Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
  1   2   3   4   5   6   7   8   9   ...   43


 

Azərbaycan Texniki Universiteti 



 

“Avtomobil texnikası” kafedrası 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AVTOMOBİLLƏRİN TEXNİKİ İSTİSMARI 

 

 

Mühazirə konspekti 

 

 

 

 

 

 

 

Müəllim         t.e.n., dos. R.T. Məmmədov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI 2016 

 


 

 



Mühazirə 1. 

Nəqliyyat qarşısında qoyulan əsas məsələlər 

Nəqliyyat sistemində texniki istismarın yeri 

 

Nəqliyyatın  əsas  vəzifəsi  -  xalq  təsərrüfatının  və  əhalinin  yük  və  sərnişin  daşımalarına  olan 

tələbatının tam və vaxtında ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyi-

nin yüksəldilməsidir. 

Hər  bir  nəqliyyat  növü:  hava,  dəmiryolu,  avtomobil,  su  (dəniz,  çay),  boru-kəmər  nəqliyyatı 

Respublikanın nəqliyyat  sistemində  mühüm rol  oynayır və  ölkəmizin  nəqliyyat-kommunikasiya 

proqramının tərkib hissəsidir. Nəqliyyat növü üç əsas altsistemdən ibarətdir: 

-

 

idarə etmə; 



-

 

daşıma prosesi; 



-

 

nəqliyyat prosesinin texniki təminatı -hərəkət tərkibinin texniki istismarı. 



İdarə etmə altsisteminin əsas vəzifəsi– xarici ( qonşu sahələr, direktiv orqanlar, müştərilər, 

nəqliyyatın digər  növləri) və daxili ( daşımalar  və  texniki  istismar) koordinasiya,  hüquqi, 

normativ və maliyyə təminatıdır. 

Daşıma  prosesininəsas  vəzifəsi-  son  məhsulun  (  daşıma  həcmi,  yüklərin  nomenklaturası) 

vaxtında  lazımi  iqtisadi  (mənfəət,  əmək  tutumu,  maya  dəyəri),  sosial  (komfortabellik, 

qənaət, sərnişinlərin daşınma vaxtı), ekoloji xarakteristikalarla alınmalısıdır. 

Texniki  istismarın  əsas  vəzifəsi  -  nəqliyyat  prosesini  optimal  maddi  və  əmək  məsrəfləri 

sərf  etməklə,  ekologiya  tələblərinə  cavab  verməklə  işləmə  qabiliyyətli  hərəkət  tərkibi  ilə 

təmin etməkdir. 

Nəqliyyat  vasitələrinin  və  materialların  istehcalı  sferası

  Nəqliyyat  vasitələrinin  texniki 



istismarı

Kommersiya istismarı (daşımalar)



Daşımaların  son  məhsulu (daşıma həcmi, 

nəqliyyat işi, maya dəyəri, gəlir). 

Nəqliyyat  vasitələrinin  və  materialların  istehcalı  sferası-  nəqliiat  işinin  potensial 

mümkünlüyünü təmin edir. 

Nəqliyyat vasitələrinin texniki istismarı- nəqliiat işinin faktiki mümkünlüyünü təmin edir. 

Kommersiya istismarı (daşımalar)- nəqliiat işinin reallaşdırır. 

     Nəqliyyat  vasitələrinin  səmərəli  istifadə  olunma  dərəcəsini  yüksəltmək  üçün  qabaqcıl 

texnika  və  texnologiyanı  istehsalata  tətbiq  etmək,  işçilərin  əmək  şəraitini  yaxşılaşdırmaq, 

onların  ixtisaslaşma  qabiliyyətini  yüksəltmək.  Texnoloji  proseslərdə  yüksək  dəqiqliyə  və 

məhsuldarlığa  malik  müxtəlif  təyinatlı  texniki  vasitələrdən  (avadanlıqlardan)  istifadə 

etmək,  müəssisənin  bstehsalat-texniki  bazasını  zənginləşdirmək  lazımdır.  Bununla  yanaşı 

istismar  əsnasında  hərəkətin  təhlükəsizliyini  yüksəltmək,  nəqliyyatın  ətraf  mühitə  mənfi 

təsirlərini də azaltmaq lazımdır. 

Bu  istiqamətlərdə  yerinə  yetiriiən  iqtisadi,  texniki  və  təşkilati  təsirlər  vasitəsilə  nəqliyyatın 

işləmə  qabiliyyəti  tələb  edilən  səviyyədə  saxlanılır  ki,  bununla  da  texniki  istismar  məşğul 

olur.  Başqa  sözlə,  nəqliyyat  vasitələrinin  texniki  cəhətdən  saz  vəziyyətdə  saxlanılması 

problemi  texniki  istismarda  nəzərdən  keçirilir.  Texniki  istismarda  həll  edilməli  olan 

məsələlərin çoxluğu nəqliyyat vasitələrinin sürətli artımı ilə də izah edilə bilər.  

   «Nəqliyyat  vasitələrinin  texniki  istismarı»  bir  elm  kimi  digər  nəzəriyyələrin  (ehtimal, 

etibarlılıq,  nəqliyyat  növünə  məxsus  nəzəriyyələr  və  s.)  əsasında  inkişaf  etdirilmiş,  özünün 

elmi  əsasını  və  mütərəqqi  üsullarını  yaratmışdır  ki,  bunların  vasitəsilə  bir  çox  istehsalat 

məsələləri həll edilir. 

     «Nəqliyyat  vasitələrinin  texniki  istismarı»  müxtəlif  istiqamətlərdə  inikşaf  etdirilir.  Belə 

ki, istismar zamanı hərəkət tərkibinin işləmə qabiliyyətini tələb olunan səviyyədə saxlamaq üçün 

texniki  istismarın  mövcud  üsulları  təkmilləşdirilir,  istehsalat  qabaqcıl  texnika  və  texnologiya 

əsasında qurulur, kompleks mexanikləşdirmə  və avtomatlaşdırma vasitələri tətbiq edilir, texniki 

qulluq  (TQ)  və  cari  təmirin  (CT)  əmək  tutumları  normalarının  aşağı  salınması  yolları  tədqiq 

edilir,  nəqliyyatın  və  onun  aqreqatlarının  texniki  qulluqlar  və  təmirlər  arası  yürüş  normaları 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə