Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə75/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   89

291
 
 
təsərrüfatı torpaqları üçün vergi təyin edərkən torpaq ver-
gisinin normativindən əlavə şəhərlərin statusu, kurort zo-
nası  və  s.  nəzərə  alınır.  İcarə  haqqı  sahənin  iqtisadi  qiy-
mətlərinə  əsasən,  bərpa  üçün  xərclərə  görə  təyin  edilir, 
ölçüləri (miqdarı, qiyməti) isə tərəflərin qarşılıqlı razılığı-
na əsasən müqavilədə göstərilir. 
Torpağın normativ qiyməti – müəyyən keyfiyyətə 
və coğrafi yerləşmə mövqeyinə malik sahənin hesablama 
dövrü  üçün  potensial  özünüdoğrultmaya  (xərclərini  çı-
xarma) əsasən dəyərini səciyyələndirən göstəricidir. Tor-
pağın normativ qiyməti torpağı mülkiyyətə verərkən tor-
paq  münasibətlərinin  iqtisadi  tənzimlənməsində  istifadə 
edilir.  Torpaq  irsən  keçəndə,  bağışlananda,  girov  qo-
yulanda deyilən  yanaşma tətbiq edilir. Bu qiymət torpaq 
vergisində  torpaq  sahəsinin  vahidinə  hasil  kimi  qəbul 
edilməlidir.  Rayonun  və  ya  şəhərin  inzibati  rəhbərliyi 
onun qiymətini 25 %-dən çox olmayaraq həm artıra, həm 
də azalda bilər. 
Torpaq  vergisinin  (müxtəlif  səviyyədə)  büdcəyə 
daxil olması kənd təsərrüfatı sahələri və şəhər torpaqları 
üçün  müxtəlifdir.  Rusiyada  federal  büdcəyə  daxil  olan 
verginin  miqdarı  federasiya  subyektindən  asılı  olaraq, 
təbii-coğrafi  amilləri  nəzərə  almaqla  müxtəlif  olur. 
Azərbaycanda  torpaqların  normativ  qiymətləri  kadastr 
qiymətləridir  və  coğrafi  yerləşmədən  və  şəhərlərin  mə-
həllələrinin  əhəmiyyətindən  asılı  olaraq  (ekoloji,  iqtisa-
di, inzibati və s.) müvafiq əmsala vurulur. 
b) Su obyektlərindən istifadəyə görə ödəniş və s. 
Suya görə ödəmə keçmiş Sovet İttifaqında, o cüm-
lədən Azərbaycanda, 1982-ci ildən  xərc  metodu əsasın-


292
 
 
da tətbiq edilirdi. Hazırda suya görə ödəmələr həm səth 
suları,  həm  də  yeraltı  sular  üçün  alınır.  Azərbaycanda 
suya  görə  ödəmələr  1990-cı  ilin  qiymətləri  ilə  1992-ci 
ildən tətbiq edilir. Manatın qiymətdən düşməsi ilə əlaqə-
dar həmin məzənnələr 1995-ci ildə 10 dəfə artırılmışdır. 
Lakin, artıq o vaxtdan sonra bu qiymətlər də özünü doğ-
rultmur.  Xüsusən,  yeraltı  suların  qiymətləri  çox  aşağı 
müəyyən edilmişdir. Ona görə də içmək üçün tam yarar-
lı  şirin  yeraltı  suların  80-90  %-i  pulsuz  (yalnız  xidmət 
haqqı  alınır)  istifadə  edilir.  Kür  çayının  suyu  iki  böyük 
su kəməri vasitəsilə Bakı şəhərinə verilir. Hazırda Azər-
baycanda qazılmış 150000-dən çox şirin su verən quyu-
ların illik istismar ehtiyatı rəsmi olaraq 5,0 mlrd. kub m. 
təşkil  edir.  Bu  ehtiyat  əslində  7,0-7,5  mlrd.  kub  m.-dir. 
Eyni zamanda,  yeraltı  sular üzrə  mineral-xammal baza-
sını  artırmaq  üçün  ayırmalar  həyata  keçirilir  və  su  ob-
yektlərinə çirkli maddələrin axıdılmasına görə ödəmələr 
tutulur. 
Ehtiyatlardan  istifadəyə  görə  ödəmələr  Rusiyada 
federal, regional və yerli büdcələrə daxil edilir. Ödəmə-
lərin büdcələr arasında paylanma nisbəti ehtiyatların nö-
vündən asılıdır. 
Rusiyada  təbiətdən  istifadə  vaxtı  büdcəyə  daxil 
olan gəlirlər: 
-
 
royaltı payı və sudan istifadəyə görə ödəmələr
-
 
mineral-xammal  bazasının  artırılması  üçün  ayır-
maların (yığımların) payı; 
-
 
torpaq vergisindən və kənd təsərrüfatı torpaqları-
nın icarəyə verilməsindən alınan gəlirlər
-
 
şəhər  və  digər  yaşayış  məntəqələri  torpaqlarının 
icarəyə verilməsindən alınan vəsaitin müəyyən qismi


293
 
 
-
 
ətraf mühiti çirkləndirməyə görə ödəmələrin payı 
(Rusiyada bu rəqəm 10 %, Azərbaycanda isə 100 % təş-
kil edir). 
Adətən, ətraf mühit və təbiətdən istifadə vaxtı döv-
lət  büdcəsinə  gəlirlərin  məbləği  ekoloji  məqsədlərə  yö-
nəldilən  xərclərdən  çoxdur.  Məsələn,  Rusiyada  bu  rə-
qəm  1995-ci  ildə  gəlir  üçün  1,98%,  xərclər  isə  1,03%, 
1996-cı  ildə  isə  müvafiq  olaraq  3,2%  və  0,75%  olmuş-
dur. Azərbaycanda isə bu rəqəm daha aşağıdır. 
Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə-
lər iki hissədən ibarətdir: 
1)
 
normativlər daxilində istifadə hüququna görə; 
2)
 
normadan artıq istifadəyə görə. 
Birinci  hissə  faktiki  olaraq  məhsul  alıcılarının  (is-
tehlakçıların) üzərinə düşür. Əgər bu ehtiyatlar daha sə-
mərəli  istifadə  edilərsə,  istehsalçılar  bu  hissədə  əlavə 
gəlir  əldə  edə  bilərlər.  Ödəmələrin  ikinci  hissəsi  isteh-
salçının  gəliri  hesabına  örtülməlidir,  çünki  həmin  məb-
ləğ buraxılan məhsulun maya dəyərinə salınmır. 
Təbii  ehtiyatların  bərpasına  (artırılmasına)  və  mü-
hafizəsinə görə ödəmələr məhsulun maya dəyərinə əlavə 
edilir  və  xüsusi  fondların  mənbəyi  olur.  Rusiyada  ilkin 
mərhələdə nəzərdə tutulan üç fonddan (meşə, su və Ye-
rin təki) yalnız Yerin təki üzrə fond qalmışdır. 
Bütövlükdə, qeyd etmək lazımdır ki, təbii ehtiyat-
lara  görə  ödəmələrin  qiyməti  (ölçüsü)  xeyli  aşağıdır. 
Onların  vaxtında  indeksləşdirilməsi  həyata  keçirilməli, 
dünya  təcrübəsində  ehtiyatlara  qiymətqoyma  meylləri 
nəzərə alınmalıdır. Məsələn, cəriməyə görə ödəmə Rusi-
yada 5 % təşkil edir, ixracata gedən meşə materialı üçün 


294
 
 
bu rəqəm 40 %-dir. Gələcəkdə müxtəlif təbii ehtiyatlar-
dan  istifadəyə  görə  ödəmələri  onların  tam  iqtisadi  qiy-
mətinə  müvafiq  olan  səviyyəyə  qədər  mərhələlərlə  hə-
yata keçirmək lazım gəlir. Belə halda ola bilsin ki, renta 
iqtisadiyyatı  ideyasını  həyata  keçirmək  mümkün  olsun. 
Dövlət  büdcəsinin  gəlir  hissəsi  əsasən  rentanın  tam 
həcmdə tutulması hesabına da formalaşa bilər. 
 
4. Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr 
və əsas prinsiplər 
 
a)
 
Ətraf mühiti çirkləndirməyə görə ödəmələr: 
Ətraf mühiti çirkləndirməyə görə ödəmələr ekoloji 
pozuntulara görə günahkarın maddi məsuliyyətinin artı-
rılması  prinsipinə  söykənir  və  zahiri  səmərəyə  görə  bu 
məsələ  eyni  zamanda  milli  və  beynəlmiləl  mahiyyət 
kəsb edir. Bu ödəmələr məhsul istehsalını  ümumi xərc-
lərin  və  ictimai  xərclərin  real  qiymətinə  yaxınlaşmasını 
təmin  edə  bilər.  Ətraf  mühiti  çirkləndirməyə  görə  ödə-
mələrin təyin edilmə tarixinin bir sıra mərhələləri vardır. 
Birinci mərhələ, 1990-cı ildə 38 inzibati, siyasi bölgü ilə 
(respublika  muxtar  vilayət),  diyar,  vilayət  və  s.  iştirakı 
ilə təcrübə həyata keçirildi. O vaxt çirklənməyə görə iki 
metodik yanaşma təklif  edildi: 
1)
 
zərər əsasında; 
2)
 
təbiəti  mühafizə  tədbirlərinə  lazım  olan  zəruri 
xərclərin məbləği qədər. 
Yəni  ödəmələr  əvvəldən  müəyyən  edilmiş  ekoloji 
normativlərə nail olmaq üçün kifayət etməli idi. Ekspe-
riment  göstərdi  ki,  təbiətdən  istifadənin  iqtisadi  mexa-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə