Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə88/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   89

343
 
 
heyvan  xislətlərindən  uzaqlaşdırıb,  hər  kəsdə  insanı  si-
fətləri  (mənəviyyatı)  gücləndirmək.  Bir  çox  dinlər  (is-
lam, buddizm, sintoizm və s.) təbiətə, ətraf mühitə, can-
lılara münasibətdə maksimum humanistlik  nümayiş et-
dirmiş  və  təbiətlə  insanların  arasında  vəhdət  olduğunu 
göstərmişlər. 
Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çı-
xış  edir.  Ekoloji  etikaya  əxlaq  münasibətləri  sferasında 
“insan-insan”,  “insan-cəmiyyət”  ənənəvi  münasibətləri 
ilə yanaşı “insan-təbiət” münasibətlərinin bir sıra cəhət-
ləri daxil edilmişdir. 
Ekoloji etikaya məxsus olan əsas xassələr içərisin-
də aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı təbii 
mühitə olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənə-
nəvi  istiqamətlərindən  fərqləndirən  onun  özünü  gələcə-
yə çevirməklə, indinin qayğısına qalmasıdır. 
Ekoloji  mədəniyyətin  formalaşmasında  əsas  vasi-
tələrdən biri məqsədyönlü ekoloji təhsil olmalıdır. 
 
5. Ekoloji problemlərin həllində beynəlxalq 
əməkdaşlıq 
 
Ətraf  mühitin  qorunması  sahəsində  beynəlxalq 
əməkdaşlığın 30 ildən çox tarixi vardır. XX əsrin 70-ci 
illərinin  əvvəllərində  artıq  aydın  idi  ki,  cəmiyyət  və  tə-
biət arasında problemlər meydana çıxmışdır və bu prob-
lemlər planetin biosferasında baş verən dəyişikliklər nə-
ticəsində bəşəriyyəti qlobal təhlükə qarşısında qoyurlar. 
Ona  görə  də  insanın  yaşadığı  mühitin  qorunması  bey-
nəlmiləl xarakter daşıyır. 
Ətraf  mühitin  problemlərinə  beynəlxalq  birli-


344
 
 
yin  diqqəti  Stokholm  konfransının  keçirildiyi  (1972-
ci  il)  vaxtdan  başlamışdır.  Konfransın  qərarlarına  uy-
ğun  olaraq  bu  sahədə  dünya  miqyasında  beynəlxalq 
əməkdaşlıq üçün BMT-də müstəqil orqan  yaradıldı. Bu 
orqan ətraf mühit üzrə BMT Proqramı + YNEP (United 
Nations  Environment  Programme)  adlanır  və  daimi 
əsaslarla Nayrobidə (Keniya) fəaliyyət göstərir. 
Ətraf mühitin mühafizəsi kompleks problem ol-
duğundan  YNEP-in  fəaliyyəti  əlavə  olaraq,  onun  ayrı-
ayrı  aspektləri  ilə  BMT-nin  himayəsi  altında  muxtariy-
yət statusu olan aşağıdakı ixtisaslaşdırılmış təşkilatlar 
məşğul olurlar: 
YUNESKO  (United  Nations  Education  Scientific 
an Cultural Organization)  – “insan və biosfera” proqra-
mı üzrə işləri yerinə yetirir, insan və mühit arasında qar-
şılıqlı əlaqə və inkişafın  ictimai-iqtisadi amillərinin təd-
qiqini həyata keçirir. 
FAO  (Food  and  Agricultural  Cultural  Organiza-
tion of the United Nations) – kənd təsərrüfatı məhsulla-
rının istehsalı və emalının yaxşılaşdırılması, aqrosferaya 
investisiya qoyuluşuna yardım, torpaq və su resursların-
dan  sərfəli  istifadə,  bərpa  oluna  bilən  enerji  mənbələri-
nin mənimsənilməsi kömək məqsədlərinə xidmət edir. 
BHO  (World  Neath  Organization  –  Ümumdünya 
sağlamlığın mühafizəsi) – qarşısına təhlükəsiz su və qi-
da  da  daxil  olmaqla  ekoloji  təhlükəsizliyin  təmin  edil-
məsinə kömək məqsədini qoymuşdur. 
UAEA  (İnternational  Atomic  ENERGÜ  AGEN-
CÜ-MAQATE)  –  radioaktiv  maddələrin  daşınması  və 
tullantıların utiləşdirilməsi də daxil olmaqla, radiasiyadan 


345
 
 
müdafiə və təhlükəsizlik normalarını işləyib hazırlayır. 
Qlobal  ekoloji  problemlərin  həll  edilməsində 
QEF-Qlobal  Ekologiya  Fondu  (The  Global  Environ-
ment Facility) getdikcə daha mühüm rol oynamağa baş-
layır. XX əsrin 90-cı illərinin əvvəllərində yaradılmış bu 
fond  əsasən  inkişaf  etməkdə  olan  ölkələrdə  qlobal  xa-
rakter daşıyan ekoloji problemlərin həllinə kömək üçün 
yaradılmışdır. QEF-in fəaliyyətində üç beynəlxalq quru-
luş:  BMT-nin  İnkişaf  Proqramı  (The  United  Nations 
Development Programme), ətraf mühit üzrə BMT proq-
ramı (YNEP) və Beynəlxalq Bank (World Bank) iştirak 
edirlər. Maliyyələşdirmə üçün birinci növbəli istiqamət-
lər  kimi:  iqlimin  qlobal  istiləşməsi,  beynəlxalq  suların 
çirklənməsi,  biomüxtəlifliyin  azalması  və  ozon  qatının 
azalması problemləri ayrılmışdır. 
Yuxarıda  qeyd  edilən  təşkilatlar  hökumətlərarası 
razılaşmalar  əsasında  yaradılmışdır,  müstəqildirlər  və 
geniş beynəlxalq səlahiyyətlərə malikdirlər. Bu təşkilat-
lardan  başqa  ətraf  mühitin  mühafizəsinin  ayrı-ayrı  as-
pektləri üzrə digər təşkilatlar da məşğul olurlar. 
Regionlarda ekoloji problemlər dünyanın  müxtəlif 
yerlərində ictimai-iqtisadi vəziyyəti öyrənən komissiya-
ların fəaliyyətlərində öz əksini tapırlar. Bu cür komissi-
yalar  Asiya  və  Sakit  okean  regionlarında  (ECKATO), 
Latın  Amerikasında  (EKLAK),  Avropada  (Economic 
Commission for Europe) fəaliyyət göstərirlər və onların 
nəzdində ekoloji siyasət üzrə Komitələr mövcuddurlar. 
Yuxarıda göstərilən bütün orqan və təşkilatlar çox-
saylı  hökumətlərarası  və  qeyri-hökumət  təşkilatları  ilə 
qarşılıqlı  fəaliyyət  göstərirlər.  Axırıncıya  “Təbiət  və 


346
 
 
təbii  sərvətlərin  qorunması  üzrə  “Beynəlxalq  İttifaq”, 
“Heyvanların müdafiəsi üzrə Beynəlxalq Federasiya” və 
digərlərini aid etmək olar. 
 Qlobal  ekologiya  problemlərinin  müzakirəyə  qo-
yulması  və  onların  həlli  istiqamətlərinin  işlənib  hazır-
lanmasında təbii mühitin mühafizəsi üzrə keçirilən bey-
nəlxalq konfransların rolu böyükdür. Bu fəaliyyətin baş-
lanğıc  nöqtəsini  Stokholm  konfransı  (1972-ci  il)  qoy-
muşdur ki, onun açılış günü  – 5 iyun, sonralar Ümum-
dünya  ətraf  mühit  günü  elan  edilmişdir.  Bundan  sonra 
hər 5 ildən bir bu cür konfrans keçirilir. 
BMT-nin Rio-De-Janeyroda 1992-ci ildə keçirilən 
konfransında qeyd olunmuşdur ki, hər bir ölkə yeni tex-
niki  kəşflər,  yeni  texnologiya,  məmulatlar,  fəaliyyət 
növləri  və  s.  icad  edirlər  ki,  onlar  da  müəyyən  tələblər  
sisteminə cavab verməlidir və bu tələblər içərisində eko-
loji  təhlükəsizlik  birinci  yerdə  durmalıdır.  Bu  sahədə 
beynəlxalq cəhdlər o vaxt səmərə verə bilər ki, o bütün 
ölkələrin hər birinin atdığı addımlara əsaslandırılsın. 
Konfransın işinə  yekun vurarkən onun Baş Katibi 
Moris  Stronq  bu  hadisənin  misli  görünməmiş    miqyas 
və əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, biz ha-
mımız yalnız birlikdə sağlam mühiti saxlaya bilərik, əks 
halda heç kim sağ qalmayacaqdır.  Konfransın qəbul et-
diyi  “Torpaq  Xartiyası”  Deklarasiyası  ekoloji  təhlükə-
sizliyi  təmin  etmək  üçün  problemlərin  miqyası  və  mü-
rəkkəbliyinin  olduğu  kimi  başa  düşülməsini,  ekoloji 
proqramların hüquqi, maliyyə, texniki təminatının zəru-
riliyini, resurslara qənaət edən və az tullantılı texnologi-
yalara  əsasən  iqtisadiyyatın  istehsal-sahə  quruluşunun 
təkmilləşdirilməsini,  biosfera  (təbiət)  –  qoruq  fonduna 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə