2
Mühazirə 1.
Nəqliyyat qarşısında qoyulan əsas məsələlər
Nəqliyyat sistemində texniki istismarın yeri
Nəqliyyatın əsas vəzifəsi - xalq təsərrüfatının və əhalinin yük və sərnişin daşımalarına olan
tələbatının tam və vaxtında ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyi-
nin yüksəldilməsidir.
Hər bir nəqliyyat növü: hava, dəmiryolu, avtomobil, su (dəniz, çay), boru-kəmər nəqliyyatı
Respublikanın nəqliyyat sistemində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-kommunikasiya
proqramının tərkib hissəsidir. Nəqliyyat növü üç əsas altsistemdən ibarətdir:
-
idarə etmə;
-
daşıma prosesi;
-
nəqliyyat prosesinin texniki təminatı -hərəkət tərkibinin texniki istismarı.
İdarə etmə altsisteminin əsas vəzifəsi– xarici ( qonşu sahələr, direktiv orqanlar, müştərilər,
nəqliyyatın digər növləri) və daxili ( daşımalar və texniki istismar) koordinasiya, hüquqi,
normativ və maliyyə təminatıdır.
Daşıma prosesininəsas vəzifəsi- son məhsulun ( daşıma həcmi, yüklərin nomenklaturası)
vaxtında lazımi iqtisadi (mənfəət, əmək tutumu, maya dəyəri), sosial (komfortabellik,
qənaət, sərnişinlərin daşınma vaxtı), ekoloji xarakteristikalarla alınmalısıdır.
Texniki istismarın əsas vəzifəsi - nəqliyyat prosesini optimal maddi və əmək məsrəfləri
sərf etməklə, ekologiya tələblərinə cavab verməklə işləmə qabiliyyətli hərəkət tərkibi ilə
təmin etməkdir.
Nəqliyyat vasitələrinin və materialların istehcalı sferası
Nəqliyyat vasitələrinin texniki
istismarı
Kommersiya istismarı (daşımalar)
Daşımaların son məhsulu (daşıma həcmi,
nəqliyyat işi, maya dəyəri, gəlir).
Nəqliyyat vasitələrinin və materialların istehcalı sferası- nəqliiat işinin potensial
mümkünlüyünü təmin edir.
Nəqliyyat vasitələrinin texniki istismarı- nəqliiat işinin faktiki mümkünlüyünü təmin edir.
Kommersiya istismarı (daşımalar)- nəqliiat işinin reallaşdırır.
Nəqliyyat vasitələrinin səmərəli istifadə olunma dərəcəsini yüksəltmək üçün qabaqcıl
texnika və texnologiyanı istehsalata tətbiq etmək, işçilərin əmək şəraitini yaxşılaşdırmaq,
onların ixtisaslaşma qabiliyyətini yüksəltmək. Texnoloji proseslərdə yüksək dəqiqliyə və
məhsuldarlığa malik müxtəlif təyinatlı texniki vasitələrdən (avadanlıqlardan) istifadə
etmək, müəssisənin bstehsalat-texniki bazasını zənginləşdirmək lazımdır. Bununla yanaşı
istismar əsnasında hərəkətin təhlükəsizliyini yüksəltmək, nəqliyyatın ətraf mühitə mənfi
təsirlərini də azaltmaq lazımdır.
Bu istiqamətlərdə yerinə yetiriiən iqtisadi, texniki və təşkilati təsirlər vasitəsilə nəqliyyatın
işləmə qabiliyyəti tələb edilən səviyyədə saxlanılır ki, bununla da texniki istismar məşğul
olur. Başqa sözlə, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması
problemi texniki istismarda nəzərdən keçirilir. Texniki istismarda həll edilməli olan
məsələlərin çoxluğu nəqliyyat vasitələrinin sürətli artımı ilə də izah edilə bilər.
«Nəqliyyat vasitələrinin texniki istismarı» bir elm kimi digər nəzəriyyələrin (ehtimal,
etibarlılıq, nəqliyyat növünə məxsus nəzəriyyələr və s.) əsasında inkişaf etdirilmiş, özünün
elmi əsasını və mütərəqqi üsullarını yaratmışdır ki, bunların vasitəsilə bir çox istehsalat
məsələləri həll edilir.
«Nəqliyyat vasitələrinin texniki istismarı» müxtəlif istiqamətlərdə inikşaf etdirilir. Belə
ki, istismar zamanı hərəkət tərkibinin işləmə qabiliyyətini tələb olunan səviyyədə saxlamaq üçün
texniki istismarın mövcud üsulları təkmilləşdirilir, istehsalat qabaqcıl texnika və texnologiya
əsasında qurulur, kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri tətbiq edilir, texniki
qulluq (TQ) və cari təmirin (CT) əmək tutumları normalarının aşağı salınması yolları tədqiq
edilir, nəqliyyatın və onun aqreqatlarının texniki qulluqlar və təmirlər arası yürüş normaları