Azərbaycan respublikasinin


Hərbİ vəzİfəlİ şəxslərİn və hərbİ İdarə orqanlarının qərar və hərəkətlərİndən (hərəkətsİzlİyİndən) mübahİsələrə daİr İşlər üzrə İcraat



Yüklə 1,75 Mb.
səhifə20/38
tarix21.04.2018
ölçüsü1,75 Mb.
#39759
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

Hərbİ vəzİfəlİ şəxslərİn və hərbİ İdarə orqanlarının qərar və hərəkətlərİndən (hərəkətsİzlİyİndən) mübahİsələrə daİr İşlər üzrə İcraat


Maddə 301. İşə baxılması

Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27-ci fəslində müəyyən edilmiş qaydada baxılır.

Fəsil 29

Normatİv XARAKTERLİ aktların qanunİlİyİnə

daİr mübahİsələrdən yaranan İşlər üzrə İcraat 162


Maddə 302.
Ərizənin verilməsi

302.1. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin qanunla nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş normativ xarakterli aktı ilə özlərinin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit və təmin edilmiş hüquq və azadlıqlarının pozulduğunu hesab edən, normativ aktın qüvvəsi şamil olunan şəxslər həmin aktın və ya onun ayrıca hissəsinin qanuna zidd hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 163

302.2. Yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ aktların qanuniliyinin yoxlanılması barədə ərizələrə məhkəmələrdə baxıla bilməz.

302.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə verilir.

302.4. Şəxsin ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalı, ərizədə normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin adı, aktın qəbul edildiyi tarix, həmin aktla və ya onun ayrı-ayrı müddəaları ilə şəxsin, yaxud şəxslərin qeyri-müəyyən dairəsinin hansı konkret hüquq və azadlıqlarının pozulduğu, mübahisəyə çıxarılan aktın Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının hansı maddələrinə zidd olduğu barədə məlumatlar göstərilməlidir. 164

302.5. Ərizəyə mübahisə olunan aktın və ya onun hissəsinin surəti əlavə edilir. 165

302.6. Ərizənin məhkəməyə verilməsi normativ xarakterli aktın qüvvəsini dayandırmır. 166

302.7. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin, qüvvəsi şəxslərin qeyri-müəyyən dairəsinə şamil edilən normativ xarakterli aktının qanuniliyinin yoxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa, məhkəmə ərizəni qəbul etməkdən imtina edir. 167

Maddə 303. Ərizəyə baxılması

303.1. Ərizə ilə məhkəməyə müraciət etmiş şəxs, habelə normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. 168

303.2. İşə ərizə verilən gündən 1 ay müddətində şəxsin və ya onun nümayəndəsinin, normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının nümayəndəsinin və ya vəzifəli şəxsin məcburi iştirakı ilə baxılır. Lakin işin hallarından asılı olaraq məhkəmə işə maraqlı şəxslər gəlmədikdə də baxa bilər. 169

303.3. Məhkəmə iclasında məhkəmə normativ xarakterli aktı qəbul edən orqanın və ya vəzifəli şəxsin səlahiyyətini, bütövlükdə normativ aktın və ya onun bir hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına, digər qanunlara uyğunluğunu yoxlayır. 170

303.4. Normativ xarakterli aktın qanuna zidd hesab edilməsi barədə ərizəyə baxılarkən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin üzərinə düşür.171

Maddə 304. Ərizə üzrə məhkəmənin qətnaməsi

304.1. Ərizəni əsassız hesab edən hakim onun təmin edilməməsi barədə qətnamə çıxarır.

304.2. Ərizə əsaslı hesab edildikdə hakim qətnamənin nəticə hissəsində qeyd etməklə, normativ xarakterli aktı bütövlükdə və ya qismən, onun qəbul edildiyi gündən qüvvədən düşmüş hesab edir. 172

304.3. Ərizə təmin edildiyi halda hakim qətnamənin nəticə hissəsində göstərməlidir ki, qüvvədən düşmüş hesab edilmiş normativ xarakterli aktı dərc etmiş kütləvi informasiya vasitəsi redaksiyası, məhkəmənin təyin etdiyi müddət ərzində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi barədə məlumat dərc etməyə borcludur. 173

304.4. Normativ xarakterli aktın bütövlükdə və ya qismən qüvvədən düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs üçün, habelə vətəndaş və ya dairəsi qeyri-müəyyən olan və mübahisə olunan normativ aktın qüvvəsi hüquq və vəzifələrinə şamil olunan şəxslər üçün məcburidir. Həmin qətnamə preyudisial qüvvəyə malikdir və digər şəxslər tərəfindən normativ xarakterli aktın qanuniliyi aktın yalnız məhkəmə yoxlamasının obyekti olmayan hissəsi üzrə yenidən mübahisə edilə bilər. 174

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə