Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə87/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   89

339
 
 
-
 
ekoloji təhsil və maarifləndirmə sistemi üçün mü-
təxəssis-ekoloqların,  elmi,  pedaqoji  və  digər  kadrların 
hazırlanması və ixtisaslarının artırılması; 
-
 
ekoloji təhsil sahəsində beynəlxalq müqavilələrin 
və  proqramların,  dövlətlərarası  sazişlərin  hazırlanması 
və yerinə yetirilməsi və s. 
Ekoloji mədəniyyət hamıda olmalıdır. 
“Mədəniyyət” sözü latın sözü olub torpağın  becə-
rilməsi, onun mədəniləşdirilməsi, yəni təbii obyektdə tə-
bii  sərvətlərdən  yox,  insanın  təsiri  altında  yaranmış  də-
yişikliklər başa düşülür. Bu məfhumun bu ilkin məzmu-
nunda dil anlayışı – mədəniyyətin, insanın, onun fəaliy-
yətinin və təbiətin birliyinin təzahürüdür. 
Mədəniyyət  onu  təşkil  edən  komponentlərin  toplu-
su, cəmi olmayıb, insanın əsaslı ehtiyaclarına zəruri olan 
sistemdir. Bu müəyyən xalqa xas olan sosial durumdur. 
Hər bir xalq onun bütün tarixi boyu formalaşdırıl-
mış və nəsildən nəsilə ötürülən müəyyən qrup dəyərlərə 
malik  olur.  Belə  dəyərlərə  adət  -  ənənə,  etiqad,  mənə-
viyyat,  dini  mənsubiyyət,  dil  və  s.  aiddir.  Mədəniyyət 
sözü insanın həyat fəaliyyətində vacib rol oynayan qiy-
mətli dəyərdir. Onu dünyagörüşünü, xarakterini, niyyət-
lərini və onun hərəkətinin istiqamətini təyin edir. 
Hətta texnika ilə müqayisədə də mədəniyyət bəşə-
riyyətin daha dinamik  komponenti olmuşdur. 
Ekologiya  elmi  XIX  əsrin  ortalarında  bioloji  elm-
lərin əsasında meydana gəlmiş və tezliklə müstəqil bio-
loji elm kimi formalaşaraq, orqanizmlərin, populyasiya-
ların və birliklərin mövcudluğundan bəhs edən elm kimi 
özünü göstərmişdir. Mədəniyyətdə olduğu kimi ekologi-


340
 
 
yada da qlobal əhəmiyyət kəsb edən təbii proseslərə yol 
açdı və eyni zamanda o bilavasitə bu proseslərdə insanı 
gözləyən xoşa  gəlməz və insana bədbəxtlik gətirən ha-
disələrlə bağlı olmuşdur. 
Ekoloji  mədəniyyətin  formalaşması  –  uzun  müd-
dətli tarixi yol keçmiş prosesdir. 
Ümumi mədəniyyətin struktur elementi kimi, eko-
loji mədəniyyət müxtəlif xalqlar arasında insanın müəy-
yən təbii landşaftlarla qarşılıqlı əlaqəsində ona adaptasi-
ya olunmaqla yaranmışdır. 
Xalqın ekoloji mədəniyyəti həqiqətən də onun ənə-
nəvi  mədəniyyəti  deməkdir.  Ekoloji  mədəniyyəti  Yer 
üzərində  yaşayan insanların fəaliyyət dərəcəsi hüdudla-
rında  başa  düşmək  lazımdır.  Təhsil  və  tərbiyə  -  mədə-
niyyətə  yiyələnmək,  o  cümlədən,  ekoloji  mədəniyyətə 
yiyələnməklə, bir nəsildən o biri nəslə ötürülür. 
İnsanı  özü-özünü  idarə  etmək  və  özlərinin  təbiətə 
xüsusi  münasibəti  nöqteyi-nəzərdən  qəbul  etsək,  onda 
ekoloji mədəniyyəti bütün insani mədəniyyətlərin ən vaci-
bi və ayrılmaz tərkib hissəsi kimi başa düşmək lazımdır. 
Təbiət  insanların  mənəvi  həyatlarına  böyük  təsir 
göstərir.  İnsanların  mənəvi  saflaşması,  mükəmməlləş-
məsi  və  onun  qanunauyğun  formalaşmasında  əmək 
maddi  əsas  hesab  olunur.  Bununla  da  ümumi  mədəni 
həyatımız  formalaşır.  Deyilənlər  ekoloji  mədəniyyətin 
ayrılmaz hissəsidir. 
Təbiət gənc nəslin yetişməsi və təcrübəsi işində çox 
mühüm  olmaqla  insanda  bir  çox  xüsusiyyətlərin:  meh-
ribanlıq,  humanizm,  gözəlliyi  görüb  başa  düşmək,  seyr 
etmək  qabiliyyəti,  təbiət  qanunlarını  öyrənməyə  maraq, 


341
 
 
əməksevərlik, öz doğma torpaqlarına məhəbbət aşılamaq 
və inkişaf etdirmək kimi xüsusiyyət aşılayır. 
Təbiət-şəxsiyyətin  mənəvi  formalaşması  üçün,  ru-
hi pozuntuların bərpa olunması üçün mənbədir. Mənzə-
rəli çay və göllər, dəniz sahilləri, dağ əraziləri, gözəl şə-
lalələr, qeyzerlər, qaynar bulaqlar, fiordlar, karst  mağa-
raları  və  şaxtaları,  relikt  meşələr,  rəngarəng  bitki  və 
heyvanat  aləmi  olan  az  dəyişilmiş  təbii  komplekslər, 
unikal landşaftlar və başqa bir çox obyektlər mərhəmətli 
insanları  onlara  yardım  etməyə,  qorumağa,  himayə  et-
məyə ruhlandırır. Bu əməl, istək ekoloji mədəniyyətdir. 
Mədəniyyət  və  incəsənət  insanlığın  keyfiyyət 
göstəricilərinə aiddir. 
Keçmişdə  Səudiyyə  Ərəbistanının  müqəddəs  şəhər-
lərində olan Mədinə şəhərində, yəni Məhəmməd Peyğəm-
bərin  (s.ə)  yaşadığı  və  dünyasını  dəyişdiyi  yerdə,  pey-
ğəmbərin sağlığı dövründə və sonrakı mərhələlərdə orada 
yaşayan  insanların  həyat  tərzinin  formasına  mədəniyyət 
deyilmişdir. Çünki peyğəmbərin dövründə orada yaşayan 
insanların  peyğəmbərə  layiq  danışıq  və  həyat  tərzinə, 
davranışına  ətraf  insanlara  bir  nümunə  kimi  qiymətlən-
dirərək bu həyat tərzini mədəniyyət adlandırmışlar. 
Müasir  cəmiyyətin  həyat  tərzinə  ekoloji    tələblər 
əlavə  olunmuşdur.  Bunu  nəzərə  alaraq  demək  olar  ki, 
insanların özünə, bir-birinə və ətraf mühitə qayğıkeş 
münasibətinə mədəniyyət deyilir. 
Bunlardan ən çətini hər kəsin özünə qayğıkeş mü-
nasibətidir. Bunu bacaran unsan heç bir səhv etməz, yə-
ni özünü dərk edirlər. Əsl mədəni insan gec qocalır, sağ-
lam və xeyirxah olur. 


342
 
 
Mədəniyyət hər kəsin nümunəvi daxili aləmidirsə, 
incəsənət  mədəniyyətin  təzahür  formalarıdır.  Mədəniy-
yət  formaca  fərdi  xarakter  daşıdığı  kimi  incəsənət  fərdi 
və kollektiv xarakter daşıyır. 
Mədəniyyət - insanın keyfiyyət göstəricisidir. Bi-
rində  çox,  başqalarında  az  ola  bilər.  Yalnız  heyvanlar-
dan və ruhi xəstələrdən heç bir mədəniyyət gözləmək 
olmaz.  Mədəniyyət  insanların  həyat  fəaliyyətini  milli 
səviyyədə  sadə  təcrübəsi  kimi  deyil,  çoxölçülü,  qlobal 
proseslərlə əlaqədar hadisə kimi qarşımızda durur. 
İnsanın  mədəniyyəti  maddi  dövlətlə,  geyim  və 
kosmetika ilə tutduğu vəzifəsi və ad-sanla ölçülmür. Ha-
mı özünü  mədəni bilir. Ona  görə  ki,  mədəniyyət qarşı-
sında konkret ölçü vahidi tətbiq edilmir. Güman olunur 
ki, özünə, başqa insanlara və ətraf mühitin canlı-cansız 
komponentlərinə qayğıkeş  münasibət göstərə  bilən kəs-
lər  mədəni  insanlardır.  Bu  tələblərdən  ən  çətini  özünə 
qayğıkeş olmaqla eyni vaxtda, eqoistlikdən kənarda qal-
malıdır. 
Orta  məktəbi  bitirənə  qədər  (yaşlı,  uşaq  bağçası, 
ibtidai və orta məktəb) özümüzə qarşı etdiyimiz səhvlə-
rə özümüz məsuliyyət daşıyırıq. 
Gənclərin  çoxunda  özünə  qayğı  mədəniyyətinin 
zəif olmasını desək,  çox da səhv fikir olmaz.  Mədəniy-
yət – irsi proqramla gəlir, şəxsi həyatda isə sosial şərait-
dən asılı olaraq güclənə bilər, zəifləyə də bilər. 
Mədəniyyət  –  bəşəriyyətin  iki  böyük  tədbirini 
özündə əks etdirir, inkişaf etdirir: dini tədbirlər və elmi-
dünyəvi  tədbirlər.  Elm  ilə  dini  bir-birinə  əks  qoymaq 
səhvdir.  Onların  hər  ikisinin  bir  məqsədi  var:  insanları 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə