Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə86/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   89

335
 
 
müşahidə  metodlarından,  eləcə  də  müəssisələrin  fond 
materiallarından, ekoloji audit materiallarından və digər 
informasiyalardan  istifadə  etməklə  əldə  olunan  məlu-
matlardan istifadə olunması nəzərdə tutulur. Bütün zəru-
ri  informasiya  bloklara  ayrılır:  ərazinin  təbii  mühitin 
müasir vəziyyəti barədə məlumatların daxil olduğu təbii 
xüsusiyyətləri və antropogen təsir xüsusiyyətləri. Ərazi-
nin  təbii  xüsusiyyətlərinə  aşağıdakılar  daxildir:  fiziki-
coğrafi məlumatlar, meteoroloji-iqlim, morfoloji, hidro-
loji şəraitlər, geoloji məlumatlar, torpaqlar, bitki və hey-
vanat  aləmi  haqqında  məlumatlar.  İnformasiyanın  ötü-
rülməsinin telefon, rabitə sistemindən, elektron poçtun-
dan,  internet  şəbəkələrindən  və  s.-dən  istifadə  etməklə 
həyata keçirilməsi nəzərdə tutulur. 
Analitik-informasiya  sisteminin  yaradılması  ətraf 
mühit və təbii ehtiyatlar barədə obyektiv, etibarlı və mü-
qayisə oluna bilən məlumatlara əsaslanan aktual ekoloji 
informasiyanın  əldə  olunması  prosesini  sürətləndirmək 
imkanı  verəcəkdir.  Ayrıca  obyektlər,  müəssisələr  və 
analitik-informasiya mərkəzi arasında layihə çərçivəsin-
də  informasiya  baxımından  qarşılıqlı  əlaqənin  dərinləş-
dirilməsindən asılı olaraq, hər sənaye obyektində ekoloji 
vəziyyətin  kəskinliyini  nəzərə  almaqla  ekoloji  tədbirlə-
rin  uzunmüddətli  və  cari  planlaşdırılması  gələcəkdə  in-
kişaf etdiriləcəkdir. 
 
 
 
 
 


336
 
 
4. Ятраф мцщитин мцщафизяси сащясиндя  
мядяниййят вя тящсил 
 
Ekologiya və təbiətin mühafizəsinə dair normativ-
hüquqi  aktlarda  mühafizə  sahəsində  təhsil və  mədəniy-
yət məsələlərinə xüsusi yer verilir. “Ətraf mühitin mü-
hafizəsi  haqqında”  Azərbaycan  Respublikası  Qanu-
nunda    (8  iyun  1999-cu  il)  maddə  59-da  bu  məsələyə 
diqqət  yetirilir.  Qanuna  görə  cəmiyyətdə  ekoloji  bilik-
lərin  və  mütəxəssis  kadrların  peşə  hazırlığını  yük-
səltmək məqsədilə məktəbə qədər, məktəb, orta ixti-
sas və ali təhsilin bütün mərhələlərində mütəxəssislə-
rin hazırlanması və ixtisaslarının artırılmasını əhatə 
edən  ekoloji  tərbiyənin  və  təhsilin  ardıcıllığı  və  fasi-
ləsizliyi təmin edilməlidir. Bundan başqa dövlət orqan-
ları və ictimai birliklər kütləvi informasiya vasitələri ilə  
qanunvericiliyə  zidd  olmayan  təbliğat  işləri  aparılmalı-
dır.  Tədris  müəssisələrində  onların  profilindən  və  mül-
kiyyət formasından asılı olmayaraq ekologiyanın əsasla-
rı tədris edilməli, tədris proqramları və dərsliklər hazır-
lanmalıdır. 
Ekoloji təhsil dedikdə - ətraf mühitin  mühafizəsi
təbii ehtiyatlardan istifadə üzrə normaların, xüsusi bilik-
lərin, təcrübənin tədrisi və öyrədilməsi prosesi başa dü-
şülür. Bu vaxt ətraf mühitə, ekologiyaya, insan və təbiət 
arasında  qarşılıqlı  əlaqələrə  dair  məlumatlar,  ekoloji 
mədəniyyətin formalaşmasına yönəldilmiş biliklərin ya-
yılması,  ekoloji  təhlükəsizliyə  dair  bilik  və  təcrübənin 
öyrədilməsi nəzərdə tutulur. 
Mövcud  qanunvericiliyə  görə  təhsil  və  tərbiyə 


337
 
 
sahəsində aşağıdakılar nəzərdə tutulur: 
-
 
cəmiyyətdə  ekoloji  birliklərin    və  mütəxəssis 
kadrların  peşə    hazırlığını  yüksəltmək  məqsədi  ilə 
məktəbəqədər,  məktəb, orta ixtisas və ali təhsilin bütün 
mərhələlərində  mütəxəssislərin  hazırlanması  və  ixtisas-
larının artırılmasını əhatə edən ekoloji tərbiyənin və təh-
silin ardıcıllığı və fasiləsizliyi təmin edilməlidir
-
 
əhali arasında ekoloji biliklərin yayılması məqsə-
di  ilə    dövlət  orqanları  və  ictimai  birliklər  tərəfindən 
kütləvi  informasiya  vasitələri  ilə  qanunvericiliyə  zidd 
olmayan təbliğat işləri aparılmalıdır; 
-
 
tədris  müəssisələrində,  onların  profilindən  və 
mülkiyyət  formasından  asılı  olmayaraq  ekologiyanın 
əsaslarının tədrisi nəzərdə tutulmalıdır. Bu məqsədlə qa-
nunun  tələblərinə  uyğun  tədris  proqramları  tərtib  edilir 
və dərsliklər hazırlanır; 
-
 
ətraf mühitə zərərli təsir göstərən fəaliyyətlə bağ-
lı  olan  vəzifəli  şəxslər  məcburi  qaydada  lazımi  ekoloji 
hazırlığa  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanun-
vericiliyin əsaslarına dair biliklərə malik olmalıdır. 
Ekoloji təhsil və maarifləndirmə sahəsində idarəet-
məni  həyata  keçirən  dövlət  hakimiyyəti  və  yerli  özü-
nüidarəetmə  orqanlarına,  təhsil  müəssisələrinə  əhalinin 
maarifləndirilməsi  ilə  məşğul  olan,  həmçinin  digər 
aidiyyəti hüquqi və fiziki şəxslərə şamil edilir. 
Əhalinin  ekoloji təhsili və maarifləndirilməsi sa-
həsində  dövlət  siyasətinin  əsas  prinsipləri  aşağıdakı-
lardır: 
-
 
ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kə-
sə bərabər şəraitin yaradılması; 


338
 
 
-
 
orta  təhsil  sistemində  ekoloji  biliklərin  tədrisinin 
icbariliyi; 
-
 
ekoloji təhsil və maarifləndirmə prosesinin fasilə-
sizliyi; 
-
 
ekoloji təhsil və maarifləndirmə sahəsində aşkar-
lığın təmin olunması; 
-
 
ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət 
siyasətinin  həyata  keçirilməsində  əhalinin  və  qeyri-hö-
kumət təşkilatlarının iştirakına şərait yaradılması. 
Ekoloji təhsil və maarifləndirmə sahəsində döv-
lət  hakimiyyəti  orqanlarının  hüquqları  və  vəzifələri 
aşağıdakılardır: 
-
 
ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət 
siyasətinin  əsas  istiqamətlərinin  müəyyən  edilməsi  və 
onların həyata keçirilməsi
-
 
ekoloji təhsil və maarifləndirmə sisteminin təşkil 
edilməsi;  
-
 
ekoloji təhsil və maarifləndirmə sisteminin infor-
masiya və elmi-metodik təminatı; 
-
 
sahə  qanunvericiliyinin  digər  normativ  hüquqi 
aktlara uyğunluğunun təmin edilməsi
-
 
təhsil və ekoloji təhsil proqramlarının uyğunluğu-
nu təmin etmək üçün dövlət ekspertizasının aparılması; 
-
 
ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət 
və  yerli  özünüidarəetmə  orqanlarının,  qeyri-hökumət 
təşkilatlarının, müvafiq hüquqi və fiziki şəxslərin fəaliy-
yətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi
-
 
ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət 
ekoloji proqramların hazırlanması, təsdiqi və həyata ke-
çirilməsi; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə