18
Bank sisteminin inkişafı
2012-ci ilin 9 ayında I dərəcəli kapital
adekvatlığı göstəricisi 0,3 faiz bəndi yüksələrək
12% təşkil etmişdir ki, bu da minimal normadan
(I dərəcəli kapital adekvatlığı norması 6%) 2
dəfə çox olmuşdur.
2012-ci ilin sentyabr ayının sonuna sistem
üzrə leverec əmsalı müəyyən olunmuş minimal
normadan yüksək, 9,6% səviyyəsində olmuşdur.
İnformasiya assimetriyası bir qrupun digər qrupdan
daha çox informasiyaya malik olmasından irəli gəlir.
Müştərilər özləri barəsində bank menecerlərindən
daha çox məlumata malik olmaları və yaxud tam
tərsi halında verilən kreditlərin keyfiyyətində və
sayında problemlər yaranır. Qarşı tərəfin kredit
riskinin artması borc verənləri vəsaitlərini borc
vermək fikrindən daşındırır. Bu, ölkədə kredit
çatışmamazlığı, xərclərin azalması, nəticədə
iqtisadiyyatda geriləmə və maliyyə bazarında qeyri-
sabitliyə gətirib çıxarır. Beləliklə, kredit və bazar
risklərinin dəqiq qiymətləndirilməsi məqsədi ilə tələb
olunan məlumatın yetərsizliyi şəraitində banklar
daha çox kapital zərurəti ilə üzləşirlər.
İnformasiya assimetriyasının əsas iki nəticəsi var:
əlverişsiz seçim (Adverse selection) və qeyri-etik
davranış (Moral hazard) riskləri.
•
Əlverişsiz seçim borcalanların (ev
təsərrüfatları və ya bank) potensial kredit riski olan
müştərilər olmasıdır.
•
Qeyri-etik davranış borcalanların (ev
təsərrüfatları və ya bank) qarşı tərəf (banklar və
depozitorlar) üçün arzu olunmaz riskli fəaliyyət ilə
məşğul olmalarıdır.
Depozitorlar əmanətlərini hansı banka həvalə
etmək seçimini düzgün etmir və ya bankları
dəyərləndirə bilmədikdə əsasən zəif banklar
depozitorların informasiya çatışmazlığından istifadə
edərək kapitallarını aşağı səviyyədə saxlayırlar.
Bu da bazarda güclü bankların zəif banklardan
seçilə bilməməsi ilə nəticələnir. Əgər tam tərsi,
yəni depozitorlar bankları dəyərləndirə bilərsə bu
zaman güclü banklar depozitorların dəyərləndirmə
bacarığını nəzərə alaraq kapital adekvatlığını yüksək
saxlayacaqlar. Bankın kapitalının adekvat olduğunu
görən əmanətçilər vəsaitlərini etibarlı bankda
saxladıqları üçün daha az kompensasiya tələb edəcək
və aşağı faiz dərəcəsini qəbul edəcəklər. Bankların
gücünün depozitorlar tərəfindən fərqəndirilə
bilinməməsi Akerlofun “Limon bazarı” problemini
əks etdirir. Akerlofun “Limon bazarı” problemi
ikinci avtomobil bazarlarında avtomobillərin tam
dəyərinin alıcılar tərəfindən bilinməməsini və ona
görə də ödənilən orta qiymətin həqiqi qiymətdən
aşağı və ya yuxarı olmasını izah edir.
Depozitorların bankları qiymətləndirməsində
çətinlikləri aradan qaldırmaq üçün bir neçə yolu var:
•
Depozitorlar bankların səhmdarlarını
izləsinlər.
•
Bank menecerləri bankın reytinq agentlikləri
tərəfindən qiymətləndirilməsini təmin etsinlər.
Səhmdarlar bank iflas etdiyi halda bankın bütün
öhdəlikləri ödənildikdən sonrakı qalığa iddia edə
bilərlər. Bu səbəbdən səhmdarlar bankın monitorin-
qini daha diqqətli aparacaqlar ki, bu da depozitorların
vəsaitlərinin daha etibarlı əllərdə olmalarından xəbər
verəcək. Depozitorların və investorların mənafeyini
qorumaq məqsədi ilə bankların mütəmadi olaraq
reytinq agentlikləri tərəfindən qiymətləndirilməsi
hökumət institutları tərəfindən banklara icbari olaraq
tətbiq edilməlidir.
Mənbə: Kevin Dowd, Does asymmetric information justify bank capital adequacy regulation?
Haşiyə 4. İnformasiya assimetriyası və kapital adekvatlığı
Mənbə: AMB
19
2.6. Banklarda faiz dərəcələri
2012-ci ilin 9 ayı ərzində manatla və xarici
valyuta ilə kreditlər və depozitlər üzrə orta
çəkili nominal faiz dərəcələrində azalma baş
vermişdir.
Kreditlər üzrə manatla orta faiz dərəcələri
ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6
faiz bəndi azalaraq 15,4% olmuşdur. Eyni
dövrdə əmanətlər üzrə manatla nominal orta
faiz dərəcələri 10,8%-dən 10,2%-ə enmişdir.
Xarici valyutada kreditlər üzrə faiz dərəcəsi
0.8% azalmış, depozitlər üzrə faiz dərəcəsi isə
demək olar ki, sabit qalmışdır.
Dövr ərzində manatda faiz marjası ortalama
5.6%, valyutada isə 5.1% olmuşdur.
Yeni verilmiş kreditlər və cəlb edilmiş
əmanətlər, habelə banklararası kreditlər üzrə
orta çəkili faiz dərəcəsi ilin əvvəlindən qismən
azalmışdır.
01.10.2012 tarixinə manatla banklararası
kreditlər üzrə faiz dərəcəsi ilin əvvəli ilə
müqayisədə 1.36% bəndi azalaraq 8.5% olmuş,
xarici valyutada isə bu göstərici 2,2% bəndi
azalma ilə 5,78% təşkil etmişdir.
Bank sisteminin inkişafı
Cədvəl 2.6. Depozit və kreditlər üzrə orta faiz dərəcələri, %-lə
Tarix
Kreditlər
Depozitlər
Manatla
Xarici valyutada
Manatla
Xarici valyutada
01.01.2012
16.3
16.8
10.3
11.1
01.07.2012
15.7
15.4
10.3
10.8
01.10.2012
15.4
15.5
10.2
10.5
Mənbə: AMB
Mənbə: AMB
20
Bank sistemində risklər
Cari ilin III rübündə bankların resurs bazası-
nın formalaşmasında xarici maliyyələşmənin
payı artsa da, depozitlər əsas resurs mənbəyi
kimi qalmaqdadır. Aktiv və passivlərin ödəniş
müddətlərinin təhlili bank sistemində likvidliyin
məqbul səviyyədə olmasını göstərir.
Cari ilin yanvar-sentyabr ayları ərzində
bankların likvidliyi məqbul səviyyədə qalmışdır.
Kredit aktivliyinin bərpası ilə əlaqədar yüksək
likvid aktivlərin həcminin bir qədər azalmasına
baxmayaraq likvid aktivlərin ümumi aktivlərə
nisbəti minimal səviyyədən (10%) yüksək
qalmışdır. Likvid aktivlərin cari öhdəliklərdə
payı 47%-dən 39%-ə azalmışdır. Ani likvidlik
əmsalı 61% olmuşdur ki, bu da Mərkəzi Bankın
tələbindən (minimal limit 30%) yüksəkdir.
Yüksək likvid aktivlərin orta günlük qalığı
yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq
dövrü ilə müqayisədə 116 mln. man. (6%)
artaraq 2 169 mln. manata çatmışdır.
1 sentyabr 2012-ci il tarixinə yüksək likvid
aktivlərin strukturunda nağd vəsaitlər, nostro
hesablar və dövlət qiymətli kağızların payı
müvafiq olaraq 32%, 24% və 16% olmuşdur.
Bankların Mərkəzi Bankda hesablarının likvid
aktivlərdə xüsusi çəkisi dövrün sonuna 28%
təşkil etmişdir.
Dövr ərzində bankların müddət üzrə aktiv
və passivləri arasında fərq məqbul səviyyədə
olmuşdur.
2012-ci ilin doqquz ayı ərzində kredit port-
felinin keyfiyyəti məqbul səviyyədə olmuşdur.
Vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi
çəkisi dövrün sonuna 6,5% təşkil etmişdir.
Ümumilikdə, Mərkəzi Bank müntəzəm
həyata keçirdiyi stress-testlər onu göstərir ki,
Azərbaycanın bank sistemi kəskin makroiqtisa-
di şoklara qarşı dayanıqlı vəziyyətdədir.
Mənbə: AMB
Mənbə: AMB
Mənbə: AMB
III. BANK SİSTEMİNDƏ RİSKLƏR
21
Bank sistemində risklər
Son qlobal maliyyə böhranı iqtisadçı alimlərin
və siyasət qurucularının diqqətini bir daha maliyyə
təlatümlərinin yaranmasının qabaqcadan müəyyən
olunması probleminə yönəltmişdir.
Bir sıra ölkələr və beynəlxalq maliyyə təşkilatları
tərəfindən son iyirmi il ərzində böhranların səbəbləri
və yaranması ehtimalının proqnozlaşdırılması
sahəsində geniş tədqiqat işləri aparılır. Böhranın
qabaqlayıcı indikatorlarının formalaşdırılması
metodologiyası üzərində işlər aktivləşdirilmiş,
makroiqtisadi stress-testləşdirmə üsulları inkişaf
etdirilmişdir. Erkən xəbərdarlıq sisteminin mühüm
komponenti olan və orta müddətli dövr üçün stress
ssenarilərinin nəticələrini qiymətləndirmək imkanı
verən makroiqtisadi modelin qurulması istiqamətində
tədbirlər davam etdirilir.
Böhran hallarının qabaqcadan proqnozlaşdırılması
üzrə işlənilmiş modellər sırasında Kaminsky-Lizondo-
Reinhart (KLR) modelini xüsusi qeyd etmək olar.
Bu model 1998-ci ildə qurulub və geniş sayda aylıq
indikatorları əhatə etməklə böhran haqqında siqnal
vermək məqsədini daşıyır. KLR modeli növbəti 24
ay ərzində böhranın baş vermə ehtimalını orta çəkili
aylıq məzənnənin ucuzlaşmasında nəzərə çarpan
dəyişikliklər və ehtiyatların itirilməsi vasitəsilə
qabaqcadan xəbər verməyə çalışır. Belə ki, ölkə üzrə
böhrandan əvvəlki dövrdə hər hansı makro-maliyyə
dəyişəninin lazımi səviyyədən artıq olması növbəti
aylarda böhranın baş verməsi ehtimalı haqqında
siqnaldır. 2000-ci ildə model yeni indikatorlar (real
məzənnənin qiymətləndirilməsi, bank böhranı, xüsusi
vəsaitlərin dəyərinin azalması, ixracın azalması, geniş
pul kütləsinin ehtiyata yönəldilməsi əmsalı, resessiya
və s.) əlavə olunaraq təkmilləşdirilmişdir.
İnkişaf Etməkdə Olan Ölkələr Üzrə Tədqiqat Bölməsi-
nin Modeli (Developing Country Studies Division
Model) KLR modeli kimi böhranının baş verməsi ehtimalı
haqqında qabaqcadan xəbər verən horizontu istifadə edir.
Dəyişənlər faizlə ölçülür və xətti model 5 dəyişəndən
formalaşır: real məzənnənin trenddən kənarlaşması, cari
hesabların ÜDM-ə nisbəti, ixracın artımı, ehtiyatların
artımı, M2 –nin ehtiyatlara nisbəti.
Erkən xəbərdarlıq sistemi çərçivəsində Beynəlxalq
Valyuta Fondu tərəfindən işlənilmiş model Siyasətin
İnkişafı və Təhlili (Policy Development and Review
model) modelidir. Bu modelə böhranın baş verməsini
əvvəlcədən proqnozlaşdırmaq üçün əhəmiyyətli balans
göstəriciləri daxil edilmişdir: korporativ səviyyədə
maliyyə levereci və qısamüddətli borcun işçi kapitala
nisbəti, bankların balans göstəriciləri və korporativ
sektorun xarici borcu (ixracın payı kimi), investor və
səhmdarların hüquqlarının qorunması rejimi.
1998-ci ildən Goldman Sachs WATCH (GS-
WATCH) və Credit Suisse First Boston' s (CSFB)
Emerging Market Risk İndicator modelləri BVF
tərəfindən mütəmadi olaraq istifadə olunur.
GS-WATCH modeli 3 aylıq məzənnənin çəkili
ortası və ehtiyatlarda dəyişikliklər əsasında qarşıdakı
3 ay ərzində böhranın baş vermə ehtimalının
proqnozlaşdırılması üçün istifadə olunur. Dəyişənlərə
kredit bumu, ixracın və ehtiyatların artımı, xarici
maliyyələşməyə tələb, fond indekslərinin dəyişməsi,
siyasi risk, yoluxma effekti və qlobal likvidlik
aiddir. Model aylıq göstəricilərdən istifadə etməklə
qiymətləndirilir lakin, proqnozlar analitiklərin
hesabatlarında əks olunması məqsədilə həftəlik
əsasda yenilənir. Credit Suisse First Boston's (CSFB)
Emerging Market Risk İndicator modelinə 2000-ci
ildə bəzi dəyişənləri yeniləməklə və sayını bir qədər
azaltmaqla yenidən baxılmışdır. Bu model növbəti
ay üçün 5%-dən çox dəyərsizləşmənin baş vermə
ehtimalını qabaqcadan xəbər verir. Bu dəyişənlər
digər modellərdə istifadə olunan dəyişənlərlə demək
olar ki oxşardır.
Haşiyə 5. Erkən Xəbərdarlıq Sisteminin dizaynı (tətbiq olunan modellər)
Mənbə: İMF staff papers “Assessing Early Warning Systems: How have they worked in Practise?”
Kapital yetərliyi dayanıqlı səviyyədə
qalmaqdadır. Bununla yanaşı bazar və likvid-
lik risklərinin yaxşılaşması müşahidə olunur.
Kredit riskləri idarə olunan səviyyədədir.
22
Hesabat dövründə ödəniş sistemləri sabit
və fasiləsiz fəaliyyət göstərmişlər. Ölkədəki
iqtisadi aktivliyə adekvat olaraq Milli Ödəniş
Sistemində aparılan əməliyyatların həcmi və
sayı artmışdır.
2012-ci ilin 9 ay ərzində Milli Ödəniş
Sistemində ümumi həcmi 84 503 mln.
manat olmaqla 19007 mln. ədəd əməliyyat
aparılmışdır. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə əməliyyatların sayı 41,9% (5 614
min ədəd), ümumi həcmi isə 16,1% (11 732
mln. manat) artmışdır.
Hesabat dövründə ödənişlərin orta günlük
sayı 96 min ədəd, ümumi həcmi isə 426,8 mln.
manat təşkil etmişdir (ötən ilin eyni dövründə
müvafiq olaraq 67,6 min ədəd və 367,5 mln.
manat).
Nağdsız ödənişlərin 90,5%-i AZİPS sistemi
vasitəsilə həyata keçirilmiş və onun ümumi
həcmi 76486 mln. manat olmuşdur (343
min ədəd əməliyyat). Ötən ilin eyni dövrü
ilə müqayisədə əməliyyatların ümumi həcmi
14,1% (9 477 mln. manat) artmışdır. Hər bir
ödəniş sənədinin məbləği orta hesabla 229,6
min. manat təşkil etmişdir.
Məbləğ baxımından ödənişlərin 9,5%-i (8
mln. manat) XÖHKS sistemi vasitəsilə həyata
keçirilmişdir. Say baxımından isə XÖHKS
sisteminin payı 98,2% təşkil etmiş və hesabat
dövrünün yekunu üzrə 18,664 mln. ədəd ödəniş
olmuşdur. Bu da ötən ili həcm etibarilə 39,1%
(2 255 mln. manat) və say etibarilə 42,2% (5
542 min ədəd) üstələmişdir. Hər bir ödənişin
məbləği orta hesabla 434,9 manat təşkil
etmişdir.
Kommersiya bankları plastik kartlarının
xidmət edilməsinə dair infrastrukturun inkişaf
etdirilməsini davam etdirmişlər. 2012-ci ilin
9 ayının sonuna bank plastik kartlarına ölkə
ərazisində yerləşdirilmiş 2 224 bankomatda və
36 702 pos-terminalda xidmət edilmişdir. Qeyd
edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə
ölkə ərazisində pos-terminalların sayı 2,8 dəfə
artmışdır.
2012-ci ilin 9 ayında bankomatlar vasitəsilə 5
493 mln. manat həcmində 35,512 mln. əməliyyat
aparılmışdır. POS-terminallar vasitəsilə aparılan
əməliyyatların sayı 3 131 min ədəd, həcmi isə
403 mln. manat təşkil etmişdir.
Plastik kartların sayı dövr ərzində 340 min
ədəd artaraq 4,9 mln. ədədə çatmışdır ki, bu da
Ödəniş sistemləri
IV. ÖDƏNİŞ SİSTEMLƏRİ
Mənbə: AMB
Mənbə: AMB
23
hər min nəfərə (yetkinlik yaşına çatmış) orta
hesabla 820 ödəniş kartı deməkdir.
İnternet vasitəsilə bank xidmətlərindən
istifadə də genişlənməkdədir. Belə ki, dövr
ərzində internet-banking vasitəsilə 4,2 mln.
manat məbləğində 20,1 min əməliyyat həyata
keçirilmişdir.
Ödəniş sistemləri
24
İstifadə olunmuş qrafik və cədvəllər
İstifadə olunmuş qrafik və cədvəllər
Qrafiklər
Qrafik 1.1. Sənaye istehsalı və beynəlxalq ticarət
5
Qrafik 1.2. İşsizlik səviyyəsi
5
Qrafik 1.3. Mərkəzi bankların aktivləri
7
Qrafik 1.4. Avrozonada KDF spredi
7
Qrafik 1.5. Qeyri-işlək kreditlərin portfeldə payı
7
Qrafik 1.6. Qlobal maliyyə sabitliyi xəritəsi
8
Qrafik 1.7. Yanvar-sentyabr aylarında iqtisadi artım
10
Qrafik 2.1. Bank şəbəkəsinin dinamikası
11
Qrafik 2.2. Bankların resurs bazasının strukturu
12
Qrafik 2.3. Qeyri-maliyyə sektorunun depozitlərinin dinamikası
13
Qrafik 2.4. Əmanətlərin müddət strukturu
13
Qrafik 2.5. Xarici borcun dinamikası
13
Qrafik 2.6. Biznes kreditlərinə tələb və təklif
14
Qrafik 2.7. Kredit portfelinin valyuta strukturu
14
Qrafik 2.8. Subyektlər üzrə kredit portfelinin strukturunun dinamikası
14
Qrafik 2.9. Fiziki şəxslərə kreditlərin məqsəd üzrə strukturu
15
Qrafik 2.10. Bank aktivlərinin strukturu
15
Qrafik 2.11. Bank sisteminin mənfəəti
16
Qrafik 2.12. Bank sisteminin kapital göstəriciləri
18
Qrafik 2.13. Manatla yeni cəlb edilmiş depozit və verilmiş kreditlər üzrə faiz dərəcəsi
19
Qrafik 3.1. Likvidlik göstəriciləri
20
Qrafik 3.2. Likvid aktivlərin dinamikası və strukturu
20
Qrafik 3.3. Aktiv və passivlər arasında fərqin aktivlərə nisbəti
20
Qrafik 4.1. Milli Ödəniş Sistemində ödəniş əməliyyatlarının dinamikası
22
Qrafik 4.2. Quraşdırılmış bankomatların və POS-terminalların sayı
22
25
İstifadə olunmuş qrafik və cədvəllər
Cədvəllər
Cədvəl 2.1. Bank sisteminin əsas göstəricilərinin artım tempi
11
Cədvəl 2.2. Bankların kredit portfelinin sahələr üzrə strukturu və dinamikası
15
Cədvəl 2.3. Regionlar üzrə (Bakı istisna olmaqla) kreditlər və əmanətlər
16
Cədvəl 2.4. Mənfəətin strukturu
17
Cədvəl 2.5. Bank kapitalının strukturu
17
Cədvəl 2.6. Deposit və kreditlər üzrə orta faiz dərəcələri
19
Аzərbаycаn Rеspubliкаsının Mərkəzi Bankı
Azərbaycan, Bakı, AZ1014, R. Behbudov küç., 32
Telefon (994 12) 493 11 22
Faks (994 12) 493 55 41
www.cbar.az
Dostları ilə paylaş: |