Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə79/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   89

307
 
 
lərdə  əsasən  dövlət  büdcəsindən,  ittifaq  və  Respublika 
tabeliyində  olan  nazirliklərin  vəsaitləri  hesabına  yerinə 
yetirildi.  90-cı  illərdə  ekoloji  fondların  yaranması  ilə 
proqramlar  həmin  fondlar  hesabına  həyata  keçirilməli 
idi. Lakin SSRİ-nin dağılması bu məsələni xeyli arxaya 
atdı. 1995-ci ildən Dünya Bankının köməkliyi ilə işləni-
lən və 1997-ci ildə hazır olan “Milli fəaliyyət planı” isə 
həm  bankın,  həm  də  donor  ölkələrin  və  beynəlxalq 
fondların vəsaiti ilə, üstün tədbirlər üçün, tender vasitə-
silə  maliyyələşdirildi.  1992-ci  ildə  Rusiyada  150-dən 
çox  ekoloji  təmayüllü  proqram  hazırlanırdı.  Onlar  əsa-
sən  federal  ekoloji  fond  vəsaiti  hesabına  yerinə  yetiril-
məli idi. Lakin federasiya subyektləri 10%-lik paylarını 
keçirmədiklərindən  həmin  proqramlar  maliyyələşdiril-
mədi. Hətta müəyyən edilmişdir ki, ekoloji fondların və-
saitinin xərclənməsində xeyli pozuntular vardır. Vəsait-
lər başqa məqsədlərə xərclənir. Azərbaycanda da ekoloji 
qeyri-büdcə  fondunun  hesabına  bəzi  mühafizə  tədbiri 
yerinə  yetirilmişdir. Düzdür, həmin fonddan Bakı şəhər 
icra  hakimiyyətinə  90-cı  illərdə  yaşıllıqların  bərpası 
üçün  müvafiq  miqdarda  vəsait  keçirilmişdir.  Lakin  hə-
min  vəsaitlərin  xərclənməsi  barədə  Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi heç bir hesabat təqdim edilməmişdir. 
Bakı  şəhər  kommunal  təsərrüfat  idarəsinə  isə  həmin 
fonda  daxil  olacaq  vəsaitdən  maliyyə  köməyi  göstəril-
mişdir. Lakin həmin fonddan ümumi maliyyə qaydaları-
na müvafiq təbiəti mühafizə tədbiri yerinə yetirilməmiş-
dir.  Bunun  əsas  səbəblərindən  biri  də  odur  ki,  həmin 
fondun qanunla nəzərdə tutulmuş idarə heyəti olmamış, 
hər hansı bir tədbirlər planı hazırlanmamışdır.  


308
 
 
Yuxarıdakılardan  əlavə,  texnika,  texnologiyanın 
qeyri-təkmilliyi, qəzaların ehtimalı çox olduğundan, ha-
belə  təbii  iqlim  şəraitinin  xüsusiyyətlərindən  asılı  ola-
raq,  yeni xüsusi bir fondun-ekoloji təhlükəsizlik fondu-
nun,  yaxud  sığorta  fondunun  təşkil  edilməsi  zərurəti 
meydana  çıxır.  Bununla  əlaqədar  olaraq  Azərbaycanda 
yerli  fondlardan  istifadə  etməklə  (5%-dən  az  olmamaq 
şərtilə) xüsusi fond yaradıla bilər. 
 
4. Müəssisələrin ətraf mühiti mühafizə fondları 
 
Ekoloji  özəlləşdirmə  fondu  özəlləşdirilən  obyekt-
lərdə  təbiəti  mühafizə  amillərinin  nəzərə  alınması  və 
ekoloji ekspertiza aparılması sayəsində yaradılır. Həmin 
fondun formalaşma mənbələri aşağıdakılardır
-
 
müəssisənin  yeni  sahibinin  ona  əvəzsiz  verilən 
təbiəti mühafizə obyektlərinin qiyməti; 
-
 
müəssisə  balansında  olan  təbiəti  mühafizə  ob-
yektləri üzrə amortizasiya ayırmaları; 
-
 
məqsədli faizsiz kreditlərin vəsaitləri
-
 
təbiəti  mühafizə  ehtiyaclarına  nəzərdə  tutulan 
məqsədli maliyyə vəsaitləri. 
Ekoloji fondlara  daxil  olan vəsaitlərin daha da  sə-
mərəli formalarının axtarışı bir vaxtlar bir sıra regionlar-
da ekoloji bankların (ekobanklar) yaranmasına səbəb ol-
du.  Belə  banklar  Saratovda,  Bakıda,  Permdə  və  başqa 
şəhərlərdə  fəaliyyət  göstərirdi.  Bütövlükdə,  ödəmələrin 
və xüsusi fondların vəsaitlərinin istifadəsinin təhlili gös-
tərir  ki,  təbiəti  mühafizə  tədbirlərinin  maliyyələşdirmə 
məbləği,  ümumiyyətlə,  ekoloji  vəziyyəti  sabitləşdirmək 


309
 
 
üçün kifayət deyildir. Əksər hallarda, tətbiq edilən ödə-
mələr  rəmzi  xarakter  daşıyır  və  heç  də  öz  vəzifələrini 
yerinə  yetirmirdi.  Bir  sıra  ölkələrdə  ekoloji  fondlardan 
təbiəti  mühafizə  istiqamətli  obyektlərin  tikintisinə  təx-
minən 25% vəsait xərclənirdi. 
Rusiyada, eləcə də Azərbaycanın xalq təsərrüfatın-
da  gəlirin  90%-i  təbii-ehtiyatın  sahələri  hesabına  əldə 
edilirdi. Bu gəlirin həmin səviyyədə qalması və artması 
üçün onun müəyyən hissəsi təbii ehtiyatların bərpasına, 
artırılmasına və təbiəti mühafizəyə  yönəldilməlidir. Ha-
zırda  təbiəti  mühafizə  fəaliyyətinin  maliyyələşdirilmə-
sində müəyyən işlər görülsə də onu qənaətbəxş hesab et-
mək  olmaz.  Belə  ki,  həmin  maliyyələşdirmənin  həcmi 
ümumi daxili məhsulun 1%-dən azdır. Ancaq ətraf mü-
hitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi da-
xili  məhsulun  8%-ni,  Azərbaycanda  isə  10-15%-ni  təş-
kil  edir.  Bütün  dünyada  təbiəti  mühafizə  xərcləri  iri 
kompaniyalar və firmalar tərəfindən artırılsa da, dövlət-
lərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və bir 
çox ölkələrdə yüksəkdir (35-90%). 
 
5. Təbiəti mühafizə fəaliyyətinin 
stimullaşdırılmasının iqtisadi sistemləri 
 
Təbiəti  mühafizə  sahəsində  stimullaşdırmanın 
mexanizmlərini 2 qrupa bölmək olar: 
-
 
bütün təsərrüfat sahələrini əhatə edən mexanizm-
lər – makro səviyyə; 
-
 
xüsusi mexanizmlər – bilavasitə ətraf mühitin mü-
hafizəsi ilə bağlı olan iqtisadi mexanizmlər. 
Təbiətdən istifadənin iqtisadi mexanizmləri 3 qrupa 
ayrılır: 


310
 
 
1.
 
Kompensasiya  mexanizmləri – bu  mexanizm-
lər  iqtisadi  inkişaf  üçün  ən    ümumi  məhdudiyyət  həddi 
qoyur. Bu üsullar demək olar  ki, iqtisadi inkişafa mane 
olmur.  İqtisadi  mexanizmlərin  bu  qrupu  əsasən  neqativ 
ekoloji  nəticələrin aradan qaldırılmasına  yönəlir və onu 
yaradan səbəblər əslində araşdırılmır. Ətraf mühitdən is-
tifadənin bu qrupu iqtisadiyyatın inkişafının texnogen ti-
pinə aiddir; 
2.
 
Ekoloji  balanslaşdırılmış  və  təbiəti  mühafizə 
fəaliyyətinin  inkişafını  stimullaşdıran  mexanizmlər. 
Bu  mexanizmlərin  əsasını  bazar  münasibətləri  təşkil 
edir. Onlar təbii ehtiyatların mühafizəsinə yeni texnolo-
giyanın tətbiqi vasitəsilə şərait  yaradır. Nəzəri cəhətdən 
bu qrup zəif davamlı inkişaf üçün səciyyəvidir
3.
 
Sərt  mexanizmlər.  Bu  mexanizmlər  həm  inzi-
bati,  həm  də  bazar  mexanizmlərini  əhatə  edir.  Bunlara 
aiddir:  sərt  vergi  –  kredit  mexanizmləri,  təbii  ehtiyatla-
rın  istifadəsini  genişləndirən  üsullar-    cərimə  siyasəti. 
Reallıqda bu cür mexanizmlər ayrıca demək olar ki, ol-
mur.  Çox  vaxt  bunları  birləşdirmək  lazımdır.  Bu  isə 
konkret ərazi və texnologiyadan asılıdır. 
Qəbul  edilmiş  bir  çox  qanunlar  və  normativ    sə-
nədlərdə  hələ  uzlaşmalar  yoxdur,  vergiqoyma  və  digər 
sahələrdə təbiəti  mühafizə tələblərinə riayət edilmir, ət-
raf  mühitdən  istifadə  edənlərə  qarşı  bazar  təsirinin 
strukturu  hazırlanmamışdır,  mənzil-kommunal  təsərrü-
fatı  üzrə  baş  verən  bütün  neqativ  elementlər,  sənaye  və 
məişət  sularının  qarışıq  axıdılması  təmizləyici  qurğula-
rın tikintisinin bir  çox  halda   özbaşına  buraxılması,  şə-
hər kanalizasiya xətlərinin qeyri kafiliyi və s. ekoloji və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə