Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə72/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   89

279
 
 
nin  öhdəsindən  kiçik  və  orta  biznes  müəssisələri  daha 
yaxşı  gələ  bilir.  Lakin  müəssisə,  fəaliyyət  miqyasını  və 
ölçüsünü hər bir konkret hal üçün sahibkar nəticələri mü-
qayisəli  ekoloji-sosial-iqtisadi  qiymətləndirdikdən  və 
prioritetlərin, məhdudiyyətlərin və meyarların səmərəsini 
müəyyən etdikdən sonra hərəkət etməlidir. Onu da nəzərə 
almaq lazımdır ki, cəmiyyət onun tələblərini qane  etmə-
yən biznesi, özü də gəliri olmayan biznesi qəbul etmir.  
Ekologiya sahəsində Azərbaycanda, MDB və baş-
qa xarici ölkələrin təcrübəsini öyrənmək vacibdir. Eko-
biznesin əsas prinsipləri 1990-cı ildə Beynəlxalq ticarət 
palatası  tərəfindən  “Sabit  inkişaf  naminə  sahibkarlıq 
fəaliyyəti  xartiyasında”  hazırlanmış  sənəddə  öz  əksini 
tapmışdır.  Ətraf  mühitin  mühafizəsi  biznes  sahəsində 
hər  bir  fəaliyyətin  ən  yüksək  üstün  vəzifələrindən  biri 
olmalıdır. Xartiyada 16 prinsip irəli sürülmüşdür. Məq-
səd  ondan  ibarətdir  ki,  nə  qədər  mümkündürsə  ən  çox 
müəssisə  öz  üzərinə  təbiəti  mühafizə  sahəsində  daha 
yüksək  öhdəliklər  götürsünlər.  Onlardan  ən  vacibləri 
aşağıdakılardır: 
-
 
müəssisə  üçün üstün olan ekoloji təhlükəsizlik
-
 
inteqrasiya etmiş menecment
-
 
təkmilləşmə prosesi; 
-
 
heyətin təhsilinin artırılması və ətraf mühitin mü-
hafizəsində kütləvilik; 
-
 
ilkin qiymətləndirmələr; 
-
 
məhsullar və xidmət
-
 
istehlakçılara məsləhətlər və s. 
İqtisadiyyatın  təbiətə  qarşı  məsul  münasibətinin 
həyata  keçirilməsini  aşağıdakı  tələblər  vasitəsilə  realizə 


280
 
 
etmək nəzərdə tutulur: 
1)
 
biosferin qorunması; 
2)
 
təbii  ehtiyatların  qorunub  saxlanmasını  dəstək-
ləmək; 
3)
 
tükənən ehtiyatları xüsusi mühafizə etmək
4)
 
enerjinin qənaətlə işlənməsi
5)
 
riskin azaldılması; 
6)
 
təhlükəsiz məhsul və xidmət; 
7)
 
ətraf mühitin bərpası; 
8)
 
ictimaiyyətə informasiya verilməsi; 
9)
 
rəhbərliyin öhdəlikləri; 
10)
 
auditlər və məruzələr
 
4. Ekoloji sahibkarlığın formaları 
 
Ekoloji sahibkarlığın formaları müxtəlif ola bi-
lər.  Onun  növləri  əsas  və  əlavə  sahibkarlıqdan  iba-
rətdir: 
Əsas sahibkarlıq, ekoloji tələblər və məhdudiyyət-
lərlə əlaqədar olaraq özündə aşağıdakıları birləşdirir
-
 
ekotexnika, avadanlıq, cihaz və qurğular istehsalı; 
-
 
yeni  və  tullantılı  texnoloqların,  yeni  maddələrin 
(məhsul, xammal və s.) işlənməsi (hazırlanması). 
Əlavə (tamamlayıcı) ekoloji sahibkarlıq qeyri-eko-
loji istehsalat sahələrini də əlaqələndirir: 
-
 
ehtiyatların xassə və keyfiyyətlərinin təkrar-ardı-
cıl istifadəsini; 
-
 
tullantıların utilizasiyasını; 
-
 
faydalı  qazıntıların  çıxarılmasına  kömək  edən 
tədbirləri. 


281
 
 
Yuxarıda  adları  çəkilən  formalardan  başqa  ayrıca 
olaraq ekotəmiz məhsul istehsalı sferasını da sahibkarlı-
ğa aid etmək lazımdır. 
Ekoloji  sahibkarlığa  əmlak  mənsubiyyəti  nöqteyi-
nəzərdən  də  yanaşmaq  olar;  bu  mülkiyyətə  əsaslanır. 
Ekoloji  sahibkarlıq  fəaliyyət  dairəsinə  görə  fərqlə-
nir:  Onlar  aşağıdakılardan  ibarətdir;  istehsalat,  kom-
mersiya (mübadilə sahəsində fəaliyyət), maliyyə (kredit-
lər, aksiyalar və s.), vasitəçilik (ekomarketinq, ekoinfor-
masiya,  məsləhət  xidmətləri).  Eyni  zamanda  ekoloji  sı-
ğorta, lizinq və s. xüsusi ayırmaq olar. Sahibkarlıq for-
maları  fəaliyyət  dairəsində  həm  də  birləşmiş  (qarışıq) 
halda ola bilər. 
Ekoloji sahibkarlıq keçmiş SSRİ-də 1989-cu ildən 
fəaliyyətə  başlamışdır.  Buna  təkanverici  səbəb-təzəcə 
başlanmış “yaşıllar” hərəkatı idi. 1991-ci ildə 17 mindən 
çox  sahibkarlıq  subyekti  qeydə  alınmışdı.  SSRİ  dağıl-
dıqdan  sonra  onların  sayı,  xüsusən  keçmiş  Respublika-
larda  xeyli  azaldı,  lakin  qalanlar  əsas  vəzifə  kimi  məh-
sul satışında xidmət göstərməyə üstünlük verdilər. 
 
5. Ekoloji biznesin səmərəliliyi 
 
Ekoloji sahibkarlıq  biznesdə  öz  yerini  tutmaqda-
dır. O həm iri, həm orta və həm də kiçik bizneslə təmsil 
olunur.  Bütövlükdə,  ekoloji  sahibkarlıq  cəmiyyətin  is-
tehsalat  imkanlarının  sahəsini  genişləndirməli  və  möv-
cud  olan  ehtiyatların  tamamilə  istifadəsinə  kömək  gös-
tərməlidir.  Ekoloji  sahibkarlığın  səmərəliliyini  müx-
təlif səviyyələrdə təyin etmək olar: 


282
 
 
-
 
cəmiyyət  səviyyəsində  məşğulluq  (həm  artma, 
həm də azalma ola bilər); 
-
 
region  səviyyəsində-təkrar  xammalın  (tullantıla-
rın) istifadəsi və s.; 
-
 
firmalar səviyyəsində - əlavə gəlirin alınması. 
Ekoloji sahibkarlığın səmərəliliyi – bu səmərələ-
rin  (ekoloji,  sosial,  iqtisadi)  və  onlara  nail  olmaq  üçün 
zəruri xərclərin  müqayisə edilməsidir. Sahibkarlığın sə-
mərəsi yüksək nəticələr əldə etməyə imkan verən ekolo-
ji xidmətlərin təşkili ilə bağlı ola bilər. 
İstehsalın  ekolojiləşdirilməsi,  bir  qayda  olaraq, 
yüksək nəticələr verir. Bu əsasən tullantılardan da istifa-
dədə  özünü  göstərir.  Xalq  istehlak  mallarının  istehsalı 
artır,  tullantıların  yerləşdirilməsinə  görə  ödəmələr  aza-
lır, ətraf mühitə ziyanın qarşısı alınır, ucuz xammaldan 
istifadə edilir, müəssisələr əlavə gəlir əldə edir. Eyni za-
manda  ilkin  xammalın  hasilatı  üçün  xərclər  azalır.  Bü-
tövlükdə,  tullantılardan  istifadənin  ümumi  səmərəsi 
müəssisənin  və  əhali  istehlakının  səmərəsindən,  habelə 
istehsalatda və sahələrdə, sosial-ekoloji sferada yaranan 
səmərədən ibarət olur. 
Tullantılardan istifadənin səmərəsinin meyarı ənə-
nəvi  xammal  əvəzinə  əldə  edilmiş  xalq  təsərrüfatı  nəti-
cəsi olur, yəni: 
 
C< C
m
 + C
H
 + E     olur. 
 
Burada, C- tullantılardan məhsulun alınmasına sərf 
edilən ümumi xərclərdir
C

–  yatağının  mənimsənməsinə  yönəldilən,  yəni 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə