-
bii  parklar,  botanika  bağları).  Bundan  başqa,  ümumi 
əmlakın  təbiəti  mühafizə  məqsədləri üçün istismar  edi-


285
 
 
lən hissəsi də vergidən azad edilir. 
Bir  çox  ölkələrdə  verginin  stavkası  azaldılır,  yeni 
“vergi tətilləri” təşkil edilir. Məsələn, Yaponiyada plast-
mas və üzvi tullantıları emal edən istehsalçılar birinci üç 
il 50% vergidən azad edilirlər. Təmizləyici qurğular isə 
ilk 5 il ərzində tamamilə vergidən azad edilirlər. 
Vergilər qoyularkən güzəştlərin tətbiqi kimi təbiəti 
mühafizə  avadanlığının  sürətləndirici  amortizasiya  me-
todu geniş istifadə olunur. Bu metod təmizləyici qurğu-
ların təzələnməsində kapital yığımına köməklik göstərir. 
Kanadada  təmizləyici  qurğulara  2  illik  amortizasiya 
müddəti müəyyən edilmişdir. Fransada təmizləyici qur-
ğuların amortizasiyasının 50%-nə bir il ayrılmışdır. İta-
liyada  isə  3  ilə  45%  amortizasiya  nəzərdə  tutulur.  Bö-
yük Britaniya, ABŞ və AFR-də amortizasiya müddəti 5 
ildir. 
Bazar  iqtisadiyyatı  dövründə  təbiəti  mühafizə  və 
təbii ehtiyatlardan səmərəli istifadə sahəsində qiymətlər 
həvəsləndirici  rol  oynayır.  Qiymətlərə  təbiətdən  istifa-
dəyə görə ödəmələr təsir göstərirlər. Ekoloji təmiz məh-
sul  istehsal  edən  müəssisələrə  (qiymət  vasitələri  kimi) 
kompensasiyalar, kreditlər, “əlavələr” tətbiq edilir. Eyni 
sözləri tullantılardan  məhsul alan  müəssisələr haqqında 
demək olar. Ekoloji təmiz məhsul istehsal edən müəssi-
sələr  əmtəə  (mal)  dövriyyəsini  sürətləndirir  və  böyük 
gəlir  əldə  edə  etməyə  səbəb  olur.  Ekoloji  cəhətdən  zə-
rərli  məhsulun  qiyməti  aşağı  salınır,  xüsusi  vergi  tətbiq 
edilir. 
Təbiəti  istismar  edən  müəssisələrin  məhsuluna 
qiymətlər  qoyularkən  təbii  amillər  nəzərə  alınmalıdır, 


286
 
 
onlar  üçün  baza  “qapayıcı”  xərclər  olmalıdır.  Bununla 
yanaşı renta gəlirini maksimum götürmək lazımdır. Qiy-
mətlərin təyinatında sabit dünya təmayülü ondan ibarət-
dir  ki,  təbii  ehtiyatların  durmadan  nisbi  bahalaşması, 
renta münasibətləri sisteminin tətbiq edilməsinin təkmil-
ləşməsidir.  Təbii  ehtiyatların  qiymətləndirilməsində  gə-
ləcək nəsillərin də marağı nəzərə alınmalıdır. 
Bütövlükdə,  təbiətdən  səmərəli  istifadənin  hər  bir 
vasitəsi,  yaranmış  vəziyyətdən  asılı  olaraq  müxtəlif  də-
rəcədə səmərə verə bilər. 
 
2. Təbii ehtiyatlardan istifadənin ödənişliliyi. 
Ətraf mühitin mühafizəsinin maliyyələşdirilməsi 
mənbələri 
 
Ətraf mühitdən istifadədə ödəmələr təbii ehtiyatlar 
üzərindəki  mülkiyyətin  iqtisadi  realizə  formasıdır.  Bü-
tövlükdə, ödəmələr təbii ehtiyatlardan istifadəyə (ehti-
yata-sərvətə görə ödəmələri) və ətraf təbii mühiti çirk-
ləndirməyə görə (emissiya ödəmələri) tətbiq edilir. 
Ətraf  mühitdən  istifadədə  haqq  ödəmək,  iqtisadi 
mexanizmin bir elementi kimi, bir sıra funksiyaları yeri-
nə yetirir: 
-
 
təbii ehtiyatlardan istifadədə qənaətə həvəs yaradır; 
-
 
ətraf mühitə atılan zərərli maddələrin miqdarının 
azalmasına təsir göstərir, yaxud da qarşısını tamam alır; 
təbii  ehtiyatlardan  istifadədə  təsərrüfatçılığın  so-
sial-iqtisadi şəraitini yaxşılaşdırır; 
-
 
təbii  ehtiyatlar  yığımının  artırılmasını  stimullaş-
dırır; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə