“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının
ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli
parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531
nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət təbiət və
biosfer
qoruqlarının
ümumi
Əsasnaməsi”nin
və
“Azərbaycan
Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli
531 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri
haqqında”
Azərbaycan
Respublikasının
Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4
aprel tarixli 924-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
“Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının
ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının
ümumi
Əsasnaməsi”nin
təsdiq
edilməsi
haqqında”
Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 4 iyul tarixli 531 nömrəli
Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə
468; 2008, № 6, maddə 500) ilə təsdiq edilmiş:
1. “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının
ümumi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. Dövlət təbiət və biosfer qoruqlarının torpaq və su (akvatoriya)
sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onların
sanitariya-mühafizə zonaları müəyyən edilir. Dövlət təbiət və biosfer
qoruqlarının sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin
zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci
maddəsi ilə tənzimlənir.”;
1.2. 6.2-ci bənddə “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilsin;
1.3. 6.2.1-ci yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-
mühafizə zonasında” sözləri ilə, “nəqliyyat vasitələrini saxlamaq,
qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq,” sözləri ilə əvəz
edilsin;
1.4. 6.2.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“6.2.2. dövlət təbiət və biosfer qoruğu ərazisində və onun sanitariya-
mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb
edilməsi üçün tədbirlər görmək;”;
1.5. 6.2.3-cü yarımbənddən “qanunvericiliklə müəyyən edilmiş
qaydada” sözləri çıxarılsın;
1.6. 6.2.4-cü yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-
mühafizə zonasında” sözləri ilə əvəz edilsin, “və digər tədbirlər görmək”
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il
№ 402