Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   2   3   4   5   6   7   8   9   ...   43

 

yüksəldilir, nəqliyyat müəssisələrinin layihələndirilməsində mütərəqqi iş üsulları nəzərdə tutulur 



və digər əməli tədbirlər həyata keçirilir. 

     Dəmir  yolu  nəqliyyatında  bu  xüsusiyyətlər  o  zaman  müsbət  nəticələrə  gətirib  çıxarır  ki, 

lokomotiv  və  vaqon təsərrüfatları yüksək  səviyyədə təşkil  edilmiş olsun. Bu təsərrüfatların  əsas 

vəzifəsi  lokomotivlərin  və  vaqonların  etibarlılığını  və  istifadə  edilmə  dərəcəsini  yüksəltməkdir. 

Buna  görə  son  zamanlar  dəmir  yolu  nəqliyyatının  istismar  edilməsi  proseslərində  müasir 

elektron-hesablama  texnikasından,  diaqnostikadan  və  müxtəlif    sınaq  avadanlıqlarından  geniş 

istifadə  edilir.  Bu  baxımdan  gənc  mütəxəssislər  lokomotiv  və  vaqon  təsərrüfatlarının 

saxlanılması  və  istismarı  məsələlərini  dərindən  öyrənməli,  dəmir  yolu  nəqliyyatının  texniki 

qulluq  və  təmir  texnologiyasına,  istehsalatda  əməyin  elmi  əsaslar  üzərində  qurulmasına,  robot 

texnikasının tətbiq edilməsinə müasir baxımdan nəzər salmalıdırlar. 

     Avtomobil  və  dəmir  yolu  nəqliyyatı  yanacaq-enerji  rezursları  idxal  edən  nəqliyyat 

vasitələridir.  Bu  baxımdan  yanacağın  qənaətlə  istifadə  edilməsi  ən  mühüm  məsələlərdən  biri 

hesab  edilir  ki,  bu  da  ilk  növbədə  mühərrikin  qida  və  alışdırma  sistemlərinin  (AN-də)  texniki 

vəziyyətlərindən, nəqliyyat vasitəsinin digər aqreqat və mexanizmlərinin işləmə qabiliyyətindən 

asılıdır. Bu istiqamətdə işlədilən alternativ yanacaqların (məsələn mayeləşmiş və sıxılmış qazlar) 

yanacaq-enerji rezurslarına böyük təsiri var (xüsusilə texniki istismar baxımından). 

      «Nəqliyyat  vasitələrinin  texniki  istismarı»nın  əsas  vəzifələrindən  biri  istismarçıları 

yüksək  etibarlılığa  və  ömüruzunluğuna  malik  nəqliyyatla  təmin  etməkdir.  Bu  baxımdan  qeyd 

etmək  la-zımdır  ki,  hərəkət  tərkibinin  istismarı  və  texniki  istismarı  anlayışları  müxtəlif  məna 

kəsb  edirlər.  Nəqliyyat  vasitələrinin  istismarı  dedikdə,  onların  yük  və  sərnişin  daşımalarında 

istifadə  edilməsi  başa  düşülməlidir.  Nəqliyyat  vasitələrinin  texniki  istismarı  isə  onlara  planlı 

surətdə  və  tələbata  görə  göstərilən  profilaktik  və  təmir  xarakterli  texniki  təsirlərin  yerinə 

yetirilməsini, hərəkət tərkibinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, onların müxtəlif 

texniki və istismar materialları ilə təchiz edilməsini nəzərdə tutur.  

      Beləliklə,  «Nəqliyyat  vasitələrinin  texniki  istismarı»  fənninin  mahiyyəti  texniki  elmlər 

bakalavrı üzrə yüksək səviyyəli mütəxəssislər hazırlamaqdır ki, onlar nəqliyyat vasitələrinin hər 

bir  elementinin  yürüşdən  (işləmə  müddətindən)  asılı  olaraq  dəyişmə  qanunauyğunluğunu 

öyrənməklə müvafiq qərarlar qəbul edə bilsinlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



 

Mühazirə 2. 

 

Nəqliyyat vasitələrinin (NV)  Tİ-nin əsas problemleri. 

NV-nin sürətli artımı. 

Texniki istismarın təyinatı və əsas problemləri 

 

Nəqliyyat  vasitələri  istismarda  olarkən  onun  texniki  cəhətdən  saz  vəziyyətdə  olması  üçün 



böyük  miqdarda  əmək  və  material  xərcləri  (texniki,  iqtisadi  və  təşkilati  tədbirlərin  yerinə 

yetirilməsinə)  tələb  edir.  Bunu,  ümumi  xarakter  daşıyan  yük  avtomobilinin  misalında  nəzərdən 

keçirək.  Yük  avtomobilinin  son  həddinə  (silinənə)  qədər  sərf  olunan  bütün  xərcləri 

(layihələndirmə,  hazırlanma  və  istismar)  100%  qəbul  etsək,  onun  2%-i  konstruktiv-texnoloji, 

7%-i  əsaslı  təmir,  qalan  91%-i  isə  istismar  xərclərinin  payına  düşür.  Göründüyü  kimi  istismar 

prosesində  istər  əmək  və  istərsə  də  material  xərcləri  (xidmət,  ehtiyat  hissələri  yə  texniki 

materiallar)  başlanğıc  xərclərdən  dəfələrlə  çoxdur.  Ümumi  halda  istismar  xərclərini  minimuma 

endirmək  üçün  müxtəlif  xarakterli  və  təyinatlı  tədbirləri  (profilaktik  və  təmir  xarakterli  texniki 

təsirləri  mütəmadi  olaraq  keyfiyyətlə  təşkil  etmək,  hərəkət  tərkibinin  texniki  vəziyyətini 

saxlanılma  və  təyin  olunma  üsullarmı  tətbiq  etməklə,  yanacaq-enerji  resurslarından  düzgün 

istifadə  etməklə  və  s.)  yüksək  səviyyədə  təşkil  edib  həyata  keçirmək  lazımdır.  Ancaq  bu  halda 

nəqliyyat vasitələrinin texniki vəziyyəti səmərəli idarə edilə bilər. 

Beləliklə,  aydındır  ki,  nəqliyyat  vasitələrinin  istismar  dövründəki  keyfiyyət  göstəriciləri 

istehsalçılardan  çox  istismarçılardan  asılıdır.  Başqa  sözlə  desək,  nəqliyyat  vasitələrinin  texniki 

vəziyyətini  qiymətləndirən  bu  göstəricilər  nəqliyyat  prosesinin  bütün  mərhələlərində  texniki 

istismar tərəfindən idarə edilməlidir, yəni bir sistem kimi nəqliyyat vasitəsinin texniki vəziyyəti 

tələb  edilən  səviyyədə  olmalıdır.  Müxtəlif  avadanlıqlar  və  üsullar  vasitəsilə  nəqliyyat  parkının 

texniki vəziyyətinin səmərəli şəkildə idarə edilməsi ilə məşğul olan elmə nəqliyyat vasitələrinin 

texniki istismarı deyilir. 

Texniki istismarın əsas məqsədi: 

- yük və sərnişin daşımalarmı müntəzəm və təhlükəsiz təmin etmək; 

-  nəqliyyatın  konstruksiyasından  nəzərdə  tutulmuş  texniki  imkanlardan  maksimum  istifadə 

etmək; 

- müxtəlif istismar şəraitində nəqliyyatın etibarlığını tələb olunan səviyyədə saxlamaq; 



-material və əmək xərclərini optimal qiymətə gətirmək; 

-hərəkət  tərkibinin,  xüsusilə  avtomobilin  ətraf  mühitə  olan  mənfi  təsirini  minimuma 

endirmək və s.-dir. 

Bir  praktiki  fənn  kimi  nəqliyyat  vasitələrinin  texniki  istismarı  minimum  əmək  və  material 

xərcləri  sərf  etmək  şərtilə  nəqliyyat  parkını  texniki  cəhətdən  saz  vəziyyətdə  saxlamaq  üçün 

texniki, iqtisadi və təşkilati tədbirlərin kompleks şəkildə yerinə yetirilməsinə deyilir. 

Texniki  vəziyyətin  tələb  olunan  səviyyədə  saxlanılması  üçün  bu  tədbirlərin  həyata 

keçirilməsində  həm  sənayeçilər  (layihəçilər  və  istehsalçılar),  həm  də  nəqliyyatçılar 

(istismarçılar)  birlikdə  iştirak  edirlər.  Əgər  sənaye  işçiləri  bu  məsələni  yüksək  etibarlılığa, 

rahatlığa,  məhsuldarlığa,  yanacaq  qənaətliliyinə  və  s.  istismar  keyfiyyətlərinə  malik  yeni 

konstruksiyalı  hərəkət  tərkibi  istehsal  etməklə  həll  edirlərsə,  istismarçılar  hərəkət  tərkibinin 

normal  texniki  vəziyyətini  texniki  istismarın  mütərəqqi  üsullarından  istifadə  etməklə 

yaxşılaşdırırlar. 

Texniki  istismarın  qarşısında  duran  problemlərin  həlli,  yəni  kompleks  texniki,  iqtisadi  və 

təşkilati  tədbirlərin  həyata  keçirilməsi,  başqa  sözlə  desək,  sürətlə  artan  nəqliyyat  parkının 

saxlanılması  böyük  xərclər  tələb  edir.  Bu  xərclərin  əksəriyyəti  TQ  və  CT  işlərinin  yerinə 

yetirilməsinə sərf edilir. Bunu avtomobil nəqliyyatınm misahnda nəzərdən keçirək. Avtomobilin 

layihələndirilməsinə  başlanan  andan  silinənə  qədər  sərf  olunan  xərcləri  100%  qəbul  etsək,  25-

35%-ni TQ və CT xərcləri (əsaslı təmir və şin xərcləri də bura daxildir), 15-30%-ni TQ və CT-in 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə