Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   13   14   15   16   17   18   19   20   ...   88

119.2. Ağ bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o 
cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici 
nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun 
sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
SƏKKIZINCI BÖLMƏ 
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
18-ci fəsil 
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 120. 
Qəsdən adam öldürmə 
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
120.2. Qəsdən: 
120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar 
birlik (təşkilat) tərəfindən adam öldürmə; 
120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə; 
120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə 
əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə; 
120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; 
120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya 
toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə; 
120.2.6. başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə 
zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;— 
120.2.7. iki və ya daha çox şəxsi öldürmə; 
120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə; 
120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə 
adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə; 
120.2.10. təkrar adam öldürmə; 
120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam 
öldürmə; 
120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə— 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 


Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı 
birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən 
törədilməsi onun təkrar törədilməsi hesab olunur. 
Maddə 121. 
Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi 
Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 122. 
Qəflətən  baş  vermiş  güclü  ruhi  həyəcan  vəziyyətində  qəsdən  adam 
öldürmə 
122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya 
əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz 
və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində 
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 123. 
Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri 
həddi aşmaqla adam öldürmə 
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
123.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 124. 
Ehtiyatsızlıqdan adam öldürmə 
124.1. Ehtiyatsızlıqdan adam öldürmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə— 
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 125. 
Özünü öldürmə həddinə çatdırma 
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla 
amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu 
ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma— 


üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 126. 
Qəsdən_sağlamlığa_ağır_zərər_vurma'>Qəsdən sağlamlığa ağır zərər vurma 
126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya 
görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının 
itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin 
üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar 
surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya 
hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb 
olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
126.2. Eyni əməllər: 
126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir 
olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə 
əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə
126.2.3. xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə 
təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 
126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə; 
126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə 
törədildikdə— 
altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 127.
Qəsdən sağlamlığa az ağır zərər vurma 
127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı 
maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət 
pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla 
əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma— 
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
127.2. Eyni əməllər: 
127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə 
əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 
127.2.2. xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə 
təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə