40
1.
Rəqabətin üfüqi məhdudlaĢdırılması
2.
Rəqabətin Ģaquli məhdudlaĢdırılması
3.
Bazarda hegemon mövqedən sui-istifadə və s.
Ümumiyyətlə, Qərb ölkələrində antiinhisar qanunvericiliyi və antiinhisar
siyasəti geniĢ Ģəkildə inkiĢaf etmiĢ və artıq uzun onilliklər ərzində inhisar və onun
neqativ nəticələri üzərində nəzarət mexanizmi müvəffəqiyyətlə həyata keçirilir.
Sözsüz ki, antiinhisar qanunvericiliyi və antiinhisar siyasəti (inkiĢaf etmiĢ ölkələrdə)
heç də qüsursuz deyildir. Yəni, bu baxımdan inhisarın ümumi Ģəkildə qadağan
olunması bu qadağandan istisnalarla xeyli ―yumĢaltdırılır‖. Və, bu istisnalar həm
ayrıca götürülmüĢ kompaniyaya, həm də bütövlükdə bir sahəyə aid edilir. Bununla
yanaĢı, prinsipcə ABġ və Qərbi Avropa ölkələrinin antiinhisar siyasəti ciddi Ģəkildə
düĢünülmüĢ, iqtisadi cəhətdən əsaslandırılmıĢ formada həyata keçirilir.
Antiinhisar siyasətinin dünya təcrübəsində araĢdırdığımız problemlə bağlı
xüsusi elmi maraq doğuran nəticə iqtisadi regionalizmin real-məzmunlu tətbiqi
çərçivəsində mövcud olan yanaĢma və üsullarla, onlardan istifadə spesifikliyi ilə
əlaqədardır. Bu mənada dünyanın ən dinamik inkiĢafda olan inteqrasiya blokunun-
Avropa Ġttifaqının təcrübəsi əsas götürülür. AraĢdırmalarımız göstərir ki, antiinhisar
siyasəti 1990-cı illərdən baĢlayaraq sözügedən qruplaĢmada geniĢ yayılmağa
baĢlamıĢdır. Yəni, əlveriĢli sahibkarlıq mühitinin formalaĢdırıl-ması zəruriliyi yalnız
inteqrasiya prosesinin yekun mərhələlərində aktuallaĢmıĢ və bu istiqamətdə əməli
tədbirlər sistemi həyata keçirilməyə baĢlanmıĢdır. Hal-hazırda, Avropa Ġttifaqının
antiinhisar siyasətinin əsas çıxıĢ nöqtəsi təsərrüfat subyektinin hegemon
mövqeyindən doğan nəticələrə söykənir. Avropa Ġttifaqının qanunvericiliyində
birləĢmə prosesləri üzərində antiinhisar nəzarətini iki orqan həyata keçirir: Komissiya
və Avropa məhkəməsi.
Rusiyada antiinhisar siyasətini həyata keçirmək, bazar strukturlarını
dəstəkləmək, əmtəə bazarlarında inhisarçı təmayülləri aradan qaldırmaq məqsədi ilə
ilkin olaraq Antiinhisar siyasəti üzrə Dövlət Komitəsi və ərazi orqanları
yaradılmıĢdır. Lakin, bu struktur öz fəaliyyətində gözlənilən effekti əldə edə bilmədi
41
və 1999-cu ildə həmin orqanın bazasında Sahibkarlığa kömək və antiinhisar siyasəti
üzrə Nazirlik təsis edildi. Rusiya Federasiyasının antiinhisar qanunvericiliyinə görə
müəssisə o halda inhisarçı hesab olunur ki, əvəzedicisi olmayan, yaxud
komplementar (tamamlayıcı) əmtəə bazasında hegemon mövqe tutsun. Əgər hər
hansı bir əmtəə bazarında mal təklifinin formalaĢmasında müəssisənin xüsusi çəkisi
65%-dən az deyilsə, onda həmin müəssisə hegemon hesab edilir.
Ukraynanın antiinhisar siyasəti ―Ġnhisarizmin məhdudlaĢdırılması və
sahibkarlıq fəaliyyətində haqsız rəqabətin yolverilməzliyi‖ haqqında qanunla
tənzimlənir. Bu qanun inhisarçı fəaliyyətin məhdudlaĢdırılması, haqsız rəqabətin
yolverilməzliyi və antiinhisar qanunvericiliyinin normalarına riayət etmə üzərində
dövlət nəzarətinin həyata keçirilməsinin hüquqi əsaslarını özündə büruzə edir.
Antiinhisar qanunvericiliyinə riayət edilməsi, inhisarçı mövqedən sui-istifadə ilə
bağlı sahibkarların mənafelərinin mühafizəsi və haqsız rəqabət üzərində dövlət
nəzarəti Antiinhisar Komitəsi tərəfindən həyata keçirilir. O, öz fəaliyyətində yalnız
Ali Sovet qarĢısında hesabat verir və onun tabeçiliyindədir.
AraĢdırmalarımız göstərir ki, daha çox səciyyəvi xarakter daĢıyan iki keçid
iqtisadiyyatlı ölkənin antiinhisar qanunvericiliyi və antiinhisar siyasətinin əsas
müddəaları kiçik istisnalarla, əksər MDB ölkələrinə xasdır.
Antiinhisar siyasətinin dünya təcrübəsi göstərir ki, bu problemə yanaĢmada
nəinki nəzəri-metodoloji prinsiplər, eləcə də ayrı-ayrı ölkə və regional iqtisadi
qruplaĢmaların səciyyəvi xüsusiyyətləri baxımından vahid platforma yoxdur. Fərqli
mövqelərin mövcudluğuna baxmayaraq, ümumnəzəri yanaĢma çərçivəsində
antiinhisar siyasətinin predmeti kimi firmanın bazar davranıĢı və bazar strukturu
götürülür. Ġnhisarçı fəaliyyətin tənzimi antiinhisar nəzarəti ilə bütövlükdə
iqtisadiyyatın dövlət tənzimlənməsi arasında dialektik bağlılığa söykənməlidir. Bu
baxımdan maraqlıdır ki, inhisar fəaliyyətinin tənzimi problemlərinin təkcə antiinhisar
siyasəti ilə deyil, eləcə də iqtisadi subyektlərin rəqabət qabiliyyətlərinin
yüksəldilməsi istiqamətində dövlət tənzimləməsinin pozitiv rolunu da nəzərə almaqla
həllinə yanaĢmada sistemliliyi təmin etmək olar. BaĢqa sözlə, inhisarçı təmayüllərin
42
aradan qaldırılması və normal rəqabət mühitinin formalaĢdırılması öz-özlüyündə əsas
məqsədə nail olmağa, yəni dayanıqlı inkiĢafın təminatına dəlalət etmir. Bu proses
qeyd edilən yönümdə hələ yolun yarısını qət etmək demək deyildir.
Ġnhisarçı fəaliyyətin tənzimi prosesində antiinhisar siyasətinin əsas
hədəflərindən biri bazar subyektlərinin davranıĢ tərzi ilə, ələlxüsus bazara daxil
olmada yaradılan maneələrlə bağlıdır. ĠnkiĢaf etmiĢ ölkələrin təcrübəsi göstərir ki,
yeni təsərrüfat subyektlərinin bazara daxil olmasında iki qrup amillər qrupu həlledici
rol oynayır:
1.
bazara yaxud istehsal sahəsinə giriĢdə yaradılan maneələr;
2.
fəaliyyətdə olan təsərrüfat subyektlərinin yeni rəqibə münasibəti
Bazara (istehsal sahəsinə) giriĢdə müəyyən dərəcədə maneə yaradan səbəblərə
aĢağıdakıları aid etmək olar:
1)
Qanunvericilik mahiyyəti daĢıyan qaydalar və məhdudiyyətlər sistemi;
2)
Məsrəflərlə bağlı olan səbəblər;
3)
Ġstehsalın miqyasından əldə edilən effekt;
4)
Məhsulun həyat tsiklindən alınan effekt;
5)
Ġstehlakçıların müəyyən ticarət markasına bağlılığı;
6)
Kapitala olan tələbat.
2.2
Azərbaycanda təbii inhisar sahələrinin müasir vəziyyətinin müqayisəli
təhlili.
Dövlət inhisarları, və ya təbi inhisarlar-yalnız xüsusi lisenziyaya malik dövlət
müəssisələrinin fəaliyyət göstərdiyi, rəqabət mühitinin məqsədəuyğun olmadığı
spesifik sahələrdir. Bu sahələrdə yalnız iqtisadi effektivsizliyə görə yox, həm də
ölkənin sosial-iqtisadi inkiĢafında oynadıqları müstəsna rola, milli təhlükəsizliyin
təmininə, müvafiq sahənin mal və xidmətlərinin əhali üçün xüsusi əhəmiyyətinə görə
rəqabət yaradılmalıdır. Dövlətin inhisarında olan sahələrə pul emissiyası fəaliyyəti,
xarici iqtisadi fəaliyyətin bəzi növləri (ayrı-ayrı məhsulların idxalı və ya ixracı), bəzi
məhsul növlərinin istehsalı və satıĢı, kütləvi xidmətlərin bəzi növləri və s.-aiddir.
Dostları ilə paylaş: |